Yazıçı publisist zaur "aldadilmiġ ƏR". Bakı, "Adiloğlu" nəĢriyyatı. 2010. 168 səh


Z A U R     170  B    BİLİNMƏYƏNLƏR



Yüklə 2,04 Kb.
Pdf görüntüsü
səhifə11/11
tarix04.05.2017
ölçüsü2,04 Kb.
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   11

Z A U R  
 
170 

 
BİLİNMƏYƏNLƏR 
 
Bu  gün  mənim  ən  xoĢ,  sevincli  günlərimdən 
biri  idi.  Ağlım  kəsəndən  bəri  Qarabağ  döyüĢləri 
ərəfəsində  atamın  bəzən  hərbi  geyimdə,  avtomatla 
evə  gəlməsi  məndə  hərbiyə,  vətəni  qorumağa  bö-
yük məhəbbət oyatmıĢdı. O zamanlar atam koman-
dirlərindən  ailəli  olduğu  üçün  bir  neçə  saatlığa 
icazə alıb evə  gələndə: “Ata, sən  erməni  görürsən, 
heç erməni öldürürsən?” kimi suallar verirdim ona. 
O,  da  həmiĢə  vaxtının  az  olmasına  baxmayaraq, 
həvəslə  mənim  suallarımı  cavablandırır,  elə  uĢaq-
lıqdan  içimdə  düĢmənə  qarĢı  böyük  nifrət  və  kin 
hissi  cücərdirdi.  Atamın  döyüĢdə  Ģəhid  olması  və 
ardınca  övlad  itkisinə  dözə  bilməyib,  nənəmin  də 
dünyasını dəyiĢməsi mənim düĢmənə olan nifrət və 
kinimi  daha  da  artdı.  Ġçimdə  intiqam  –  atamın 
döyüĢüb Ģəhid olduğu torpaqlar uğrunda mənim də 
döyüĢüb,  atamın  və  atam  kimi  neçə  -  neçə  Ģəhid 
olan  ataların  qanını  yerdə  qoymamaq  arzusu  bö-
yüyürdü. Lakin atamdan fərqli olaraq  mən məğlub 
ordunun  döyüĢçüsü  kimi  Ģəhidi  olmaq  istəmirdim. 
Arzum  o idi  ki,  tezliklə əsgəri  yaĢım  yetiĢsin, əgər 

A L D A D I L M I Ş   Ə R  
 
171 
həmin  ərəfədə  iĢğalda  olan  torpaqlarımız  qayıt-
masa,  torpaqlarımızın  azadlığı  uğrunda  olacaq 
döyüĢ  zamanı,  həmin  mücadilədə  yaxından  iĢtirak 
edim. Bu döyüĢdə daha bizdən ölən yox, öldürənlər 
olsun.  DüĢünürdüm  ki,  yeterincə bizdən  ölən olub, 
amma  bir  nəticə  əldə  etməmiĢik.  Yenə  də  torpaq-
larımız  düĢmən  iĢğalındadır.  Bu  dəfə  ölməməli, 
öldürməliyik.  Anam  isə  həmiĢə  mənim  bu  kimi 
fikirlərimə  qarĢı  çıxırdı.  Atamdan  sonra  arvad 
mənim  əsgər  getməyimi  belə  istəmirdi.  Anamın 
gözlərinin  içində  məni  də  itirmək  qorxusu  var  idi. 
Elə  mənə  hərbi  komissarlıqdan  çağırıĢ  vərəqəsi 
gələndə  də  nə  qədər  çalıĢsa  da  ki,  məni  xidmətə 
buraxmasın,  lakin  evdə  bir  neçə  gün  çörək 
yeməyib,  xidmətə  getmək  istəyimi  görüb,  mane 
olmadı. Daha sonra çalıĢdı ki, bir neçə qohuma ağız 
açıb,  məni  yaxınlıqda  olan,  rahat  hərbi  hissələrin 
birinə  saldırsın,  çox  pul  istədilər  deyə,  anamın  bu 
istəyi də boĢa çıxdı. Əvvəldən anamın məni harasa 
saldırmaq  istəyinin  əleyhinə  çıxdığım  üçün:  “O 
qədər  nəfsini  tökdün  ki,  yaxĢı  bir  yerə  də  saldıra 
bilmədim səni. Atan kimi “Vətən,vətən!” deyirsən. 
Atana  etdiklərindən  sənə  də  edəcəklər?!”  –  deyib 
gileylənirdi  anam.  Lakin  mən  vətənimi  hansısa 

Z A U R  
 
172 
təmənnaya  görə  sevmirdim.  Çünki  atam  mənə 
vətəni təmənnasız sevməyi öyrətmiĢdi. 
 
...Hə, keçmiĢi xatırlarkən, sevincli günümün 
səbəbini  demək  lap,  yadımdan  çıxmıĢdı.  Bu  gün 
mən  əsgər  gedirdim.  Səhər  tezdən  anamla  birgə 
hərbi komissarlığın qarĢısındakı oturacaqda oturub, 
hansı  hərbi  hissəyə  yollanacağımı  gözləyirdim. 
Bizimlə  yanaĢı  burda  bir  çox  əsgər  yollanacaq 
uĢaqlar vardı ki, onlar da valideynlərilə hansı hərbi 
hissəyə  göndəriləcəklərini  gözləyirdilər.  Hamıdan 
öncə  bizim  gəlməyimizə  baxmayaraq,  elə  ən  axıra 
qalan da biz və bizimlə yanaĢı üç – dörd nəfər oldu. 
Nəhayət,  məlum  oldu  ki,  bayaqdan  xarici  maĢın-
larla  yola  salınan  əsgərlər  əvvəldən  pul  verib, 
yerlərini  məlum  edənlərdi.  Biz  isə  yerimizi  pulla 
məlum  etməmiĢik  deyə,  bizlərdən  biri  Naxçıvana, 
mən və iki nəfər isə hərbi hissəsi “bilinməyən” ki-
mi  Biləcəridə  yerləĢən  hərbi  komissarlığa  gön-
dərildik.  Bizi  Biləcəridəki  komissarlığa  gətirən 
rayonumuzun  hərbi  komissarlığının  Adil  adlı  səla-
hiyyətli nümayəndəsi özü içəri daxil olub, bizi xey-
li gözlətdirdi. Bir saatdan çox vaxt ötdükdən sonra 
çölə çıxıb, valideynlərə yaxınlaĢaraq dedi: 

A L D A D I L M I Ş   Ə R  
 
173 
-  Yerlər  ancaq  ön  xətt  hərbi  hissələrinədir. 
Kimin  imkanı  varsa  elə  indi  yerindəcə  isti  –  isti 
hörmətini eləsin, yaxĢı yerə saldıraq. 
 
Zavallı  valideynlər  kimi  mənim  anam  da 
narahat oldu. Hamı ora – bura zəng edib, pul tapıb, 
Adilə  verdilər  ki,  övladlarını  yaxĢı  hərbi  hissəyə 
saldırsın.  Anam  yazıq  da  ha  vurnuxsa  da,  bir  çarə 
tapa bilmədi. Nəhayət: - ElĢad, narahat olma. Allah 
özü  kömək  olsun.  Sənin  delalarının  içində  Ģəhid 
oğlu  olduğun  yazılıb.  Yəqin  ki,  səni  yaxĢı  yerə 
salacaqlar,  –  deyə,  özünə  təskinlik  verirdi.  Elə  bu 
hisslərlə də tez – tez: - Mamanın gül balası, narahat 
olma,  get,  pirsaqanda  xoĢdadığın  yeməklərdən 
biĢirib,  gələcəyəm  yanına,  –  deyərək,  üz  – 
gözümdən öpürdü. 
-  Budur,  Adil  gəlir,  -  deyərək  anam  mənimlə 
birgə  əsgər  yollanan  elə  burda  tanıĢ  olduğumuz 
Rəhmanın anasına dedi. Rəhmanın anasından öncə 
atası dərhal ayağa qalxaraq, Adilə tərəf irəlilədi. Bu 
yerdə  gözlərim  doldu,  mənim  də  atamın  yanımda 
olmasını  istədim.  Bəlkə  də  atamı  itirəndən,  ilk 
dəfəydi  ki,  atasızlığın  acısını  bu  qədər  duyurdum, 
onun yanımda olmasını istəyirdim. Lakin nə fayda, 
atam  yox  idi.  Mənim  isə  bu  dünyada  anamdan 
savayı  bir  kimsəm  yox  idi.  Hər  dəfə  yanında  atası 

Z A U R  
 
174 
olan  kimsəni  gördükdə,  ata  həsrəti  içimi  didib  – 
parçalayırdı. Bəzən atamın məni tək qoyduğu üçün 
ondan  küsür,  inciyir,  bəzən  də:  -  “Mənim  atam 
qəhrəmandı.  O,  torpaqlarımız  uğrunda  canını  fəda 
edən  insandır”  –  deyərək,  qürrələnirdim.  Anam 
qolumdan  tutub:  -  A  bala,  qalx  gəl  görək,  -  demə-
silə,  fikrim  qarıĢdı.  Dərhal  oturacaqdan  ayağa 
qalxıb  anamla  birgə  Adilə  yaxınlaĢdıq.  O, 
valideynlərə: 
-  Sizin  oğlunuz  Gəncəyə,  sizinki  Lənkərana,  - 
anama  gəldikdə  isə:  -  Xala,  sizin  oğlunuz  da  Ağ-
dama düĢdü, - deyib çox sakit halda əlindəki bizim 
hərbi  biletləri  sayaraq,  qarĢıdakı  dəmiryolu 
stansiyasında qatarı gözləməyimizi bildirdi. 
Həmin  vaxt  anamın  necə  əlini  üzünə  sıxaraq 
hönkürdüyünü, gördüm. Bu arada özümü toplayıb, 
anama yaxınlaĢaraq, boynuna sarılıb, vaxtından tez 
dən düĢmüĢ saçlarını oxĢayıb, onu sakitləĢdirməyə 
çalıĢdım.  
 
*** 
 
 
Artıq  Biləcəridəki  dəmiryolu  stansiyasında 
bizi hərbi hissələrimizə aparacaq qatarı gözləyirdik. 
Bizimlə  gələn  valideynlər  qatar  gələnə  qədər  bir 

A L D A D I L M I Ş   Ə R  
 
175 
Ģeylər yemək üçün yaxınlıqda olan kafeyə keçmiĢ-
ilər. Bizə təklif etsələr də, pulumuz olmadığı üçün 
anam: - Yox, ay bacı, çox sağ olun, aclığımız yoxu, 
-  deyərək,  onlardan  uzaqlaĢıb,  yaxınlıqda  olan 
dükanların  birindən,  otuz  qəpik  pul  verib,  yavan 
çörək  alıb,  gözləmə  məntəqəsindəki  oturacaqda 
oturub,  iki  yerə  bölüb,  ana  –  bala  yeyirdik.  Elə  bu 
yerdə bələdçinin səsgücləndirici ilə: 
-  SərniĢinlərin  nəzərinə!  Bakıdan  Bərdəyə 
gedən  qatar  stansiyaya  yaxınlaĢır,  -  deməsilə  biz 
dərhal  yerimizdən  qalxıb,  stansiyaya  tələsdik. 
Burada  hamı  öz  övladı  ilə  görüĢür,  sağollaĢırdılar. 
Anam  da  göz  yaĢları  içində  məni  qucaqlayıb, 
bağrına  basıb,  hönkürürdü.  Sanki  anamın  dili 
tutulmuĢdu,  bir  kəlmə  də  olsun,  söz  danıĢmırdı. 
Digər valideynlər kimi sevincək: - “A bala, sağ get, 
salamat qayıt,” - kəlməsini də deyə bilmirdi zavallı 
qadın. 
- Ay xala, burax da, qatar getdi ki, - komissarlıq 
iĢçisinin  narazılıqla  dediyi  bu  kəlmələrdən  sonra 
anamdan  aralanıb,  səkkizinci  qatarın  qapısına 
doğru irəlilədim. 
Artıq  yola  düĢmək  üzrə  olan  qatarın  pəncə-
əsindən çölə baxdıqca gözlərim bəlkə, bir daha onu 
görmədim, heç olmasa, son dəfə doyunca, simasına 

Z A U R  
 
176 
baxım  deyə,  bəzilərinin  üzlərində  sevinc,  bəzi-
ərində isə kədər, göz yaĢı olan valideynlərin içində 
anamı  gəzirdi.  Amma  nədənsə,  anam  insanların 
içində  görünmürdü.  Birdən  qatar  yavaĢ  –  yavaĢ 
stansiyadan  uzaqlaĢmaqdaykən,  qatarın  arxasınca 
gələn valideynlərin arasından anamın göz yaĢlarına 
baxmayaraq  gülümsəyən,  mənə  sarı  əlini  yelləyən 
gördüm.  Anamın  yanındakı  kiĢini  gördükdə,  içimi 
bir  qorxu,  vahimə  hissi  bürüdü.  Artıq  atamı 
itirməyimdən  xeyli  müddət  ötməsinə  baxmayaraq, 
onu tanıdım. Bu köhnə, üzünə qan ləkələri hopmuĢ 
hərbi  geyimli  kiĢi  mənim  atamın  ruhu  idi.  O,  bizi 
tək qoymamıĢdı... 
 
3 Avqust 2010, 
Bakı şəhəri 
3
 
A
v
q
u
s
t
 
 

A L D A D I L M I Ş   Ə R  
 
177 
İÇİNDƏKİLƏR 
 
POVEST 
1. AldadılmıĢ ər.................................................... 4 
 
HEKAYƏLƏR 
1. Zirzəmi ........................................................... 42 
2. BağıĢlanmıĢ ömür .......................................... 55 
3. Elçilik ............................................................. 66 
4. Fədakar ana .................................................... 74 
5. Boz dovĢan ..................................................... 88 
6. Ata yurdum .................................................... 95 
7. Təcili yardım stansiyasında ......................... 101 
8. Müəllimin vicdanı ........................................ 111 
9. Nankor övlad................................................ 117 
10. Yetimlər ..................................................... 131 
11. Torpaq haqqı .............................................. 139
 
 
“ƏSGƏRLİK ANLARINDAN QEYDLƏR” 
SİLSİLƏSİ 
1. SolmuĢ ümidlər ............................................ 147 
2. Bilinməyənlər............................................... 160 
 

Z A U R  
 
178 
ZAUR 
(Məlikzadə Zaur Qərib oğlu) 
 
“ALDADILMIŞ ƏR” 
Azərbaycan dilində 
 
Müəlliflə əlaqə: 
Bakı Ģəhəri. Qaradağ rayonu,  
MüĢfiqabad qəsəbəsi. AZ1155 
TEL: (+99412) 410-51-81 (ev) 
(+99455) 718-87-81 (mob.) 
E-mail: 
zaurm@bk.ru
 
Web səhifəsi: www.zaur-m.blogspot.com 
 
Tərtibatçı: Zaur Qafarzadə 
Korrektor: Hidayət Nihad 
 
Çapa imzalanmıĢdır: 
Kağız formatı: 70x100 1/32 
ġərti çap vərəqi:5,25. SifariĢ: 224 
Sayı: 500 
Qiyməti müqavilə yolu ilə 
 
 
Kitab “ADĠLOĞLU” MMC – nin mətbəəsində hazır  
diapozitivlərdən istifadə olunmaqla ofset üsulu ilə çap edilmiĢdir. 
Ünvan: Bakı Ģəh., ġərifzadə 202, 
Tel: (012) 433 00 43, 418 68 25, 498 68 25 
E-mail: adiloglu2000@gmail.com 


Yüklə 2,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə