Mündəricat
Zeyd Rəəd Əl–Hüseyn, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı
Oktyabr, 2014-cü il
Vətəndaş cəmiyyəti xadimlərinin qətiyyətliliyi və düzlüyü məndə və, ola bilsin ki
sizdə də, təvazökarlıq, böyük borc hissi, həmçinin bərabər və ayrılmaz ləyaqət və
hər bir insanın hüquqları naminə işləri davam etdirmək hissi yaradır.
Bu vəsait haqqında məlumat
................................................................................
Vətəndaş cəmiyyəti subyektləri və vətəndaş cəmiyyətinin fəaliyyəti üçün məkan
.
2.1. BMT-nin insan hüquqları sistemi – qısa icmal
...................................................
Azad və müstəqil vətəndaş cəmiyyətinin fəaliyyət şərtləri
.....................................
3.1. Əlverişli siyasi və ictimai mühit
.........................................................................
3.2. Əlverişli qanunvericilik mühiti
..........................................................................
3.3. Sərbəst informasiya axını
................................................................................
3.4. Uzunmüddətli dəstək və resurslar
..................................................................
3.5. Dialoq və əməkdaşlıq üçün ümumi mühit
....................................................
Vətəndaş cəmiyyəti subyektlərinin üzləşdiyi çətinliklər
...........................................
4.1. Vətəndaş cəmiyyətinin işini ləngidən qanunvericilik və normativ xarakterli tədbirlər
4.2. Əsassız tədbirlər
..............................................................................................
4.3. Qanundankənar təqiblər, hədə-qorxular və repressiyalar
...............................
Mən nə edə bilərəm? BMT–yə müraciət
...............................................................
Sənədli resurslar
......................................................................................................
Bizimlə əlaqə saxlayın
............................................................................................
1.
2.
3.
4.
5.
6.
7.
2
4
6
8
9
10
11
11
12
17
18
19
20
26
34
36
2
3
Vətəndaş cəmİyyətİ üçün praktİkİ Vəsaİt
1. Bu Təlimat haqqında
Sərbəst ifadə, birləşmə və dinc toplaşma azadlığı və dövlət işlərində iştirak etmək hüququ
insanlara öz fikirlərini bölüşmək, yeni fikirlər formalaşdırmaq və öz hüquqlarını tələb etmək
naminə başqaları ilə birləşmək imkanı verən insan hüquqlarıdır. Məhz bu ictimai azadlıqları
həyata keçirməklə, biz iqtisadi və sosial inkişafımızla bağlı əsaslı qərarlar qəbul edirik. Məhz
bu hüquqlar sayəsində biz vətəndaş fəaliyyətində iştirak edə və demokratik cəmiyyətlər qura
bilərik. Bu azadlıq və hüquqların məhdudlaşdırılması bizim birgə tərəqqimizə xələl gətirir.
Hazırkı vəsait BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı (OHCHR) tərəfindən vətəndaş
cəmiyyəti üçün hazırlanmış praktiki vəsaitlərdən altıncısı olmaqla, OHCHR–in cari tematik
prioritetlərindən biri olan “demokratik fəaliyyət sahəsinin genişləndirilməsi” kontekstində
nəzərdən keçirilməlidir.
Hazırkı vəsaitdə vətəndaş cəmiyyəti subyektlərinin fəaliyyəti ilə bağlı məsələlər
işıqlandırılmışdır. Vəsait “vətəndaş cəmiyyəti” və “vətəndaş cəmiyyətinin fəaliyyət sahəsi”
terminlərinin işçi təyinatının müəyyənləşdirilməsi ilə başlayır. Daha sonra, ifadə, birləşmək
və dinc toplaşmaq azadlığı, eləcə də dövlət işlərində iştirak etmək hüququ üçün müvafiq
beynəlxalq insan hüquqları standartlarının icmalı da daxil olmaqla, azad və müstəqil vətəndaş
cəmiyyətinin fəaliyyəti üçün lazım olan şərt və şəraitlərin icmalı verilmişdir.
Vəsaitə bütün insan hüquqlarını (mülki, mədəni, iqtisadi, siyasi və sosial) bütün insanların
mənafeyi naminə inkişaf etdirmək istiqamətində vətəndaş cəmiyyətinin öz işini həyata
keçirməsi üçün mühitin inkişafı məqsədilə hökumətlər və vətəndaş cəmiyyəti subyektləri
(VCS) arasındakı bir sıra əməkdaşlıq nümunələri daxil edilmişdir. Vətəndaş cəmiyyətinin
işi üçün maneələr və məhdudiyyətlər, o cümlədən təqib, hədə-qorxu və təzyiq tədbirləri
müəyyən edilmişdir. Vəsaitdə vətəndaş cəmiyyəti subyektlərinə vətəndaş cəmiyyətinin yerli
səviyyədə fəaliyyəti üçün şəraiti təbliğ etmək və qorumaq məqsədilə BMT-nin insan hüquqları
sistemindən faydalanmaq təklif olunur. Hazırkı vəsaitin sonunda, resurslar və əlaqə məlumatları
təqdim olunur.
Hazırkı vəsaitin əsas məqsədi BMT-nin insan hüquqları sistemi ilə tanış olmayan VCS-lərə
yardım etməkdir. Hazırkı vəsait tərtib olunma prosesinin lap əvvəlindən başlayaraq müxtəlif
VCS-lərin töhfə və məsləhətləri ilə zənginləşdirilmişdir.
4
5
VƏTƏNDAŞ CƏMİYYƏTİNİN FƏALİYYƏTİ ÜÇÜN
MƏKAN VƏ BMT-NİN İNSAN HÜQUQLARI SİSTEMİ
VƏTƏNDAŞ CƏMİYYƏTİ ÜÇÜN pRAKTİKİ VƏSAİT
2. Vətəndaş cəmiyyəti subyektləri və vətəndaş
cəmiyyəti üçün fəaliyyət məkanı
Hazırkı Vəsaitdə vətəndaş cəmiyyəti ictimai iştirakçılığın müxtəlif formaları ilə könüllü məşğul
olan və BMT-nin məqsədlərinə (sülhün və təhlükəsizliyin dəstəklənməsi, insan hüquqlarının
inkişafı, təbliği və hörmət) uyğun olan ümumi maraqlar əsasında fəaliyyət göstərən fərdlər və
qruplar kimi müəyyən edilmişdir:
BMT-nin həyatımızın yaxşılaşdırılmasına yönəlmiş fəaliyyəti insan hüquqlarına hörmət
prinsiplərinə əsaslanır. Yuxarıdakı şərhə uyğun olmaqla, vətəndaş cəmiyyəti subyektləri, birbaşa
və ya dolayı yolla, öz işinin məzmun və xarakteri baxımından insan hüquqlarının təbliğinə və
qorunmasına xidmət göstərir.
VCS-lər hüquqlarla bağlı məlumatlılığın artırılmasını təşviq edir, problemlərin müəyyənləş-
dirilməsində, strategiyaların hazırlanması, siyasət və qanunlara təsir göstərmək və hesabatlılığın
təminatına nail olmaq istiqamətində icmalara köməklik göstərirlər. VCS-lər dövlət siyasəti ilə
bağlı qərarların qəbulu proseslərinin tam həcmdə əsaslı olması üçün ictimaiyyətin fikirlərini
toplayır və onları müvafiq instansiyalara göndərirlər. VCS-lər həm də eyni vaxtda bir neçə
istiqamət üzrə təhlükəli və zəif mövqedə olan şəxslərə xidmətlər göstərirlər.
Məsələn, vətəndaş cəmiyyəti subyektlərinə daxildir:
1
•
İnternet fəalları da daxil olmaqla, hüquq müdafiəçiləri;
•
İnsan hüquqları təşkilatları (QHT-lər, birliklər, zərər çəkmiş şəxslərə dəstək qrupları);
•
Koalisiyalar və şəbəkələr (məsələn, qadın hüquqları, uşaq hüquqları və ya ətraf mühit
məsələləri, torpaq hüquqları, LGBTİ və s. üzrə);
•
Əlil şəxslər və onları təmsil edən təşkilatlar;
•
İcma əsaslı qrupları (yerli xalqlar, azlıqlar, kənd icmaları);
•
Dindar qruplar (kilsələr, dini qruplar);
•
İttifaqlar (həmkarlar ittifaqları, eləcə də jurnalist birlikləri, hakimlərin, hüquqşünasların
və vəkillərin assosiasiyaları, magistrat hakimlərin assosiasiyaları, tələbə birlikləri);
•
İctimai hərəkatlar (sülh hərəkatları, tələbə hərəkatları, demokratiya hərəkatları);
•
İnsan hüquqlarının təmin edilməsinə birbaşa töhfə verən mütəxəssislər (məsələn,
humanitar təşkilatların əməkdaşları, vəkillər, həkimlər və tibb işçiləri);
•
İnsan hüquqlarının pozulması qurbanlarının qohumları assosiasiyaları; və
•
İnsan hüquqlarının təşviqinə yönəlmiş fəaliyyətlərlə məşğul olan ictimai qurumlar
(məktəblər, universitetlər, elmi–tədqiqat strukturları).
Vətəndaş cəmiyyəti subyektləri problemləri həll etmək və cəmiyyət üçün mühüm
əhəmiyyət kəsb edən məsələləri əhatə etmək istiqamətində fəal şəkildə səy göstərirlər:
•
Yoxsulluq, korrupsiya və iqtisadi qeyri-bərabərliklə mübarizə
•
Silahlı münaqişələr də daxil olmaqla, humanitar böhranlara qarşı reaksiya
•
Qanunun aliliyinin və hesabatlılığın təşviqi
•
İctimai azadlıqların təşviqi
•
Dövlət büdcələrinin şəffaflığının təbliği
•
Ətraf mühitin qorunması
•
İnkişaf hüququnun həyata keçirilməsi
1
BMT-nin insan hüquqları Proqramı üzrə iş: Vətəndaş cəmiyyəti üçün soraq kitabçası,
OHCHR, 2008, s. vıı.
BMT-nin Baş Katibi Pan Gi Munun Vətəndaş Cəmiyyətinə dəstəklə bağlı yüksək
səviyyəli tədbirdəki nitqindən, 23 sentyabr, 2013-cü il
“Öz xalqını eşitməyən liderlər onun səsini küçələrdən, meydanlardan, və ya tez–tez
şahidi olduğumuz kimi, döyüş meydanlarından eşitməli olacaqlar. Lakin, daha yaxşı
yol mövcuddur. Daha çox iştirak. Daha çox demokratiya. Daha çox qarışlıqlı fəaliyyət
və açıqlıq. Bu, vətəndaş cəmiyyəti üçün maksimum fəaliyyət sahəsi deməkdir.”
“Hər bir şəxsin, fərdi və başqaları ilə birlikdə, insan hüquqları və əsas azadlıqları
milli və beynəlxalq səviyyədə təşviq etmək və müdafiə etməyə səy göstərmək
hüququ vardır.” (Maddə 1, çıxarış müəllifə məxsusdur).
Adətən Hüquq müdafiəçiləri haqqında Bəyannamə kimi istinad edilən, Universal
insan hüquqları və əsas azadlıqların təşviqi və müdafiəsi ilə bağlı ayrı-ayrı şəxslərin,
qrupların və ictimai orqanların hüquq və öhdəliklərinə dair Bəyannamə (BMT Baş
Assambleyasının 53/144 saylı Qətnaməsi).
6
7
VƏTƏNDAŞ CƏMİYYƏTİNİN FƏALİYYƏTİ ÜÇÜN
MƏKAN VƏ BMT-NİN İNSAN HÜQUQLARI SİSTEMİ
VƏTƏNDAŞ CƏMİYYƏTİ ÜÇÜN pRAKTİKİ VƏSAİT
• Azlıqlara və digər risk qruplarına mənsub şəxslərin hüquq və imkanlarının genişləndirilməsi
• Ayrı-seçkiliyin hər hansı forması ilə mübarizə
• Cinayətlərin qarşısının alınması tədbirlərinə dəstək
• Korporativ sosial məsuliyyət və hesabatlılığın təşviq edilməsi
• İnsan alverinə qarşı mübarizə
• Qadınların hüquq və imkanlarının genişləndirilməsi
• Təhrikçi çıxışlara qarşı mübarizə
• Gənclərin hüquq və imkanlarının genişləndirilməsi
• Sosial ədalətin gücləndirilməsi və istehlakçı hüquqlarının müdafiəsi
• Sosial xidmətlərin göstərilməsi
VCS-lər bütün səviyyələrdə: yerli, milli, regional və beynəlxalq səviyyələrdə fəaliyyət
göstərirlər.
Vətəndaş cəmiyyətinin fəaliyyət sahəsi dedikdə vətəndaş cəmiyyəti subyektlərinin cəmiyyətdə
tutduğu yer, vətəndaş cəmiyyətinin fəaliyyət göstərdiyi mühit və çərçivə; və vətəndaş cəmiyyəti
subyektləri, dövlət, özəl sektor və geniş ictimaiyyət arasında münasibətlər nəzərdə tutulur.
Sülh və təhlükəsizliyin təmin edilməsi və bütün dünyada inkişafa yönəlmiş fəaliyyətlərlə
yanaşı, bütün insan hüquqlarının bütün insanlar üçün təşviqi və qorunması BMT-nin üç
prinsipindən biridir. O, BMT Nizamnaməsi və beynəlxalq insan hüquqları standartları
əsasında müəyyən edilir.
BMT insan hüquqlarını üç əsas üsulla təşviq və müdafiə etməyə çalışır:
1. İnsan Hüquqları üzrə BMT Ali Komissarlığı (OHCHR) insan hüquqlarının təşviqi və
müdafiəsi sahəsində fəaliyyət göstərməklə BMT çərçivəsində aparıcı təşkilatdır. O, insan
hüquqlarının müdafiəsinə yönəlmiş fəaliyyətlərinin təsirini artırmaq məqsədilə BMT-nin
ixtisaslaşmış strukturları, fondları və proqramları (məsələn, Ümumdünya Səhiyyə Təşkilatı,
BMT-nin Qaçqınlar üzrə Agentliyi, UNICEF, Beynəlxalq Əmək Təşkilatı, YUNESKO və s.) ilə
sıx əməkdaşlıq edir.
2. İnsan hüquqları üzrə öhdəliklərin ölkələr tərəfindən icrasını müntəzəm və vaxtaşırı
nəzərdən keçirmək məqsədilə, insan hüquqları haqqında beynəlxalq sazişlər (pakt və
konvensiyalar) çərçivəsində müstəqil ekspertlərdən ibarət qruplar və ya müqavilə orqanları
yaradılır.
3. İnsan hüquqları məsələlərini və mövcud vəziyyəti müzakirə etmək məqsədilə, BMT–yə
üzvü olan dövlətlərdən ibarət hökumətlərarası orqanlar və ya birliklər yaradılır. Bu məqsədlə
yaradılan əsas hökumətlərarası orqan, digər orqanlarla yanaşı, öz işini Xüsusi Prosedurlar
adlanan müstəqil ekspertlər, eləcə də Universal Dövri İcmal adlanan mexanizm vasitəsilə
dəstək üzərində quran insan hüquqları Şurasıdır.
Qeyd olunan üç element müstəqil, lakin bir–birini tamamlayan elementlərdir.
Bu mandatların və mexanizmlərin ətraflı izahatı ilə
“Birləşmiş Millətlər Təşkilatının insan
hüquqları ilə bağlı Proqramı ilə necə işləməli?: Vətəndaş cəmiyyəti üçün sorğu kitabçasında”
(bax: bölmə 6. Resurslar) tanış olmaq mümkündür. Qeyd olunan sorğu kitabçası BMT-nin altı
rəsmi dilində, eləcə də görmə problemi olan şəxslər üçün rəqəmsal informasiya çıxışı sistemi
formatında (DAISY) kompakt–disklərdə fransız və ingilis dillərində mövcuddur.
BMT-nin insan hüquqları üzrə müdafiə mexanizmi işinin əsasını iş VCS-lərin iştirakı təşkil
edir. Beynəlxalq səviyyədə, vətəndaş cəmiyyəti ekspert bilikləri, məlumatlılığın artırılmasına
yönəlmiş tədbirlər, hüquq müdafiəsi məsələləri üzrə monitorinq və hesabatlılıq tədbirləri və
insan hüquqlarının pozulması faktları formasında öz töhfəsini verir. VCS-lər insan hüquqları
sahəsində yeni standartların, mexanizmlərin və institutların işlənib hazırlanmasına və insan
hüquqları problemlərinin həllinə istiqamətlənən resursların və ictimai dəstəyin səfərbər
edilməsinə dəstək verirlər.
2.1. BMT-nin insan hüquqları sistemi –
qısa xarakteristika
8
9
VƏTƏNDAŞ CƏMİYYƏTİNİN FƏALİYYƏTİ ÜÇÜN
MƏKAN VƏ BMT-NİN İNSAN HÜQUQLARI SİSTEMİ
VƏTƏNDAŞ CƏMİYYƏTİ ÜÇÜN pRAKTİKİ VƏSAİT
BMT-nin İnsan Hüquqları Şurası ifadə azadlığı, birləşmək və dinc toplaşmaq
azadlığı, hədə-qorxu və repressiyalar, eləcə də hüquq müdafiəçiləri ilə bağlı olan
və vətəndaş cəmiyyəti üçün xüsusi əhəmiyyət kəsb edən bir neçə qətnamə qəbul
etmişdir. 2013 və 2014-cü illərdə, Şura “dinc, çiçəklənən və demokratik cəmiyyətlərin
qurulması üçün zəruri olan bütün səviyyələrdə şəffaflıq və hesabatlılıq da daxil
olmaqla dövlət idarəçiliyi prosesləri və müvafiq dövlət idarəçiliyinin təşviqi işlərinə
vətəndaş cəmiyyətinin bütün səviyyələrdə fəal şəkildə cəlb edilməsinin həlledici
əhəmiyyətini” qəbul etməklə, vətəndaş cəmiyyətinin fəaliyyət sahəsi haqqında 27/31
və 24/21 saylı qətnamələr qəbul etmişdir.
BMT-nin İnsan Hüquqları Şurası vətəndaş cəmiyyəti ilə bağlı təşəbbüsləri
3. Azad və müstəqil vətəndaş cəmiyyətinin fəaliyyəti
üçün şərait
3.1. Əlverişli siyasi və ictimai mühit
BMT Baş Katibi Pan Gi Mun, İnsan Hüquqları Şurasının iyirmi beşinci sessiyasının
iştirakçılarına video müraciət, mart, 2014-cü il
“Azad və müstəqil vətəndaş cəmiyyəti yerli, milli və qlobal səviyyədə sağlam və
məsuliyyətli idarəetmənin əsasını təşkail edir.”
Dövlətlərin beynəlxalq hüquqi öhdəlikləri onlardan insanların fərdi və ya başqaları
ilə birlikdə vətəndaş fəaliyyəti ilə məşğul olmaq imkanlarını və bacarıqlarını fəal şəkildə
dəstəkləyən iqtisadi, siyasi, sosial, hüquqi, mədəni şərait yaratmağı tələb edir.
Dövlət orqanları və vətəndaş cəmiyyəti strukturları arasında qarşılıqlı münasibətlərin
əsasını formalaşdıran insan hüquqlarına riayət etmək prinsipləri aşağıdakılardır:
Vətəndaş cəmiyyətinin qiymətləndirildiyi və təşviq edildiyi siyasi və ictimai mühit.
Təcrübədə, təsisatlar və vəzifəli dövlət nümayəndələri vətəndaş cəmiyyəti subyektləri ilə
müntəzəm qarşılıqlı fəaliyyət şəraitində onlarla hesablaşırlar.
•
İştirak – Vətəndaş cəmiyyətinin ictimai həyatdakı rolu hamı tərəfindən təsdiq
edilir və vətəndaş cəmiyyəti subyektləri müstəqil fəaliyyət göstərmək və dövlət
orqanlarının mövqelərindən fərqli mövqeləri müdafiə etmək hüququna malikdirlər.
•
Ayrı-seçkiliyə yol verməmək – Bütün vətəndaş cəmiyyəti subyektləri ictimai
həyatda iştirak etməyə dəvət olunur və hər hansı bir ayrı-seçkilik olmadan bu cür
iştirak imkanları ilə təmin olunur.
•
Ləyaqət – Dövlət orqanları və vətəndaş cəmiyyəti insanların həyatını
yaxlaşdırmaqla bağlı ümumi məqsədə xidmət edir və bu zaman müxtəlif
funksiyaları yerinə yetirirlər. Qarşılıqlı hörmət bu cür qarşılıqlı əlaqələr üçün
həlledici əhəmiyyətə malikdir.
•
Şəffaflıq və hesabatlılıq – İctimaiyyətin maraqlarına xidmət edən fəaliyyətlər
dövlət qulluqçularından açıqlıq, məsuliyyət, dəqiqlik, şəffaflıq və hesabatlılıq tələb
edir. Onlar, həmçinin VCS-lərdən bir–birləri və ictimaiyyət qarşısında şəffaflıq və
cavabdehlik tələb edir.
Qabaqcıl təcrübənin əsasını təşkil edən əsas şərtlər:
2
2
BMT-nin hüquq müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçisinin hesabatı: Hüquq
müdafiəçiləri üçün təhlükəsiz və əlverişli şəraitin elementləri, A/HRC/25/55.
10
11
VƏTƏNDAŞ CƏMİYYƏTİNİN FƏALİYYƏTİ ÜÇÜN
MƏKAN VƏ BMT-NİN İNSAN HÜQUQLARI SİSTEMİ
VƏTƏNDAŞ CƏMİYYƏTİ ÜÇÜN pRAKTİKİ VƏSAİT
Tunis – Vətəndaş cəmiyyəti insan hüquqları və demokratiya üçün prinsipial
əhəmiyyət kəsb edən yeni qanun və siyasət prinsiplərinin işlənib hazırlanmasında
iştirak etməklə yeni Tunisin qurulmasında ən mühüm rol oynamışdır. Vicdan
məhbuslarının ümumi amnistiyası barədə fərman və dörd beynəlxalq sazişə (Bütün
şəxslərin zorakı itkin düşməkdən mühafizəsinə dair Beynəlxalq Konvensiya, Mülki və
Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakta Fakültativ Protokol, İşgəncələrə və digər
qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzalara qarşı Konvensiyaya
Fakültativ Protokol və Beynəlxalq Cinayət Məhkəməsinin Roma Nizamnaməsi)
qoşulmaqla bağlı qanunlar kimi demokratik keçid dövrünün ilk təşəbbüsləri barədə
məsələlərdə vətəndaş cəmiyyəti təşkilatları ilə məsləhətləşmələr aparılmışdır.
Vətəndaş cəmiyyəti təşkilatları yeni seçki məcəlləsini elan etmiş və qeyri-
hökumət təşkilatlarının dövlət tərəfindən, eləcə də xaricdən maliyyələşdirilməsinin
mümkünlüyünə dair müddəanı da özündə əks etdirən birləşmək azadlığı haqqında
yeni qanunu qəbul etmiş demokratik təsisatların yaradılmasında iştirak etmişlər.
Həmin qanunun 2011-ci ilin sentyabr ayında qəbul edilməsindən etibarən, Tunisdə bir
neçə min yeni assosiasiya yaradılmışdır. Tunisdə ilk demokratik və şəffaf seçki kimi
tarixə düşmüş 2011-ci il seçkilərində vətəndaş cəmiyyətinin rolu prinsipial əhəmiyyət
kəsb etmişdir. Həmin vaxt, ilk dəfə olaraq, 10.000–dən artıq vətəndaş cəmiyyəti
fəalı beynəlxalq ictimaiyyətin dəstəyi ilə Müəssislər Məclisinə keçirilən seçkilərin
monitorinqi məqsədilə səfərbər edilmişdi. Vətəndaş cəmiyyəti, xüsusilə qadın
təşkilatları, qadın və kişilər arasında tam bərabərlik prinsipinin 2014-cü ilin yanvar
ayında Müəssislər Məclisinin böyük səs çoxluğu ilə qəbul edilmiş yeni Konstitusiya
mətninə daxil olunmasına dəstək nümayiş etdirmişlər.
İnsan Hüquqları Şurasının müzakirə qrupunun vətəndaş cəmiyyətinin fəaliyyət
sahəsinin təşviqi və müdafiəsi məsələləri ilə bağlı müzakirəsinin nəticələrinə dair
qısa məruzə, A/HRC/27/33.
3.2. Əlverişli hüquqi fəaliyyət sahəsi
Qanunvericilik aktları, inzibati qaydalar və təcrübə beynəlxalq standartlara uyğundur
və vətəndaş cəmiyyətinin fəaliyyətinə zəmanət verir. Vətəndaş cəmiyyəti subyektlərinin
ədalət məhkəməsinə, müstəqil və səmərəli insan hüquqları təsisatlarına və beynəlxalq
insan hüquqları mexanizmlərinə çıxışı həmin fəaliyyət sahəsinin ayrılmaz hissəsini təşkil
edir. Səmərəli qanunlar və siyasət prinsipləri həyati vacib məsələlər olsa da, düzgün həyata
keçirilmədikdə səmərəsiz olacaqdır.
3.3. Məlumatların sərbəst yayılması
VCS-lərə problemlər barədə məlumat və informasiyaları əldə etmək, öz narahatlıqlarını
ifadə etmək, həll yollarının axtarılmasında konstruktiv şəkildə iştirak etmək və problemlərin
həllinə töhfə vermək imkanı vermək məqsədilə, ideyalara, məlumatlara, təşəbbüslərə və
qərarlara sərbəst çıxış imkanı.
3.4. Uzunmüddətli dəstək və resurslar
Marginal qrupların səsinin eşidilməsi üçün potensialın formalaşdırılması tədbirləri və bütün
VCS-lər üçün resurslara, görüş yerlərinə və texnologiyalara çıxış imkanlarının təmin edilməsi.
Sloveniyada birləşmək azadlığı hüququ qeydiyyatdan keçməmiş birliklər də
daxil olmaqla, bütün assosiasiyaların müdafiəsini təmin edir; qeyd olunan hüquq
qeydiyyatdan keçməmiş assosiasiyalarda iştirak edən şəxslər üçün bütün növ
fəaliyyətləri həyata keçirmək, o cümlədən, dinc xarakterli toplantılar keçirmək və
onlarda iştirak etmək hüququ nəzərdə tutur.
Dinc toplaşmaq və sərbəst birləşmək azadlığı hüququ ilə bağlı BMT-nin xüsusi
məruzəçisinin hesabatı, A/HRC/20/27.
Livan və Mərakeşdə qanunvericilik vətəndaş cəmiyyəti təşkilatlarının yerli və
xarici mənbələrdən maliyyələşməsi üçün dövlət orqanlarının təsdiqini tələb etmir.
Dinc toplaşmaq və sərbəst birləşmək azadlığı hüququ ilə bağlı BMT-nin xüsusi
məruzəçisinin hesabatı, A/HRC/20/27.
Xorvatiyada Hökumət qrantların bölüşdürülməsi zamanı bütün hakimiyyət
səviyyələrində dövlət orqanları tərəfindən riayət olunması icbari olan və əsas şəffaf
qayda və prosedurların əks olunduğu assosiasiyaların proqram və layihələrinin
həyata keçirilməsinə qrantların ayrılması üzrə qabaqcıl təcrübə, standartlar və
meyarlarla bağlı Məcəlləni qəbul etmişdir (2007).
Qeyri-kommersiya hüququ üzrə Avropa Mərkəzi (ECNL). Vətəndaş cəmiyyəti
təşkilatları üçün dövlət maliyyələşdirməsi: Avropa İttifaqı və Qərbi Balkan ölkələrində
qabaqcıl təcrübələr, 2011-ci il
12
13
VƏTƏNDAŞ CƏMİYYƏTİNİN FƏALİYYƏTİ ÜÇÜN
MƏKAN VƏ BMT-NİN İNSAN HÜQUQLARI SİSTEMİ
VƏTƏNDAŞ CƏMİYYƏTİ ÜÇÜN pRAKTİKİ VƏSAİT
3.5. Dialoq və əməkdaşlıq naminə birgə fəaliyyət sahəsi
Vətəndaş cəmiyyətinin fəaliyyəti ilə əlaqəsi olan
beynəlxalq hüquqi standartlar
Qərar qəbuletmə proseslərində vətəndaş cəmiyyəti üçün yer təmin edir.
Vətəndaş cəmiyyətinin fəaliyyəti üçün təhlükəsiz və əlverişli şərait insan hüquqları
sahəsində beynəlxalq standartlara əsaslanan etibarlı milli hüquqi baza səviyyəsində
dəstəklənməlidir.
İfadə azadlığı, birləşmək, dinc toplaşmaq və dövlət işlərində iştirak etmək hüququ
insanlara müsbət dəyişikliklər naminə səfərbərlik imkanı verən hüquqlardır. Hər bir
şəxs, fərdi və ya başqaları ilə birlikdə, bu hüquqlardan yararlanmalıdır. Onlar vətəndaş
fəaliyyətinin əsasını təşkil edirlər.
İnsan hüquqları üzrə əsas beynəlxalq sənədlərin əksəriyyəti ictimai azadlıqların
müdafiəsi ilə birbaşa əlaqəsi olan və ayrı-seçkiliyə yol verməməklə bağlı bütün prinsiplərə
istinad olunan müddəaları özündə birləşdirir:
•
İnsan hüquqları haqqında ümumi Bəyannamə (19, 20, 21-ci maddələr);
•
Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt fikir və fikri sərbəst şəkildə
ifadə etmək, dinc məqsədlə toplaşmaq və birləşmək, və ictimai həyatda iştirak
azadlığı hüquqlarını təmin edir (19, 21, 22, 25-ci maddələr);
•
İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt həmkarlar ittifaqları
yaratmaq və onlarda iştirak etmək, həmçinin mədəni həyatda iştirak etmək
hüququnu təmin edir (8, 15-ci maddələr);
•
Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında
Konvensiya qadınların hüququ, siyasi, iqtisadi və mədəni həyatda iştirak etmək
hüququnu təmin edir (maddə 3);
•
İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq
Konvensiya ifadə azadlığı, dinc toplaşmaq və birləşmək və ictimai işlərdə iştirak
etmək hüququ ilə bağlı ayrı-seçkiliyi qadağan edir (maddə 5);
•
Uşaq hüquqları haqqında Konvensiya ifadə, birləşmək və dinc toplaşmaq azadlığı
hüququnu təmin edir (13, 15-ci maddələr);
•
Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya fikir və sərbəst ifadə azadlığı,
informasiyaya çıxış əldə etmək hüququ, siyasi və ictimai həyatda, eləcə də mədəni
həyatda iştirak hüququnu təmin edir (21, 29, 30-cu maddələr);
Maldiv adalarında 2014-cü ildə, regional QHT-lər və beynəlxalq təşkilatlarla
birlikdə, İslam dini çərçivəsində gender bərabərliyinin həyata keçirilməsi işində
məlumat mübadiləsi və regional təcrübələri müzakirə etmək məqsədilə, hökumət
qadın hüquq müdafiəçiləri üçün beş günlük forumun keçirilməsinə dəstək vermişdi.
Meksikada Hüquq müdafiəçiləri və jurnalistlərin müdafiəsinə dair 2012-ci ildə
qəbul edilmiş qanun hüquq müdafiəçiləri və jurnalistlərin üzləşdikləri təhdidləri
aradan qaldırmaq üçün milli mexanizmin yaradılmasını nəzərdə tutur. Həmin qanun
beynəlxalq QHT-lərin və təşkilatların, eləcə də OHCHR-in Meksika Nümayəndəliyinin
dəstəyi ilə, vətəndaş cəmiyyəti subyektləri və Konqresin iştirakı ilə hazırlanmışdır.
Nepalda 2010-cu ildə, Məzhəb ayrı-seçkiliyi və toxunulmazlığı barədə Qanun
vətəndaş cəmiyyətinin, dalitlərin işləri üzrə Milli Komissiyanın və OHCHR-in Nepal
Nümayəndəliyinin iştirakı ilə işlənib hazırlanmışdır. Həmin qanun 2011-ci ilin mayında
qəbul edilmişdir.
Yeni Zelandiyada 2011-ci ildə Əlillər haqqında Qanun Əlillərin Assosiasiyasının
iştirakı ilə hazırlanmışdır.
Dinc toplaşmaq və sərbəst birləşmək azadlığı hüququ ilə bağlı BMT-nin xüsusi
məruzəçisinin hesabatı, A/HRC/20/27.
Vanuatuda, 2013-ci ildə Hökumət Universal Periodik İcmal Komitəsi (UPR
Committee) yaratmış və Komitənin sədr müavini vəzifəsinə Vanuatu Qeyri-Hökumət
Təşkilatları Assosiasiyasının nümayəndəsini təyin etmişdi. Bundan başqa, vətəndaş
cəmiyyəti insan hüquqları haqqında məruzələrin təqdim edilməsi üzrə ölkənin
öhdəliklərini əlaqələndirmək səlahiyyətini həyata keçirən İnsan Hüquqları üzrə Milli
Komitədə də təmsil olunur. 2013-cü ildə, Əlillərin Hüquqları üzrə Komitənin hesabatının
hazırlanmasında əlil şəxslərlə işləyən təşkilatlarla geniş məsləhətləşmələr aparılmışdı.
Dostları ilə paylaş: |