Elektron dövlətdə insan resurslarının formalaşması
məsələləri
Zərifə Cəbrayılova
AMEA İnformasiya Texnologiyaları İnstitutu, Bakı, Azərbaycan
depart15@iit.ab.az
Xülasə—
Məqalədə e-dövlətdə insan resurslarının mahiyyəti şərh
olunur. Beynəlxalq təcrübəyə istinadən e-dövlətdə insan
resurslarının
formalaşması
məsələləri
araşdırılır.
Respublikamızda e-dövlətin formalaşmasına zəmin yaradan
konseptual
sənədlərdə
insan resurslarının formalaşması
məsələlərinin həlli ilə bağlı öz əksini tapan istiqamətində qəbul
olunan müddəalar şərh olunur. Ölkəmizdə e-dövlətin insan
resurslarının hazırkı vəziyyət təhlil olunur.
Açar sözlər – e-dövlət, insan resursları, e-dövlətə hazırlıq
indikatorları, e-dövlətdə insan resurslarının faktorları, e-dövlətin
formalaşması məsələləri
I.
GIRIŞ
Bu gün ölkəmizdə "Elektron hökumət”
yeni inkişaf
mərhəsinə qədəm qoyub və elektronlaşdırılan hər bir xidmət
ölkə əhalisinin rifahına və firavanlığına xidmət edir [1].
Hazırda
vətəndaşlar
elektron
dövlətin
yaratdığı
imkanlardan, elektron xidmətlərdən istifadə edirlər, rəsmi
sənədlərin verilməsi, vergi
və gömrük bəyannamələrinin,
statistik hesabatların təqdim olunması, məşğulluq orqanları
vasitəsilə iş axtarışı, ali məktəblərə və dövlət qulluğuna qəbul
üzrə test imtahanlarında iştirak etmək üçün elektron ərizələrin
qəbulu və s. ölkəmizdə uğurla tətbiq edilməkdədir [2].
Bu
gün
qloballaşan
dünyada
ölkələrin
rəqabət
qabiliyyətinin,
ilk növbədə, onların informasiya və
kommunikasiya texnologiyalarından (İKT) səmərəli istifadəsi
ilə
müəyyənləşdiyini və İKT-nin inkişafının ölkənin
intellektual və elmi potensialının
vacib göstəricilərindən
olduğunu nəzərə alsaq, onda əminliklə demək olar ki, bu gün
Azərbaycan rəqabətqabiliyyətli intellektual və elmi potensiala
malikdir [3]. Bu intellektual və elmi potensialın daha da
gücləndirilməsi insan resurslarına diqqəti artırır. İnsan
resursları maddi və mənəvi dəyərlərin istehsalında insanın
əməkqabilyyətliyini
təyin edən müxtəlif biliklər, bacarıq və
vərdişlər toplusudur [4]. Bu baxımdan təşkilatın, regionun,
sahənin, ölkənin insan resursları fərqləndirilir. İndi təşkilatlarda
insana adi işçi kimi baxılmır, o həmin təşkilatın strateji
resursudur, rəqabətqabiliyyətliyinin əsasıdır. Geniş mənada,
daha doğrusu, milli səviyyədə insan resursları hər bir dövlətin
iqtisadi inkişafının başlıca
göstəricisidir, dövlətin əmək
resurslarının savadını, əhalinin intellektual və idarəedici
biliklərini, vasitələrini özündə əks etdirir. İnsan resursları
cəmiyyətin gələcək inkişafı üçün, innovasiya iqtisadiyyatının
və biliklər iqisadiyyatının formalaşmasının və inkişafının
başlıca faktorudur.
Elektron dövlətdə insan resursları ölkədə İKT təhsilin
səviyyəsi, əhalinin İKT-dən istifadə bacarığı, əhalinin İnternet
və e-dövlət xidmətlərindən istifadə motivasiyası ilə təyin edilir
[5]. Odur ki, ölkədə e-dövlət quruculuğunun inkişafı onun əsas
komponenti
olan
insan
resurslarının
formalaşması
məsələlərinin öyrənilməsini, onların
analiz edilməsini, bu
istiqamətlərdə əldə olunan nəticələrin və problemlərin təhlil
olunmasını zəruri edir.
II.
E-
DÖVLƏTDƏ INSAN RESURSLARI
E-dövlətin formalaşdırılması hakimiyyət orqanlarının
fəaliyyətində şəffaflığın, informasiya azadlığının təmin
olunmasına,
hakimiyyət
orqanlarının
fəaliyyətində
səmərəliliyin yüksəldilməsinə, demokratiyanın inkişafına və
insan hüquqlarının təmin olunmasına, vətəndaşların fiziki
imkanlarından asılı olmayaraq onların
dövlətin idarə
olunmasında yaxından iştirakına, onlayn mühitdə dövlət
xidmətlərinin göstərilməsinə xidmət edir.
BMT-nin e-dövlətin inkişafı ilə bağlı metodikasında e-
dövlət indeksi 3 indekslə:
Onlayn xidmətlər (dövlət veb-saytları) indeksi;
Telekommunukasiya infrastrukturu indeksi;
İnsan resursları indeksi ilə təyin edilir [6–8].
Hər bir indeks göstəricilər sistemi ilə - indikatorlarla
müəyyən edilir. Aşağıda e-dövlətə hazılığın qiymətləndirilmə-
sində insan resursları indeksini təyin edən indikatorlar
verilmişdir:
Təhsillə bağlı
indikator;
Ali təhsillə bağlı indikator;
Əhalinin savadlılığı indikatoru;
Şagirdlərin İKT savadlılığı indikatoru;
Tələbələrin İKT savadlılığı indikatoru;
Dövlət qulluqçularının İKT üzrə ümumi bilik səviyyəsi
indikatoru;
Dövlət müəssisələrində çalışan işçilərin İKT üzrə
ümumi
bilik səviyyəsi indikatoru;
Əhalinin İKT üzrə ümumi bilik səviyyəsi indikatoru;
Əhalinin kompüterdən iş məqsədilə istifadəsi
indikatoru;
Evdə kompüterə sahib olma indikatoru;
İnternetdən müntəzəm istifadə indikatoru;
Elektron poçtdan istifadə indikatoru.
“Elektron dövlət quruculuğu problemləri” I Respublika elmi-praktiki konfransı, 4 dekabr, 2014
_____________________________________________________________________________________________________
232