 I bitik. Tarixi qaynaqlar (2014)  II bitik



Yüklə 11,02 Mb.
Pdf görüntüsü
səhifə29/35
tarix31.01.2017
ölçüsü11,02 Mb.
#6897
1   ...   25   26   27   28   29   30   31   32   ...   35

çuk, çük 
(çuvaş)  (qurban törəni) 
ritual akt 
sval    [sagal]
  
sağal  
sağ olmaq 
alive 
tana   [tana] 
tanı 
tanımaq 
to recognize 
tam    [tam] 
tam 
dam  
house  
thap   [thap] 
tap 
tapınmaq 
to find 
tarchon [tarxon]
 
tarkan  (titul)  
tarxan 
ruler, lord 
tiberi   [tiberi]
 
t
əbər (titul) 
t
əbər, eltəbər 
ruler
 
tul  [tul] 
tul  
(çuvaş), tış 
dış  
out, stone? 
tular  [tular] 
tışarı  (l~ş) 
dışarı, sınır 
border 
uke  [uke] 
oku 
oxumaq 
to  read 
une  [une] 
an(ta) 
onda, o vaxt 
then 
vel   [vel] 
văl (çuvaş) 
o, ol 
(III şəxs) 
he, she 
zila  [zila] 
yula 
(başqord) 
(titul) 
magistrate 
7. Hay  
Hindavropa  m
ənşəli  haylardan  II  Bitikdə 
Armeniya  v
ə  Hayastan  adlarının  açımından 
danışarkən geniş bəhs edib, ermən boyunun subar 
türkl
ərindən qalma və Ermən ölkəsinin türk yurdu 
olduğunu  sübut  edən  xeyli  tarixi-linqvistik  və 
tarixi-
coğrafi  bəlgələr  göstərmişdik.  Bununla  ya-
naşı, Balkandan gələn hindavropa kökənli haylarla 
yerli 
erm
ən  boylarının  antropoloji  və  dil 
baxımından  ayrı-ayrı  xalq  olduğunu,  ermənlərin 
daima 
hurri-mitan 
federasiyasından  qopmuş 
 
290 

mitanlarla 
qonşu  olduğunu  yazmış  və  bu  barədə 
Antik mü
əlliflərin verdiyi bəlgələri sərgiləmişdik.  
Hay etnosunun Anadoluya g
əlmə tarixi üzərində aparılan mübahisə-
l
ər,  əsasən,  m.ö.XII-VII  əsrlər  arası  çağı  əhatə  edir.  Bu  mübahisələrə 
qo
şulmadan, yalnız bunu söyləmək olar ki, m.ö.
 
I minilliyin son 
əsrlərinə 
q
ədər haydilli bəlgələr olmadığı kimi, həmin minildən əvvəl Anadoluda 
«armenoid»  tip  d
ə olmamışdır.
534
 
Əslində, hayları Friqiyanın kaloniyası 
saymaq  da 
şərtidir, çünki Herodotun bəhs etdiyi armenlərin haylara aid  
olub-
olmaması bəlli deyil. Yalnız Strabon və ondan sonra gələn yazarların 
qeydl
ərində erməni adı altında bəzən haylar da nəzərdə tutulur.  
Urartu dövl
əti dağılandan sonra Muradsu yaxalarında subar, ermən, mitan, 
şadılı, urum, qamər türkləri və urartuların yaşadığı ərazidə Ermən bölgəsi 
yarandı.  Burada  verilən  xəritə-sxemdə  hayların  sonralar  həmin  Ermən 
bölg
əsinə  gəlməsi  göstərilmişdir.  Ermən  bölgəsi  yarandığı  çağdan 
İslamaqədər daim doğu və batı qonşuluqda yaranan imperiyalar arasında 
tampon  ölk
ə  kimi  hərb  meydanı  olmuşdur.  Bu  ölkədə  gedən  tükənməz 
müharib
ələr əhalinin demoqrafik tərkibinə təsir edirdi; savaşdan bezənlər 
rahat ölk
ələrə köçür, onların yerini yeni gələnlər tuturdu.  
Erm
ən
 
ölk
əsinə  gəlib  yerləşən  hay
 
etnosu
 
il
ə
 
q
ədim  türk
 
boylarının,  o
 
cüml
ədən,
 
az
ər  türklərinin  əlaqəsi  böyük  tarixə  malikdir.
 
Lakin
 
bu  tarix 
birt
ərəfli
 
yazıldığından gerçəkliyi əks etdirməyən yozumlara rast gəlmək 
olur.
 
Ona  gör
ə də, bu bölgədə ermən türklərinin tarixilə hayların tarixini 
ayırmaq lazım gəlir, çünki XII əsrdə mərkəzi Van gölünün batısında Ax-
lat 
şəhəri  olan  Ermənşahlar  dövlətini  quran  Sökmənlər  sülaləsinə  qədər 
burada müxt
əlif çağlarda türk,
 
part,
 
pers v
ə hay kökənli hökmdarlar,
 
cani-
534
 
Герни, 1987, 187. 
 
291 
                                                 

şinlər bir-birini
 
əvəz etmişlər.
 
Haylar  Erm
ən ölkəsinə
 
g
ələnə
 
q
ədər bura-
nın əhalisi uzun və keşməkeşli tarix yaşamışdı. 
Bel
ə
 
ki,
 
subar-mitan  türkl
əri  ilə
 
qonşu
 
olan  ermi  (armi)
 
boyunun 
adı  ilə
 
urartuların
 
ermi-ni  dediyi
 
əhalinin  m.ö.VI
 
əsrdə
 
m
əskunlaşdığı  əraziyə 
Bisutun 
yazısında Arminiya deyilməsi normal idi. Yeri gəlmişkən, qeyd 
ed
ək ki, Arman, Ermen adları daha qədim çağlardan türklər yaşayan əra-
zil
ərdə vardı; ermi (er-mi), ermen (er-me-n) boyları da müxtəlif türk ölkə-
l
ərinə yayılmışlar.
 
535
  
Erm
ən  ölkəsinin  qısa  siyasi  tarixi  belədir:  prototürk  Atayurdunun 
batı
 
bölg
əsi
 
olan
 
bu 
əraziyə öncə
 
hurril
ər,
 
sonra urartular g
əlib yerləşmiş-
l
ər. Bölgəyə gələn saqa-qamər boyları bir-birinin ardıca urartu qalalarını 
alıb, urartuları Van yaxalarına sıxışdırır. Bu olayların amansız savaşlarla 
baş
 
verdiyini 
Qanlıtəpə,
 
Çavuştəpə kimi abidələr
 
aydın göstərir.
536
 Urartu 
dağılandan sonra, hay tarixçilərinə görə, Mada çarı Ərbak Ermən ölkə-
sin
ə
 
Sak 
oğlu Parur
 
adlı birini ilk hökmdar təyin edir.
 
Əslində,
 
saqa soylu 
Parur  b
əy kimi, Ermən hakimləri sonralar da çar yox, müxtəlif çağlarda 
Mada, 
Əhəməni, Selevk, Roma-Bizans, Part, Sasani dövlətinin vassalı idi. 
Yalnız Tiqranın vaxtında müstəqil olan Ermən ölkəsi, onu da çox saxlaya 
bilm
ədi, yenidən romalılardan asılı vəziyətə düşdü. Tiqran adının perslərə 
aid 
olması hələ Əhəməni çağından bəlli idi (Herodot, VIII. 62). Roma ilə 
Part, sonra Bizans il
ə Sasani dövlətləri arasında tampon bölgəyə çevrilən 
Erm
ən ölkəsi m.ö.
 
190-da III Antioxun 
romalılara məğlub
 
olması
 
il
ə müs-
t
əqil siyasət yeritsə də, yenidən Ərsaq sülaləsinə tabe olur. Bu çağlarda 
Erm
ən  coğrafiyası  İrəvan  çuxuruna  qədər  genişlənir.
 
Artaşes  Artaşat  şə-
h
ərini, Tiqran isə m.ö.77-də
 
Van gölü il
ə Diyarbakır arasında Tiqranakert 
şəhərini salır.
 
Lukul m.ö. 68-d
ə, iki il sonra isə Pompey
 
Tiqran v
ə
 
oğlunu 
535
 Tuna 
bulqarlarında  ermi  boyuna  məxsus Ermiç  (ermi-ç)  və  Ermiar  (ermi-ər)  şəxs 
adı qaynaqlarda əks olunmuşdur (Tekin, 1987, 59). 
536
 Bel
ə  ki,  Ararat  (Urartu),  Aşkenaz  (Saqa)  və  Minni  (Mana) 
çarlıqlarının adı son dəfə Bibliyada 593-də çəkilir (Yeremiya, 51, 27) və 
bu 
çağda həmin ölkələr artıq Mada dövlətinin əyalətləri idi. Bundan da bir 
neç
ə  əsr  sonra  (m.ö.  III-II  əsrlər)  Bibliyanı  yunan  dilinə  çevirənlər 
buradakı Ararat (Urartu) adını Armeniya adı ilə əvəz etdikləri kimi, bun-
dan  7-8 
əsr  sonra  «hay  tarixinin  atası»  da  müxtəlif  mənbədən  istifadə 
etdiyi  üçün  q
ədim  ermən  türklərinin  tarixini  sonrakı  hay  tarixinə 
qoşmuşdur.  Bisutun  yazısında  adı  çəkilən  erməniləri  akad.  V.V.  Struve 
haqlı olaraq, hay deyil, saqa sayır. 
 
 
292 
                                                 

c
əzalandırır. Ermən ölkəsi yeni eraya bu durumla daxil olur,
 
lakin h
əmin 
durum 
İslamlaşma çağına qədər davam edir.
537
 
Friqiya  dövl
ətinin  koloniyası  şəklində  yaşayan  haylar  bu  dövlət 
da
ğılandan sonra Suriyanın quzey əyalətlərinə səpələnmişlər.
538
 Hindav-
ropa  m
ənşəli hayların Ermən ölkəsinə gələnə qədər konkret hansı bölgə-
l
ərdə olmasını göstərən dil faktı yoxdur, ona görə də, hayşünaslar indiyə 
q
ədər heç olmasa, bunu arxeoloji kulturla, antropoloji bəlgələrlə müəyyən 
etm
əli idilər. Bu, bizim mövzudan kənarda qalan məsələdir, bizi hayların 
Erm
ən bölgəsinə gəlişindən sonrakı əlaqələr maraqlandırır. 
Tiqranın  Kappadokiyadan
 
əhalini  gətirib,
 
Tiqranakert
ə
 
yerl
əşdirməsi 
b
əllidir,  lakin  ola  bilər  ki,  əvvəllər  də  Ermən  ölkəsinə  haylardan  gələn 
olub,  çünki  hay 
qaynaqları Suriyadan gəlmə olaylarından bəhs edir. Hər 
halda, 
hayların «erməniləşməsi» prosesi artıq başlamışdı. Bölgədə hakim 
sinifin  (önc
ə  part,  sonra  pers)  zərdüştiliyə  meyl  etməsi,  irani  inancların 
haylar 
arasında geniş yayılması Aramazda (Hörmüzd), onun «qızı» say-
dıqları Anahitə və bəzən Haramana (Əhriman) da sitayiş edirdilər.
539
 Bu 
çağlarda hay dilinə xeyli pəhləvi sözü daxil oldu. Hay dilində təxminən 4 
min 
alınma sözdən minə yaxını pəhləvi sözüdür.
540
  
Haylar 
xristianlığı qəbul edəndən sonra, kilisə ədəbiyatı yunan və suriya 
dill
ərində  yayılırdı.  Yeni  hay  əlifbasının  tətbiqi  hay  xalqının  milli 
ovqatını  xeyli  yüksəltdi,  hay  yazısı  dini  mövzuya  qapanmayıb,  didaktik 
v
ə  tarixi  əsərlərin  yazılmasına  təkan  verdi,  hay  toplumunda  savadlanma 
kütl
əvi xarakter aldı;  V-VII əsrlərdə hay xalqının tarixinə aid bir neçə 
kitab 
yazıldı. Azərbaycan və Ermən ölkəsində xristianlığı yayan Qriqorius 
bugün az
ər türklərinin yaddaşında müqəddəs Cərcius kimi yaşayır. O, hay 
deyildi,  Part  ölk
əsindən  qaçan  Anak  bəyin  oğlu  idi,  Kayseridə  yepis-
kopdan katalikos 
sanı alıb, Güney Qafqazda missionerlik edirdi. Hayların 
din  xadiml
əri monofizist yönümə üstünlük verib, 451-də Romadan ayrı-
lırlar.  Beləliklə,  Ermən  ölkəsində  yaşayan  ermənlər  (türklər)  xristianlığı 
q
əbul  etdiyi  çağlarda  burada  yaşayan  haylar  da  tədricən  zərdüştilikdən 
537 
Hay v
ə rus dilində çap olunmuş qaynaqların özü də kifayət qədər bilgi verir. Aqafan-
gelos,  Moisey  Xorenatsi,  Sebeos,  Favstos  Buzand, 
Yegişe, Movses Kağankatlı,  Lazar 
Parpetsi v
ə başqa tarixçilərin əsərlərinə yazılmış şərhlər və mətnlərin tekstoloji təhlili də 

əyyən nəticənin əldə olunmasına yardım edir (Адонц, 1971; Акопян, 1987; Маме-
дова, 1986; Тер-Мкртичян, 1979, 1985; Алб.Т. 1993; Мамедов, 1993, və b.). 
538
 Balkanda  ik
ən    briq  adlanan  (Herodot,  VII, 73)  friqlərin  Ankara  civarında  
m
əzarları,  tipik  basırıq  üsulu  və  nəsnələri  VIII-VI  əsr  arasındadır  (Çapar,  1987, 46); 
Əgər friqlər XII əsrdə gəlmiş olsaydı, onda asurlar muşklarla yanaşı friqlərdən də bəhs 
ed
ərdi. 
539
 
Бойс, 1987, 104. 
540
 
Туманян, 1978, 26. 
 
293 
                                                 

uzaqlaşıb,  xristian  olurdular.  Hayların  erməniləşməsi  bu  çağlarda  geniş 
vüs
ət aldı. Artıq erməni adında get-gedə etnik anlamdan çox, «xristian» 
an
lamı möhkəmlənirdi.  
506-da  Duvan  (Dvin)  k
əndində  Güney  Qafqaz  xristianlarının  (türk,  hay 
v
ə  bəzi  qafqazdilli  boylar)  zirvə  toplantısı  «qriqoryan»  xəttini  tutmağı 
q
ərara alır. Bu görüş siyasi və etnik deyil, dini birlik amacı güdürdü. VI 
əsr  Suriya  qaynağı  «bu  quzey  ölkədə» 24 yepiskopu  olan  beş  xristian 
xalqın  yaşadığını,  həmin  çağda  Pers  dövlətinə  tabe  olan  Gürcüstan  və 
Aranın öz dilləri və xristian hökmdarları olduğunu qeyd edir və bunların 
katolikosu  Qriqorun  Pers  Erm
əniyəsində  Duvan  şəhərində  oturduğunu 
yazır.
541
  
İslamlaşma çağında xristian türklərin çoxu xristianlığın daşını atdı, lakin 
b
əzi  kiçik  bölgələrdə  xristianlıq  hələ  davam  edirdi.  Azər  türklərinin 
«
dinayrı qardaş» deyimi o çağların yadigarıdır, «erməni-müsəlman dava-
sı» deyimi də erməni sözünün etnik anlamdan çox, dini anlam daşıdığını 
göst
ərir. Sonralar hay kilisəsi alban vənglərini sıxışdıranda bəzi Qarabağ 
m
əlikləri hay dilində ibadətə keçdilər. İrəvan hayları belələrinə bugün be-
l
ə «dönmə» (şurdvats) deyir.
542
 
Hay katalikosu Yegiya VII 
əsrin əvvəlində əl-Məmuna yazır ki, albanlar 
xilaf
ətin  əleyhinə  Bizansla  ittifaqa  girir.  Bunun  qarşısını  almaq  üçün 
xilaf
ət  Alban  katalikosunu  haylara  tabe  edir.  Monofizit-nestorian 
(«Suriya») kilis
ələri Sasani imperiyasını, diofizit-xalkedon («yunan») kili-
s
ələri  isə  Bizansı  dəstəklədiyindən,  hər  iki  cərəyan  arasında  manevr 
ed
ən  Qriqorian  hay  kilisəsi  Bizans  və  Sasani  dövlətinə  qarşı  istifadə 
etm
ək  üçün  ərəblərə  sərfəli  idi.  Xilafət  çağında  haylaşma  geniş  vüsət 
aldı,  islamı  qəbul  etməyən  ermən-alban  (ağvan)  türklərinin  bir  qismi 
hay
laşdı. XIII əsrdə Girakos Qanzaketsi yazır ki, albanların yalnız elitası 
(r
əislər) hay dilini bilirdi.
543
 
Qafqaza  g
əlməmişdən
 
önc
ə Ermən
 
bölg
əsinə
 
g
ələn hayların
 
durumu 
haqqında Qr. Kapansyan deyir: «Urartu əhalisi kimi, subar-arimelərin də 
haylaşması prosesi başa çatdığı üçün biz artıq yunanca formalaşmış yeni 
armen-oi, Armen-ia,
  
h
əm də mümkün qədər hay dili dominantı ilə  
armen
 
541
 
ПОА, 461. 
542
 Bel
əliklə, müəyyən çağlarda müxtəlif Erməni bölgəsi ortaya çıxmış-
dır. Hətta bir müddət Gürcüstan və Quzey Azərbaycanın da xeyli hissəsi 
Böyük  Armeniya 
sınırları içində sayılmışdır. Bunun səbəbi, bir tərəfdən 
erm
əni adının etnik tutumdan çıxıb, dini anlam (xristian) daşıması ilə bağlı 
idis
ə,  digər  tərəfdən  Ermən  ölkəsinin  bu  və  ya  digər  imperiyanın 
t
ərkibində canişinin oturduğu bölgə kimi, ətraf bölgələrin də Armeniya 
adlan
ması idi. 
543
 
Канзакеци, 1946, 99. 
 
294 
                                                 

adı altında yeni etnik keyfiyət düşünməliyik».
544
  Q. A. Meli
kişvili bu mü-
nasib
ətlə yazır:  
«
Q
ədim yerli əhalinin dili ilə qarışan hay (erməni) dili qalib çıxdı, 
lakin qalib dilin t
ərkibində, əsasən leksikasında, assimilyasiya etdiyi məğ-
lub  hurri  dili  qalib  dili  z
ənginləşdirdi.  Sonralar  erməni  tayfaları  qədim 
Urartu 
rayonlarına yayıldı… onların da bir hissəsi ermənilərə qarışdı».
545
 
İki müxtəlif dildə danışan xalq əgər qaynayıb-qarışırsa, bir müddət ikidilli şərait, 
bilinqvizm 
yaranır  və  tədricən  bu  dillərdən  biri  üstünlük  qazanıb,  ümumişlək  dilə 
çevrilir. Ümumiy
ətlə, iki dilin birləşib qarışıq dilə çevrilməsi mümkün deyil, ona görə 
d
ə, həmin dillərdən birinin üstünlüyü ilə yeniləşmiş dildən söhbət gedə bilər. Amma bu 
yenil
əşmə bəzən o dərəcədə olur ki, dil əvvəlki formasından xeyli fərqlənir. G. Kapan-
syan hay-erm
əni dilinin təbiəti barədə bunları deyir: 
«Erm
əni dilindəki qeyri-hindavropa elementləri ilə het, urartu, qis-
m
ən hurri və gürcü dilləri arasında apardığım müqayisə xeyli material verir 
ki,  bu,  iran,  suriya,  asur-babil,  yunan,  gürcü  v
ə  başqa  dillərdən  alınma 
sözl
əri, həmçinin təmiz hindavropa (məncə, 
400-450
)  kökl
ərini çıxandan 
sonra  erm
əni dilinin əsasını,
 
öz
əyini təşkil edən 
5
 
min
ə qədər söz, 30-a 
q
ədər sözdüzəldici və sözdəyişdirici şəkilçi qalır».
546
  

əllif başqa dillər deyəndə, yəqin ki, türk dillərini nəzərdə tutur, 
çünki dig
ər dillərə nisbətən türk dillərinin hay dilinə təsiri daha qüvvətli 
olmuş, bu təsirin altında hayların dili hətta hindavropa dilləri üçün xarak-
terik  olan  bir 
sıra
 
əlaməti  itirmişdir.
 
M
əşhur  dilçi  akademik
 
H.
 
Açaryan 
hay dilind
ə türk sözlərinə aid 300 səhifəlik lüğət yazmışdır.
547
 
Tanınmış 
alman alimi Mordman h
ələ 1870-də yazırdı: 
«M
əlumdur ki, ermənilər hindavropa mənşəli xalqdır, amma onla-
rın dili turan (türk) dillərinin güclü təsirinə məruz qalmışdır. Bu ifadə ilə 
m
ən heç də çoxəsrlik əlaqə nəticəsində Osmanlı dilindən alınmış sözləri 
yox, 
eramızın IV-VII əsr erməni dilindəki turan sözlərini nəzərdə tuturam. 
Bu o dövr idi ki, s
əlcuqlar, osmanlılar və başqa türklər barəsində hələ heç 
kim
ə heç nə məlum deyildi»
.
548
  
544
 
Капанцян, 1947, 209. 
545
 
Меликишвили, 1954, 419. 
546
 
Капанцян, 1947, 79. 
547
 Açaryan, 1902. 
548
 
Мяммядов,
 
1986, 6. 
 
295 
                                                 

Van gölü 
yaxınlığında m.ö. II-I əsrlərdə protohayların dilinə hurri-
urartu sözl
ərilə yanaşı, türk sözləri də daxil olmuşdur.
 
Bu,
 
hay toplumunun 
yerli tayfalarla 
qovuşub, Part dövlətinə sığındığı çağlar idi. Hay dilinə bu 
çağlarda keçən türk sözləri azər və Anadolu türkcəsindən fərqli formada 
olub, sonralar az
ər-xəzər dilindən alınma və İslamaqədər hay qaynaqların-
da 
əks olunan avçı, yuğ (yağ), tel  kimi sözlərdən də fərqlənir. Ola bilər 
ki, bu 
çağda hay dilində görünən türkizmlər alınma yox, haylara qarışmış 
hurri-urartu v
ə ya part dilindən qalma adstratlardır: 
türk 
hay 
            
anlamı 
aş 
ot 
ozan 
varsaq 
soğan  
dolu 
qazan   
yarma 
yeñi bar 
caş 
xot 
qusan 
varsağ 
soğ 
qarkut 
qızğan 
yermuk 
yengibar 
xör
ək, (aşxana - caşaran
ot, (xotma «kiçik ot 
tayası»)” 
aşıq, ozan 
aşıq, ozan 
soğan 
qar d
ənəsi, dolu 
qazan 
yarma 
t
əzə bar verən (şəxsadı) 
Burada q
ədim 
Ø
~k dialekt f
ərqini əks etdirən aş-caş, ot-xot, ozan-
qusan  paralell
ərində samitli variantlar hay dilinin özəlliyini yox, həmin 
variantların işləndiyi türk dialektinin əlamətini daşıyır. Belə ki, ot sözü 
az
ər dialektlərində xotma (ot
 
tayası) deyimində göründüyü kimi, 
 
sözü-
nün  d
ə xaş,
 
kaş variantları vardır.
549
 Hay  dilin
ə keçən türk sözləri bəzən 
ilkin 
formanı daha yaxşı mühafizə edir. Məsələn, körpü sözünün qədim 
*kabur/*köbür 
forması  yunan  dilində  γέφυρα  (ğephura),  hay  dilində  isə 
kamurc 
şəklində qalmışdır. 
Hayların təkcə dili deyil, kulturu da türk gələnəklərilə zəngin çalar-
lar 
qazanmışdır. Sonrakı çağlarda ortaya çıxan mənbələrdən aydın görü-
nür ki, h
ələ səlcuqlar Anadoluya gəlməmişdən yerli türk geyim, mətbəx, 
s
ənət  və  söz-musiqi  kulturu  yeni  ermən-hay  etnosunun  mədəniyətində 
d
ərin  iz  buraxmışdır.  Bu  barədə  etnolinqvistik  bəlgələr,  müxtəlif  kultur 
sah
ələrinə aid alınma terminlər (musiqi, geyim, xörək adları) aydın mən-
z
ərə  yaradır.  Hayların  xristianlıqdan  öncə  Hayk,  Ara,  Astğik    Anahit 
549
 
Ъялилов,
 
1988, 122-124. 
 
296 
                                                 

adlı dörd tanrısı vardı, onlar Arme-Subar bölgəsinə gələndən sonra bura-
dakı Tork  (Türk) adlı tanrıya da tapındılar və hay tanrılarının sayı beşə 
çatdı. Erməni tarixçilərinin yazdığı bu məlumatı bir az dəqiqləşdirək və 
bu Türkün kim o
lduğunu aydınlaşdıraq. 
Mitan dövl
əti dağılandan sonra Diyarbakırın quzey-doğusunda vax-
taşırı Asur-Urartu hücumlarına məruz qalan subar-mitan və hurri əhalisi 
ayrı-ayrı dərəbəyliklər şəklində yaşayırdı. Burada yaranmış Subar bəyliyi 
m.ö. 673-
ə  qədər  müstəqilliyini  qoruya  bilsə  də,  həmin  ildən  asurlar 
t
ərəfindən dağıdıldı.
550
 Arme-Subar  bölg
ələri iki asur canişinliyinə çevi-
rildi. 
Asurların Fərat çayı yaxalarında əsir alıb, bu əyalətdə yerləşdirdiyi 
muşklar içində hay tayfalarının da olması mümkündür. Hayların Suriya 
ərazilərindən Subar bölgəsinə köçməsi haqqında hay tarixçisi M. Xore-
natsi v
ə hayların «Sasunlu David» eposu məlumat verir.   
Asur 
çarı  Sinaxxeribi  681-də  ibadət  vaxtı  öz  oğlanları  öldürür  və 
onlar 
yaranmış qarışıqlıqdan qorxub Subar bəyliyinə qaçırlar. Bu hadisə 
haqqında o çağın asur mətnləri məlumat verir. Həmin olay bir əsr sonra 
Bibliyanın da iki müxtəlif səhifəsidə öz əksini tapmışdır:
 
«V
ə vaqe oldu 
ki,  öz 
tanrısı Nisrokun evində ibadət edərkən Adrammelek və Şaretsar 
onu 
qılıcla vurdular; və Ararat diyarına qaçdılar».
551
 «Sasunlu  David» 
eposu h
əmin olayı belə verir ki, Bağdadda oturan Sinekerim şahın  Sana-
sar v
ə Bağdasar adlı iki oğlu gecə ikən qaçıb hay hökmdarı Tevadorosun 
yanına gəlir, bu da ona  300 ailə verir və bu əhali Sasun adlı yeni yaşayış 
m
əskəni salır. Göründüyü kimi, bu mənbələrdə bəzi hay boylarının Van 
hövz
əsində məskunlaşması tarixi qaçqın asur şahzadələri ilə əlaqələndi-
rilir. H
ər halda, sonrakı çağlarda da tanınmış hay sülalələri (Mamikon, 
Baqrat, Smbat v
ə b.) doğudan gələn türk, ərsaq (parfiyalı) soylu bəylərin 
v
ə ya güney-batıdan gələn aramey və yəhudilərin nəslidir. «Bizim ərdəm-
li 
soybabamız  Skayordidir»  -  deyən  M.  Xorenatsi  başqa  bir  hay  soyu 
haqqında da bunu yazır: «Anqeğ-evi Haykın hansısa nəvəsi Paskamdan 
tör
əmişdir».
552
  
M. Xorenatsinin q
ədim mənbələrdən köçürdüyü Paskam,
 
 Tork  v
ə  
Skayordi 
adları
 
diqq
əti çəkir.
 
Bel
ə ki, tarixçi bu adların mənasını
 
bilm
ədiyi 
üçün 
sonrakı tədqiqatçılara xeyli problem yaratmışdır. O qeyd edir ki, 
550
 Az
ər xalqı, 2000, 129-134. 
551
 Biblia. II Çarlar, bar. 19, 37 v
ə İsayi, bar. 37, 38. 
552
 
Хоренаци, I. XXIII. 
 
297 
                                                 

Va
ğarşak  Haykakın  nəvəsi  Paskamın  soyundan  idbar  görkəminə  görə 
Angeğ adlanan Torku batı tərəfin hökmdarı təyin etdi. «Vağarşak idbar 
görk
əminə görə  Tork  soyunu  Angeğ-Tun  adlandırdı. Əgər istəsən,  sənə 
onun 
haqqında ağlasığmaz hekayələr danışaram, necə ki, perslər Saqcik 
Rüst
əmdə 120 fil gücü olduğunu deyir. Onun haqqındakı nəğmələrdə elə 
igidlik, 
qoçaqlıqdan bəhs olunur ki, bunu Samson, Herkules nə də Saqcig 
haqqında demək olmur» (II.VIII). 
Tarixçi bu hekay
əsini davam etdirir və Tork adlı bahadırın azman-
lığını təsvir edərkən Təpəgöz haqqında Homerin yazdıqlarını təkrar edir. 
Əsəri ruscaya çevirən N. Emin bu bənzərliyi görüb, Homerin Polifemi 
il
ə müqayisə aparmışdır. Lakin tarixdən məlumdur ki, nə hayların, nə də 
erm
ənilərin  Türk  (Tork)  adlı  hökmdarı  olmayıb.  Ona  görə  də  sonrakı 
t
ədqiqatçılar tekstoloji araşdırma ilə müəyyən ediblər ki, M.Xorenatsinin 
istifad
ə etdiyi mənbədə 
Yüklə 11,02 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin