1
Windows
əməliyyat sistemi
Windows
əməliyyat sisteminin yaranma tarixi və inkişaf mərhələləri
Windows əməliyyat sistemi istifadəçilər üçün rahat işləmə mühiti yaratmaq məqsədilə meydana gəlmişdir. Bu ƏS
yaranmamışdan əvvəl istifadə edilən istənilən ƏS istifadəçidən kompyuteri idarə edən əmrləri bilməsini tələb edirdi. Windows əməliyyat
sisteminin yaranması sistem mühiti və burada işləmə qaydasını dəyişməyə imkan verdi. İstifadəçi üçün çox sadə işləmə qaydalarına
malik olan qrafik interfeysin meydana gəlməsi istifadəçini əmrlər strukturunu öyrənməkdən azad etdi. Maraqlıdır ki,
bu ƏS-nin ilk
versiyalarının yaranması istifadəçilər tərəfindən çox soyuq qarşılandı. 1985 – 1990-cı illər ərzində bu ƏS çox da istifadə olunmadı.
Yalnız 1990-cı ildən sonrakı beşillikdə Windows əməliyyat sistemi kompyuter dünyasının ona qarşı olan münasibətini tamam dəyişdirdi.
İlk versiyalarında MS-DOS sisteminin örtüyü kimi meydana çıxan bu yeni ƏS Windows-95, Windows-98 və Windows-2000 kimi
versiyalarında tam hüquqlu ƏS kimi öz təsdiqini tapdı.
IBM PC kompyuterlərində
1981
-ci ildən 1995-ci
ilə qədər əsas ƏS kimi
MS-DOS
istifadə edilmişdir.
Bütün bu illər ərzində
MS-DOS əməliyyat sistemi MS-DOS 1.0-dan MS-DOS 6.22-yə qədər inkişaf yolu keçmiş və hər dəfə yeni versiyanın buraxılması ilə
daha çox qurğularla işləmək mümkün olmuş və sistem yeni proqramlarla gücləndirilmişdir. Bu ƏS-nin ən zəif
yeri əməli yaddaşla iş
prosesinə aid idi. Belə ki, o dövrdəki əksər kompyuterlərdə ƏY-nin həcmi 250 Kbaytı aşmırdı, MS-DOS isə 640 Kbayt əməli yaddaşla
işləyə bilirdi.
MS-DOS-un ikinci çatışmazlığı
isə ondan ibarət idi ki, bu sistem qrafik ƏS olmadığından, qrafik
rejimdə işləmək mümkün
deyildi.
Nəhayət, MS-DOS-un təkməsələli ƏS olması onun növbəti çatışmazlığı idi.
Microsoft şirkətində IBM PC tipli fərdi kompyuterlər üçün qrafik əməliyyat sistemlərinin yaradılması istiqamətində aparılan
işlərə başlanılmış və belə bir sistemin ilk versiyası