Üçüncüsü, predmetin xassələri arasında münasibətlər



Yüklə 24,98 Kb.
tarix02.01.2022
ölçüsü24,98 Kb.
#35079
FELSEFE 10 CU


Həyatda rast gəldiyimiz, müşahidə etdiyimiz hadisə və proseslərdə ilk gözə çarpan onlar arasında qarşılıqlı təsirin olmasıdır. Bundan əlavə, hər bir hadisənin və prosesin öz daxilində də, onun ayrı-ayrı tərəfləri, səviyyələri, elementləri arasında da qarşılıqlı təsirin olmasını görürük. Bu qarşılıqlı təsir nəticəsində predmetlər və hadisələr arasında münasibətlər yaranır. Əlbəttə, qarşılıqlı təsir, əlaqə, münasibət anlayışları bir qəbildən olsalar da eyni deyildirlər.
Predmetlər, proseslər arasında əlaqələr olduqca müxtəlifdir. Bunları üç qrupa ayırmaq olar. Birincisi, predmetin predmetlə münasibəti. Mövcud olan hər bir sistem digərinin vəziyyətinə və inkişafına fəal təsir göstərir. Məsələn, cəmiyyətin iqtisadi həyatı bir sistem kimi onun bütün sferaları ilə qarşılıqlı münasibətdədir. Bu münasibətlər ayrılıqda onların hər birinin inkişafına təsir göstərir.

Ikincisi, predmetin mahiyyəti və onun xassələri arasında münasibətlərdir. Insanı bir bioloji, fizioloji, psixoloji və sosial varlıq kimi xarakterizə edən mahiyyət daşıyıcı olan tərəflər arasında münasibəti misal göstərmək olar.

Üçüncüsü, predmetin xassələri arasında münasibətlər.

Bu münasibətlər predmetin struktur elementlərinin qarşılıqlı asılılığını əks etdirir. Məsələn, təfəkkür beynin xassəsidir. Bu xassə dildə tələffüz olunur. Dilin özünün də xassələri vardır. Deməli, buradan da xassələr arasında münasibətlər yaranır.

Aləmdə gerçəkliyin bütün səviyyələrində ümumi əlaqə və qarşılıqlı əlaqə mövcuddur. Bu ümumi qarşılıqlı əlaqə dialektikanın əsas prinsiplərindəndir.

Dialektika qarmaqarışıq, nizamsız, dövrəvi, funksional olan istənilən hərəkəti qəbul etməklə yanaşı, onların hərəkətindəki qayıtmazlığı, istiqamətliliyi, sistemin keyfiyyətcə dəyişilməsinə aparan hərəkətlərə xüsusi diqqət verir və onları inkişaf kimi xarakterizə edir. Dialektika metod olmaq etibarı ilə metodoloji funksiyaları yerinə yetirir və dialektik məntiqin prinsipləri kimi qəbul edilən bir sıra prinsipləri formula edir. Onlardan ən başlıcaları olan hərtərəflilik və ziddiyyətlilik prinsiplərini göstərmək olar.Dünya və idrakın öyrədilməsinə dair konsepsiyalardan və ya metodlardan ən qədimi metafizikadır. Metafizika yunanca fizikadan sonra mənasını verir və o, e.ə. I əsrdə Aristotelin əsərlərinin nəşrçisi Samoslu Andronikin elmə daxil etdiyi anlayışdır. O, Aristotelin varliğin və idrakın ümumi problemlərindən bəhs edən əsərlərini «Metafizika» adlandırmışdı. Metafizika təbiəti tədqiq etmək, öyrənmək metodu kimi Yeni dövr fəlsəfəsində formalaşmışdır. O, təbiəti öz tərkib hissələrinə parşalayaraq, həmin hissələrdən hər birini ayrılıqda, dəyişikliksiz və inkişafdan kənarda öyrənmək metodundan ibarət olmuşdur. 

Dialektika anlayışı işlədildiyi ilk dövrlərdə həqiqətə nail olmaq üçün aparılan mübahisə (dialoq - mübahisə) və ya onu sübut etmək mənasını daşımışdır. Bu mənada həm Antik, həm də orta əsrlər fəlsəfəsində dialektika anlayışından geniş istifadə edilmişdir. Sonralar klassik alman fəlsəfəsində, xüsusilə də Hegeldə dialektika dünyanın elmi mənzərəsinin yaradılmasının xüsusi üsuluna çevrilmişdir. Bu üsul mühakimələrdə əks mövqeləri, ziddiyyətləri birləşdirən predmetin nisbi müstəqilliyini, onun digərləri ilə qarşılıqlı əlaqəsini, inkişaf mərhələsini və s. araşdırmaq metodu kimi çıxış etməyə başlamışdır.

Bu dövrdən başlayaraq «dialektika» anlayışının üç əsas mənası diqqət mərkəzinə çəkilmişdir.

Birincisi, anlayışların nisbiliyi, ziddiyyətliliyi, çevikliyi. Bu təfəkkürə məxsus olan bir prosesdir ki, o da «subyektiv dialektika» kimi ifadə olunur. Ikincisi, şüurdan asılı olmayaraq baş verən dəyişkənlik, nisbilik, ziddiyyətlilik, bu da «obyektiv dialektikanın» məzmununu təşkil edir.

Üçüncüsü, dialektika fəlsəfi idrak nəzəriyyəsini əks etdirir. Dünyanın dərk edilməsində dialektikanın alternativi doqmatizmdir. Doqmatizm dəyişkənliyi, nisbiliyi və ziddiyyətləri aşkar edir. Bundan başqa, dialektikaya alternativ olan relyativizmdir ki, bu, ümumiyyətlə, obyektiv dialektikanı inkar edir. Əgər doqmatizm biliklərin gələcək inkişafını qəbul etmirsə, relyativizm bütün düşüncələri əqlin əyləncəsinə çevirir.

Dialektika gerçəkliyi öyrənməkdə aşağıdakı metodoloji prinsiplərə əsaslanır:

Ümumi qarşılıqlı əlaqə prinsipi. Bu prinsipə görə, hər hansı bir predmet və hadisə ancaq digər predmet və hadisələrlə əlaqədə öyrənilə bilər.

Ziddiyyətlilik prinsipi. Bu prinsip predmet və ya prosesi xarakterizə edən, bir-birinə əks olan meylləri aşkarlamağı tələb edir. Vahid predmetin əksliklərə parçalanması obyektiv olaraq onların özlərinə xasdır. Bunun nəticəsi olaraq predmet və proseslərə əks tərəflərin qarşılıqlı təsiri olan ziddiyyətlər də məxsusdur.

Tarixilik prinsipi. Bu prinsip predmet və hadisəni hərəkətdə, inkişafda anlamağı, onun yaranmasının səbəblərini, inkişaf mərhələlərini və meyllərini təhlil etməyi tələb edir. Bu prinsip inkişafı onun ayrı-ayrı mərhələlərinin bir-birini əvəz etməsi, hər bir mərhələnin nisbi tamlığı və davamlılığı kimi əks etdirir. Eləcə də bu prinsip hər bir mərhələyə eyni bir sistemin ayrı-ayrı hallarının bir-birini əvəz etməsini, sistem üçün xarakterik olan ümumi cəhətlərin saxlanılmasını və bunların arasında varisliyin mövcudluğunu araşdırmağa imkan verir.

Ən ümumi əlaqələr qanun anlayışında ifadə olunur.

Qanun nədir? Qanun predmet və hadisələr arasında mühüm, zəruri təkrar olunan əlaqələrdir, münasibətlərdir.

Qanunlar ən ümumi, ümumi və xüsusi olur. Ən ümumi qanunlar varlığın universal əlaqələrini və münasibətlərini əks etdi-rən qanunlardır. Bu uni-versal qanunların hər biri inkişafın ümumi qanunudur.
Sistemin quruluşu, fəaliyyəti və inkişafı qanunlarını bir-birindən fərqləndrmək lazımdır. Qanunlar az ümumi, yəni məhdud sahəni əhatə edən (məsələn, təbii seçmə qanunu), daha ümumi (enerjinin itməməsi, saxlanılması qanunu). Bir qrup qanunlar hadisələr arasında kəmiyyət asılılığını əks etdirir və elmdə riyazi formullarla qeydə alınır. Digərləri riyazi təsvirə məruz qalmır. Lakin bütün qanunlar hadisələr arasında obyektiv, zəruri əlaqələri əks etdirir.

Dinamik qanunlar səbəbiyyət əlaqələrinin elə formasıdır ki, burada sistemin ilkin vəziyyəti onun sonrakı vəziyyətini birmənalı olaraq müəyyən edir. Dinamik qanunlar mürəkkəblik səviyyəsinə görə fərqlənirlər. Bu qanunlar nisbi təcrid olunmuş obyektlərin əvvəlcədən hərəkətinin bütün parametrlərinin məlum olmasına əsaslanıb, onun gələcək vəziyyətini əvvəlcədən çox dəqiqliklə müəyyən etmək imkanı yaradır (məsələn, Günəşin və ya Ayın tutulması neçə illər əvvəldən müəyyən edilib).

Statistik qanunlar proseslərdəki elə əlaqələri aydınlaşdırır ki, burada eynicinsli obyektlərin çoxlu miqdarı iştirak edir. Bu əlaqələrdə zərurət «çoxluqlar qanunu» ilə ifadə olunur. Bu qanunların xüsusiyyəti bundan ibarətdir ki, onlar bir qayda olaraq hər bir ayrıca halda deyil, ancaq böyük miqdar hadisələrin orta statistik vəziyyəti üçün həqiqidir. Əgər bədbəxt hadisə yolun hər bir yüz kilometrində baş verəcəksə, bu heç də bu məsafəni qət edən hər bir nəfərə aid deyildir. Hadisə insanı ilk kilometrdə də «yaxalaya bilərdi».

Əksliklərin vəhdəti və mübarizəsi qanunu

Bu qanunun əsas anlayışları bunlardır: əkslik, əksliklərin vəhdəti, əksliklərin mübarizəsi, ziddiyyətlər. Bu anlayışların mahiyyətini bilmək üçün bu anlayışları - «eyniyyət» və «fərq» anlayışlarını təhlil etmək gərəkdir.

Eyniyyət predmetin özünün özünə və ya başqa predmetə bərabərliyinin, eyniliyinin ifadəsidir.

Fərq bir predmeti başqasından fərqləndirən, predmetin bir tərəfini digər tərəfindən fərqləndirən xüsusiyyətlərdir. Bu bölgünün özü nisbidir. Belə ki, gerçəklikdə nə mütləq eyniyyət, nə də mütləq fərq yoxdur. Gerçəklikdə eyniyyət və fərq qarşılıqlı əlaqədə və bir-birinə keçən halda mövcuddur.

Qeyd edək ki, hər bir predmet çoxlu sayda tərəflərə malikdir və bu tərəflər bir-biri ilə daim qarşılıqlı təsirdədirlər və müəyyən dəyişikliklərin əsasında bu təsirlər durur. Bir halda bu dəyişikliklər biristiqamətli olub, inkişafın eyni meylliliyini təmin edir; digər halda isə inkişafı əks istiqamətə yönəldir və onun əks meylini əks etdirir. Əksliklər predmetin özünün mövcudluğunda və inkişafında bir-birinə qarşı duran tərəflərdir. Bəs bu əks tərəflər haradan yaranır? Bunlar iki amillə müəyyən olunur: birincisi, struktur-funksional amildir. Bu amil maddi sistemlərin srukturu və həyata keçirdiyi funksiyaların qütbləşməsidir. Qütbləşmiş struktura Günəş sistemini, atomun quruluşunu və s. göstərmək olar. Funksiyaya görə qütbləşməyə misal olaraq canlı orqanizmlərdəki maddələr mübadiləsini göstərmək olar.

Predmet vahidinin əks tərəflərə bölünməsi obyektiv olaraq onun özünə xasdır. Əks tərəflər olduğu yerdə ziddiyyətlər də mövcud olur. Ziddiyyət əks tərəflərin qarşılıqlı təsiridir. Ziddiyyətlər daxili və xarici olur. Daxili ziddiyyətlər ayrıca bir predmetin və ya sistemin daxili tərəfləri arasında olan ziddiyyətlərdir. Xarici ziddiyyətlər predmetlər və ya sistemlər arasında olan ziddiyyətlərdir. Molekulların daxilində ziddiyyətlər, hüceyrələr daxilində ziddiyyətlər daxili ziddiyyətlərə, molekullar və hüceyrələr arasındakı ziddiyyətlər xarici ziddiyyətlərə aiddir. Ziddiyyətlərin bu bölgüsü nisbidir. Bir münasibətdə daxili olan ziddiyyət başqa münasibətdə xarici ola bilər.

Hər bir sistem yarımsistemlərə malikdir. Bu yarımsistemlər arasında ziddiyyət sistemin daxili ziddiyyətidir.

Lakin yarımsistemlərin özlərinin də daxili ziddiyyətləri vardır. Bu halda yarımsistemlər arasındakı ziddiyyətlər sistemin daxili ziddiyyəti olursa, öz daxillərindəki ziddiyyətlərə nisbətdə xarici olur.

Məsələn, molekul daxilində atomlararası ziddiyyət atom-ların öz daxilindəki ziddiy-yətlərə nisbətdə xarici olur.

Ziddiyyətlərin bir növü də əsas ziddiyyətlərdir. Bu ziddiyyətlər sistemin və eləcə də onun bütün inkişafını təmin edən ziddiyyətləri müəyyən edir. Əsas ziddiyyətlər predmetə, prosesə yarandığı andan yeni keyfiyyətə keçənə qədər xas olur. Sonra əsas ziddiyyətlər hadisənin mahiyyətini daha dərin əks etdirir, sistemin bütün ziddiyyətlərinə nüfuz edir.

Əsas ziddiyyətlə yanaşı başlıca ziddiyyət də mövcuddur. Bu hadisənin, prosesin inkişafının mövcud anında mühüm olan ziddiyyətlərdir.


Kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə

keçməsi qanunu

Bizi əhatə edən aləmə nəzər saldıqda kəmiyyət və keyfiyyətcə sonsuz sayda predmetlərin, hadisələrin olduğunu görürük, hiss edirik. Bunu da qeyd edək ki, predmetlərin sayını, miqdarını, kəmiyyətini bilməzdən əvvəl onların keyfiyyətcə bir-birindən fərqləndiyini bilirik.
Kəmiyyət nədir? Kəmiyyət predmeti xassələrin inkişaf səviyyəsi baxımından səciyyələndirən müəyyənlikdir (deyək ki, hündürlük, həcm, sürət və s.).

Tərifdən aydın olur ki, kəmiyyət keyfiyyətdən fərqli olaraq predmeti daha çox «xarici» əlamətlərlə xarakterizə edir.

Bununla belə, kəmiyyət keyfiyyət kimi ən ümumi xarakter daşıyır. Belə ki, hər bir predmet, proses özünün mövcudluğunda və inkişafında müvafiq keyfiyyət və kəmiyyət müəyyənliyi ilə xarakterizə olunur.

Hər bir keyfiyyət müəyyənliyinə kəmiyyət müəyyənliyinin uyğunluğu labüddür. Predmetlər bunların vəhdətindən təşkil olunur. Bu vəhdət «ölçü» anlayışı ilə ifadə olunur. Ölçü kəmiyyətin elə hüdudlarıdır ki, bu hüdudlar daxilində predmetin kəmiyyəti dəyişməkdə davam edir. Ölçü pozulduqda predmetin keyfiyyəti dəyişir. Buna misal olaraq temperaturun dəyişilməsi ilə fiziki cismin bir aqreqat halından digərinə keçməsini göstərmək olar.

Əgər bu qanuna tərif versək, kəmiyyət və keyfiyyət dəyişiklikləri arasındakı qarşılıqlı əlaqəni aşkarlandırsaq, onda deməliyik ki, kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə keçməsi qanunu kiçik, xırda kəmiyyət dəyişmələri daimi olaraq toplanır, yığılır, müəyyən mərhələdə predmetin ölçüsünü pozur və əsaslı, keyfiyyət dəyişikliklərinə səbəb olur.

Kəmiyyət və keyfiyyət dəyişmələri arasında təsir, əlaqə birtərəfli deyildir. Kəmiyyət dəyişiklikləri keyfiyyət dəyişikliklərinə keçdiyi kimi, yeni keyfiyyətlər müvafiq kəmiyyət yaradır və bunların arasında yeni ölçü təşəkkül tapır.

Kəmiyyət və keyfiyyət dəyişmələri özlərinin başvermə prosesinə görə fərqlənirlər. Kəmiyyət dəyişmələri daim və ardıcıl gedir. Keyfiyyət dəyişkənliyi sıçrayışla baş verir. Bu sıçrayışda kəmiyyət dəyişmələrinin tədricliyi kəsilir. Bu kəsilməni düzgün başa düşmək lazımdır. Ümumiyyətlə, inkişaf dayanmır, köhnə keyfiyyət daxilində kəmiyyət dəyişmələrinin fasiləsizliyi dayanır, sıçrayışla yeni keyfiyyət yaranır, yə ni köhnə sistem yenisi ilə əvəz olunur. Sıçrayış inkişafın, dəyişmənin intensiv formasını təşkil edir. Bu sıçrayışları inkişafın düyün anları da adlandırmaq olar (həyatın, mərkəzi əsəb sisteminin, bəşər cəmiyyətinin yaranması və b.).

Inkarı inkar qanunu

Bu qanunun mahiyyəti inkişafın meylini, onun istiqamətini və inkişafda köhnə ilə yeninin qarşılıqlı əlaqəsini aşkarlandırmaqdan ibarətdir.

Inkişafda inkar nədir? Inkar bütün inkişaf prosesində labüd və qanunauyğun andır. Bu inkar ani inkişafın sonrakı gedişi üçün əlverişli şərait yaradır. Bu inkar prosesində inkişaf üçün qeyri-ümidverici, köhnəlmiş, hadisənin sonrakı inkişafını ləngidən tərəflər məhv olur, eyni zamanda köhnədə olan bütün müsbət cəhətlər saxlanılır. Yeni köhnəni özünün yeni cəhətləri ilə yanaşı köhnədə saxlanılan müsbət tərəflərlə birlikdə aradan götürür. Deməli, inkar köhnənin, sadəcə olaraq rədd edilməsi deyildir. Inkar inkişafın son nöqtəsi deyildir. Inkar zamanı köhnə keyfiyyət götürülüb yenisi ilə əvəz olunduqda inkişafın mənbəyi olan yeni əksliklər və ziddiyyətlər yaranır. Bu ziddiyyətlər hüdudunda dəyişikliklər toplanır və yeni inkar zəruri olur. Beləliklə, predmetin və hadisənin inkişafı bir inkar mərhələsi ilə məhdudlaşmır, ikinci inkara doğru gedir. Buradan da inkarı inkar alınır.

Buğda təbii şəraitdə öz geninin təsiri ilə göyərib boy verir, gövdə əmələ gəlir, gövdə buğda dənini (toxumu) inkar edir, yenidən gövdə buğda ilə (sünbül ilə) inkar olunur. Zahirən inkarı inkar köhnəyə qayıtmaqdır (buğda-buğda). Əslində isə üçüncü pillədə yaranan birincidən keyfiyyətcə yüksəkdir (dən yerinə sünbül alınır).

Yeni əsaslarda köhnəyə qayıtmaq inkarı inkar qanununun çox əhəmiyyətli tərəfini əks etdirir. Bu, inkişafın başa düşülməsində iki cür birtərəfliliyi aradan qaldırır. Birincisi, inkişafı dairə boyunca gedən proses kimi anlamağı, ikincisi, inkişafı düzxətt boyunca gedən, açıq olmayan, nisbi geriyə dönməni rədd edən proses kimi anlamağı.

Inkarı inkar qanunu inkişafın dairə və ya düzxətt boyunca deyil, spiral formasında getdiyini göstərir:

Inkarı inkar inkişafda varisliyi də əks etdirir. Həyat irsiyyət qanunu əsasında davam edir. Övladlar heç vaxt valideynlərini olduğu kimi təkrar etmirlər. Irsiyyətlə yanaşı dəyişikliklər də mövcud olur, bunlar yeni əlamətlər yaradır.

Hər bir yeni nəslin əməli, eləcə də mənəvi-ruhi fəaliyyətində keçmiş nəsillərdən çox əhəmiyyətli varislik qalmış, qorunmuş və saxlanılmışdır. Mənəvi-ruhi varislikdə yalan, səhv nə varsa atıb, dəyərli, həqiqi olanları saxlayırıq. Əlbəttə, inkişafda varislik heç də inkarı aradan qaldırmır.Elmi biliklərin tarixi ta qədimdən bu günə qədər öz nailiyyətlərini inkarlarla qoruyub saxlamışdır. Elmin inkişafının hər bir mərhələsi özündən əvvəldə gələn məhdudiyyəti inamla aradan qaldırır. Məsələn, fizika sahəsində klassik fizikanın yaradıcıları Q.Qalileyin, I.Nyutonun ayrı-ayrı müddəalarının XX əsrdə köhnəldiyi aşkar olundu və inkara məruz qaldı. Bu münasibətlə A.Eynşteynin Nyutona ünvanlanmış sözləri çox maraqlıdır: «Məni bağışla, Nyuton, sən insan üçün böyük yaradıcı qabiliyyət və qüvvə verən, o vaxtlara görə mümkün olan yeganə ideyanı verdin. Sənin yaratdığın anlayışlar bizim fizika təfəkkürümüzdə aparıcı olaraq qalırlar. Əlbəttə, indi artıq biz bilirik ki, əgər qarşılıqlı əlaqəni anlamağı dərinləşdirsək, sənin verdiyin anlayışları başqası ilə əvəz etməliyik ki, bunlar bilavasitə təcrübə sferasından kənardadırlar». Gerçəklikdə inkişaf nə düzxətt boyunca, nə də dairəvi halda getmir, spiral boyunca inkişafı belə başa düşmək lazımdır ki, tədrici yüksələn hərəkətlə dairə boyunca hərəkət bir-birini tamamlayır.

Dialektikanın kateqoriyaları


Varlığın ən ümumi universal əlaqələri kateqoriya (yunanca – mülahizə, müddəa deməkdir), anlayışında ifadə olunmuşdur. Onlar gerçəklik hadisələrinin, idrakın mühüm və ümumi xassələrini, tərəflərini əks etdirən əsas və ümumi anlayışlardır. Fəlsəfi kateqoriyalar məzmunu gerşəkliyin xassə, əlaqə və münasibətləri haqqında ümumiləşdirilmiş bilikdən ibarət olan fəlsəfənin əsas anlayışlarıdır. Hər bir obyektin idrakı onun xassələrinin öyrənilməsindən başlayır. Xassə predmetin digər predmetlərlə fərq və ya oxşarlığını şərtləndirən və onlarla qarşılıqlı təsirdə təzahür edən tərəfdir. Predmetin xassələrinin məcmusu onun keyfiyyətini təşkil edir. Keyfiyyət müəyyənlikdir. Keyfiyyət müəyyənliyi ilk əvvəl hiss orqanları vasitəsilə qeydə alınır. Təfəkkürün qabiliyyəti nəticəsində müəyyən cismin nədən ibarət olmasını göstərən xassələrin sistemli məcmusundan təşkil olunan keyfiyyət kateqoriyası formalaşır.

dialektikanın kateqoriyaları

Tək xüsusi və ümumi

Mahiyyət və təzahür (hadisə)

Məzmun və forma

Zərurət və təsadüf

Səbəb və nəticə

İmkan və gerçəklik

Tək xüsusi və ümumi hər bir əşya, hadisə və prosesdə yalnız, onun özünəməxsus, onu başqalarından, hətta ona çox oxşar hadisələrdən fərqləndirən bir sıra xüsusi cəhətlər vardır. Məsələn, müəyyən konkret bir şəxsin (Əli, Kərim, Vəli və b.) özünəməxsus danışıq tərzi, qavrama qabiliyyəti, vərdişləri yerişi və s. vardır. Məhz bu cəhətləri ilə o başqa adamlardan ayrılır, fərqlənir təklənir. Deməli obyektiv aləmin məlum konkret fərqi əşyası hadisə və prosesi təki (təkcəni, ayrıcanı) təşkil edir. Tək özünəməxsus keyfiyyət, zaman, məkan və digər xüsusiyyətləri ilə başqa, hətta oxşar əşya, hadisə və proseslərdən fərqlənən ayrıca götürüləni, təkcəni səciyyələndirir.

Hər bir əşya, hadisə və prosesdə eyni zamanda onu başqaları ilə yaxınlaşdıran, ümumiləşdirən, eyniləşdirən bir sıra ümumi cəhətlərdə vardır. Məhz bu keyfiyyət xüsusiyyətləri ilə tək bir nəfər ailə, kollektiv, sinif, millət, nəhayət cəmiyyətdə qovuşur, ümumiyə çevrilir. Bu isə o deməkdir ki, tək hadisə ayrılıqda mövcud ola bilməz; bir adamın ölkədə, regionda, yer kürəsində yaşayan milyonlarla insanlarla çoxlu ümumi cəhətləri, əlaqələri, oxşar taleləri vardır. Deməli tək həm də ümumidir, tək ümumiyə doğru aparan çoxsaylı əlaqələrdə mövcuddur; ümumi isə təkdir, təklərin oxşar cəhətlərinin məcmusundan ibarətdir; tək və ümumi arasında sintetik çevrilmə əlaqəsi mövcuddur.

Ümumi odur ki, onun vasitəsilə çoxlu tək-tək ayrı-ayrı əşya hadisə və proseslər arasındakı oxşar, ümumi cəhətlər təmsil edilmiş olur. Deməli, ümumi ayrıca götrülmüş xüsusi əşya hadisə və prosesin başqaları ilə oxşar, ümumi cəhətlərinin birgə ifadəsi vasitəsi, məcmusudur.

Bəs xüsusi nədir? Xüsusi ümumi ilə təkcə arasında əlaqə formasıdır; təki ümumiyə aparan əlaqədir, yoldur.Hər bir əşya hadisə və prosedə tək və ümumi arasındakı dialektik qarşılıqlı əlaqənin “xüsusi” fəlsəfi kateqoriyası ifadə edir.Məsələn, bitki ümumini , taxıl xüsusini, arpa təki, canlı ümumini, insan xüsusini, Həsən isə təki ifadə edir və s.

Mahiyyət və təzahür arasında möhkəm qarşılıqlı təsir əlaqələri vardır. Dünyada dərk olunmayan müxtəlif hadisələrdə təzahür etməyən, təcrid olunmuş halda mahiyyət yoxdur. Elə təzahür yoxdur ki, özündə mahiyyət haqqında bu və ya digər informasi-yanı daşımış olmasın. Ona görə də qədim dövrlərdən fəlsəfədə işlədilən “mahiyyət təzahür edir, təzahür mahiyyətlidir“ fikri indi də məqbul sayılır. Lakin mahiyyətlə təzahürün vəhdəti, heç də onların eyniyyətli, üst-üstə düşməsi demək deyildir. Bir mahiyyət bəzən çoxsaylı hadisələrdə təzahür edir. Zahiri təzahürlər, heç də həmişə daxili mahiyyəti dolğun əks etdirmir, bəzən təhriflərə, yanılmalara belə gətirib çıxarır. K.Marks qeyd edirdi ki, əgər bütün təzahürlər mahiyyəti əks etdirsəydi və ya təzahürlər bilavasitə mahiyyətə uyğun gəldiyi anda heç bir elmi axtarışa yer qalmazdı.

Məzmun və forma - struktur əlaqələri ifadə edən koteqoriyalardan biridir. Bu və ya digər cisim, hadisəni və prosesi təşkil edən bütün elementlərin, cəhətlərin, tərəflərinin qabiliyyət əlaqə və münsibətlərinin məcmusuna məzmun deyilir. Forma isə məcmunun qurulması qaydaları, məzmun təşkil sistemi və sturukturunun ifadəsidir, onu tərtib hissələri arasında əlaqə vasitəsidir, həmin cisim, hadisə və prosesi təşkil edən hissələrin məcmusudur; məzmun ifadəsi və təzahür vasitəsidir, onun mövcudluq üsuludur. “Məzmun” və “mahiyyət” anlayışları da bir-birilə yaxın və ya oxşardır. Lakin aralarında mühüm fərqlər də vardır.

Məzmun predment, hadisə və prosesi təşkil edən bütün ünsürlərin və tərəflərinin məcmusu olduğu halda mahiyyət onun daxili, nisbətən sabit, qanun mahiyyəti daşıyan başlıca cəhətinin ifadəsidir. Məzmun predmetin bütün xassələrinin məcmusu olduğu halda, mahiyyət onun təbiəti, əsasıdır. Məsələn, maddələr mübadiləsinə girmək canlı orqanizimin mahiyyətidirsə, onun bütün fizioloji quruluşu, bədən üzvlərinin fəaliyyəti mexanizmi, psixi tərzi və s. onun məzmunudur.

Məzmun və forma bir-birilə möhkəm qarşılıqlı təsirdədir, obyektiv vəhdət halındadır. Onlar bir-birindən ayrıldıqda mövcud ola bilməzlər. Hər bir məzmun ancaq özünə uyğun, əlverişli forma daxilində zənginləşə və inkişaf edə bilər. Məzmun əsas müəyyənedici olsa da forma da fəaldır, təsiredicidir. Lakin forma nisbi sabitliyi, gec dəyişməsi, qeyri mütəfəkirliyi ilə nisbi sabitliyi, gec dəyişməsi, qeyri mütəhəkirliyi ilə fərqlənir. Forma məzmun inkişafını sürətləndirə və ya ləngidə bilər. Sosial inkişafda da məzmun və forma uyğunluğu, tarazlığı tələb olunur.


Məzmun fəallığı aparıcı rolu ilə fərqlənir, məzmun formanı müəyyən edir: məzmun dəyişdikdə ona uyğun forma da dəyişir, forma güclü təsir etmək imkanlarına malikdir. Eyni vahid məzmun müxtəlif formalarda təzahür edə bilər. Məsələn, Azərbaycan milli mədəniyyəti çoxsaylı və rəngarəng milli musiqimizdə, rəssamlıq və heykəltaraşlıq əsərlərində, elmi-fəlsəfi bədii və mənəvi irsimizdə, toxuçuluq sənətimizdə folklorumuzda və s. təzahür edir, xalqımız müasir dünyanın sivilzasiyalı millətləri sırasında, layiqli yer tutmasına imkan verir.

Səbəb və nəticə, gerçəklikdə cisim və hadisələr arasında obyektiv səbəb nəticə əlaqəsi mövcuddur: səbəbi olmayan heç bir nəticə ilə bağlı olmayan heç bir səbəb yoxdur. Onlar dialektik vəhdətdir, biri digərinə çevrilə bilər. Müəyyən münasibətlər sistemində səbəb kimi çıxış edən hadisə, başqa münasibətlər şəraitində nəticəyə çevrilə bilər və əksinə. İmkişaf üçün isə əsas şərt aparıcı, mühüm başlıca səbəblərin müəyyən edilməsindən ibarətdir. Səbəb özündən sonra müəyyən bir predmet və hadisənin əmələ gəlməsinə imkan verən, müxtəlif predmet və hadisələrin qarşılıqlı əlaqəsini yaradan amilləri ifadə edən fəlsəfi kateqoriyalardır. Hadisə isə səbəbin təsiri ilə əmələ gələn hadisəni ifadə edən fəlsəfi kateqoriyadır.

Səbəbi vəsilə ilə də qarışdırmaq düzgün olmazdı. Vəsilə (bəhanə də demək olar) hadisəni törədən səbəb deyil, onun baş verməsini sürətləndirən və ya ləngidən amildir. Deməli, vəsilə səbəb deyil , səbəbin fəaliyyətinə təkan verən hadisədir. Səbəbiyyət və ya hadisələrdəki determinlik əlaqəsi obyektivdir, universal səciyyə daşıyır. Bu o, deməkdir ki, səbəbiyyət insan zəkasının və ya hər hansı fövqəltəbii qüvvənin fəaliyyəti təsirində yaradıla bilməz. Lakin səbəbiyyətin obyektivliyini qəbul etməyən müəyyən baxışlar da vardır. Əgər indeterminizm yuxarıda da qeyd etdiyimiz kimi, zəruriyyəti və səbəbiyyəti tam inkar edirsə, dini teleoloji baxış səbəbiyyəti başqa növdən izah edir.Bu baxışa görə yunan dilində “telos məqsəd”, “logos təlim ”deməkdir.dünyanın inkişafı əvvəlcədən ilahi qüvvənin müəyyən etdiyi məqsədlərin həyata keçirilməsindən ibarətdir.Burada səbəbiyyət, obyektiv qanunauyğunluq deyil, ilhi məqsədəuyğunluq əsas şərtdir.

F.Engeles vaxtilə teleoloji baxışa münasibətini belə ifadə etmişdir:bu nöqteyi nəzərə görə pişiklər siçanları yemək üçün, siçanlarda pişiklərə yem olmaq məqsədilə yaradılmış-lar; kainat da xalqın qadirgül olduğunu sübut etmək üçün yaradılmışdır. Əslində isə hər şey təbii səbəblər və obyektiv qanunauyğunluqlar əsasında baş verir.

Zərurət və təsadüf. Müəyyən şərait olduqda daxili qanunauyğun əlaqələrin fəaliyyəti nəticəsində hökmən (mütləq) baş verən hadisəyə zərurət deyilir. Deməli, zərurət inkişaf edən cisim, hadisə və prosesin daxili, qanunauyğun əlaqələrindən, mahiyyətindən əmələ gəlir. Zərurət obyektivdir, müəyyən sistem hadisələr çərçi-vəsində nisbi və əbədidir. Təsadüf isə müəyyən şərait daxilində baş verməsi məcburi olamyan hadisədir, həmin şəraitdə baş verə də bilər, baş verə bilməyə də bilər. Təsadüf cisim və hadisənin daxili təbiətindən irəli gəlinir, sabit deyildir, müvəqqətidir. Həmin anda mövcud şəraitin deyil, başqa hadisələr sisteminin fəsillərinin nəticəsində meydana çıxır. Zərurətlə təsadüfün dialektik qarşılıqlı əlaqəsi vardır. Təsadüf də səbəbsiz deyildir, onun da bu və ya başqa hadisələr sistemində əsaslı səbəblər vardır. Eyni bir hadisə eyni bir zaman daxilində həm zəruri həm də təsadüfü ola bilər. Çünki hadisə bir sistem də zəruri, o biri sistem daxilində təsadüfü ola bilər. Dolunun bitkini məhv etməsi təsadüfüdürsə, dolunun məhz həmin ərazidəki atmosfer şəraitində baş verməsi zərurətdir.

Fəlsəfə tarixində zəruriətlə təsadüfün qarşılıqlı münasibətinə dair müxtəlif baxışlarda olmuşdur. Mütafizik təfəkkür metodunun bəzi nümayəndələri yalnız zərurəti qəbul edir, həyatda baş verən hər şeyi zərurətlə bağlayır, təsadüfü tam inkar edirlər.Onlara görə hər şeyi zərurət üzündən baş verir, insanlar onların qarısında acizdir, insan yalnız hadisələrin labüd, qarşıalınmaz gedişini fəaliyyətsiz surətdə gözləməlidir, onun “çalışıb- çabalaması” əbəsdir.Bu baxış nəhayət fatalizmə gətirib çıxarır.Yunan dilində “fatalis” nəhs rədbəxtlik gətirən talehin yazdığı və s. mənasını bildirir. Fatalizmə görə dünyada baş verən bütün hadisə və proseslər zərurətin hakimiyyətinə tabedir, hər şey əvvəlcədən müəyyən olunmuş yol ilə gedir.Dini ehkamlarla qovuşmuş fatalist ilahiyyat təlimlərinə görə insanın azad iradəsi yoxdur, onun başına o şeylər gəlir ki, onlar çox əvvəlcədən onun alnına yazılmışdır.Zərurətdə təsadüfün arasında qarşılıqlı çevirmə əlaqəsi vardır:müəyyən zaman daxilində zəruri olan, başqa şəraitdə təsadüfi olur və əksinə.

İmkan və gerçəklik məlumdur ki, inkişaf üçün əsas şərt yerinin meydana çıxmasıdır. Yeni inkişafın irəliyə doğru qarşısıalınmazlığını ifadə edən, hadisələrin zəruri və qanunauyğun əlaqələrindən yarana öz imkan sərbəst vasitələrini sərf etmiş hadisə və prosesdir. İnkişaf prosesində yeni ilə köhnənin mübarizəsində yenilik daim özünə yol açır, meydana çıxır çünki o hadisələr arasındakı obyektiv qanuna-uyğun və zəruri əlaqələrdən doğurur. Lakin yenilik öz- özünə, kor təbii surətdə əmələ gəlir, onun üçün şərait yaradılır, uğrunda mübarizə aparılır.Yeni üçün ancaq belə subyektiv fəaliyyətdə kifayət deyildir. Bunun üçün hadisələrin obyektiv və zəruri inkişafı şəraitində zəmin, ilkin əsaslar yaranmalıdır. Həmin ilkin əsaslar, zəmin və amillər tədricən yetişir, inkişaf edir, obyektiv qurumların fəaliyyəti təsirin də yeniliyin meydana çıxmasına səbəb olur. Yeninin meydana çıxmasına şərait yaradan həmin zəminə və ilkin əsasların məcmusuna imkan deyildir. Gerçəklik imkanın həyata keçməsi, fəaliyyət göstərməsidir.



İmkandan bəhs edərkən real və abstrakt (formal) imkanları və imkansızlığı da bir-birindən fərqləndirmək lazımdır. Real imkan elə imkandır ki, müəyyən konkret şəraitdə onun həyata keçməsi üçün real, zəruri və obyektiv zəmin vardır. Yuxarıda qeyd olunan misalda SSRİ-nin dağılması və müstəqil milli respublikasının əmələ gəlməsi məhz belə real imkanı ifadə edir. Abstrakt (formal) imkan isə elə imkandır ki, onun reallaşması, həyata keçməsi müəyyən mövcud tarixi şəraitdə mümkün deyildir. Necə deyərlər, abstrakt imkan indiki konkret şəraitdə reallaşa bilməz. Bundan ötrü zaman dəyişkənliyi, zəmin hazırlanması tələb olunur. Məsələn: Günəş sistemi planetlərinin digər böyük səma cisimləri ilə toqquşması abstrakt formal) imkandır.Lakin bu ehtimal isə tam istisna etmək olmaz.abstrakt imkan obyektiv qanunlara zidd deyil, müvafiq şərait yetişdikdə reallaşa bilər. Buna görə də abstrakt (real) imkanı imkansızlıq heç zaman reallaşa bilməyən hadisədir, çünki onun obyektiv zəmini yoxdur, hadisələr arasındakı qanunauyğun, zəruri əlaqələrdən irəli gəlmir. Real və abstrakt imkan arasındakı əlaqə nisbidir, onlar bir-birinə keçə bilər.
Yüklə 24,98 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin