94
BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№1 Təbiət elmləri seriyası 2011
UOT.632.937.12
ABŞERONDA MEYVƏ AĞACLARINA ZƏRƏRVERƏN UNLU
TƏNƏK YASTICASI (Planococcus ficus Sign.)
VƏ ONUN ENTOMOFAQLARI
İ.E.MUSTAFAYEVA
AMEA Zoologiya institutu
mustafayeva_irada@mail.ru
Abşeron şəraitində unlu tənək yastıcasının bioekoloji xüsusiyyətləri və onun entomo-
faqları öyrənilmişdir. Müşahidələrimizə əsasən Abşeron şəraitində unlu yastıca bir ildə 4 nə-
sildə inkişaf edir. Həmçinin müəyyən olunmuşdur ki, zərərvericinin sayının tənzimlənməsində
11 növ parazit və yırtıcı mühüm rol oynayır. Onların içərisində 4 növ (2 növ parazit və 2 növ
yırtıcı) unlu tənək yastıcası ilə bioloji mübarizədə istifadə olunur.
Açar sözlər: Abşeron, yastıca, entomofaq.
Azərbaycanda meyvə ağaclarına 300 növdən artıq həşərat zərər verir.
Bunların içərisində ciddi zərərvericilərdən biri də unlu tənək yastıcasıdır. Unlu
tənək yastıcası həşəratların bərabərqanadlılar dəstəsinin (Homoptera) yastı-
calar (Coccoidae) fəsiləsinə aid olub, kənd təsərrüfatı bitkilərinə, o cümlədən
meyvə ağaclarına ciddi zərər verir. Unlu yastıca Abşeronda meyvə ağacların-
dan başqa üzümçülüyə də zərər verməklə meyvə məhsulunun xeyli aşağı düş-
məsinə səbəb olur. Bunun qarşısını almaq məqsədilə bir sıra mübarizə təd-
birləri aparılır. Bunların içərisində bioloji mübarizə tədbirlərindən istifadə
edilməsi məqbul hesab edilir. Bu məqsədlə də zərərvericinin morfobiologiyası
və entomofaqları haqda məlumat verməyi lazım bildik.
Unlu yastıcalar – qeyri-adi həşəratlardır. Onlarda cinsi dimorfizm inkişaf
etmişdir. Belə ki, erkək və dişi fərdlər xarici görünüşcə bir-birindən güclü şə-
kildə fərqlənirlər. Dişi fərdin bədəni ovaldır, baş, döş və qarıncıq hissələri ay-
dın şəkildə nəzərə çarpır. Onlar qanadsızdır, zəif inkişaf etmiş ayaqlara malik-
dirlər. Buna görə də, bütün inkişaf dövrü hərəkətsiz olub, bir yerdəcə yapışıb
qalırlar. Erkək fərdlərin bədəni dişilərdən fərqli olaraq baş, döş və qarıncıq
hissələrinə ayrılmışdır. Bədənləri uzunsovdur, döş hissədən qarıncığın arxa
hissəsinə doğru daralmışdır. Erkəklər qanadlıdır. Onların ön qanadları, ayaq-
ları və bığcıqları yaxşı inkişaf etmişdir. Ağız aparatı yoxdur. Az yaşayırlar.
95
Bitkilərə, sürfələri və sorucu ağız aparatına malik olan dişiləri zərər verir.
Şimali və Cənubi Amerika, Afrika, Cənubi Avropa, Asiya, Rusiya, Cə-
nubi Ukrayna, Qafqaz, Orta Asiyada [1], Azərbaycanda isə Kür-Araz ovalı-
ğında, Böyük və kiçik Qafqazın dağətəyi zonalarında, həmçinin Lənkəran
vilayətində yayılmışdır [5, 2].
Tədqiqatlarımıza əsasən [3] unlu tənək yastıcası Abşeronda geniş ya-
yılmış növlərdən biridir. Bakı və Sumqayıtda küçələrdə, parklarda və Abşeron
yarımadasının bütün qəsəbə və kəndlərində meyvə ağaclarında (gavalı, heyva,
alma, ərik, şaftalı, alça, tut, əncir) və üzüm sahələrində aşkar olunmuşdur
(Mərdəkan, Şüvəlan, Buzovna, Bilgəh, Sabunçu, Suraxanı, Zığ, Pirşağı, Za-
qulba, Hövsan, Digəh, Binəqədi, Xırdalan, Binə, Balaxanı, Mehdiabad və s.).
Orta Asiya ölkələrində, həmçinin tut, əncir, nar, çinar bitkilərinə də zərər verir.
Şimali Qafqazda (Gürcüstan, Dağıstan, Krasnodar) zərərverici əsasən üzüm tə-
nəklərində, bəzən isə bəzi meyvə və dekorativ bitkilərdə də təsadüf olunur [4].
2008 – 2010-cu illərdə aparılan tədqiqatlar nəticəsində Abşeron yarım-
adasında yarımsəhra şəraitində quru subtropik iqlimdə unlu tənək yastıcası
meyvə bitkilərində ciddi zərərverici kimi aşkar olunmuşdur. Bu bitkilər ara-
sında zərərverici kütləvi halda əncir, tut, nar, heyva ərik və üzüm tənəklərində
də rast gəlinib. Hesablama işlərinə əsasən yoluxma dərəcəsi aşağıdakı cəd-
vəldəki kimi olub.
Yoluxma dərəcəsi balla
Bitkinin növü
Müəyyən olunan
bitkilərin ümumi
sayı
0 1 2 3 4
üzüm tənəyi 935
13.27
10.7
13.87
20.26
31.70
əncir 650
10.60
3.29
23.21
16.27
31.15
tut 1200
42.31
7.79
12.43
9.87
12.5
nar
240
23.15 13.65 11.56 18.08 11.57
heyva
110
32.71 10.14 20.10 7.09 13.64
ərik 170
33.97
11.56
8.1
6.2
12.82
Abşeron şəraitinə görə çoxsaylı zərərvericidir. Əhəmiyyətli dərəcədə
zərər verir. Bitkini tam yararsız hala salır.
Daha çox üzümün texniki sortlarında və ya salxımında meyvənin sıx
yerləşdiyi sortlarda təsadüf olunur. Zərərverici Bakı şəhərində, Mərdəkan,
Şüvəlan, Buzovna, Novxanı, Maştağa və Zirədə bağ sahələrində, həmçinin
köhnə üzüm plantasiyalarında rast gəlinmişdir. Yerli sortlardan olan şanı və
sarıgilə tənəkləri az-az bu zərərverici ilə yoluxur. Müxtəlif əncir ağacları bu
zərərvericidən 45-50% -ə qədər zərər çəkir.
Unlu yastıca bir çox bitkilərlə qidalandığına görə hər bir bitkidə öz
inkişafı üçün özünə əlverişli yer seçir. Üzüm tənəklərində ən çox qabıq al-
tında, kök boynunda, həmçinin gövdənin çatlamış hissələrində rast gəlinir.
Meyvə ağaclarının vegetasiyası zamanı cavan budaqlar və zoğlarda, gövdədəki
çatlarda, ağacdakı oyuqlarda, kök boynunda, meyvənin kasacığında bu zərər-
vericiyə tez-tez rast gəlmək olur.
Müşahidələrimizə əsasən Abşeron şəraitində unlu yastıca bir ildə 4
96
nəsildə inkişaf edir. Lakin axırıncı nəsil yumurta qoymağa imkan tapmır.
Yastıcanın qışlaması oktyabr ayının sonuna təsadüf edir. Aparılan
tədqiqatlar nəticəsində aydın olmuşdur ki, Abşeron şəraitində yastıca hər bir
mərhələdə qışlaya bilir. Buna baxmayaraq qışda, aşağı temperatur, qar, yağış
və güclü küləklər nəticəsində qışlayan zərərvericinin sayının bir hissəsi məhv
olur. Bunun nəticəsində də qışın sonunda ağacların budaqlarında uçüncü yaş
sürfələrinə və imaqo mərhələsinə rast gəlinir.
Unlu tənək yastıcanın nəsilvermə qabiliyyəti qidalanma yerindən və yem
bitkilərindən asılı olaraq ilin fəsillərinə görə dəyişir. Qışlamış yetkin dişi
fərdlər adətən az sayda yumurta qoyur. Müəyyən edilmişdir ki, qışlamadan
sonra bir dişi fərd 70-ə qədər yumurta qoyur. III-cü nəsil avqust ayında 300-ə
yaxın yumurta qoyur. Bundan başqa məlum olmuşdur ki, üzüm tənəyinin
meyvə, yarpaq və qabığı ilə qidalanan yastıcalar 40-45% çox yumurta qoyur-
lar. Belə ki, qışlayan dişi fərdlərin qoyduğu yumurtaların sayı umumilikdə 20-
dən 80-ə qədər olur. Qeyd olunmuşdur ki, üçüncü yaş sürfələr və dişi fərdlər,
yetkinləşdikdən 10-12 gün sonra, havanın orta günlük temperaturu 14
0
C –
olduqda (mart ayında) yumurta qoymağa başlayırlar. Kütləvi yumurta qoyma
isə aprelin sonunda baş verir. I nəslin yumurtaların embrional inkişafı 15 gün
çəkir. Qışlayan dişilərin qoyduğu yumurtalardan sürfələrin çıxması mayın I
ongünlüyündə müşahidə olunur. Sürfələrin çox az bir hissəsi qabığın altından
yaşıl cavan budaqlara və yarpaqlara miqrasiya edirlər. Zərərvericinin I nəslinin
inkişafı 58-64 gün olmaqla iyunun ortalarında başa çatır. Birinci nəslin dişiləri
iyunun II ongünlüyündən yumurta qoymağa başlayırlar. Hər bir dişi fərd bu
müddətdə 40-150-ə qədər yumurta qoyur. İkinci nəsil yastıcanın I yaş sürfə-
lərinin yumurtadan çıxması, iyunun III ongünlüyündən başlayır və iyulun II
ongünlüyünün sonuna qədər davam edir. I yaş sürfələr aktiv hərəkətdə olurlar,
qidalanmaq üçün yer axtara-axtara cavan budaqlarda və yarpaqların damarları
boyunca düzülürlər. II nəslin inkişafı 40-42 gün davam edir. II nəsil dişilərin
qoyduğu yumurtaların sayı 105-360-a qədər olur. Yumurtalar meyvə yar-
paqlarına və üzüm tənəklərinin salxımları üzərinə qoyulur. Bu müddətdə
zərərvericinin sayı yarpaqlarda və tənəklərin üzərində yüksək olur. Hətta 2-3
metr məsafədən zərərverici topasını görmək mümkündür. Onlar üzüm gilə-
sinin şirəsi, həmçinin əncir saplağı və meyvələrin lətli hissəsi ilə qidalanaraq,
onların məhsuldarlığının azlığına səbəb olurlar.
Üçüncü nəsil dişiləri sentyabrın II ongünlüyündə yumurta qoymağa
başlayırlar. Onlar orta hesabla 175-360 yumurta qoyurlar. Sentyabrın sonu və
dekabrın I ongünlüyündə yarpaq və zoğlarla qidalanan IV nəsil sürfələr
yumurtadan çıxmağa başlayırlar. Yarpaqlar töküləndən sonra isə onlar qabığın
altında və kök boynunda toplaşırlar və burada da müxtəlif yaşlarda qışlayırlar.
Zərərverici həm cinsi, həm də qeyri-cinsi yolla çoxalır. Müəyyən olun-
muşdur ki, unlu yastıcanın erkək fərdləri təbiətdə bir qayda olaraq azsaylıdırlar
və ömürləri çox qısadır. Buna görə də təbiətdə yastıcanın erkək fərdlərinə rast
gəlinməsi az hallarda müşahidə olunur.
97
Yastıcaların bədəninin üzəri mumabənzər maddə ilə örtülüdür və gizli
həyat tərzi keçirirlər. Bunlara qarşı tətbiq olunan kimyəvi preparatlar çox az
effekt verir. Bununla yanaşı Bakının yerləşdiyi Abşeron yarımadasına hər il
respublikanın bütün rayonlarından zərərverici tərəfindən yoluxmuş üzüm və
digər meyvələrin gətirilməsi meyvəçilik və yaşıllıqları təhlükə altına qoyur.
Bu məqsədlə də zərərvericinin sayının aşağı düşməsində bioloji mübarizə
üsullarından istifadə edilməsi günün əsas məsələlərindən biri olmalıdır. Bu
məqsədlə də, Abşeron şəraitində birinci növbədə yerli entomofaqların növ
tərkibini aşkar etmək və onların nə qədər faydalı olmalarını müəyyənləşdirmək
lazımdır. L.M.Rzayevanın (1985) məlumatına əsasən Şərqi Zaqafqaziyada
unlu tənək yastıcasının parazit və yırtıcı kompleksi özündə 14 növü birləşdirir,
bunların da içərisində 3 növü introduksiya olunandır.
Abşeron yarımadasında unlu yastıcanın 11 növ yerli parazit və yırtıcı
(Anagyrus pseudococci Girault.; Allotropa mecrida Walk.; Chrysopa carnea
Steph.; Leucopis alticeps Czerny.; Scymnus biguttatus Muls.; Scymnus apetzi
muls.; Scymnus bipunctatus Kug.; Scymnus subvillosus Gz.; Hyperaspis polita
Ws.; Chilocorus bipustulatus L.; Coccinella septempunctata L. ) ilə yoluxması
aşkar edilmişdir. Qeyd olunan entomofaqların içərisində zərərvericinin sayının
azalmasında 2 növ parazit (Anagyrus pseudococci, Allotropa mecrida) və 2
növ yırtıcı (adi qızılgöz, scymnus bipustulatus) əsas rol oynayırlar. Onlar
haqqında qısa məlumat verməyi lazım bildik.
1. Anagyrus pseudococci (Girault). Parazit zarqanadlılar dəstəsindən
(Hymenoptera) olub, Abşeronda geniş yayılmışdır. Unlu tənək yastıcasının ən
perspektivli parazitlərindən biri sayılır. O, Azərbaycana L.M.Rzayeva tərə-
findən introduksiya edilmişdir. Daxili parazit olmaqla bir çox yastıcalarda
parazitlik edir. Unlu tənək yastıcasının II və III yaş sürfə mərhələsini yoluxdu-
rur. Parazit, sürfə mərhələsində yastıcanın bədən daxilində qışlayır. Abşeronda
unlu yastıcanın Anagyrus pseudococci ilə yoluxma faizi yayın ikinci yarısında
yüksəlir və insektisidlərlə işlənməmiş sahələrdə mumiyalaşmış fərdlərin sayı
65%-ə çatır. Bakı şəhərinin hüdudlarında isə yastıcanın yoluxması 70-80%-ə
çatır. 5 nəsildə inkişaf edir. Yastıcanın I nəslinin parazitlə yoluxması 8 %
təşkil etdiyi halda, parazitin aktivliyi və miqdarı artdıqca beşinci nəsildə
yoluxma 90%-ə çatır. Həmin müddətdə mütəmadi kimyəvi maddələrlə işlənən
üzüm plantasiyalarında və meyvə sahələrində yoluxma yalnız 21% təşkil edir.
Apreldən oktyabr ayına qədər aktiv həyat tərzi keçirirlər. Parazitin sayı yayın
ikinci yarısında çoxalır. Abşeronda Anagyrus paraziti sürfə mərhələsində
mumiyalaşmış yastıcalarda ağacların gövdəsi üzərindəki çatlarda qışlayırlar.
Aşkar olunmuşdur ki, Abşeronda bu parazit tənək yastıcasından başqa
Komstok yastıcasını da yoluxdurur. Oktyabr və noyabrda Komstok yastıcası
topasında parazitə daha çox rast gəlinir. Aparılan müşahidələrə və toplanan
materiallara əsasən parazit hər sürfənin üzərinə bir yumurta olmaqla, II və III
yaş sürfələri yoluxdurur. Müşahidələr göstərmişdir ki, laboratoriya şəraitində
yoluxmuş sürfələr termostatda 25C
o
temperaturda və 75% nəmlikdə beşinci
98
gündə mumiyalaşırlar. Bu mumiyalardan parazitlərin uçuşu 15 gundən sonra
müşahidə edilmişdir. Parazitin mumiyadan çıxmış fərdlərini şirin su ilə qida-
landırdıqda 10-15 gün yaşaya bilirlər. Parazitin hər dişi fərdi bütün ömrü boyu
orta hesabla 40 yumurta qoyur. Parazit ildə 3-4 nəsil verir. Bir nəslinin inkişafı
(yumurtadan yaşlı fərdə qədər) laboratoriya şəraitində 20-23 gün, təbiətdə isə
25-28 gün davam edir.
Abşeron şəraitində yastıcanın parazitlə yoluxması mart-aprel aylarında
50% olduğu halda, avqust və sentyabrda 65-70%-ə çatır.
2.
Allotropa mecrida (Walker). Parazit zarqanadlılar (Hymenoptera)
dəstəsindən olub, proktotrubidi (Proctotrupoidae) fəsiləsinə mənsubdur. Yas-
tıcaların daxili parazitidir. Allotropa unlu tənək yastıcasının sürfə mərhələsini
yoluxdurur. Hər bir sürfə üzərində 20-22 ədəd parazit inkişaf edir və təbiətə
uçur. Parazitin sahibin qarıncığının axırıncı seqmentinə qoyduğu yumurta-
lardan çıxan sürfələr, sahibin daxili möhtəviyyatı ilə qidalanaraq puplaşırlar.
İnkişaflarını başa vurub ağacların çatları üzərində puplardan çıxan parazitlər
bir müddət yarpaqların üzərinə keçərək bir-birinin yanında toplaşırlar, sonra
isə təbiətə uçurlar. Sahibin sayının biotənzimlənməsində əsas yerlərdən birini
tuturlar.
3.
Scymnus bipunctatus Kug. Novxanı bağlarında aparılan tədqiqatlara
əsasən ərik, tut və şaftalı ağaclarına ciddi zərərverən unlu çanaqlı yastıca ko-
loniyalarında (topalarında), hər topada 3-4 parabüzən sürfəsinə rast gəlmək
olur. Hesablamalara görə Scymnus yırtıcı böcəyi, sahibin sayının tənzimlən-
məsində 30-35% fəaliyyət göstərir. Böcəklər (parabüzənlər) iyun-iyul ayları
daha fəal olurlar. Yaşlı fərdlər daha yeyimcildirlər. Laboratoriya şəraitində bir
yaşlı fərd bir gündə (24 saat ərzində) 150-200 yastıca sürfəsi ilə qidalanır.
Zərərvericinin sayının aşağı düşməsində adi qızılgöz (Chrysopa carnea
Step.) və yırtıcı milçək (Leucopis alticeps Cz.) də əsas yerlərdən birini tutur.
Adi gızılgöz sahələrdə geniş yayılmışdır və Abşeronda adi növdür. Bizim tə-
rəfimizdən mütəmadi olaraq onun sürfələri salxımlarda və meyvə ağaclarında
olan yastıca topalarında aşkar olunmuşdur. Ayrı-ayrı hallarda bir meyvə ağa-
cında 11 adi qızılgöz sürfəsi müşahidə edilir. Yırtıcı milçək isə adətən yayın
ikinci yarısından sonra aktivləşir və onun sürfələri, xüsusilə oktyabr və
noyabrda yastıca topalarında çoxsaylı halda görünməyə başlayırlar.
Yırtıcıların başqa növlərindən olan parabüzənlər zərərvericinin sayının
aşağı salınmasında az əhəmiyyətlidir. Ümumilikdə, qeyd olunan entomofaqlar
Abşeron şəraitində yastıcanın sayının tənzimlənməsində mühüm rol oyna-
yırlar.
Son illər Azərbaycanda tənək yastıcasının miqdarının çoxalmasını nə-
zərə alaraq, yerli entomofaqlarla yanaşı əraziyə L.M.Rzayeva tərəfindən bio-
loji mübarizədə istifadə etmək məqsədilə Leptomastidea abnormis. Cirault pa-
raziti və Cryptolaemus montrouzieri Muls.; Nephus reunioni F. yırtıcı həşə-
ratları introduksiya olunmuşdur.
99
ƏDƏBİYYAT
1.
Борхсениус Н.С. Фауна СССР. Насекомые хоботные, Мучнистые червецы (сем.
Pseudococcidae). Л: Недра, 1949, т.7, с.3-39.
2.
Иманкулиев А.Т. Кокциды (Homoptera, Coccidae) вредящих плодовым и субтро-
пическим культурам в Ленкоранской зоне Азербайджана // Изв. АН Азерб. сер.
биол. наук, №4, 1966, с.32-39.
3.
Məmmədov Z.M., Mustafayeva İ.E. Abşeron yarımadasında meyvə ağaclarına zərərve-
rən başlıca yastıcalar (Homoptera, Coccidae) və onların entomofaqları / Azərbaycan zoo-
loqlar cəmiyyətinin əsərləri. Bakı: Elm, II c., 2010, s.353-359.
4.
Мярцева С.Н., Ниязов О.Д. Виноградный мучнистый червец и его естественные
враги в Туркменистане. Ашхабад: Ылым, 1986, 176 с.
5.
Рзаева Л.М. Паразиты и хищники виноградного мучнистого червеца (Planococcus
ficus Sign.) и интродукция новых энтомофагов в Восточном Закавказье // Изв. АН
Азерб. сер. биол. наук, 1985, №5, с.31-39.
ВИНОГРАДНЫЙ МУЧНИСТЫЙ ЧЕРВЕЦ (Planococcus ficus Sing.), КАК
ВРЕДИТЕЛЬ ПЛОДОВЫХ КУЛЬТУР НА АБШЕРОНЕ И ЕГО ЭНТОМОФАГИ
И.Э.МУСТАФАЕВА
РЕЗЮМЕ
Изучены биоэкологические особенности виноградного мучнистого червеца в ус-
ловиях Абшерона и его энтомофаги. Автором установлено, что червец в условиях Аб-
шерона в году даёт 4 поколения. Также выявлено, что в регуляции численности вре-
дителей участвуют 11 видов паразитов и хищников. Среди них 4 вида (2 вида паразита
и 2 вида хищника) рекомендуются в биологической борьбе с виноградным червецом.
Ключевые слова: Абшерон, червец, энтомофаг.
Planococcus ficus Sing. AS A PEST OF FRUIT CROPS
IN ABSHERON AND ITS ENTOMOPHAGS
I.E.MUSTAFAYEVA
SUMMARY
The paper studies the bioecological abilities of Planococcus ficus and its entomophags
in the Absheron peninsula. The author establishes that the scale gives 4 generations a year
under Absheron conditions. It is revealed that 11 species of parasite and predatory naturally
manage the number of pests. Among them 4 species (2 species of parasite and 2 species of
predatory) are recommended to be effective agents of Planococcus ficus.
Key words: Absheron, coccidae, entomophag.
Redaksiyaya daxil oldu: 10.03.2011-ci il.
Çapa imzalanıb: 27.05.2011-ci il.
Dostları ilə paylaş: |