Ümummilli lider Heydər Əliyev –
90
387
Tarix və onun problemləri, № 2 2013
RAMİN ƏLİZADƏ
BDU-nun doktorantı
E-mail: raminalizadeh17@gmail.com
E.Ə. I MİNİLLİYİN İLK YARISINDA URARTU QAYNAQLARINA GÖRƏ
AZƏRBAYCANIN TARİXİ-COĞRAFİYASI
(areallarin koordinasiyasi və implikasiyasi)
Açar sözlər: Azərbaycan, Manna, Etiúni, Urartu, Menua, I Argishti, tarixi-coğrafiya
Ключевые слова: Азербайджан, Манна, Етиуни, Урарту, Менуа, Аргишти I, истории-
ческая география
Key words : Azerbaijan, Manna, Etiúni, Urartu, Menua, Argishti I, historical-geography
XX əsrin siyasi avantüralarla zəngin olmasını və bunların böyük bir qisminin keçmiş
Sovet İttifaqının payına düşdüyünü bilirik. Çar Rusiyasının erməniləri Cənubi Qafqaz regio-
nunda məskunlaşdırmaq siyasətinin daha uğurlu davamı məhz bu nəhəng sosialist imperiyası-
nın payına düşür. Kommunizm liderləri sosializm quruculuğuna başladıqları andan etibarən
Cənubi Qafqaz erməni xəstəliyinə mübtəla oldu. Regionun bağrında xərçəng xəstəliyi kimi ya-
yılan bu anti-humanist toplumsallaşma ən çox Azərbaycan xalqına zərbə vurdu. Milyon yarı-
madək azərbaycanlı bölgənin avtoxton əhalisi olmasına baxmayaraq erməni terroruna dözmə-
yib ata-baba torpaqlarını tərk etdi. Qərbi Azərbaycan (indiki “Ermənistan Respublikası”nın
ərazisi nəzərdə tutulur – R.Əlizadə) torpaqları regionun ən qədim və əlverişli strateji-coğrafi
mövqedə yerləşən bölgələrindən biridir. Hal-hazırda şimaldan Gürcüstan, şərqdən və cənub-
şərqdən Azərbaycan Respublikası, qərbdən Türkiyə Cümhuriyyəti, cənubdan isə İran İslam
Cümhuriyyəti ilə həmsərhəd olan bu ərazi 29,8 min km
2
sahəni əhatə edir. İndiki Ermənistan
Respublikasının ərazisində aşkar edilmiş qədim yaşayış məskənləri, qalalar, müdafiə xarakter-
li istehkamlar, saraylar, karvansaralar, körpülər, kurqanlar, nekropollar, qəbirüstü sənduqələr,
məbədlər, kilsələr, məscidlər, pirlər (imamzadalar və ocaqlar), at və qoç heykəlləri bu torpağın
yerli əhalisinin Azərbaycan türkləri olduğunu sübut edir. Görkəmli ictimai-siyasi və hərbi
xadim Kazım Qarabəkir paşanın məktublarından birində deyilir:
“Telsiz Gümrü / 20. 6. 34
Sayı: 37
Kinyakir'də Erməni Kolordusu Komandanı
General Nazarbəyov cənablarına
Ermənistan Hükümət-i Cümhuriyyəsi daxilində bulunan əhali-i İslamiye'nin elan sər-
bəst bulunmadıkları və bəzi erməni çətələri tərəfindən qətlə yetirildikləri və mallarının yağma-
landığı İrəvan çevrəsindən firar edərək gələn şayan-i itimat bəzi zavatın ifadat və şikayətindən
anlaşılmışdır. Sülh imzalanmış və müahidənin beşinci maddəsində Ermənistan Cümhuriyyəti
kəndi ərazisi daxilində çətə təşkil və təslihinə surət-i katiyədə mane olacağı sərahətən zikredil-
miş olduğundan müsəlmanlara məzalim icra edən çətələrin silahlarının alınmasını və icap
edənlərin təcziyəsini təmənna edər və ehtiramımın qəbulunu rica edirəm.
Osmanlı Müzakirə Komisyonunun Rəisi
Kolordu Komandanı Kazım Qarabəkir
388 Ümummilli lider Heydər Əliyev –
90
Tarix və onun problemləri, № 2 2013
(İrəvan şəhərinin 50.000 əhalisi vardır ki, onun da 23 min nəfəri müsəlmandır. Ermə-
nistanda 300-ə qədər müsəlman kəndi vardır. Uluxanlıdan İrəvana qədər hər kəs müsəlman-
dır)” [1, s. 890-891].
Ermənistan Respublikası ərazisindəki maddi mədəniyyət nümunələrinin bir çoxu müha-
ribələr nəticəsində, müxtəlif vaxtlarda bu yerlərə köçürülən, tarixi torpaqlarımızı özlərinin isti
yuvasına çevirən ermənilər tərəfindən məhv edilsə də, digər hissəsi erməniləşdirilərək mənim-
sənilsə də, daşlara yazılmış qan yaddaşımızı pozmaq və ya dəyişdirmək yadellilərə heç də hə-
mişə nəsib olmamışdır. Qərbi Azərbaycan ərazisində olan qədim yaşayış yerlərinin adları bu-
ranın yerli əhalisinin kimlər olduğunu daha aydın göstərir. Urartu mixiyazılı qaynaqlarında tez
- tez rast gəlinən Gərgər (<=ur.mixi.yaz. Qurkumeli), Şelli (<=ur.mixi.yaz. Shilaini), Şelengi
(<=ur.mixi.yaz. Shulugi), Aran (<=ur.mixi.yaz. Ariaini), Alban (<=ur.mixi.yaz. Qu'albani),
Uti (<=ur.mixi.yaz. Etiúni/Etiuhi), Ergi (<=ur.mixi.yaz. Erikuahi), Həkəri (<=ur.mixi.yaz.
Arquqiu), Lipani (<=ur.mixi.yaz. Luipruni) adlı kiçik siyasi qurumların tarixini öyrənməklə
Qərbi Azərbaycan (indiki “Ermənistan Respublikası”) və Qarabağ torpaqlarının avtoxton əha-
lisinin hansı soydan olduğunu və onların xarici müdaxiləyə qarşı necə mübarizə apardıqlarını
və təsərrüfat həyatını araşdırmaq olar.
Görkəmli urartuşünas alim prof.A.Çilingiroğlu “köçəri tayfalar”ın (bir çox mənbələrdə
onlardan “atlı xalqlar” kimi bəhs olunur – R.Əlizadə) Urartu dövlətinin erkən dönəmlərindən
bəri şimaldan axın etdiklərini və I Argiştinin (e.ə.786-764) hərbi yürüşlərindən bəhs edən ya-
zılı qaynaqlarda ilk dəfə olaraq öz adları ilə adlandırıldığını göstərir [2, s.72; 3, s.38; 4, s.23].
Onlar sonrakı illərdə nəinki Urartu üçün, eləcə də bütün Yaxın Şərq üçün böyük təhlükə olan
iskitlər idi. Cənubi Azərbaycan (Qərbi İran nəzərdə tutulur – R.Əlizadə) torpaqları üzərində
Urartu hegemonluğunu bərqərar edən I Argişti hakimiyyətinin onüçüncü ilində Göyçə gölü
ətrafına hərbi yürüş təşkil edir. Bu hadisə barədə Van qalasının cənub-qərb ucundakı qaya mə-
zarına doğru enən nərdivanların sol tərəfində “Horhor yazıları” adlı qayaüstü kitabədə məlu-
mat verilmişdir. Horhor yazılı kitabəsi səkkiz sütuna bölünür. Onun beşinci sütunu üzərində
göstərilir: “ ... Tanrı Haldi öz nizəsi ilə səfər çıxdı, Manna ölkəsini ələ keçirdi və Etiuni ölkəsi-
ni ələ keçirdi. (Onları) Argiştinin önündə yerə çaldı. Tanrı Haldi güclüdür. Tanrı Haldinin bö-
yüklüyü ilə Menua oğlu Argişti deyir ki: Manna ölkəsinə qarşı səfərə çıxdım, ölkəni xaraba
qoydum və şəhərləri yandırdım. Hökmdar şəhəri Šimerihadirini güc tətbiq edərək ələ keçir-
dim. Oradan kişiləri və qadınları sürgün etdim. Argişti deyir ki: ... Etiuni ölkəsinin Ardini şə-
hərindən ... duydum. Həmin ildə yenə ordu topladım. Menua oğlu Argişti deyir ki: (Onların)
ilahi böyüklüyündən (yardım) istədiyim üçün tanrı Haldiyə, tanrı Teyšebaya, tanrı Šiviniyə və
Biaynili ölkəsinin (bütün) tanrılarına yalvardım. Tanrılar mənə qulaq asdılar. Etiuni ölkəsinə
qarşı səfərə çıxdım, Eriahi ölkəsini və Katarza ölkəsini ələ keçirdim və İšqigulu ölkəsinə qədər
irəlilədim. Oradan Biaynili ölkəsinə kişilər və qadınlar gətirdim. Argişti deyir ki: Tanrı Haldi-
nin böyüklüyü ilə Uiteruhi ölkəsinə qarşı səfərə çıxdım və Uiteruhi ölkəsini ələ keçirdim,
ölkəni xaraba qoydum və şəhərlərini yandırdım. ... Amegu [ ] şəhərini ... Uiteruhi ölkəsini ...
kitabə qoydurdum ... hökmdar (?) ... geri verərək (?) ... altında (?) ... kimilərini öldürdüm və
kimilərini də əsir götürdüm. 1 min 2 yüz X on X at, 29.504 böyükbaş heyvan və 60 min ... ki-
çikbaş heyvan apardım. Argişti deyir ki: Tanrı Haldinin uğrunda bu qəhrəmanlıqları bir il içə-
risində etdim” [5 (Schulz), No:6; 6 (HchI) 80 § 10-13; 7 (UKN) 127 V; 8 (CTU) A 8 – 3 V].
N.V.Arutyunyan 1951-ci ildə “Urartu hökmdarı I Argiştinin Horhor kitabəsi” adlı na-
mizədlik dissertasiyası müdafiə etmişdir. Bu mixiyazılı qaynağı “dərindən” araşdıran N. V.
Arutyunyan “Şərq epiqrafikası”nın yeddinci sayında Urartu yazılarının şərhini vermişdir. Er-
mənistan Respublikası Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu 2001-ci ildə onun
Ümummilli lider Heydər Əliyev –
90
389
Tarix və onun problemləri, № 2 2013
tərcüməsində Urartu mixiyazılı qaynaqlarını toplu halında nəşr etdirmişdir. Maraqlıdır ki, bu
nəşrdə Xorxor ktabəsinin İšqigulunun adı çəkilmiş beşinci sütunuun tərcüməsi verilməmişdir
[9 (KUKN)]. Bu fakt Ermənistan elm dairələrinin üzərində gədikləri torpağın kimlərə aid ol-
masını etirarf etməsi sayıla bilərmi? Əlbəttə. Urartu mədəni irsinin önəmli tədqiqatçılarından
biri olan van Lun göstərir ki, bu qaynaqda adı çəkilən
KUR
iš-qi-gu-lu Yaxın Şərq tarixində iskit
etnoniminin ilk dəfə qarşımıza çıxmasıdır [ 10, s.15; 2, s.73]. Urartunun şərq sərhədlərini əhatə
edən Qərbi Azərbaycan torpaqları Azərbaycanın avtoxton əhalisinin və iskit tayfalarının yurd
yeri olmuşdur. Bəhs etdiyimiz dövrdə indiki Ermənistan ərazisində nəinki ermənilərin dövlət-
çiliyindən, hətta onların soy-kökündən söhbət gedə bilməzdi. Onlardan ən yaxşı halda ancaq
Urartunun qərb ucqarlarında yaşayan kiçik passiv etnik azlıq kimi bəhs etmək olar.
Türk tədqiqatçısı E.Memiş iskitlərlə bağlı qaynaqları iki qrupa ayırır: birincisi yazılı
qaynaqlar, ikincisi isə arxeoloji qaynaqlar. Onun təsnifatında yazılı qaynaqlar dedikdə Tövrat,
Aşşur, Fars (Əhəməni) və klassik yunan müəlliflərinin qeydləri nəzərdə tutulur. E. Memiş bu
barədə yazır: “İskitlərin adı ilk dəfə Aşşur hökmdarlarından Misir fatehi Asarhaddonun (e. ə.
680-668) dövrünə aid qaynaqlardan Prizma (B)-də çəkilmişdir. Bəhs olunan yazıda Gimir-
rai'lər və Ašguzai'lər haqqında danışılır ki, adı çəkilən bu tayfalardan birincisinin kimmerlər,
ikincisinin isə iskitlər olduğu bu gün hər kəs tərəfindən qəbul edilmişdir. Bu kitabəyə görə,
Aşşur hökmdarı Asarhaddon dövlətin şimal və şimal-şərq hüdudlarını təhdid edən kimmerlər
və mannaların istilalarından qorunmaq məqsədiylə İskit hökmdarı Bartatua ilə razılığa gəlmək
yolunu seçmiş və ona öz qızını ərə verməklə adı çəkilən tayfalara qarşı savaşmasını istəmiş-
dir” [11, s. 3]. E.ə.VIII əsrin sonu – VII əsrin əvvəllərində Manna siyasi elitası bütün Cənubi
Azərbaycan torpaqlarında öz hegemonluğunu bərqərar etmək üçün mühüm sınaq qarşısında
idi. Aşşur və Urartu təhlükəsi nisbətən azalsa da, başqa problem ortaya çıxmışdı. Cənubi
Azərbaycan əhalisinin etnik tərkibi kəskin dəyişikliyə məruz qalmışdı. Mannada mərkəzi ha-
kimiyyətin güclü olduğu dönəmlərdən fərqli olaraq ölkənin başlıca etnik substratı olan Manna
əhalisindən başqa, kutilərin və işquzların da siyasi həyatda rolu güclənmişdir. Məhz bu
səbəbdən də Manna siyasi elitası fərqli mövqe tutaraq ənənəvi siyasi kursdan əl çəkdi. Bu
dövrdə ölkənin daxili vəziyyətini siyasi dağınıqlıq kimi xarakterizə etmək düzgün olmazdı.
Azərbaycanın cənub torpaqlarında yaşayan mannalılar, midiyalılar, kutilər və digər tayfalar
iskitlərin gəlişi ilə xarici müdaxiləçilərə (əsasən də Aşşur dövlətinə qarşı) qarşı mübarizəyə
başladılar [12, s. 207 // §517 (Prism B, Col. III, ll. 13-28); Yenə orada, s.326-328 // §851,
§852, §853, §854 (Col. III, l.16 – Col. IV, l. 14)]. Onların hərbi qüdrətini artıran başlıca amil
iskitlərin bu ərazidə məskunlaşması idi. Əvvəlki Manna hökmdarlarının ölkənin parçalanması-
nın qarşısını almaq və yaxın düşmən olan Urartunun hücumlarından qorunmaq üçün yürütdü-
yü Aşşurpərəst siyasi doktrinadan imtina edildi. Ola bilsin ki, Mannada hakim sülalə də dəyiş-
mişdir. Aşşur əleyhinə ümumxalq narazılığı ilə bağlı məsələdə İ. M. Dyakonovun və İ. H. Əli-
yevin mövqeləri (onların hər ikisi sinfi ziddiyyətləri başlıca səbəb kimi göstərirlər – R.Əliza-
də) bir o qədər ciddi əhəmiyyət kəsb etməsə də G.A.Melikişvilinin mülahizəsi daha maraqlı-
dır. Onun fikrincə Aşşur əleyhinə narazılığa “Manna hökmdarlarının iskitlər və kimmerlərlə
ittifaqa aludəçiliyi” və sonuncuların Manna torpaqlarında məskunlaşması səbəb olmuşdur. A.
Erzenə görə, I Rusanın II Sarqonla apardığı müharibədə məğlub olmasında kimmerlərin Urar-
tu üzərinə hücumları da rol oynamışdır [13, s. 36]. Keçmiş Sovet tarixşünaslığının ortaya qoy-
duğu araşdırmalardan biri də S. Qaşqayın “Manna dövləti” kitabıdır. Burada müəllif e.ə.650-ci
il Manna üsyanı və onun səbəbləri haqqında heç bir fikir ortaya qoymadan öz monoqrafiyasını
faktaloji sitatlarla bəzəmişdir [14, s.74-75]. Bu bir həqiqətdir ki, e.ə.VII əsrin ilk rübündən
başlayaraq yadelli ağalığına qarşı Manna – Midiya – İskit – Kimmer koalisiyası meydana gəl-
390 Ümummilli lider Heydər Əliyev –
90
Tarix və onun problemləri, № 2 2013
mişdir. Asarhaddon İskit-Manna ittifaqını pozmağa çalışsa da [13, s.38] İskit hökmdarı Barta-
tuaya bel bağlamaması qaynaqdan da açıq-aşkar görünür [ 15, s.268]. Azərbaycan-İskit koalisi-
yanın yaranmasını şərtləndirən iki başlıca amil var idi: Bunlardan birincisi ümumi düşmənə
qarşı mübarizə, ikincisi isə etnik mənşə baxımından yaxınlıq olmuşdur. Həm Qərb, həm keç-
miş Sovet, həm də müasir Türkiyə urartuşünaslığında iskit məsələsinin daha çox işıqlandırıl-
ması nə ilə bağlı idi? Şübhəsiz ki, bu məsələnin araşdırılmasını zəruri edən bir neçə amillər
vardı ki, bunların da başında Yaxın və Orta Şərqin qüdrətli imperiyalarına qalib gələn və onla-
ra yad olan zəngin bir mədəniyyətə sahib olan iskit tayfalarının yayılma arealını müəyyən et-
mək dururdu. Hurrilərdən sonra bölgənin avtoxton əhalisinə ən çox qarışan və etnik-mədəni
xüsusiyyətlərinə görə onlardan çox da fərqlənməyən güclü və sayca çox olan növbəti axın
iskitlərin adı ilə bağlı idi. Azərbaycanın həm şimal, həm də cənub bölgələrində iskit etnik
ünsürünün nüfuzunun artması müxtəlif areallar arasında koordinasiyanı şərtləndirən başlıca
amil olmuşdur.
E.ə.I minilliyə aid yazılı qaynaqlarda öz adları ilə tanınan təkcə iskitlər deyildi. XX
əsrin əvvəlində Osmanlı dövlətinin erməni siyasətçilərinin adlandırdığı qondarma “soyqırım”ı
əsrin sonunda həmin erməni siyasətçiləri Azərbaycan xalqının başına gətirdi. Dünənin tarixin-
dən təkcə bir faktı xatırlamaq kifayətdir ki, Cənubi Qafqazdakı rus hərbçilərindən böyük dəs-
tək alan erməni terror qrupları Azərbaycan Respublikasınan Xocalı yaşayış məntəqəsini yer
üzündən silməklə insan nəslinin qənimi kəsildiklərini sübut etdilər. Erməni təbliğat maşını işə
düşdü. Ermənilərin ən qədim zamanlardan Cənubi Qafqaz regionunda yaşadıqlarını sübut et-
mək üçün bir sıra qərəzli yazarlar nələr etmədilər. “Erməni xalqının tarixi” hiredul əzabı ilə
yazıldı. Bir sıra tarixçilərin iddia etdikləri kimi Cənubi Qafqaz ərazisində ən qədim siyasi qu-
ruluşlardan biri olan Urartu dövlətinin etnik mənsubiyyət baxımından ermənilərlə heç bir əla-
qəsi yoxdur. Bunu arxeoloji, antropoloji və linqvistik dəlillər də açıq-aşkar təsdiq edir. E.ə. I
minilliyin ilk yarısında Cənubi Qafqazın böyük bir hissəsinin Urartu dövlətinin tərkibində
olması məsələsi Azərbaycan və Gürcüstan respublikalarının ərazisinin bugünkü Ermənistan
hakimiyyəti altına keçməsi demək deyil. Digər tərəfdən acınacaqlı hal odur ki, məsələnin ma-
hiyyətini anlamayan bir sıra tədqiqatçılar da bu məsələdə erməni dəyirmanına su tökməkdən
başqa işə yaramırlar.
E.ə.IX əsrin ikinci yarısından etibarən Urartu dövləti Yaxın və Orta Şərqdə hegemon-
luq uğrunda fəal mübarizəyə başlayır. Cənubi Qafqaza hücumlar da məhz bu dövrdən başlayır.
Urartunun həm Assuriya, həm də Qafqazın kiçik dövlət qurumları ilə apardığı müharibələr
haqqında mövcud tarixşünaslıqda müxtəlif fikirlər səslənmiş və bu məsələyə dair fərqli
baxışlar ortaya qoyulmuşdur. Urartunun hücumuna məruz qalan ölkələr içərisində Etiúni və
Qu'albani mühüm yer tuturdu.
KUR
etiúni//etiuhi e.ə. IX əsrin ikinci yarısından etibarən Azər-
baycanın şimalında, eləcə də bütün Qafqazda yaranmış ilk dövlət qurumudur. Urartu qay-
naqlarında bu toponim əsasən Etiuhe/ne kimi işlənmişdir [16, s.14]. Cənubi Qafqazda Urartu
qoşunlarının başlıca hücum hədəflərindən biri də məhz bu ölkə olmuşdur. Araz çayından şi-
malda yerləşən bu ölkə haqqında Urartu mixi yazılı qaynaqlarında daha çox məlumat vardır.
İšpuini və oğlu Menuanın birgə hakimiyyətdə olduqları dövrdən etibarən Etuini konfederasi-
yası ilə müharibələr aparılmış və xeyli sayda qənimət ələ keçirilmişdir. Menuanın dövrünə aid
yazılardan məlum olur ki, Etiuni ölkəsi Cənubi Qafqazın kiçik bəylikləri içərisində ən böyüyü
olmuşdur. Etiuni toponimi indiki Azərbaycan Respublikasında yaşayan qədim udinlərin adın-
dan götürülüb və “Udin ölkəsi” deməkdir. Qeyd edək ki, Menuanın atası İšpuini ilə birlikdə
hakimiyyətdə olduqları dövrə aid yazıdan məlum olur ki, Etiuni ölkəsi kiçik bəyliklərin konfe-
derasiyası şəklində mövcud idi [7 (UKN) 20]:
Ümummilli lider Heydər Əliyev –
90
391
Tarix və onun problemləri, № 2 2013
(16)
D
[hal-(di-ni ma-s)]i-ni
GIS
šú-ri-e ↓
(Tanrı Haldi öz nizəsi ilə)
(17) [(
m
ú-i-tè-ru-hi-ni]-e-
┌
di
┐
↓
(Uiteruhi,)
(18) [(
m
)]lu-šá-i-[(ni-e-di)]
↓
(Luša və)
(19) [(
m
)]ka-tar-
┌
za
┐
-ni-[e-di]
↓
(Katarza boylarına (tayfalarına) və)
(20) [
KUR
]e-ti-ú-h[(i-na-e)]-di-
┌
LUGAL
┐
[(
MEŠ
-di)]
↓
(Etiuhi Ölkəsi'nin hökmdarlarına qarşı səfərə çıxdı)
Etiuninin tərkibinə ola bilsin ki, bir müddət bir neçə xırda siyasi birliklər, o cümlədən
Qu'albani ölkəsi də daxil olmuşdur. Əhalisi orta hesabla 250-300 mindən çox olan Etiunidə
A.Çilingiroğlunun qeyd etdiyi kimi, Urartunun hücumlarına məruz qalan digər ölkələr kimi
yaxşı müdafiə olunmaq üçün qalalar inşa edilmişdir [3, s.32]. Etiuni müasir Azərbaycan Res-
publikasının qərb istiqamətində yerləşən daxili bölgələrini əhatə etmişdir. Onun paytaxt şəhəri
olmuşdur.
KUR
qu'albani Albaniya adının ilkin formasıdır. Urartu qaynaqlarında bu toponimin
ilkin forması Qu'alba(ne) kimi işlənmişdir [ 16, s.68]. Dövrümüzə qədər gəlib çatmış Urartu
mixiyazılı qaynaqlarında bu ölkənin adı yalnız bir yerdə çəkilir. Bu da II Sardurinin Van qala-
sında Xəzinə qapısı (Analıkız) kimi tanınan qayanın içərisində aşkar edilmiş 7 sütunlu yazılı
kitabəsidir. Hazırda bu daş kitabə 6 böyük və 22-yə qədər kiçik hissələr halında Van muzeyin-
392 Ümummilli lider Heydər Əliyev –
90
Tarix və onun problemləri, № 2 2013
də saxlanılır. Şərqdə sol kitabə üzərində II Sarduri Mannanı ələ keçirdiyindən, cənub istiqamə-
tində olan arxa divardakı kitabədə isə Arquqiu böyunun ölkəsinə qarşı səfərə çıxmasından, o
cümlədən Qu'albani ölkəsini ələ keçirməsindən bəhs edir. İlk öncə onu qeyd edək ki, Urartu
hökmdarının hərbi səfərinin Azərbaycanın cənubundan başlayıb şimalında başa çatması onu
göstərir ki, bu hadisələrin baş verdiyi coğrafiya tarixi Azərbaycan torpaqlarını əhatə edirdi.
Yerli əhalinin bəhs olunan dövrdə Urartu hücumuna qarşı güclü müqavimət göstərə bilməmə-
sinin başlıca səbəbi isə həm Araz çayından şimalda (Cənubi Qafqazın kiçik bəylikləri), həm
də cənubda (Urmiya gölü hövzəsində, Manna ərazisində) mövcud olan siyasi qurumların va-
hid cəbhədə birləşməməsi idi. İ.İ.Meşşaninov “Azərbaycanın hüdudlarına haldların yürüşləri
haqqında ehtimal olunan məlumatlar” adlı məqaləsində Alban ölkəsinin Etiuni kollektivinə
daxil olması fikrini müdafiə edir [17, s. 38]. Araz çayının şimalındakı kiçik bəyliklərin qrup-
laşmasını konfederasiya adlandırmaq daha məqsədə uyğun olar. Yuxarıda göstərilən faktlar
bir daha onu göstərir ki, Qafqazda ilk dövlətlər olan Etiuni və Qu'albani haqqında yeganə
yazılı qaynaqlar Urartu hökmdarlarının kitabələridir.
ƏDƏBƏYYAT
1. Kâzım Karabekir. Birinci Dünya Savaşı Anıları. İstanbul, Yapı Kredi Yayınları, 2011.
2. Çilingiroğlu A. Urartu Tarihi. Ege Üniversitesi Edebiyat Fakültesi Yayınları No: 77,
Bornova, 1994.
3. Çilingiroğlu A. Urartu krallığı: Tarihi ve Sanatı. İzmir, 1997.
4. Çilingiroğlu A. The History of the Kingdom of Van – Urartu. Van, “Van Eski eserleri,
Müzeleri ve Turizmi Sevenler Derneği”, 1988.
5. Schulz F. E. Mémoires sur le lac de Van et ses environs (Envoyé à Paris le 8 juin 1828) //
“Journal Asiatique”, IX. Paris, 1840.
6. HchI – König F. W. Handbuch der chaldischen Inschriften, “Archiv für Orientforschung”, 2
vols., Beiheft 8. Graz: Selbstverlag Ernst Weidners, 1955-57.
7. UKN – Меликишвили Г. А. Урартские клинообразные надписи. Москва,
Издательство Академии Наук СССР, 1960.
8. CTU – Salvini M. Corpus dei testi urartei. VIII, Voll. I–III, Roma, 2008.
9. KUKN – Арутюнян Н. В. Корпус Урартских Клинообразных Надписей.
Национальная Академия Наук Республики Армении. Институт Востоковедения,
Издательство «Гитутжун», Ереван, 2001.
10. van Loon M. N. Urartian Art: Its Distinctive Traits in the Light of New Excavations.
Uitgaven van het Nederlands Historisch-Archaeologisch Instituut 20. Istanbul, 1966.
11. Memiş E. İskit'lerin Tarihi. Konya, Selçuk Üniversitesi Basımevi, 1987.
12. ARAB – Ancient Records of Assyria and Babylonia. By Ph.D. D.D.Luckenbill, Vol. II,
Historical Records of Assyria, from Sargon to the end. Greenwood press publishers, New
York, 1968.
13. Erzen A. Doğu Anadolu ve Urartular. Ankara, Türk Tarih Kurumu Basımevi, 1992.
14. Qaşqay S. Manna dövləti. Bakı, Azərnəşr, 1993.
15. Yusifov Y. B. Qədim Şərq tarixi. Bakı Universiteti nəşriyyatı, 1993.
16. Répertoire Géographique des Textes Cunéiformes IX. Geographical Names According to
Urartian Texts. By Igor M. Diakonoff and S. M. Kashkai. Wiesbaden, Dr. Ludwig Reichert
Verlag, 1981.
Ümummilli lider Heydər Əliyev –
90
393
Tarix və onun problemləri, № 2 2013
17.Мещанинов И. И. Предположительные сведения о движении халдов в пределы
Азербайджана. – «Известия Азербайджанского Археологического Комитета», Вып. 2-й,
Баку, 1926, стр. 33-39.
РАМИН АЛИЗАДЕ
Докторант Бакинского Государственного Университета
ИСТОРИЧЕСКАЯ ГЕОГРАФИЯ АЗЕРБАЙДЖАНА ПО КЛИНОПИСНЫМ
УРАРТСКИМ ИСТОЧНИКАМ В ПЕРВОЙ ПОЛОВИНЕ I ТЫСЯЧЕЛЕТИЯ ДО
Н. Э. (КООРДИНАЦИЯ И ИМПЛИКАЦИЯ АРЕАЛОВ)
В статье говорится о государствах, формировавшихся на территории Азербай-
джана в первой половине I тысячелетия до н.э. Экспансия таких сильных империй – как
Ассирия и Урарту помешала этим государствам выйти на арену в виде единой полити-
ческой державы. Урартские клинописные источники дают нам полное представление об
исторической географии Азербайджана.
В конце совместного правления Менуа (810-786 до н.э.) с отцом Ишпуини Урарт-
ское царство уже превратилось в одно из сильных государств. Сын Менуа урартский
царь I Аргишти (786-764 до н.э.) во время прихода к власти восточные земли – нынеш-
ний Северо-Западный Иран попал под влияние своего отца. Выдающийся турецский
археолог А. Чилингироглы отмечает, что во времена правления I Аргишти урартское
правительство хотя считалось сильным, однако, живущие вокруг озера Гекче северные
племена в тринадцатый год его правления начали представлять опасность. В его анна-
лах говорится, что «в тот же год в область Етиу были нападения, он захватил область
Катарза и продвинулся до области Ишкигулу». С прихода к власти II Сардури (764-735
до н.э.) с севера и с востока никакой опасности не наблюдалось. Даже во времена его
правления захватническая политика было широко распространено. Главной мишенью
этих нападений была нынешняя территория Азербайджана. Цитадель Аналыкыз, посвя-
щенный военным походам II Сардури доказывает, что в середине IX века до н.э. исто-
рическую географию Азербайджана составляли государство Манна, расположенный на
юге реки Аракс, на севере Конфедерация Этиуни и несколько мелких государственных
объединений. Эти факты показывают, что при изучении древней истории Азербайджана
лучше всего основываться на координацию ареалов и импликации контекстов.
В Урартских клинообразных источниках встречаются названия населенных пунк-
тов Карабаха, являющийся родиной Азербайджанского народа. Гергер (<=ур.клинооб.
Гуркумели), Шелли (<=ур.клинооб. Шилаини), Шеленги (<=ур.клинооб. Шулуги),
Арран (<=ур.клинооб. Ариаини), Албан (<=ур.клинооб. Ку'албани), Ути (<=ур.клинооб.
Этиуни/Этиухи), Эрги (<=ур.клинооб. Эрикуахи), Хакери (<=ур.клинооб. Аргугиу),
Липани (<=ур.клинооб. Луипруни) и другие этнонимы можно привести в пример. Та-
ким образом, по урартским клинообразным источникам становится ясно, что в первой
половине I тысячелетия до н.э. на территории, находящийся между Восточной Анато-
лией и Азербайджаном о существовании истории государственности армянского народа
никакой действительной гипотезы не может быть.
394 Ümummilli lider Heydər Əliyev –
90
Tarix və onun problemləri, № 2 2013
RAMIN ALIZADEH
Doctorant of Baku State University
e-mail: raminalizadeh17@gmail.com
HISTORICAL-GEOGRAPHY OF AZERBAIJAN ACCORDING
TO URARTIAN INSCRIPTIONS AT THE FIRST HALF OF B.C. I MILLENIUM
(COORDINATION AND IMPLICATION OF THE AREAS)
In the article, the ancient states which were formed in Azerbaijan at the first half of
B.C. I millenium are mentioned. Expansion policy of the strong empires like Assyria and
Urartu prevented emergence of these states as a union political power. Urartian inscriptions
give us great opportunity to make a point about historical-geography of Azerbaijan.
When Menua (810-786 B.C.) completed acting as co-regent with his father Ishpuini,
the Urartian Kingdom had already been established on strong foundations. It seems certain
that when the next Urartian king, Argishti I (786-764 B.C.), son of Menua, descended the
throne, the eastern lands, namely north-west Iran, had already been secured by his father. To
Turkish archaeologist A. Çilingiroğlu, although the Urartian power was at its zenith in the
time of Argishti, the northern tribes living around Lake Gökçe were able to cause problems
towards the thirteenth year of his reign (774 B.C.). According to his annals " in that year he
took the field against the land of Etiu (=Etiúni, Northern Azerbaijan || region around Lake
Gökçe), he conquered the land of Katarza and travelled as far as the Land Ishkigulu ". When
Sarduri II (764-735 B.C.) inherited the Urartian throne there was almost no threat which
would have possibly come from the north and east. Even as of the period of Sarduri II,
expansion policy of Urartu had been increased. Nowadays territory of Azerbaijan was the
main target of these attacks. Analikiz Citadel which is talking about the military attacks of
king Sarduri II could be taken into consideration as a proof that in the middle of B.C. IX
century, historical-geography of Azerbaijan had already included Manna state which located
in the south of Aras river, Etiuni Confederation – located in north, and several small
principalities. These facts show that the approach to the ancient history of Azerbaijan from the
context of the coordination and implication of these areas is more relevant.
In Urartian inscriptions, it is possible to come across the names which are showing
similarity with the names of Karabakh settlements which are the motherland of Azeri people.
Gerger (<=ur.insc. Qurkumeli), Shelli (<=ur.insc. Shilaini), Shelengi (<=ur.insc. Shulugi),
Aran (<=ur.insc. Ariaini), Alban (<=ur.insc. Qu'albani), Uti (<=ur.insc. Etiúni/Etiuhi), Ergi
(<=ur.insc. Erikuahi), Hekeri (<=ur.insc. Arquqiu), Lipani (<=ur.insc. Luipruni) and this kind
of other ethnonyms can be shown as an example. Thus, it reveals from the Urartian
inscriptions that it is impossible to claim hypothesis about statism history of Armenian people
between the lands of Eastern Anatolia and Azerbaijan.
Rəyçilər:t.f.d. R.Aslanov, t.e.d. S.T.Hacıyev
BDU-nun Tarix fakültəsinin “Asiya və Afrika ölkələri tarixi” kafedrasının 11 oktyabr 2012-ci
il tarixli iclasının qərarı ilə çapa məsləhət görülmüşdür (protokol № 01)
Dostları ilə paylaş: |