YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
olan büdcə konsilidasiyasına səbəb olmur
8
, çünki o, bölüşdürülmüş təsirlər
və səmərəlilik arasındakı tarazlığa söykənir. Burada əsas məsələ qəhvəyi iq-
tisadiyyatın mövcudluğunu nəzərə alıb yaşıl fiskal siyasətdə düzgün iqtisadi
aləti seçməkdir. Əks halda bu, “yaşıl şirkətlərin” müflisləşməsinə gətirib çı-
xaracaqdır. Beləki, “yaşıl” subsidiyalardan alət kimi istifadə edərkən xarici
mühit amilləri (qloballaşma, beynəlxalq rəqabət, daxili bazar konyukturası,
xüsusilə, istehlakçı psixologiyası və s.) nəzərə alınmalıdır, yoxsa nəticələri
gözlənilməz ola bilər. Məsələn, ABŞ höküməti 2011-ci ilin avqustunda günəş
panellərinin istehsalı ilə məşğul olan “Solyndra” şirkətinin müflisləşməsini
rəsmi elan etdi. Səbəb isə çox sadə idi: şirkət ucuz Çin məhsulları ilə rəqabət
edə bilmir. Barak Obamanın rəhbərliyi altında “yaşıl” təşviqat proqramının
tətbiqi nəticəsində əldə olunan kreditə federal zəmanət alan ilk şirkətlərdən
biri olan “Solyndra”nın müflisləşməsi tənqidçilərə səbəb verdi ki, həmin sti-
mullaşdırma proqramının texniki-iqtisadi tərəflərini yenidən araşdırsınlar
və çatışmayan tərəfləri müəyyən edib proqramı daha da təkmilləşdirsinlər
9
.
Başqa bir misal: İsveç son 3 il ərzində adambaşına “ekomobiley” (eta-
nolla işləyən xüsusi nəqliyyat vasitələri) satışında vergi güzəştləri, belə
avtomobillərin alıcıları üçün pul bonusları və avtomobil sığortası güzəştləri
şəklində möhkəm dövlət subsidiyalarına görə dünya lideri olmuşdur. Buna
baxmayaraq, 2010-cu ildə yalnız bu nəqliyyat sayəsində CO2 emissiyası 100
min ton artmışdır
10
. Çünki hər avtomobilə düşən CO2 emissiyasının miq-
darının azaldılmasına baxmayaraq, ümumi qət olunan kilometrlərin miqda-
rı artmışdır, yəni güzəştli şərtlər daxilində insanlar belə avtomobillərdə daha
çox səyahət etmişdilər. Bu halı iqtisadi ədəbiyyatlarda Cevons paradoksu
11
(rebound effect) adlandırırlar.
Artıq dünyanın müxtəlif ölkələrində tətbiq edilmiş yaşıl fiskal siyəsətin
digər bir aləti karbon vergisidir (və ya karbon emissiyası üzrə vergi). Karbon
vergisi qlobal istiləşmə və iqlim dəyişikliyinin ən əhəmiyyətli mənbələrindən
biri olan və neft, kömür və təbii qaz kimi yanacaqların yanmasından mey-
dana gələn karbon emissiyasını azaltmaq məqsədiylə alınan bir vergidir. Bu
8
Beynəlxalq borc əməliyyatlarında, birbaşa borclu olan dövlətin borcu olan təşkilat və ya dövlətlə razılaşaraq,
borcun vədəsinin daha da uzadılması prosesinə verilən addır. Xalq arasında “Borcumu nə inkar edirəm,
nə də ödəyirəm” kimi izah olunur. Konsolidasiya qərarı alan bir dövlət, o an üçün bu borcların faizini belə
ödəyə bilməyəcək vəziyyətdə olur və irəlidəki illərdə özünü düzəldib borclarını bağlasa belə, konsolidasiya
əməliyyatı, o ölkənin beynəlxalq kredit qeydini və prestijini aşağı salır.
9
http://www.latimes.com/news/opinion/la-ed-solyndra-20110902,0,7758497.story
10 http://www.treehugger.com/files/2011/03/cleaner-cars-make-people-drive-more.php
11 Cevons paradoksu: texnoloji tərəqqi nəticəsində hər hansı bir resursun istehlak səmərəliliyinin artması elə
həmin resursa qarşı olan tələbatı daha da artırır.
- 25 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
vergi növünə eyni zamanda CO2 vergisi də deyilir
12
. Karbon vergisi “yaşıl”
subsidiyaların çatışmazlıqlarını nisbətən kompensasiya edir. Beləki, karbon
vergisi “qəhvəyi iqtisadiyyat” əsasında formalaşan bir alət olduğuna görə
onun əsas məqsədi gəlir götürmək və təbii resurslardan istifadənin qarşısını
almaq deyil, əksinə qlobal çirklənməni azaltmaq və təbii resursları qorumaq-
dır. Bu vergi növü ətraf mühitə ziyan verən sahələrə tətbiq olunduğu üçün
dövlət büdcəsinə ziyan vurmur və həm də yoxsulluq probleminə də müsbət
təsir göstərir. Başda Skandinaviya ölkələri olmaqla, Hollandiya, İngiltərə və
Almaniya kimi dövlətlər digər vergi yüklərini azaldıb ətraf mühitlə əlaqəli
olan vergi yükünü çoxaltmaqla bu balansı qoruyub saxlaya bilirlər. Bu vergi
növü Azərbaycan şəraiti üçün də məqsədəuyğundur və eləcə də, Azərbaycan
Respublikasının Konstitutsiyasının 39 və 94-cü maddələrinin rəhbər tut-
duğu “çirkləndirən özü ödəyir prinsipi”nin həyata keçirilməsinə də kömək
edir. Hazırda AB-nin Emissiya Ticarəti Sisteminə (EU-ETS) keçməsi ilə
bu vergi növünün əhəmiyyəti bir qədər azalmış kimi görünsə də, bir çox
iqtisadçılar (Nobel mükafatlı Qari Bekker daxil olmaqla) karbon vergisini
dəstəkləyirlər. Vergi vasitəsilə mübarizə, həm təbii ekosistemlərin və həm də
biomüxtəlifliyin qorunması üçün effektiv yol ola bilər.
Yuxarıda verilən bütün izahatları ümumiləşdirsək aşağıdakı sistemi ala bilərik:
Şəkil 1.1. Davamlı inkişafın yol xəritəsi
12 What ‘s a Carbon Tax, www.carbontax.org
- 26 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
Ölkələri və atılan addımları nəzərdən keçirərkən aydın olur ki, davamlı
inkişafa görə ən təşəbbüskar region Avrozonadır və bu məqsədlə Avropanın
2020-ci ilə kimi olan konkret hədəfləri aşağıdakılardır:
20-64 yaşlı əhalinin 75%-i işlə təmin edilməlidir;
AB-də ÜDM-in 3%-i tədqiqat və inkişafa (R&D) investisiya edilməlidir;
İqlim dəyişkənliyi və enerji istehsalı qoyulan hədəflərə uyğunlaşdırılma-
lıdır;
Ümumi təhsil müəssisələrini bitirənlərin və ali və ya ekvivalent təhsil
müəssisələrinin 30-34 yaşlı məzunları müvafiq olaraq ən az ümumi
əhalinin 10% və 40%-i təşkil etməlidir.
Yoxsulluq riski ən az - 20 milyon insanı əhatə etməlidir.
Göründüyü kimi yaşıl iqtisadiyyatın mühüm hədəflərindən biri
məşğulluğun təmin edilməsidir.
1.5. Yaşıl iqtisadiyyat və məşğulluq
Rio+20 zirvəsi müəyyən etdi ki, yaşıl iqtisadiyyatın inkişafı ilə
məşğulluğun artımı arasında düz mütənasiblik mövcuddur. Beləki, ya-
şıl iqtisadiyyat multiplikator rolunu oynayaraq altı sahənin, yəni kənd
təsərrüfatı, balıqçılıq, meşə təsərrüfatı, emal sənayesi (məsələn, yüngül
və yeyinti sənayesi), bərpa olunan enerji təsərrüfatı və turizmin inkişafını
zəruri edir ki, bu da yeni iş yerlərinin açılması üçün imkanlar yaradır. Bu
sektorların inkişafı diversifikasiyalaşdırılmış iqtisadi siyasət yürütməyə
də imkan verir. Məsələn, Azərbaycanda turizmin inkişafı üçün ölkənin
iqtisadi gücü və coğrafi mövqeyi baxımından böyük imkanları vardır.
Turizmin inkişafı isə dalğa effekti yaradaraq sadalanan sahələrdə işgüzar
canlanma yaradır və məşğulluğu artırır. Sahələrin bir-birilə əlaqəli inkişafı
onların defolta uğrama risklərini zəiflədir. Təsadüfi deyildir ki, məhz, Rio
+20 zirvəsi də iqtisadiyyatın bu altı sektorunu yaşıl iqtisadiyyat üçün açar
səhələr hesab etmişdir.
- 27 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
Rio+20 hesabatına görə hazırda yaşıl iqtisadiyyatda çalışanların sayı
10 milyon nəfərdir və onun 5 milyonu bərpa olunan enerji sektorunda
çalışır. Aşağıdakı qrafikdə Avropada yalnız külək enerjisi sektorunda ça-
lışanların sayı göstərilmişdir: 2010-cu ildə bu rəqəm 238 min 135 nəfər
olmuşdur və 2030-cu il üçün hədəf bu göstəricini 794 min 79 nəfərə çat-
dırmaqdır.
Ümumiyyətlə, belə bir sual ortaya çıxır: yaşıl iqtisadiyyat əgər ətrafa zi-
yan vurmayan yeni iş yerləri vəd edirsə onda bunlar hansılardır? Cavab üçün
sahələri belə qruplaşdırmaq olar: yüksək səviyyəli biliyə və intellektə sahib
olan şəxslər, həmçinin müəyyən peşə-ixtisas sahibləri və kənd təsərrüfatı
istehsalçıları. Martinez Fernandez və başqaları (13) birbaşa və dolayı ola-
raq insan fəaliyyətinin ətraf mühit üzərindəki mənfi təsirlərini azaltmağa
istiqamətlənən hər hansı bir işi yaşıl iş olaraq qəbul edirlər
13
. Xüsusilə, son
zamanlar qlobal iqlim dəyişikliyinin qarşısını almaq üçün yaşıl sektorlarda
çalışanları “yaşıl boyunluqlular” (green-collar workers) adlandırmağa baş-
ladılar.
Şəkil 1.2. Avropada külək enerjisi sektorunda çalışanların məşğulluğa təsiri
Mənbə:http://www.ewea.org/
13 Apollo Alliance, Green-Collar Jobs in America’s Cities, United States, 2008.
- 28 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
Cədvəl 1.2. Yaşıl iqtisadiyyat
Yaşıl iqtisadiyyat sahələri
Yaşıl işlər
Tikinti
elektrik və istilik sistemində işçi, dülgər,
inşaat operatoru, izolyasiya işçiləri, sənaye
yük maşını sürücüləri, inşaat mühəndisləri
Nəqliyyat
inşaat mühəndisləri, dəmir yolu işçiləri,
elektrik, qaynaqçılar, dəmirçilər, mühərrik
birləşdiriciləri, istehsal köməkçiləri, avtobus
sürücüləri, nəqliyyat üzrə məmurlar, lokomo-
tiv mühəndisləri, dəmiryolu konduktorları
Ağıllı şəbəkə texnologiyası (Smart Grid)
kompüter proqramı mühəndisləri, elektrik
və texniki mühəndislər, qaynaqçılar, inşaat
işçiləri, sənaye mühəndisləri, təmirçilər
Külək enerjisi
mühəndislər, dəmir-polad işçiləri, elektriklər,
inşaat operatorları, sənaye yük maşını
sürücüləri, sənaye istehsal müdirləri, istehsal
nəzarətçiləri
Günəş enerjisi
elektrik mühəndisləri, elektrik, mexaniklər,
qaynaqçılar, dəmirçilər, inşaat operatorları,
su təsisatçıları, tikinti müdirləri
İnkişaf etmiş bioenerji
kimya mühəndisləri, kimyaçılar, kənd
təsərrüfatı işçiləri, sənaye yük maşını
sürücüləri, meşə nəzarətçiləri
“Yaşıl boyunluqlular”ın sahib olduqları peşə və bilik bacarıqlarıaşağıdakı
kateqoriyalara bölünürlər:
• Sadə, təkrarlanan bilik və bacarıqlar (məsələn, surətçıxarma aparatı ilə iş);
• Texniki bacarıqlar (dizayn, İKT sahəsində peşə bacarıqları və s.);
• İnkişaf etmiş və elmi biliyə əsaslan bacarıqlar (biznesin planlaşdırıl-
ması, keyfiyyətə nəzarət, insan resurslarının planlaşdırılması, intellek-
tual mülkiyyətin idarə edilməsi, maliyyə menecmenti, təhlükəsizlik
əməliyyatlarının aparılması, daha çox xarici dil bilmək və s.)
• Sahibkarlıq qabiliyyəti (motivasiya, qrupla işləmək qabiliyyəti,
təşəbbüskarlığı qiymətləndirmə, yaşıl məhsullara adaptasiya və s.)
• Yaşıl işlər nəinki məşğulluğu təmin edir, həm də insanların sosial-iqti-
sadi rifahını yüksəldir. Appolo Alliance-a görə əgər bir iş ətraf mühiti
yaxşılaşdırarkən işçisinə ödəniş etmirsə, ya da aşağı gəlirli işçiləri yüksək
- 29 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
bacarıq tələb edən peşələrə aparan bir karyera imkanı yaratmırsa, o işin
yaşıl iş olaraq qəbul edilməsi mümkün deyildir.
İndi isə yaşıl iqtisadiyyatın əmək bazarına təsirini üç zaman kəsiyində
nəzərdən keçirək:
•
Qısa müddət ərzində - daha çox karbon emissiya edən sektorlarda
iş yerlərinin ixtisarını yaşıl sektorda yeni iş yerləri kompensasiya edəcəkdir.
Bunun üçün texnoloji inkişaf yaşıl iqtisadiyyat prinsiplərinə əsaslanan sek-
torların rəqabət qabiliyyətinin artırılmasını təmin etməlidir. Enerji sekto-
rundakı islahatlar struktur işsizliyə yol aça bilər. Bu dövrdə işini itirən insan-
ların məşğulluq problemi dərhal həll oluna bilməz. Çünki belə işçilər inkişaf
edən və yenilənən sektorlarda tələb olunan bacarıqlara hələ sahib deyildirlər.
Xüsusilə, əmək qüvvəsinin yaşlı seqmentinin yeni iş yerlərinə cəlb olunması
uzun bir zamanı əhatə edə bilər.
•
Orta müddət ərzində - yaşıl iqtisadiyyata dair islahatlar nəticəsində
ixtisara düşmüş və yeni yaradılmış iş yerlərinin təsiri iqtisadiyyatda ümumi
şəkildə yayılmağa başlayacaqdır. Tənzimləmə siyasəti şirkətləri daha effek-
tiv enerji istehsalı üsullarından istifadə etməyə yönəldəcəkdir. Nəticədə,
ənənəvi enerji qiymətləri yüksələcək, bərpa olunan enerji texnologiyaları
rəqabət gücünü artıracaq ki, bu da yaşıl sektorlarda məşğulluğun çoxalma-
sına səbəb olacaqdır. Beləliklə, məşğulluğun artımı iqtisadi inkişafa dolayı
yolla təsir göstərəcəkdir və burada neqativdən pozitivə doğru irəliləyiş ola-
caqdır
14
.
•
Uzun müddət ərzində - yeni texnologiyaların inkişaf etdirilməsi,
innovasiya yönümlü sərmayə yatırımlarının artımı və sürətli inkişaf fürsəti
yaranacaqdır. Çünki yenilik və texnoloji dəyişiklik iqtisadi inkişafın təməl
prinsiplərini ifadə edir. Yeni texnologiyalara uyğunlaşma ehtiyacı sektorları
ikinci yenilik dalğasına aparacaqdır. Uzunmüddətli dövrdə kreativ destruksiya
iqtisadiyyatda məhsuldarlığı artıracaq. Bu dövr ərzində ixtisaslı işçi qüvvəsinə
tələbat da artacaqdır. Nəticə olaraq, uzun dövrdə yaşıl iqtisadi sistemin aparılan
islahatlar nəticəsində ixtisara düşmüş ənənəvi iş yerlərinin sayı ilə müqayisədə
daha çox iş yaratma potensialı olduğu mülahizəsi özünü doğruldur.
Yaşıl peşələrin ən əhəmiyyətli xüsusiyyəti isə onun insanın təbiəti ilə
həmahəng olmasıdır. Bunun mənası özünü gündəlik tələbatı ödəyə biləcək
14 CEDEFOP-ILO, Skills for Green Jobs, European Synthesis Report, 2010.
- 30 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
gəlir, sosial təminat, həmkarlar ittifaqının məqsədli fəaliyyəti, sağlamlıq
zəmanəti, karyerada irəliləmə fürsəti və gender bərabərliyinin təminatında
göstərir. Yaşıl iş yerləri insan qüruruna toxunmadan ona yaşamaq haqqını
daha düzgün istifadə etməyə imkan yaradır. Belə yanaşma öz növbəsində
sivil dünyada hər hansı bir ölkənin uğurunun və gücünün göstəricisidir. Ona
görə də ölkələr xüsusilə, insan kapitalının inkişafına fikir verməlidirlər ki, da-
vamlı inkişafa ən optimal yol olan yaşıl iqtisadiyyatı tətbiq edə bilsinlər.
Məşğulluq strategiyası mövcud təhsil proqramlarının keyfiyyətinin
yüksəldilməsini və yeni proqramların tədbiqini zəruri edir. Danimarka, Al-
maniya və Estoniya kimi ölkələrdə buna ciddi fikir verilir. Almaniyada bəzi
universitetlər artıq yaşıl iqtisadiyyatı bir kurs kimi tətbiq etməyə başlamış-
dır və hətta, şirkətlər kadr siyasətində üstünlüyü belə akademik kursların
məzunlarına verirlər. Yaşıl iqtisadiyyatla bağlı kurrikulum yalnız universitet
tələbələrinə, xüsusi kurslar və treyninqlər isə çalışanlara və bu istiqamətdə bi-
lik və bacarıqlarını artırmaqda maraqlı olan insanlara tətbiq edilməklə daha
yüksək nəticə verir. İri şirkətlər isə yeni sistemə adaptasiya olunmaq üçün
çalışmalıdırlar ki, öz işçilərinə bu iqtiqamətdə təlimlər keçsin, ya da onların
maariflənməsində təşəbbüskar addımlar (məsələn, konsaltinq şirkətlərinin
yaşıl iqtisadiyyatın etik davranışları üzrə xidmətlərinə müraciət və s.) atsın.
Deməli, biliyə əsaslanan inkişaf və onun başlıca amili olan insan poten-
sialı davamlı inkişafın ən vacib şərtidir. Bunu təmin etmək üçün müxtəlif
ixtisas sahiblərinin və hər bir vətəndaşın davamlı insan inkişafı sahəsində
biliklərə yiyələnməsi və müvafiq bacarığa nail olması vacibdir. BMT və
YUNESKO-nun 2005-2014-cü illəri davamlı inkişaf sahəsində təhsil onil-
liyi elan etməsi bu məqsədə xidmət edir.
Davamlı insan inkişafının planlaşdırılması və həyata keçirilməsi,
gələcəksiz inkişafın qarşısını almaqdan ötrü bir sıra prinsiplərə riayət
edilməsi olduqca əhəmiyyətlidir. Tələbələrin diqqəti davamlı inkişa-
fın təmin edilməsində xüsusi əhəmiyyət daşıyan aşağıdakı vacib şərtlərə
yönəldilir və şərtlər korporativ siyasətin formalaşması üçün də çox
əhəmiyyətlidir:
-
Ətraf mühitin mühafizəsi, təbii ehtiyatlardan istifadə edilməsi
layihələrinin planlaşdırılması və həyata keçirilməsində çağdaş və gələcək
nəsillərin maraqlarının nəzərə alınması;
- 31 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
- Təbii ehtiyatlardan istifadə etdikdə onların davamlı işlədilməsini təmin
edən prinsip və texnologiyaların istifadəsi;
- İnkişafın planlaşdırılmasına və həyata keçirilməsinə aid dövlət
sənədlərinin hazırlanması və icrası zamanı davamlı inkişaf
prinsiplərinin əsas meyar kimi qəbul edilməsi;
- Ətraf mühitin keyfiyyəti və təbii ehtiyatların istifadəsi ilə əlaqədar
layihələrin müzakirəsi və qərar qəbul edilməsi prosesində ictimaiyyətin
iştirakının genişləndirilməsi;
- Hazırkı və gələcək nəsillərin sağlamlığının və uzunömürlülüyünün təmin
edilməsi və bunlara hər hansı potensial təsir barədə məlumatların əhaliyə
çatdırılması;
- Davamlı insan inkişafı sahəsində müxtəlif: qlobal, regional, ölkə, bölgə,
bələdiyyə, məhəllə, ev və s. səviyyələrdə əməkdaşlığın təşkil edilməsi.
Bu prinsiplərə əsaslanan inkişafın planlaşdırılması və idarə edilməsi
2002-ci ildə Yohannesburqda keçirilmiş Dünya Sammitinin qərarlarında da
öz əksini tapmışdır.
Davamlı inkişaf sahəsində irəli sürülən məqsədlər bu prosesin bütün
iştirakçılarının səfərbərliyini tələb edir. Bunlara fərdi sektorda fəaliyyət
göstərən şirkətlər və korporasiyalar da aiddir.
1.6. Yaşıl iqtisadiyyat və beyin mərkəzləri
Beyin mərkəzləri elm və siyasət arasında bir körpüdür. Ona görə də
onlar ancaq tədqiqatla məşğul olmur, həmçinin təbliğat fəaliyyəti də
göstərirlər. Bir beyin mərkəzi olaraq strateji araşdırma mərkəzləri dövlətlər
və onların cəmiyyətləri arasında bir güvənilən körpü rolunu oynayırlar.
Onlar ilk olaraq insanları müəyyən formada maarifləndirməlidirlər. Çün-
ki dayanıqlı inkişafın əsasında birinci növbədə insan kapitalı durur və bu
gün dünya ölkələri çoxillik davamlı inkişaf proqramlarını hazırlayıb qəbul
etmişlər. Strateji araşdırma mərkəzlərinin əsas məqsədlərindən biri də bu
proqramlar çərçivəsində insan kapitalını inkişaf etdirməkdir. Strateji araş-
dırma mərkəzləri həmçinin öz tədqiqatları ilə davamlı inkişafa mane ola
bilən problemləri üzə çıxarır və onun həlli yollarını elmi əsaslandırılmış
şəkildə göstərərək, həm də bu prosesi müşahidə etmiş olurlar. Məhz be-
- 32 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
yin mərkəzlərinin apardıqları tədqiqatlardan aydın olur ki,dünya kənd
təsərrüfatında kimyəvi preparatların nəzarətsiz istifadəsi aclıq çəkənlərin
sayını azalda bilməyəcək və bu vəziyyəti - torpaqların məhsuldarlığının
bərpasını, həmçinin ekoloji və sosial sabitliyin əldə olunmasını - ən yeni
aqroekoloji texnologiyaların tətbiqi yaxşılaşdıra bilər. Bu araşdırmaların
müvəffəqiyyəti qismən onunla izah olunur ki, aclığa kəndlilərin bacarıq-
sızlığının və ya torpaqların məhdudluğunun nəticəsi kimi deyil, ekoloji,
sosial və siyasi səbəblərin cəmi kimi baxılır. Aclığın öhdəsindən gəlmək
üçün kimyaçılar, sosioloqlar, torpaq mütəxəssisləri, aqronomlar, etnoqraf-
lar və iqtisadçılar birlikdə işləməlidirlər. Gübrələrin idxalına xərclənmiş
qiymətli valyutanı belə mütəxəssislərin hazırlanmasına və əməyinin
ödənilməsinə xərcləmək daha səmərəli olardı.
Bir çox beyin mərkəzləri Birləşmiş Millətlər Təşkilatının ətraf mühitə və
inkişafa dair Rio+20 konfransında öz tədqiqatlarını təqdim ediblər. Məhz
bu tədqiqatlar da konfransın nəticə sənədinin hazırlanmasında böyük rol
oynamışdır. Beləki, beyin mərkəzləri təbii resursların qiymətləndirilməsi
konsepsiyasına əsaslanaraq təbii resurslardan istifadəyə dair islahatlarda
meydana gələ biləcək problemlərin praktiki həlli yollarını təklif ediblər.
Məsələn:
-
Meşə təsərrüfatı yeni mexanizmlər vasitəsilə qorunmalıdır, bu sahədə
REDD+
15
kimi proqramların tətbiqi müsbət ola bilər, hətta belə proq-
ramlar yerli əhalinin hüquqlarının qorunması üçün də əlverişli mühiti
formalaşdırar.
-
Su resurları və dənizlərdə neft istismarına nəzarət olunmalıdır. İnnova-
tiv yanaşma imkan verər ki, torpaqların şoranlaşması və çiklənməsinin,
həmçinin qanunsuz balıq ovunun qarşısı alınsın.
Bundan başqa beyin mərkəzləri resurslardan daha səmərəli istifadə məqsədinə
çatmaq üçün yeniliklərin daha çox aşağıdakı iki sahədə tətbiqini təsdiqləyib:
-
Kənd təssərüfatında: Davamlı kənd təsərrüfatı praktikasına keçmək,
kəndlərdə yoxsulluğun aradan qaldırılması kimi strateji-siyasi
məqsədlərə çatmaq üçün kəndlərin inkişafının prioritetləşdirilməsi
məsləhət görülür.
15 REDD (Reducing Emissions from Deforestation and Forest Degradation)- meşə təsərrüfatında davamlı
inikaşafa investisiyanı stimallaşdıran və İEOÖ meşədə torpaqların mənimsənilməsinin qarşısını alan bir
proqramdır.
- 33 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
-
Enerji təsərrüfatında: Tədqiqat və işləmələrə qoyulan sərmayə, enerji
səmərəliliyi, diversifikasiya, başqa regionlarla korporativ əlaqələrin in-
kişafı, mərkəzləşdirilmiş elektrik təchizatı sxemlərinin genişləndirilməsi
enerji sektorunda (xüsusilə, bərpa oluna bilən enerji sektorunda)
əhəmiyyətli inqilab yarada bilər
16
.
Beyin mərkəzlərinin gəldiyi qənaətə əsasən, belə taktikaların daxil ol-
duğu inkişaf strategiyaları daha az karbon emissiyasına, inkişafa, gəlirlərin
və yeni iş yerlərinin artmasına təkan ola bilər. Xüsusilə, ilkin olaraq böyük
şəhərlər bu strategiyadan faydalana bilər; faktiki olaraq, artıq bəzi Avro-
pa şəhərlərində CO2 emissiyasının azaldılması və iqtisadi artıma nail ol-
maq üçün bəzi strategiyalar praktikada artıq uğurla həyata keçirilmişdir
17
.
Nəticə sənədinə ümumi və mütləq şəkildə daxil olunan bu təkliflərin hər
bir ölkə tərəfindən həyata keçirələcək və davamlı inkişafı təmin edə biləcək
inkişaf konsepsiyalarında da nəzərə alınması təqdirə layiq haldır. Ayrı-ayrı
ölkələrin beyin mərkəzlərinin əməkdaşlığı, onların birgə fəaliyyətləri, fikir
mübadilələri isə bu prosesi daha da sürətləndirir. Həm də ölkələrin iqtisa-
di, siyasi, sosial və mədəni baxımdan bir-birlərinə inteqrasiya olması strateji
araşdırmalar mərkəzlərinin birgə fəaliyyətini zəruri edir. Bu zaman əldə olu-
nan nəticələrin səmərəliliyi artacaqdır və dünya ölkələri davamlı inkişafın
təmin edilməsi üçün ən uyğun proqramların hazırlanmasına nail olacaqdır.
Hər bir proqramın həyata keçirilməsi təbiidir ki, maliyyə resurslarının ol-
masını tələb edir. Beyin mərkəzləri doğru və müvafiq maliyyə mənbələrinin
seçilməsində, banklar və beynəlxalq maliyyə institutları ilə danışıqlarda öz
tövsiyələrini verə bilər, hansı ki, bu tövsiyələr müvafiq dövlətlərin büdcə
vəsaitlərinin səmərəli istifadəsinə dəmüsbət təsir göstərə bilər.
Müxtəlif beyin mərkəzləri iddia edir ki, yaşıl iqtisadiyyatın inkişafı üçün
şəffaflıq və hesabatlılığın təmin edilməsində dövlət və özəl sektorlar birlikdə
işləməlidirlər (məsələn, birlikdə informasiyanı beynəlxalq səviyyədə
bölüşmək üçün müvafiq kanal yarada bilərlər).
Davamlı inkişaf strategiyasında beyin mərkəzlərinin rolu ona görə
əhəmiyyətlidir ki, onlar təkcə ölkə daxilində deyil, ölkənin mövcud oldu-
ğu regionda və dünyada baş vermiş dəyişiklikləri izləyir və buna uyğun
16 Outcome document The Future we want, UN Document A/CONF.216/L.1, Agriculture: par. 108-118; Water par.
119-124 and 158-177; Energy par. 125-129; Transportation and cities par. 132-137; Social protection par. 147-157.
17 http://www.nestle.com/randd/environmental-sustainability
- 34 -
Dostları ilə paylaş: |