Uot 004. 65: 61 Ağazadə İ



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
tarix29.12.2016
ölçüsü0,49 Mb.

İnformasiya cəmiyyəti problemləri, 2013, №2(8), 52-60 

 

52                                                                  www.jpis.az 



 

 

UOT 004.65:61 



Ağazadə İ.S.

1

,  Şahverdiyeva  R.O.

1,2


AMEA İnformasiya Texnologiyaları İnstitutu, Bakı, Azərbaycan 

1

aghazadehnasrin@gmail.com, 



2

depart8@iit.ab.az 



SƏHİYYƏ İNFORMASİYA SİSTEMLƏRİNDƏ MÜALİCƏ PROSESLƏRİNİN 

QİYMƏTLƏNDİRİLMƏSİ ÜZRƏ STATİSTİK MƏLUMATLARIN STRUKTUR 

TƏHLİLİ 

Məqalə  səhiyyə  informasiya  sistemləri  tərkibində  müalicə  proseslərinin  qiymətləndirilməsi  və 

təhlili  üzrə  zəruri  olan  statistik  məlumatların  müəyyənləşdirilməsinə  və  struktur  təhlilinə  həsr 

olunmuşdur.  Qərar  qəbuletmə  proseslərində    statistik  indikatorların    rolu,    statistik  tədqiqatın 

məqsədi,  indikatorların    tipləri,  həmçinin  statistik  standartlar  və  meyarlar    ətraflı  tədqiq 

edilmişdir. Xəstəxana göstəricilərinin müqayisəli təhlili verilmişdir.  

Açar  sözlər:  tibbi  indikatorlar,  tibbi  xidmətlər,  statistik  göstəricilər,  statistik  standartlar  və 

meyarlar, tibbi informasiya sistemləri. 

Giriş 

Müxtəlif  statistik  göstəricilərin  mövcudluğu  səhiyyə  və  müalicə  müəssisələrinin  işinin 

effektivliliyinin  qiymətləndirilməsinə  imkan  verir.  Onlar  həm  də  səhiyyə-müalicə  sahəsinin 

inkişafı  yolundakı  maneə  və  çətinliklərin  aradan  qaldırılmasının  dəqiq  yolunu  ortaya  qoyur. 

Xəstəxana  göstəriciləri  onun  müxtəlif  sahələrdəki  fəaliyyətini  əks  etdirir.  Ona  görə  də  bu 

göstəricilərə  hərtərəfli  diqqət  edilməsi  zəruridir  [1].  Yəni,  vaxtaşırı  və  ya  dövri  olaraq 

göstəricilər  araşdırılmalı,  müqayisə  edilməli  və  onların  vəziyyəti  qiymətləndirilməlidir. 

Xəstəxana  göstəricilərinin  tədqiqi  ilə  bağlı  müxtəlif  araşdırmalar  həyata  keçirilmişdir.  Onların 

hər  birində  yalnız  bir  qrup  göstəricilər  öyrənilmişdir.  Göstəricilər  idarəçiliklə  bağlı 

məlumatlardan  ibarətdir.  İstifadəçilər  tərəfindən  xəstələrə  səhiyyə-müalicə  xidmətləri 

göstərilməsi, ödəmələrin yerinə yetirilməsi və s. sahələr üzrə qərarların qəbulunda onlardan geniş 

şəkildə istifadə olunur.  

Məqalə  səhiyyə-müalicə  xidmətlərinin  keyfiyyətinin  təkmilləşdirilməsinin  idarə  olunması 

və  təhlili  istiqamətində  istifadə  olunan  klinik  indikatorların  təyinatları  və  xüsusiyyətlərinə  həsr 

olunmuşdur.  Klinik  indikatorlar  səhiyyə-müalicə  xidmətlərinin  özünəməxsus  strukturlarını, 

proseslərini  və  onların  nəticələrini  qiymətləndirir.  Onlar  səhiyyə-müalicə  xidmətlərinin 

qiymətləndirilməsi üçün dərəcəli və ya orta göstərici əsaslı, eləcə də, növbətçi təyinatlı ola bilər. 

Bu  indikatorlar  strukturun,  proses  və  ya  nəticənin  aspektlərini  qiymətləndirmək  qabiliyyətinə 

malikdir. 

Klinik 

indikatorlar 

həmçinin 

səhiyyə-müalicə 

xidmətlərinin 

keyfiyyətinin 

təkmilləşdirilməsi  və  prioritetlərin  müəyyən  edilməsi  üçün  zəmin  yaradır.  İstifadə  edilən  klinik 

indikatorların  düzgün  və  etibarlı  olması  üçün  onlar  elmi  əsaslarla  layihələndirilməli, 

təyinatlandırılmalı və işlədilməlidir. 

Məqalədə  əsas    məqsəd  xəstəxana  göstəricilərinin,  xüsusən,  onların  ən  çox  işlədilən 

qrupunun  vahid  standart  metod  əsasında  araşdırılmasıdır.  Tədqiqatın  nəticələri  bu  sahə  ilə 

məşğul olanlar və səhiyyə-müalicə xidmətinin keyfiyyətinin ölçülməsinə maraq göstərənlər üçün 

nəzərdə tutulmuşdur.   



Qərar qəbuletmədə statistik göstəricilərin rolu 

Səhiyyə  müəssisələrinin  fəaliyyətinin,  yaxud  da  orada  göstərilən  səhiyyə  xidmətlərinin 

keyfiyyətinin yüksəldilməsi xəstəxana idarəçilərinin və məsul şəxslərin qəbul etdiyi qərarlardan 

asılıdır.  Qərarların  qəbulu  isə  dəqiq  say,  ölçü,  hesablama  və  araşdırmaların  nəticələri  əsasında 

həyata keçirilir. Bu şəkildə qəbul edilmiş qərarların nəticələri daha uğurlu və etibarlı olur.  


İnformasiya cəmiyyəti problemləri, 2013, №2(8), 52-60 

 

 



       www.jpis.az                                                                      53 

 

Xəstəxanalarda göstərilən xidmətlərlə bağlı statistik göstəricilər və məlumatlar idarəçilərin 



qərar  qəbuluna  və  planlaşdırmaya  kömək  üçün  ən  yaxşı  vasitədir.  Digər  tərəfdən,  bu  statistik 

göstərici və məlumatlar o zaman daha effektli olur ki, statistika əməkdaşları, idarəçilər və xidmət 

göstərənlər  bu  statistikada  və  məlumatlarda  işlədilmiş  anlayışların  və  istifadə  edilmiş  üsulların 

məna və mahiyyətini tam şəkildə başa düşmüş olsunlar. Xüsusən də, idarəçilər statistik göstərici 

və  məlumatların  doğruluğuna  və  düzgünlüyünə  əmin  olmasalar,  onlardan  istifadə  çətin  və  ya 

mümkünsüz  olar  [2].  Çünki  idarəçilər,  eləcə  də,  həkimlər  statistik  göstərici  və  məlumatlardan 

istifadə  etməklə  xəstəxananın  mövcud  və  keçmiş  fəaliyyətlərini  müqayisə  edir  və  gələcək 

fəaliyyətlərinin  planlaşdırılmasında  bu  müqayisənin  nəticələrindən  yararlanırlar.  Bununla  bağlı 

Dünya  Səhiyyə  Təşkilatının  819  saylı  texniki  hesabatında  qeyd  olunmuşdur  ki,  məlumatsız 

idarəetmə  mümkün  deyildir.  Bu  məlumatların  əksəriyyəti  xəstəxananın  daxili  və  xarici 

informasiya  mənbələrindən  əldə  olunur  və  tibbi  müalicə,  sərmayə  qoyuluşu,  əməkdaşlar 

haqqında məlumatlar, çarpayıların istifadəsi, onlardan istifadənin optimallığı və digər məsələləri 

ehtiva edə bilər [3].  

Statistik təhlilin məqsədi 

Xəstəxanada  məlumatların  uğurlu  idarə  olunması  üçün  onların  vaxtında  əldə  edilməsi 

imkanının təmin edilməsi vacibdir. Eləcə də, bütün məlumatlar sistemli şəkildə olmalıdır. Çünki 

hər  an  idarəçinin  mövcud  vəziyyət  haqqında  məlumat  əldə  etməsi  və  işini  bu  məlumatlara 

əsaslanaraq davam etdirməsi və lazımi qərarı qəbul etməsi zəruridir. Nəzərə almaq lazımdır ki, 

məlumatların sayında məhdudiyyət yoxdur, ancaq məlumatların əldə ediləcəyi mənbələr məhdud 

olur. Çünki aidiyyatı məlumatların əldə edilməsində məhdudiyyətlər olmalıdır [4]. Buna görə də 

statistik məlumatların toplanmasına o halda zərurət olur ki, onların müəyyən bir sahədə davamlı 

əhəmiyyəti olsun. Yaxud da idarəçilikdə onlardan xüsusi məqsədlər üçün istifadə ediləcəyi aydın 

olsun.  Beləliklə,  hər  bir  xəstəxanada  statistik  məlumatların  toplanması,  araşdırılması  və  təhlili 

aşağıdakı məqsədlərə xidmət edir [5]:  

 



xəstəxananın idarə olunması və səhiyyə-müalicə xidmətlərinin göstərilməsi; 

 



dövlət  məmurları,  yaxud  səlahiyyətli  mütəxəssislər  üçün  lazımi  hesabatların  tərtib 

edilməsi; 

 

mərkəzi,  ərazi  və  sahə  üzrə  inkişaf  planlarında  xəstəxananın  sosial-iqtisadi 



əhəmiyyətinin nəzərə alınması; 

 



ölkədə  səhiyyənin,  o  cümlədən  epidemik  xəstəliklərin  yayılması  vəziyyətinin 

dəyərləndirilməsi. 

Ümumdünya Səhiyyə Təşkilatının Ekspertlər Komitəsi özünün 8-ci hesabatında xəstəxana 

statistikasını  səhiyyə  statistikasının  bir  bölməsi  kimi  qiymətləndirmiş  və  onu  aşağıdakı  iki 

hissəyə ayırmışdır: xəstəxanaya aid statistika, xəstəyə aid statistika [6]. 

Xəstəxana və xəstələrin statistikası haqqında  

Xəstəxana  statistikası.  Xəstəxanaya  aid  statistika,  səhiyyə-müalicə  müəssisəsi  kimi 

xəstəxananın özəlliklərini əks etdirir. Bu statistika rüblük və illik olaraq çıxarılır və xəstəxanada 

göstərilən xidmətləri, onların ixtisas təyinatlarını, maddi mənbələrini, təlim və tədris imkanlarını, 

maliyyə və insan resurslarını, xəstələrin müalicə məsələlərini, onların keyfiyyətini, idarəetmə və 

maliyyə  göstəricilərini  və  s.  ehtiva edir və  əhatə  etdiyi  sahələr üzrə  qruplaşdırılır  [7]. Məsələn, 

xəstəxananın  maddi  mənbələri  bölməsində  xəstəxananın  ən  mühüm  maliyyə  mənbəyi  hesab 

olunan çarpayıların sayı, bölmə və xidmət növü, maliyyələşdirilməsi, məhsuldarlığı kimi mühüm 

göstəricilər  verilir.  Bundan  başqa,  insan  resurslarının  statistik  göstəricilərində  mövcud  tibbi  və 

xidməti heyət sahələr üzrə (həkimlər, tibb bacıları, ümumi və idarəetmə xidməti əməkdaşları və 

s.)  ayrı-ayrılıqda  göstərilir  [8].  Xəstəxananın  təlim  və  tədris  prosesləri  haqqında  məlumat 

xəstəxana  statistikasında  ayrıca  bir  bənddə  verilir.  Burada  təlim  kurslarının  özəllikləri,  onların 


İnformasiya cəmiyyəti problemləri, 2013, №2(8), 52-60 

 

54                                                                  www.jpis.az 



 

məsrəfləri, onlara yazılma qaydaları və s.) yer alır. Xəstəxananın imkanlarından istifadə ilə bağlı 

məlumatlar göstərilmiş xidmətlərin həcminə görə aşağıdakı üç qrupda verilir: 

 



xəstələrin  müalicə  dövrü  ilə  bağlı  məlumatlar:  bu  göstərici  müəyyən  bir  dövr  ərzində 

xəstəxana  çarpayısından  istifadəni  göstərir  (məsələn,  ilin  əvvəlində  xəstəxanadakı 

xəstələrin  sayı,  il  boyu  qəbul  edilmiş  və  tərxis  olunmuş  xəstələrin  sayı,  eləcə  də,  ilin 

sonunda xəstəxanadakı xəstələrin sayı); 

 

il  ərzində  səhiyyə-müalicə  xidmətləri  göstərilən  günlərin  sayı:  çarpayı  ilə  bağlı 



göstərilən  xidmətlərin  dəyərləndirilməsi  -  bu  göstərici  xəstəxanadakı  xəstələrin 

gündəlik sayı ilə müəyyən olunur [8]; 

 

başqa  ixtisaslı  xidmətlərin  statistikası:  bu  statistika  laboratoriya  analizlərinin,  rentgen 



yoxlamalarının,  cərrahiyyə,  doğum,  eləcə  də,  qeyri-ambulator  müayinə    əməliyyatları 

haqqındakı  məlumatları  ehtiva  edir  (xidmət  növlərinin  konkret  siyahısının 

müəyyənləşdirilməsi hər bir xəstəxana tərəfindən fərdi şəkildə müəyyənləşdirilir); 

 



səhiyyə-müalicə xidmətlərinin keyfiyyətinin statistikası: bu statistika xəstəxanaya qəbul 

və  ya  cərrahiyyə  əməliyyatından  72  saat  sonra  yoluxma,  cərrahiyyə  əməliyyatından 

sonra ölüm, yeni doğulanlarda yoluxma, yeni doğulanlarda ölüm sayı kimi göstəriciləri  

ehtiva  etməklə  həm  də  xəstəxananın  fəaliyyətinin  keyfiyyət  göstəricilərini  ortaya 

qoyur; 



 



idarə  və  maliyyə  göstəricilərinin  statistikası:  bu  statistika  idarəçilik  baxımından 

xəstəxananın  təşkilati  və  fəaliyyət  ehtiyaclarını  təmin  edir.  Gün  ərzində  hazırlanmış 

yeməklərin,  yuyulmuş camaşırların miqdarı (kq.  ilə), telefon danışıqlarının miqdarı və 

s. kimi idarə və xəstəxana məsrəfləri (ayrı-ayrı xidmətlərin növü, xəstəxananın ümumi 

kapitalı, illik fəaliyyət xərci) ilə bağlı maliyyə  məlumatlarını əhatə edir. Bundan başqa, 

burada  xəstəxananın  gəlirləri  (xidmətlərdən  əldə  olunan  gəlirlərin  mənbə  və  miqdarı, 

xəstəxananın ümumi gəliri) də göstərilir [9].    

Xəstələrin  statistikası.  Bu  statistikada  xəstələrin  sayı  (yaşı,  cinsi,  onlara  qoyulmuş 

diaqnozlar  üzrə  qruplaşdırılması),  qəbulu  və  tərxisi,  xəstəxanada  qalma  günlərinin  sayı  

beynəlxalq  standartlara  görə  əks  olunur.  Burada  uzunmüddətli  müalicə  müəssisələri,  xroniki, 

ruhi  xəstəliklər,  əlil  və  qocalar  evləri  istisna  təşkil  edir.  Bu  cür  hesabatlar  xəstələrin  sayı, 

müraciət yeri, qəbulun əsas və ya yardımçı səbəbləri, ambulator müalicə tarixçəsi, epidemioloji 

göstəricilər, yaşayış yeri, ailə vəziyyəti, tərxis şəraiti  və s. məsələləri də özündə ehtiva edir [10]. 



Xəstəxana göstəricilərinin müqayisəli təhlili 

Səhiyyə-müalicə  sahəsində  idarəçilik,  planlaşdırma,  xidmətlərin  göstərilməsinə  nəzarət, 

resurslardan  effektli  istifadə,  diaqnostika  xidmətlərinin  düzgün  həyata  keçirilməsi,  mümkün 

müalicənin keyfiyyətli aparılması haqqında məlumatlar da əhəmiyyətlidir və onlar xəstəxananın 

müxtəlif  sahələrdəki  fəaliyyətini  əks  etdirir.  Ona  görə  də  bu  göstəricilərin  bütün  parametrləri 

ardıcıl  olaraq  müəyyən  zamanlarda  yoxlanılmalı  və  müqayisə  aparılmalıdır.  Xəstəxana 

göstəricilərini  müqayisə  edərkən  onların  fəaliyyətinin  zəif  və  güclü  tərəfləri  üzə  çıxarılır  və 

fəaliyyətin yaxşılaşdırılması üçün tədbirlər görülür. Xəstəxana statistikasının araşdırılması onun 

bölmə və hissələrinin rəhbərlərinin ən mühüm vəzifələrindən biridir. 

Xəstəxana  haqqında  statistik  məlumatlar  xəstəxananın  fəaliyyətinin  ən  mühüm 

göstəriciləridir. Belə ki, onlardan göstərilmiş xidmətlərin müəyyən olunması, qiymətləndirilməsi, 

eləcə də, uyğun standartlarla, analoji müəssisələrin göstəriciləri ilə, əvvəlki illərin nəticələri ilə 

müqayisədə istifadə olunur [11]. 

Tədqiqatçılar  hesab  edirlər  ki,  xəstəxananın  məhsuldarlığının  qiymətləndirilməsində 

müxtəlif parametrlərdən istifadə edilməlidir. Ancaq onların heç biri ayrılıqda bir regionda və ya 

ölkədə  xəstəxanadan  məhsuldar  istifadənin  meyarı  ola  bilməz.  Digər  tərəfdən,  məhsuldarlığın 

dəyərləndirilməsində həmin regionun və ya ölkənin xüsusi şəraiti də nəzərə alınmalıdır [12].  

 


İnformasiya cəmiyyəti problemləri, 2013, №2(8), 52-60 

 

 



       www.jpis.az                                                                      55 

 

Statistik standartlar və meyarlar 



 

 

Məlumdur  ki,  səhiyyə-müalicə  xidmətlərinin  göstərilməsi  üzrə  hər  bir  ölkənin 

özünəməxsus  standartları  və  meyarları  vardır.  Bu  standart  və  meyarlar  ölkədən-ölkəyə,  hətta 

regiondan-regiona  belə  fərqlənir.  Lakin  bütün  hallarda  səhiyyə-müalicə  sisteminin  standartları 

aydın  olmalı  və  qiymətləndirilmə  imkanlarına  malik  olmalıdır.  Çünki  standartlar  olmadan 

səhiyyə-müalicə xidmətlərinin  qiymətləndirilməsi mümkün deyil. Buna görə də səhiyyə-müalicə 

xidmətlərinə  səmərəli  nəzarəti  həyata  keçirtmək  üçün  uyğun  göstəricilər  hazırlanmalı  və 

onlardan  istifadə  edilməlidir.  Bu  çərçivədə  həm  kəmiyyət  və  həm  də  keyfiyyət  göstəriciləri 

əhəmiyyət daşıyır [13]. 

Xəstəxanada  keyfiyyət  göstəriciləri  xüsusi  əhəmiyyətə  malikdir.  Onlar  hər  bir  fəaliyyət 

sahəsi üçün xüsusi olaraq hazırlanmalıdır. Həm də xəstəxananın göstəriciləri onun fəaliyyətinin 

ən mühüm göstəriciləri  kimi  müntəzəm  olaraq müəyyən zamanlarda  yoxlanılmalı və müqayisə 

olunmalıdır.  

Müxtəlif mənbələrdə xəstəxananın fəaliyyəti ilə bağlı göstəriciləri ifadə etmək üçün fərqli 

anlayışlardan  istifadə  edilmişdir.  Ümumdünya  Səhiyyə  Təşkilatının  tərifinə  görə,  xəstəxana 

göstəriciləri müəyyən vəziyyəti dəyərləndirir, bununla da, birbaşa və ya dolayısı ilə dəyişiklikləri 

ölçmək üçün kömək edir. Başqa sözlə desək, onlar keyfiyyət göstəricilərini kəmiyyət formasında 

bəyan edir, onların araşdırılmasına və dəyərləndirilməsinə imkan verir [6]. 



Xəstəxana statistikasının bəzi göstəriciləri  

Ümumdünya  Səhiyyə  Təşkilatı  və  Amerika  Səhiyyə  İnformasiyasının  İdarə  Edilməsi 

Cəmiyyətinə görə, xəstəxana statistikasının göstəriciləri müvafiq olaraq ambulator xəstələrin say 

göstəriciləri,  xəstəxana  çarpayılarının  göstəriciləri,  ölüm  göstəriciləri,  xəstənin  xəstəxanada 

qalma müddəti göstəriciləri və otopsi göstəriciləridir [14].  

Xəstələrin say göstəriciləri. Bu göstəricilər ambulator xəstələrin sayı, ambulator xəstələrin 

gündəlik  sayı,  ambulator  xəstələrə xidmət  günü, ambulator  xəstələrə  xidmət  günlərinin  ümumi 

sayı, ambulator xəstələrin günlük sayının orta göstəricisi, yeni doğulanların gündəlik sayının orta 

göstəricisi, hər bölmənin gündəlik sayının orta qiymətləri kimi göstəriciləri ehtiva edir. 



Xəstəxana  çarpayısı  göstəriciləri.  Xəstəxana  çarpayısı  göstəriciləri  sabit  çarpayı,  fəal 

çarpayı,  istifadəyə  yararlı  çarpayı,  tutulmuş  çarpayıların  sayı,  boşalmış  çarpayıların  sayı, 

müəyyən  müddət  ərzində  çarpayının  tutulma  faizi,  çarpayının  tutulması  ilə  boşaldılması 

arasındakı müddət və s. kimi göstəricilərini ifadə edir [15]. 



Ölüm  göstəriciləri.    Bu  ad  altında  verilən  göstəricilər  ümumi  ölüm  sayı,  o  cümlədən 

xəstəxanada ölənlərin sayı, 1  yaşdan aşağı uşaq ölümlərinin sayı,  cərrahi əməliyyatdan sonrakı 

ölümlərin  sayı,  döl  ölümünün  sayı  (doğuş  zamanı  və  ya  ondan  qabaqkı  ölüm),  ana  ölümünün 

sayı və anestologiyadan qaynaqlanan ölüm sayından və s. ibarətdir.  



Xəstəxanada  qalma  müddəti  ilə  bağlı  göstəricilər.  Bu  göstəricilərə  xəstəxanada  qalma 

müddəti  (bir  ambulator  xəstə  üçün),  xəstəxanada  ümumi  qalma  müddəti  (bütün  ambulator 

xəstələr  üçün),  xəstəxanada  orta  qalma  müddəti,  ixtisaslaşma  və  xəstəlik  növlərinə  (kəskin  və 

xroniki  xəstəliklər  daxil  olmaqla)  görə  müxtəlif  xəstəxana  və  bölmələrdə  qalma  müddətinin 

standartları daxildir [16]. 

Balneloji  göstəricilər.  Balneloji  göstəricilərlə  bağlı  müxtəlif  ədəbiyyatlarda  bir  çox 

fəaliyyət  göstəriciləri verilmişdir. Onlardan diqqəti  daha çox cəlb edən və daha çox işlək olanı 

göstəricilərin üç qrupa bölünməsidir: daxili göstəricilər, proses göstəriciləri və xarici göstəricilər. 

Əvvəlcə  bu  göstəricilər  üzrə  səhiyyə-müalicə  xidmətlərinin  keyfiyyəti,  daha  sonra  isə 

göstəricilərin qruplaşdırılması təhlil olunur [17].  

Səhiyyə-müalicə  xidmətlərinin  keyfiyyəti  dərəcələr  üzrə  müəyyən  edilməli,  onların  hansı 

qrupdan  və  kateqoriyadan  olan  xəstələr  üçün  daha  effektli  olduğu  indikatorlar  vasitəsi  ilə 

aydınlaşdırılmalıdır.  Bu,  cari  ixtisas  biliklərinin  və  qiymətləndirilən  xidmətlərin    aspektlərinə 

müvafiq  olaraq  müxtəlif  ölçülərdə  faydalı  ola  bilər.  Belə  qiymətləndirmə  mütəxəssislərə  və 


İnformasiya cəmiyyəti problemləri, 2013, №2(8), 52-60 

 

56                                                                  www.jpis.az 



 

səhiyyə-müalicə  təşkilatlarına  imkan  verir  ki,  onlar  xidmət  göstərilən  insanlara  və  xəstələrə, 

eləcə  də,  xəstəliyin  gedişinə  nəzarəti  daha  yaxşı  həyata  keçirsinlər,  ehtiyacları 

müəyyənləşdirərək  diqqəti  onlara  yönəltsinlər.  Səhiyyə-müalicə  xidmətləri  fəaliyyətinin 

keyfiyyəti  çoxölçülüdür,  yəni  bu  keyfiyyət  bir  çox  parametrlərə  əsaslanmağı  tələb  edir  və 

səhiyyə-müalicə  xidmətlərinin  keyfiyyətinin  müəyyənləşdirilməsi  bəlli  standartlara  əsaslanır. 

Bunlar  akademik  ədəbiyyatdan  əldə  edilir,  elmi  dəlilin  çatışmadığı  hallarda  isə  təcrübəyə 

əsaslanır [18].  



İndikatorların tipləri haqqında 

İndikatorlar tipinə görə klinik və ya dərəcə əsaslı ola bilər. Klinik indikatorların növləri və 

onlara uyğun məlumatlar Cədvəl 1-də verilmişdir. 

Cədvəl 1. Klinik indikatorların  növləri  



İndikatorların 

növləri 

Müalicənin tipi 

 

Funksiya 

 

İcra üsulu 

 

dərəcə əsaslı və ya 



keşikçi indikatorlar 

profilaktik 

 

müayinə 


 

tarixçə 


 

struktur/proses/çıxış 

indikatorları 

əsaslı 


diaqnoz 

 

fiziki yoxlama 



 

ümumi və ya 

xəstəlikyönlü 

indikatorlar 

xroniki 

 

müalicə 



laboratoriya/radiologiya 

analizi 


 İndikatorların  nə  vaxt  və  hansı  məqsəd  üçün  istifadə  ediləcəyinə  dair  məlumatlar  və 

qeydlər  olmalıdır  ki,  dərəcə  əsaslı  indikator  müəyyən  tezlik  ilə  baş  verən  hadisələr  haqqında 

məlumat versin. Bunlar tipik əhali qrupu üçün normalar, nisbətlər və ya orta dəyərlər kimi ifadə 

edilə bilər (Cədvəl 2). 

Dərəcə  əsaslı  indikatorlar  müəyyən  parametrlər  arasında  müqayisələr  aparmağa  imkan 

verir. Nisbət və ya dərəcə əsaslı indikatorlar xəstəlik riski olan əhali qrupuna və qəzanın baş verə 

biləcəyi dövrə uyğun olan hadisələri xarakterizə edir. Keşikçi indikator arzuolunmaz zəruri fərdi 

hadisələri və ya fərdi ortaya çıxarır. Keşikçi hadisələr pis vəziyyətin ortaya çıxmasının ifadəsidir 

və onlardan adətən risklərin idarə olunmasında istifadə edilir [19]. 

Cədvəl 2. Dərəcə əsaslı və ya keşikçi indikatorlar 



Dərəcə əsaslı indikatorlar 

Keşikçi indikatorlar 

Təmiz və çirklənmiş yara 

infeksiyası: 

 



cərrahiyyə 

əməliyyatından sonrakı 

gündə yara infeksiyası 

inkişaf edən xəstələrin 

sayı 



 



cərrahiyyə 

əməliyyatından sonrakı 

müayinə ərzində  (>5 

gün) yara infeksiyası 

inkişaf edən xəstələrin 

ümumi sayı 



Xəstəxanada əldə edilən 

infeksiya:  

 



bakteriyanı əldə etmiş 

xəstələrin ümumi sayı 

 

müayinə dövründə 



xəstəxanadakı xəstələrin 

ümumi sayı 

 

 

Cərrahiyyə əməliyyatı 



zamanı ölən xəstələrin 

sayı 

 

Perinatal dövrdə ölən 



xəstələrin sayı  

 

 



 

 

İnformasiya cəmiyyəti problemləri, 2013, №2(8), 52-60 

 

 



       www.jpis.az                                                                      57 

 

Struktur,_proses_və_çıxış_indikatorları'>Struktur, proses və çıxış indikatorları 

Bu tipli indikatorlar səhiyyə-müalicə xidmətinin strukturuna, prosesinə və ya çıxışına bağlı 

ola  bilər.  Onlar  səhiyyə-müalicə  təyinatının  amillərini  göstərir.  Bu  verilənlər  maddi  (vasitələr, 

təchizat və ya maliyyə), insan (heyətin sayı və ixtisasları) və təşkilati struktur resurslarının (tibbi 

ştat,  qurum,  icmal  və  ya  əvəzləyici  metodlar)  amillərini  özündə  ehtiva  edir.  Struktur  və  digər 

indikatorların bəzi xüsusiyyətləri Cədvəl 3-də verilmişdir [20]. 

Cədvəl 3. Struktur, proses və çıxış indikatorları nümunələri 



Struktur 

Proses indikatorları 

Çıxış    

indikatorları 

Son nəticə 

(xəstəliklərə görə 

özəl) 

başqa həkimlərə 

nisbətən 

mütəxəssislərin 

rəylərinin nisbəti 

Müntəzəm 

müalicədə olan 

diabetli xəstələrin 

nisbəti 

 

qarışıq 



 

Ölüm faizi, 

nasazlıq 

 

xüsusi 



texnologiyalara 

(məsələn, Magnetic 



resonance imaging 

(MRİskan) keçid 

 

tromb almış infarktlı 



xəstələrin nisbəti 

 

diabetlər üçün 



nəticələr 

 

 



funksiya statusları 

xüsusi avadanlıqlara 

(məsələn, iflic 

qurğuları) keçid 

24 saat ərzində 

həkimlərin 

nəzarətində olan 

xəstələrin nisbəti 

hiperlipidemiyalı 

xəstələr üçün 

tədricən üzə çıxan 

nəticələr 

 

sağlamlıq statusu 



ölçüsü 

hər iki ildən bir 

yoxlanılan klinik 

direktivlər 

klinik direktivlərə 

müvafiq olaraq 

müalicə olunan 

xəstələrin nisbəti 

yuxarı təzyiqli 

xəstələr üçün qan 

təzyiqi nəticələri 

 

 



həyat keyfiyyəti 

xüsusi qruplara 

ayrılan 

fizioterapevtlər 

 

 

 



xəstə 

məmnuniyyəti 

 

 

Proses  indikatorları  göstərilən  müalicəyə  və  alınan  nəticəyə  aid  edilir.Yəni  müalicə 



aparanın xəstəyə diaqnoz qoymasını, lazımi müalicə və ya digər müdaxilələri xarakterizə edir. 

Çıxış indikatorları və nəticə göstəriciləri xəstələrə və ya əhaliyə göstərilən səhiyyə-müalicə 

tədbirlərinin  effektivliliyini  əks  etdirir.  Onlar  xəstənin  yaxşılaşmasını  və  ya  onda  baş  verən 

dəyişiklikləri ortaya qoyur və bununla da, xəstənin müalicəyə reaksiyasını ifadə edir.  

Keyfiyyətli  qiymətləndirmə  üçün  çıxış  indikatorlarından  istifadə  edilməsi  struktur  və 

proses indikatorlarına keçid mahiyyəti daşıyır. Yaxşı tibbi-texniki xidmət onun güclü və ya zəif 

olmasına  bağlıdır,  lakin  onun  struktur  amilləri  yaxşı  nəticələrin  əldə  edilməsi  üçün 

əhəmiyyətlidir. İndikatorlar arasında rabitə ortaq metodlarla həyata keçirilə bilər.  

Struktur indikatorları xəstələrin müalicə ehtiyaclarının xüsusiyyətlərini əsas götürür. Onlar 

ştat, çarpayı, müştəri, maliyyə və təchizat ilə əlaqəlidir [21]. Keyfiyyətli müalicə xidmətinə nail 

olmaq üçün struktur qiymətləndirməsi əhəmiyyətlidir. 

Proses indikatorları səhiyyə-müalicə prosesini həyata keçirənin faəliyyətini, onun xəstəyə 

qarşı  nəyi  və  necə  etdiyini  qiymətləndirir.  Proses  indikatorları  qarşılıqlı  fəaliyətin  məqsədə 

çatmasını nəzərdə tutur. Onlar xəstəliyə qarşı fəaliyyətləri dəyərləndirir və zəruri müalicə işləri 

barədə göstərişləri xarakterizə edir [22].   


İnformasiya cəmiyyəti problemləri, 2013, №2(8), 52-60 

 

58                                                                  www.jpis.az 



 

Bəzi müəlliflər belə hesab edirlər ki, proses indikatorları xəstəyə qarşı müalicə tədbirlərini   

müəyyənləşdirir və müalicə prosesi barədə təyinat verir [23, 24].     

Çıxış indikatorları xəstənin səhhətinin və müalicəsinin izlənilməsinə imkan verir. Qarışıq 

çıxış indikatorları xəstənin bioloji statusundakı müalicədən sonrakı dəyişiklikləri qeyd edir. Bəzi 

nəticələr  yalnız  illərdən  sonra  ortaya  çıxa  bilər.  Ona  görə  də  qarışıq  çıxış  indikatorlarının 

göstəriciləri də çox əhəmiyyətlidir [25, 26].  

Müalicə növü, funksiyası və modelinə görə indikatorlar 

 İndikatorlar ümumi və xəstəlikyönlü ola bilər [27]. Onlar müalicə növünə, funksiyasına və 

modelinə  görə  qruplara  bölünür.  Müalicə  növünə  görə  indikatorlar  qoruyucu,  sağaldıcı  və 

xroniki olur [28].   

Müalicə funksiyası müayinə, diaqnoz təyin etmə, müalicə və müalicənin sona çatdırılması 

ilə bağlı olur. İndikatorun modeli müalicənin fiziki müayinə, laboratoriya və ya radioloji analiz, 

dərman təyinatı məsələlərini əhatə edir [29].  



Nəticə 

Klinik indikatorların göstəriciləri əsas hadisələrə aid olmaqla, həqiqi məlumatları saxlayır. 

Ona  görə  də  onlardan  operativ  idarəetmə  və  müalicə  işlərində  istifadə  edilir.  Bundan  başqa, 

klinik  indikatorlar  xarici  amillərin  təsiri  ilə  xəstənin  vəziyyətində  baş  verən  dəyişiklikləri  də 

müəyyən qədər xarakterizə edir.  

Əməli  və  klinik  indikatorlar  səhiyyə  və  müalicə  xidmətlərinin  təkmilləşdirilməsinə  nail 

olmaq  üçün  mütəxəssislər,  təşkilatlar  və  planlaşdırıcılar  üçün  nəzərdə  tutulan  normaları, 

dərəcələri  və  ya  orta  göstəriciləri  göstərir.  Bu  göstəricilər  tədbir,  proses  və  nəticə  yönümlü  ola 

bilər.   

Səhiyyə-müalicə  xidmətinin  keyfiyyətinin  yüksəldilməsində  bu  xidmətlərlə  bağlı 

hadisələrin və ya proseslərin nəticələrlərini özündə ehtiva edən indikatorların böyük rolu vardır. 

İndikatorlar  əhalinin  sağlamlığının  qorunması,  sağlamlığın  davamlı  təmin  edilməsi  və  həyat 

keyfiyyətinin yüksəldilməsi məqsədilə profilaktik tədbirlərin görülməsi üçün də zəruridir. 

Müalicə  proseslərinin  mövcud  vəziyyətinin  operativ  təhlil  edilməsi  və  real  vəziyyəti 

xarakterizə  edən  göstəricilər  əsasında  qiymətləndirmələrin  aparılması,  səmərəli  idarəetmə  və 

müalicə  qərarlarının  qəbul  edilməsi  işini  asanlaşdırır  və  ümumilikdə,  səhiyyə  sisteminin 

səmərəliliyini yüksəldir. 

 

Ədəbiyyat 

1.

 

Isaac  T,  Ashish  K.  Are  Patient  Safety  Indicators  Related  to  Widely  Used  Measures  of 



Hospital Quality? // J Gen Intern Med, 2008, №9, pp. 1373–1378. 

2.

 



Rvangard  R,  et  al.  A  Study  of  Patient  Length  of  Stay  in  Tehran  University  of  Medical 

Sciences’  Obstetrics  and  Gynecology  Specialty  Hospital  and  its  Associated  Clinical  and 

Nonclinical Factors // Hakim J, 2010, 3, pp. 129-135.

 

3.



 

Lim E, et al.Using hospital readmission rates to track the quality of care in public hospitals in 

Singapore // BMC Health Services Research, 2011, №1, pp. 16-18. 

4.

 



Nakagawa Y, et al. New Indicators Based on Personnel Cost for Management Efficiency in a 

Hospital //

 

J Med Syst, 2011, № 



35, pp. 625–637. 

5.

 



Freitas A, et al. A Framework for the Production and Analysis of Hospital Quality Indicators, 

ITBAM, 2011, LNCS 6865, pp. 96–105. 

6.

 

http://www.who.int 



7.

 

Poss J, et al. A review of evidence on the reliability and validity of Minimum Data Set data // 



Healthc Manage Forum, 2008, № 21, pp. 33–39. 

8.

 



Coory  M.,  Duckett  S.,  Sketcher-Baker  K.  Using  control  charts  to  monitor  quality  of  hospital 

care with administrative data // International Journal for Quality in Health Care, 2007, pp. 1–9. 



İnformasiya cəmiyyəti problemləri, 2013, №2(8), 52-60 

 

 



       www.jpis.az                                                                      59 

 

9.



 

Justin  B.,  Dimick  H.,  Gilbert  W.,  John  D.  Surgical  Mortality  as  an  Indicator  of  Hospital 

Quality The Problem With Small Sample Size // JAMA, 2006, № 292 (7), pp. 847-851. 

10.


 

Mainz J. Developing clinical indicators // Int J Qual Health Care, 2003, №1, pp. 5–11. 

11.

 

Mainz J. Defining and classifying clinical indicators for quality improvement // International 



Journal for Quality in Health Care, 2003, №6, pp. 523–530. 

12.


 

Abbasi  Sh,  Tavakoli  N,  Moslehi  M.  Readiness  of  Hospitals  with  Quality  Management 

Systems  Based  on  Joint  Commission  on  Accreditation  Standards  //  Health  Information 

Management, 2012, № 4, pp. 502-512. 

13.

 

Shahian,  D.M.  et  al.  Variability  in  the  measurement  of  hospital-wide  mortality  rates  //  



N. Engl J Med, 2010; № 26, pp. 2530–2539. 

14.


 

Campbell S. Kontopantelis E. Framework and indicator testing protocol for developing and 

piloting  quality  indicators  for  the  UK  quality  and  outcomes  framework  //  BMC  Family 

Practice, 2011, № 12, p. 85, http://www.biomedcentral.com/1471-2296/12/85 

15.

 

Palangkaraya  A.,  Yong  J.  Effects  of  competition  on  hospital  quality:  an  examination  using 



hospital administrative data // Eur J Health Econ, 2013, № 14, pp. 415–429. 

16.


 

Bonfill X. et al. Development of quality of care indicators from systematic reviews: the case 

of 

hospital 



delivery 

// 


Implementation 

Science, 

2013, 

№8, 


p.42, 

http://www.implementationscience.com/content/8/1/42 

17.

 

Thomas  I.,  Ashish  K.  Are  Patient  Safety  Indicators  Related  to  Widely  Used  Measures  of 



Hospital Quality? // J Gen Intern Med, 2008, №9, pp.1373–1378. 

18.


 

Iadanza E. et al. A hospital structural and technological performance indicators set // IFMBE 

Proceedings, 2007, №16, pp. 752–755. 

19.


 

Taslimi  M.S.,  Zayandeh  M.  Challenges  of  Hospital  Performance  Assessment  System 

Development: Literature Review // Hakim Research Journal, 2013, №1, pp. 35- 41. 

20.


 

Arzemani  M.  et  al.  The  Comparison  of  performance  indicators  in  educational  hospitals  of 

North Khorasan Universities of Medical Sciences with the standards of the country in 2011-

2012 // Journal of North Khorasan University of Medical Sciences, 2012, № 4, pp. 513-521. 

21.

 

Hadi  M.,  Sajadi  H.S.,  Sajadi  Z.S.  Is  There  any  Method  to  Compare  Key  Indicators  of 



Hospital Performance Simultaneity? // Health Inf Manage, 2011, №1, pp. 75-85 

22.


 

Ebadi  F.,  Ansari  H.,  Rezapoor  A.  Study  of  Daily  Bed  Occupancy  Costs  And  Performance 

Indexes in Selected Hospital of Iran University of Medical Sciences // Health Management J,  

2004?, № 7, pp. 37-44. 

23.

 

Michiel J. et al. The Effect of Competition on Process and Outcome Quality of Hospital Care 



in the Netherlands // 

De Economist, 2013, №161, pp. 121–155.

 

24.


 

Ebadi A. Comparing performance indicators of obstetric and gynecology ward with expected 

limits of indicators // Hospital Journals, 201, №1, pp.53-61. 

25.


 

Amerioun  A.  et  al.  Assessment  of  International  Joint  Commission  (IJC)  accreditation 

standard in a military hospital laboratory // Iranian Journal of Military Medicine, 2011, №2, 

pp.75-80. 

26.

 

Raeisi  A.R,  Asefzadeh  S,  Yarmohammadiyan  M.H.  A  comparative  study  of  accreditation 



information models in Europe and America // J Health Inf Manag 2007, № 2, pp.1-9. 

27.


 

Ahmadi M., Khoshgam M., Mohammadpoor A. Comparative study of the Ministry of Health 

standards  for  hospitals  with  Joint  Commission  International  hospital  accreditation  

standards // Hakim Research Journal, 2008, №4, pp. 45- 52. 

28.

 

Arab  M.,  Pourreza  A.,  Ravangard  R.  Is  there  a  relationship  between  evaluation  scores  of 



hospitals  affiliated  with  tums  and  their  performance?  //  Healthcare  Information  and 

Management 2005, pp.1-7. 

29.

 

Rafiei M. Bed occupancy rate modeling in Shiraz hospitals // Qazvin Univ Med Sci J,  2008, 



№2, pp.56-62. 

 

İnformasiya cəmiyyəti problemləri, 2013, №2(8), 52-60 

 

60                                                                  www.jpis.az 



 

УДК  004.65:61  

Агазаде Сакина И.

1

, Шахвердиева  Роза О.

2

 

1,2


Институт Информационных  Технологий  НАНА,  Баку,  Азербайджан 

aghazadehnasrin@gmail.com, 

2

depart8@iit.ab.az 



Структурный  анализ  статистических  данных  для  оценки  лечебных  процессов  в 

составе медико-информационных систем  

Статья  посвящена  определению  и  структурному  анализу  необходимых  статистических 

данных  для  анализа  и  оценки  лечебных  процессов  в  составе  медицинских 

информационных  систем.  Подробно  исследованы  роль  и  место  статистических 

индикаторов,  цель  статистического  анализа  и  больных,  статистические  стандарты  и 

критерии,  типы  индикаторов  в  процессе  принятия  решений.  Дан  сравнительный  анализ 

показателей лечебных организаций. 

Ключевые  слова:  медицинские  индикаторы,  медицинские  услуги,  статистические 

показатели, статистические стандарты и критерии, медико-информационные системы.    

 

Sakina I. Aghazadeh

1

,  Roza O. Shahverdiyeva

2

  

1,2


Institute of Information Technology of ANAS, Baku, Azerbaijan 

1

aghazadehnasrin@gmail.com, 



2

depart8@iit.ab.az 



Structural  analysis  of  statistical  data  on  the  evaluation  of  treatment  processes  in  health 

information systems 

The article addresses the identification and structural analysis of the statistical data necessary for 

analysis  and  evaluation  of  treatment  processes  within  the  framework  of  medical  information 

systems. The role and place of statistical indicators in decision making processes, the purpose of 

statistical  analysis,  types  of  indicators,  as  well  as  statistical  standards  and  criteria  were 

particularly researched. Comparative analysis of hospital indicators is provided.  



Keywords: health indicators, health services, statistical indicators, statistical standards and 

criterion, medical information systems. 

 


Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə