AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİ
P O L İ S A K A D E M İ Y A S I
KAFEDRA: «İctimai elmlər»
FƏNN: «Fəlsəfə»
FAKÜLTƏ: Qiyabi
MÜHAZİRƏ
MÖVZU: «İstiqamətverici mühazirə»
Vaxt-2 saat
Tərtib etdi: «İctimai elmlər»
kafedrasının baş
müəllimi, polis baş leytenantı
Rəşad Qasımov
Mühazirə kafedranın iclasında müzakirə edilib və bəyənilib.
Protokol № ____ “________” ______________ 2016-cı il
BAKI 2 0 1 6
3
GİRİŞ
Fəlsəfə ruhun bədəni tərk edərək xəyalən olsa da, mütləq dünyaya qayıtmaq
cəhdidir. Müxtəlif insanların ruhları Həqiqət, Xeyir və Gözəllik aləminə eyni dərəcədə
yaxın olmadığına görə, onların hafizələrində mütləq aləmin
rəngarəngliyi müxtəlif
şəkildə iz qoymuşdur. Fəlsəfi sistemlərin çoxluğu, həmçinin onların arasında
ziddiyyətlər buradan irəli gəlir.
Deyə bilərik ki, fəlsəfə mənəvi təfəkkür mədəniyyətinin ayrıca bir hissəsidir. O,
fəlsəfəni öyrənən insanı praktiki həyat proqramı, həyatın ali mənasını
dərk edilməsi,
əxlaqi ideallar ilə silahlandırmağı qarşısına məqsəd qoymuşdur. İ.Kant fəlsəfənin fəal
praktiki xarakterini vurğulayaraq yazırdı: "Umumiyyətlə, müdriklik bilikdən daha
çox
fəaliyyət tərzindən ibarətdir..."
Fəlsəfə mükəmməl müdriklik ideyasını
təcəssüm etdirir, insan zəkasının ali
məqsədlərini göstərir. Filosofluğun mahiyyəti ali mənəvi dəyərləri əsaslandırmaqdır.
Fəlsəfə dünyanı əvvəlcə dərk edən, sonra isə onu qiymətləndirən insanın mənəvi
istiqamətləndirilməsi funksiyasını yerinə yetirir.
İnsanda insaniyyətlik, bütövlükdə insanın
nə demək olduğu fəlsəfəni
maraqlandıran məsələlərdir. Onu öyrənənlərə insan haqqında həqiqəti dərk etmək
imkanı yaradır. Onu sadəcə olaraq insana yönəlməsi deyil,
insana məhz subyekt,
şəxsiyyət kimi istiqamətlənməsi səciyyələndirir.
Fəlsəfə biliyin ən humanist nəzəri formasıdır. O, insanla xüsusi dildə danışır, ona
kim olduğunu, insani ləyaqət və vəzifənin nədən ibarət olduğunu,
onun cəmiyyətə,
təbiətə, başqa insana, bütün Kainata münasibətdə bir insan kimi hüquq və vəzifələrinin
nədən ibarət olmasını izah edir.
Biliyin dünyagörüşü sistemi olan fəlsəfənin əsas vəzifəsi insan mənəviyyatını, ali
humanist əqidələr sistemini inkişaf etdirməkdir. Fəlsəfənin öyrənilməsi onun tarixini, ən
görkəmli nümayəndələrinin baxışlarmı, əsas anlayış və kateqoriyaları bilməyi nəzərdə
tutur.