ÖYRƏNİLMİŞ DƏRSLƏR FORMASI
LESSONS LEARNED FORM
Sənəd № / Doc. No.:
ATL-HSE-F-036
Haz. tarixi / Issue date:
23.01.2017
Təftiş № / Rev. No.:
01
Təftiş tarixi / Rev. date: 01.12.2017
Ay /
Month
PTW №
/ İİ №
Hesabat kodu /
Report ID
Zavod / Plant
Növ\ Type
Ərazi / Area Tarix /
Date
Avqust
ATL-2018-
PPP-059
Polietilen
Məmulatlar
Zavodu
Vaxt itkisinə
səbəb olan
Plastik
İnjeksiya
avadanlığında
üçlüklərin
hazırlanması
14.08.2018
Hadisənin
xülasəsi /
Incident
summary
Başlıq / Title : Qəlibin operatorun əlindən sürüşərək sol ayağına düşüb xəsarət
yetirməsi
Saat 20:52 radələrində plastik injeksiya sahəsində, Plastik İnjeksiya avadanlığında
plastik 225/110 mm diametrində olan üçlük istehsal olunurdu. Operator vəzifəsində
çalışan işçi soyudulmaq üçün suya qoyulan üçlüyü (iç qəlibi ilə bir yerdə çəkisi 29.765
kq) sudan çıxarmış və iç qəlibi üçlükdən ayırmaq üçün qəlib çəkiciyə yerləşdirmək
istəyərkən üçlük qəlib ilə bir yerdə əlindən sürüşərək sol ayağın üstünə düşmüşdür.
Sumqayıt şəhər Travmatologiya xəstəxanasında rentgen müayinəsindən sonra işçinin
sol ayağında əzilmə halı olduğu, sınıq çat olmadığı müəyyən olunmuşdur.
Kök səbəblər / Root Causes :
1. Prosedura riayyət yetərsizliyi / Lack application of procedure
2. Uyğun olmayan müşahidə / İnappropriate observation
Düzəldici Tədbirlər / Corrective Measures :
1. İş öncəsi qısa təlimatlandırma zamanı işçilərə baş vermiş hadisə barəsində
məlumat verilməli, sahədə təhlükəsizlik davranışları və əllə yük qaldırma
zamanı təhlükəsiz iş üsullarının xatırladılması məqsədilə müvafiq prosedur və
təlimatların tələbləri işçi heyətinə çatdırılmalıdır.
Önləyici Tədbirlər / Preventive Measures :
1. Plastik İnjeksiya avadanlığında diametri 225/110 mm olan üçlüklərin
istehsalı və çəkisi iç qəlib ilə bir yerdə 25 kq-dan artıq olan hər hansı
məhsul istehsalı zamanı həmin sahəyə yükün çəkisindən asılı olaraq 1
nəfərdən artıq işçi təmin olunmalıdır.
2. Qəlib çəkici qurğunun ön hissəsini yarıya kimi bağlamaq lazımdır ki,
işçi istəsədə qurğunun ön hissəsindən qəlibi qurğuya sala bilməsin.
3. Qəlib çəkici qurğunun oturacağı möhkəmləndirilməlidir, belə ki,
oturacaq sabitlənməli və üstünə list dəmir qoyulub bərkidilməlidir.