 I bitik. Tarixi qaynaqlar (2014)  II bitik



Yüklə 11,02 Mb.
Pdf görüntüsü
səhifə30/35
tarix31.01.2017
ölçüsü11,02 Mb.
#6897
1   ...   27   28   29   30   31   32   33   34   35
    Bu səhifədəki naviqasiya:
  • Paskam

Türk
 hökmdar yox, 
tapınaq adıdır; onun kifirliyi 
haqqındakı təsvir isə hayca «angeğ-tun» (idbar evi, kifir soyu) sözünün 
m
ənasına uyğun tarixçinin şərh vermək istəyinin nəticəsidir. F. Buzand 
«Angel çox q
ədimdən hayların baş şəhəridir» deyir və hay mənbələrində 
işlənən  Angel  (sonralar  Angeğ-tun)  şəhərinin  Arme-Subar  bölgəsində 
olduğunu qeyd edən Qr. Kapansyan Tork və Paskam haqqında bunları 
yazır: 
    «Sonra bu 
şəhərin kultla bağlı əhəmiyətini də xüsusi qeyd etmək la-
zımdır, çünki burada bütpərəstlik dövründə atası Paskam olan Tork An-
geğlinin  tapınağı vardı. Əlbəttə, bunlar tanrı adlarıdır; birincisi (Torkh) 
əsasən Kiçik Asiyada əksər qədim xalqların tapındığı TrokoTarku, Tarxu 
formalarında işlənən və yunanlara Tarchon, etrusklar vasitəsilə romalılara 
Tarquinius, 
likiyalılara trqq  formasında keçən «tanrı» anlamlı addır. Bu 
Paskam (Paskham) 
adı isə, əgər yazılışı təhrif olunmayıbsa, hələlik izah 
oluna bilmir. 
Sonundakı -am elementi ilə bir çox hurri adlarına yaxınlaşır, 
lakin  Aitakama,  Tarxigama 
adlarında olduğu kimi, burada -kam şəkilçi-
sini d
ə ayırmaq olar»
.
553
 
Kapansyanın  sözlərinə  Armedən  doğuda  Subar  bəyliyində  Turxu 
şəhər-bölgəsinin  olduğunu  da  əlavə  edək  və  alimin  linqvistik
 
f
əhmlə 
Ayta-kama,  Tarxi-kama  v
ə Pas-kam adlarında -kam elementinin ayrıldı-
ğını görməsini də xüsusi qeyd edək. Ancaq alimin özü də etiraf edir ki,  
«
отец» kimi təqdim olunan Paskam adı  hələlik izah oluna bilmir. Halbuki 
553
 
Капанцян, 1947, 201. 
 
298 
                                                 

burada ç
ətin yozula bilən bir şey yoxdur; sadəcə, Tork tapınağının baş 
kahini Pas kam (
baş kam) adlanır və bütün bu müəmmalı şərhlər vaxtilə 
M.Xorenatsinin özünd
ən min il əvvəlki subar-ermən tarixi ilə bağlı mən-
b
ədə rast gəldiyi Türk tapınağı və bu tapınağın baş şamanı Pas-Kam adını 
Haykın soyuna bağlamaq cəhdinin ortaya çıxardığı dolaşıqlıqdan başqa 
bir 
şey deyildir.  Hay-erməni tarixçi kollektivinin yazdığı son «Erməni 
xal
qının tarixi» (1980) adlı kitabda bu fakt bircə cümlə ilə verilmişdir: 
«Erm
əni panteonu sırasına
 
Türk 
tanrı
 
da daxil oldu».
 554
 
Göründüyü kimi, q
ədim subar-ermən kultunu da mənimsəyən hay-
lar 
əsl həqiqəti dolaşığa salmışlar. Hətta, Torkun tapınaq deyil, M. Xore-
natsinin 
yazdığı kimi, bölgə bəyi olduğunu qəbul etsək belə, yenə onun 
q
ədim ermən boyu içində ulu şaman (başkam) soyundan olan Türk adlı 
bir b
əy olduğunu qəbul etmək zorundayıq; hər iki halda qədim türk söz-
l
əri olan Paskam və Tork adları haylara aid deyil. Tarixçi özü də etiraf 
edir ki, istifad
ə etdiyi «mənbələrdə hadisələr başqa cür təsvir olunub».
555
 
Bel
əliklə,
 
Erm
ən  bölgəsinə  gələnə  qədər  hurri-urartu  boylarına  qarışan 
haylar  301-d
ə  xristianlığı  qəbul  etdi.  V-VII  əsrlərdə  hay  milli  ruhu  çox 
inkişaf etdi və bu çağlarda yazılan tarix kitablarında hayların qədimliyini 
əsaslandırmaq  üçün  gəlmə  hayların  tarixi  yerli  ermən  boyunun  tarixinə 
calandı.
556
 
Hayların  Qafqaza  gəlişi  isə  İslam  çağına  aiddir.  Hay-türk 
əlaqələrindən danışarkən bu olayların diqqətə alınması gərəkir. 
 
1. 
İber-Qafqaz  
Böyük-Qafqaz 
sıra  dağlarının  quzeyi  və
 
Qarad
əni-
zin 
batı yaxalarından gəlib,
 
Az
ərbaycanın quzey və 
quzey-
batı  bölgələrində  yerləşən,  bəzi  hallarda 
protoaz
ər  boyları  ilə  qonşuluqda,  bəzi  hallarda  isə 
iç-iç
ə  yaşayan  qafqazdilli  xalqlarla  tarixi  əlaqələr 
onların dilində, mifologiya, folklor və etnoqrafiyasında türk tarixi üçün 
qiym
ətli 
b
əlgələr 
s
ərgiləyir.  
«Qafqazdilli
 
xalq-
lar» deyimi elmi 
baxım-
554
 
«В состав армянского пантеона вошел и бог Торк» (ИАН, 1980, 71). 
555
 
Хоренаци, I. V;  I. XXI. 
556
 Haylar 
Ağrı ətəyinə gələndən sonra asur yazılarında Masa, yunanca Masios deyilən 
Kaşiyar dağının adı ilə Ağrı dağına Masis dedilər. 
 
Quzey 
v
ə 
Quzey-
Doğu  
qonşular 
 
299 
                                                 

dan  qüsurludur,
 
çünki  neç
ə  minildir  ki, «Qafqaz  xalqları»  deyimi 
özünd
ə qaraçay-balkar, azər, kumuq kimi türk , hay, oset kimi hindav-
ropa  v
ə  kartvel,  avar, ləzgi  kimi  iber-qafqaz  dilli  xalqları  ehtiva  edir. 
Lakin  qüsurlu  olma
sına  baxmayaraq,
 
bu
 
ifad
ənin
 
elmd
ə  möhkəmlənmiş
 
g
ələnəyindən
 
imtina  etm
ək  də
 

əyyən  dolaşıqlıq  yarada  bilər.  Ona 
gör
ə də, iber-qafqaz xalqları (və ya dilləri) ifadəsi ilə yanaşı, bəzən bu 
deyimi d
ə işlətmək zorundayıq. 
Üç  bölüm
ə  (batı,  güney,  doğu)  ayrılan  qafqaz  dillərinin  bir-birilə 
qruplarara

 
qohumlu
ğunun hələ
 
sübut 
olunmadığını qeyd edən
 
qafqaz
şü-
nasların  əksəriyəti  bu  dillərin  tipoloji  yaxınlığı  məsələsində  həmrəydir-
l
ər
.
557
 
Bel
ə tipoloji yaxınlığın hurri-urartu dillərində də olduğunu görən 
uzmanların bəzisi həmin ölü dilləri də qafqazdilli sayırlar. Hazırda bütöv 
Qafqaza
 
yayılan qafqazdilli xalqların
 
batı qolunu abxaz-adıq
, 
doğu
 
qolunu 
nax-
dağıstan,
 
güney  qolunu  is
ə kartvel dilləri təşkil edir.
 
Elmi 
ədəbiyatda 
artıq hər üç qolun ümumi adı kimi iber-qafqaz xalqları (dilləri) termini 
möhk
əmlənməkdədir.  Bugün  üç  bölümə  ayrılan  40-a  yaxın  iber-qafqaz 
xalqlarının (dillərinin) qruplar üzrə bölgüsü sxemini və yayılma arealının 
x
əritəsini
 
bel
ə göstərmək olar: 
BATI QRUPU 
(abxaz-
adıq dilləri
 
DOĞU QRUPU 
(nax-
dağıstan dilləri
 
 

abxaz  
abaza 
ubıx 
adıq 
kabarda 
ç
ərkəz
 
çeçen, 
inquş 
dargin, andi 
avar, lak 
l
əzqi, aqul 
saxur, rutul 
qırız, buduq,  
udi, 
xınalıq  
tabasaran v
ə s.
 
GÜNEY QRUPU 
(kartvel dill
əri
gürcü 
meqrel 
çan (laz) 
svan, zan 
557 
Климов, 1986. 
 
300 
                                                 

İber-qafqaz xalqlarının ilkin Atayurdu, onların etnogenezi haqqında 
bir-birin
ə
 
zidd
 
fikirl
ər
 
söyl
ənmişdir.
 
Gürcül
ər istisna olmaqla,
 
iber-qafqaz 
xalq
larının
 
əksəriyəti yazısızdır və
 
neç
ə ki,
 
bu dill
ər elmi
 
baxımdan geniş 
t
ədqiq olunmamışdı, etnik mənşə problemi də gerçək yozumdan kənarda 
qalmışdı. Müəyyən qədər bu problem protokartvelləri kolxiber adlandı-
ran antik 
çağ yazarları və orta əsrlərin gürcü yazarları tərəfindən dolaşdı-
rılmışdır.  Belə  ki,  gürcülərin  Misir  (Herodot,  m.ö.  V)  və  ya  İspaniya 
(Meqasfen,  III 
əsr) mənşəli olub, oralardan Gürcüstana gəlməsi fikri və 
q
ədim gürcü qaynaqlarında da onların hansısa mifik Arrian-Kartli ölkə-
sind
ən gəlmə, yaxud Bibliyadakı tubal boyunun
 
gürcü
 
sayılması
 
elm
əqə-
d
ərki
 
yozumlar
dır.
558
  
İber-qafqaz
 
xalqının tarixi elmi aspektdə öyrənildikcə onun mənşəyi 
haqqında ciddi bilgilər əldə olundu.
559
 Tarixin müxt
əlif çağlarında bu və 
ya  dig
ər xalqın təsir dairəsinə düşən iber-qafqaz xalqlarının dilində fərqli 
əlamətlərin ortaya çıxmısı təbii idi. Bunu diqqətə almadan iber-qafqaz dil-
l
ərini hindavropa, sami və ya ural-altay dil ailəsinə aid edən (N.Y. Marr, 
558
 
Дзидзигури, 1968, 13-14.
 
559
 Qafqazdilli xalqlar antropoloji v
ə arxeoloji bəlgələrə görə, onların qədimdə yaşadığı 
yerl
ər Böyük Qafqaz dağları ilə Qaradəniz arasındakı bölgələrdə əsasən dağ silsiləsinin 
quzey 
ətəkləri idi. Əgər əvvəllər qafqazdilli xalqların güney ölkədən, xüsusilə, Azərbay-
candan  Qafqaza  köçm
əsi  fikri  yayılmışdısa,  tanınmış  gürcü  tarixçisi  S.N.Canaşianın 
kartvel boy
larının Qafqaza gəlmə xalq olmadığını sübut edəndən sonra qafqazdilli xalq-
ların Qafqazda avtoxton olması fikri elmdə aparıcı mövqeyə çıxdı (Canaşia,1949; 1952; 
Абдушелишвили, 1964, 90; Джапаридзе, 1976, 340) 
 
301 
                                                 

F. Bopp, M. Müller v
ə b.) alimlərdən fərqli olaraq, iber-qafqaz dillərinin 
k
ənardan gəlmə olmadığını söyləyən qafqazşünas A.
 
Dirr bu dill
ərin va-
hid v
ə ya yaxın üç anadildən törəməsi fikrini irəli sürmüşdür.
560
 H
əqiqətə 
uyğun  gələn  bu  ehtimala  azacıq  düzəliş  verməklə  onu  nəzəri  baxımdan 
mük
əmməl tabana oturtmaq mümkündür.
 
Bel
ə ki, yetgin protodil mərhə-
l
əsini  yaşayandan  sonra  parçalanmış  sami,  finuqor,  türk, hindavropa  dil 
ail
ələrindən
 
f
ərqli olaraq,
 
Quzey 
Qafqazın üç
 
yaxın
 
bölg
əsində
 
formala
şan 
protodialektin 
qovuşub  mükəmməl  vahid  protodilə  çevrilməsi  prosesi 
yarımçıq qalıb.
 
Görünür,
 
bu ana dilin h
ələ
 
t
əkmilləşmədən
 
dağılması
 
IV
 
minilin or-
talarında  Qaradənizin  quzeyindən
 
Qafqaza 
doğru
 
en
ən  bəzi  hindavropa
 
boylarının və Azərbaycandan quzeyə keçən prototürk boylarının miqra-
siyası ilə bağlıdır. Xəzər və Qaradəniz arasındakı Atayurdda həm güney 
h
əm də quzeydən sıxışdırılan yerli kavkasion antropoloji tipli protoiber-
qafqaz 
boyları
 
Qafqaz 
dağlarına sığınmışdır.
 
O
 
çağdan qohum boyların bir-
biril
ə əlaqəsi zəiflədiyi üçün get-gedə Qafqazın dağlıq bölgələrində çoxlu 
dill
ər ortaya çıxmışdır. Bu səbəbdən, ilkin tipoloji strukturu saxlayan bu 
dill
ər artıq III minildən başlayaraq, lokal bölgələrdə yeni və fərqli inkişaf 
yolu 
keçmişlər.  
Dağıstanın IV minildə arxeoloji kulturu Azərbaycandan fərqli olub, 
Kür-Araz kulturu il
ə əlaqəsi yox idi.
561
 Güney-Qafqazda
 
yaşayan
 
Aralıq-
d
ənizi antropoloji
 
tipin
ə məxsus
 
insan
ların IV minilin
 
ortalarında yaratdığı 
Kür-Araz
 
kulturunun  minild
ən
 
sonra  Çeçen-
Dağısan bölgələrində görün-
düyünü, h
əmin kulturu bura miqrasiya edən
 
boyların gətirdiyini
 
qeyd ed
ən 
Y.
 
A.
 
Frolov 
yazır: «Yerli əhali ilə qarışan gəlmə kür-arazlılar öz kulturu-
nu onlara verdiyi kimi, 
onların kulturunu və dilini də mənimsədilər».
562
 
Bu yozum h
əqiqətə uyğundur, belə ki, həmin çağda Çeçen-Dağıstan böl-
g
əsində öncə iki fərqli kulturun izi görünürsə, tədricən Qayakənd-Xoro-
çoy kulturu 
çağında artıq fərqlər aradan çıxır. Deməli, quzeyə gedən ilk 
prototürk 
dalğası orada yerlilərə qarışıb dilini itirmişdir,
 
əks halda, nax-
da
ğıstan
 
dill
əri  türkləşərdi.
 
Sonrakı  türk  dalğaları da (saqa, subar, xəzər, 
hun  v
ə s.) yerli əhalinin dilini dəyişmədi, sadəcə, «Qafqaz evi»ndə xalq-
ların ikinci dilinə çevrilən azər dili ümumi ünsiyət vasitəsi kimi işləndi.  
560
 Dirr, 1928. 
561
 
ИД, I. 82. 
562
 
Федоров, 1983, 33-34. 
 
302 
                                                 

Artıq III-I minillərdən kartvel boylarının Anadolunun quzey-doğu 
bölg
ələrində görünməsi, Kolx bölgəsində məskunlaşması mümkün idi. II-
I  minill
ərdə  subar,  qaşqay,  ermən,  mitan,  saqa,  qamər  və  başqa  Doğu 
Anadolu türkl
əri ilə yaxın qonşuluq əlaqələri olan protokartvel boylarının 
özl
ərinə  məxsus  kultur  gələnəkləri  saxlanmışdı.  Hələ  paleolit  çağından 
Qarad
əniz  yaxası  (Kolx)  ilə  Borçalı-Qazax  abidələri  fərqlənirdi  və  bu 
f
ərqin sonrakı arxeoloji qatlarda da davam etməsi göstərir ki, bu iki qonşu 
bölg
ə arasında əlaqə olsa da, əhalinin qarışması olmamışdır. Bu qonşular 
Urartu,
 
Əhəməni,
 
Selevk, 
İran
 
v
ə sair imperiyaların
 
boyunduruğunu birgə 
ç
əkmişlər. Böyük dövlətlərin təcavüzü qarşısında duruş gətirmək üçün 
gürcü  böyükl
əri  dəfələrlə  qonşu  bölgələrdə  qoyunçuluqla  məşğul  olan 
yarımköçəri türk boylarından istifadə etmiş, onların sınır və iç bölgələrə 
yerl
əşməsi üçün şərait yaratmışlar. Bu tip kartvel-türk əlaqələrində isə 
b
əzi qarışmalar olmuşdur, necə ki, Kaspi şəhərinin türk əhalisi dilini son 
əsrlərə  qədər  qoruya  bilsə  də,  gürcülərin  əhatəsində  yaşadığından  artıq 
ana  dilini 
unutmaqdadırlar.  Türk  boylarının  kompakt  yaşadığı  Tiflis  və 
Borçalı bölgələrində isə bu cür qarışmalar görünmür. 
Artıq m.ö. I minildə Asur-Urartu və Yunan-Latın yazılarına düşən 
Qarad
ənizin  güney-doğu  yaxaları  haqqındakı  bəlgələr  burada  yaşayan 
boyla
rın  adını  sadalayır.  Qaradəniz  yaxasında  gürcü  xalqının  etnogene-
zind
ə əsas yer tutan kolxlar və onlardan doğuda iberlər yaşayırdı. İberlər 
haqqında məlumat hələ m.ö. IV əsr yazarları Platon və Aristotelin, iki-üç 
əsr sonra isə Apolodor, Strabon və
 
başqa yazarların əsərlərində vardır.
563
  
Orta 
əsrlərdə  Kolxida  və  İberia  əhalisinin  birliyi  ilə  Gürcü  feodal 
dövl
əti yaranır. Yazılı qaynaqlar içində əsas yeri dini ədəbiyat tutsa da, 
ayrı-ayrı boylara, tarixi şəxslərə, dövlətə, tarixi xronologiya və olaylara 
aid abid
ələrdə türk-azər tarixi üçün qiymətli bəlgələr vardır.
564
 
V
 
əsrdən 
563
 Didi-Turkoba,
 
Didi-Qomareti 
mahallarının
 
adındakı  didi  sözü  «böyük»
 
anlamındadır.  Bu  bölgələrin  böyük  türk  və  qamər  el-obası  kimi  tanınması  etnik 
demoqrafiyanı  əks  etdirir.
 
Qorid
ə  I-III  əsrlərə  aid  Axrisi  kəndində  basırıq  yerinin 
Turkebuli 
adı kimi,
 
Gürcüstanda q
ədim abidə və qəbrlərin olduğu yerlərin bir qismi türk-
c
ə adlanır.  
564
 VII 
əsrin ortalarına qədərki tarixi əhatə edən
 
«Moktsevay Kartlisay»
 
abid
əsi, müxtə-
lif  dövrl
ərə  aid  tarixi  əsərlərin  toplusu  «Kartlis  sxovreba»  abidəsi,  Leonti  Mrovelinin 
(XI 
əsr) «Kartli çarlarının həyatı»  kitabı, gürcü epik əsərlərində, mifologiya, nağıl və 
folklorunda, 
ən əsası, kartvel dillərindəki qədim türkizmlər, azər-kartvel ortaq Qafqaz 
izoqlos
ları, etnolinqvistik bəlgələr, qafqazşünasların qələmə aldığı yazılardakı türkizm-
l
ər  İslamöncəsi  tarixə  işıq  salır  (Багратиони,  1848;  Джавахишвили,  1939;  Джапа-
 
303 
                                                 

sonrakı  gürcüdilli  qaynaqlarda  Azər  tarixi  üçün  gərəkli  bəlgələrdən  az-
çox  istifad
ə  olunmuşdur
.
565
 Kartvel  (gürcü)  dilinin  bir  neç
ə  dialekti 
vardır:  kartli,  xevsur,  tuş,  imer,  acar.
 
Kartvel  dill
ərində  işlənən 
türkizml
ərdən müəyyən qədər bəhs olunmuşdur
.
566
 Güney-
doğu kartvel 
toplumu  içind
ə azər türkcəsi o qədər yayğın olmuşdur ki, hətta Sulxan 
Saba  Orbeliani  1685-d
ən başlayaraq, otuz ilə tamamladığı gürcü dilinin 
izahlı  lüğətində  (Kartuli  leksikoni)  bir  çox  gürcü  sözünün  mənasını 
türkc
ə olan qarşılığı ilə izah etmək məcburiyətində qalmışdır.
567
 
Kartvel dill
ərindən azər dilinə talvar, cəcə, çala kimi sözlər keçdi-
yini qeyd ed
ən gürcü alimləri azər dilindən də kartvel dillərinə daha çox 
m
ətbəx kulturu (dolma, buğlama, qavurma, xizilala «kürü») və qoyunçu-
luq t
əsərrüfatı (toxli, şişaqi, qoçi, ialaği «yaylaq») ilə bağlı sözlər keçdi-
yini 
yazırlar.
568
 
Əlbəttə, bu alınmalardan bəzisi İslamaqədər, bəziləri də 
İslamdan sonrakı çağlara aid ola bilər, lakin şəxs əvəzliyi və əkinçiliklə 
bağlı bu sözlərin kartvel dillərinə keçmə tarixi çox qədimdir:   
az
ər
 
kartvel
 
  
anlamı
 
m
ən  
s
ən  
tamada 
kotan 
toxa 
men 
şen  
tamada 
qutani 
toqi
 

şəxs 
II 
şəxs 
masab
əyi 
kotan 
toxa «
motıqa» 
Kür-Araz  kulturu 
dağılandan  sonra  hurri  boylarının  Azərbaycanın 
batı sınırları ilə Doğu Anadoluya enməsi görünür. III-II minilllərin qovu-
şuğunda baş verən bu olay bir də II minilin son əsrlərində urartular tərə-
find
ən təkrar olunur. Bu son miqrasiyaya qoşulan bəzi nax-dağıstan dilli 
bo
yların  Azərbaycanın  quzey  bölgələrinə  gəlib  yerləşməsi  protoazər  və 
qafqazdilli izoq
losların, ortaq etnoqrafik dəyərlərin, xüsusilə türkizmlərin 
ç
əkisini bu dillərdə xeyli artırmışdır. İber-qafqaz dillərində (çeçen-inquş, 
kartvel, avar,  l
əzgi, rutul, udi, qırız, saxur, xınalıq, buduq və b.) qədim 
ридзе,  1976;  Меликишвили,  1959;  Мровели,  1979;  Şanidze,  1983;  Аласаниа,  1986;  
Арвеладзе, 1996. Климов, 1965; 1986).  
565
 
Киланава, 1983; Гукасян - Асланов, 1986. 
566
 Baitchura, 47-
48;  Климов,
 
1986, 191,192; 
Ъялилов,
 
1988,  37;  Каграмансой, 
1992. 
567
 
Абуладзе, 1964. 
568
 
Зидзигури, 1968, 74-75. 
 
304 
                                                                                                                        

türkizml
ərin  daşıdığı  etnolinqvistik  informasiya  olduqca  əhəmiyətlidir. 
Bu boylardan b
əzisinin etnik adı da türkcədir: avar, çeçen, buduq, xınalıq 
v
ə s.
569
 B. 
İ. Kilanava yazır ki, kartvel-i adındakı kart sözü hindavropa 
(*qard  «
şəhər», «hasar»)  etimologiyası  ilə  açıla  bilirsə,  egr-i,  və  iber-i 
adlarının  yozumu  da  türk  dillərində eyni  anlam  daşıyan  və  heyvanların 
yaylaqda  yataq  yeri  il
ə bağlı binə, ağıl, xalxal sözlərinin sinonimləri ilə 
açılır.
570
 Qafqazda 
yaşayan  xalqların  bir  özəlliyi  də  var  ki,  müəyyən 
olay, münasib
ət və sair səbəbdən bu və ya başqa xalqın adını (etnonimi) 
yeni 
doğulan  uşağa  verirlər.  Belə  ki,  çeçenlərdə  Mada,  Maday,  Daqa, 
Qebarto (kabarda), Qumki (qumuq) 
adları olduğu kimi, azər türklərində də 
Özb
ək və Çərkəz adlarına rast gəlmək olur. 
Miladdan 
sonrakı mi-
nillik  boyu  güney,
 
h
əm
 
d
ə 
quzey
  
t
ərəfdən türk boyla-
rının  əhatəsinə  düşən  qaf-
qazdilli xalqlar
  
türk boyla-
rının dili və etnik kulturu-
nun t
əsiri altında idilər. Bu 
çağda
 
qonşu
 
xalqların  dili-
n
ə  türk  dilinin  çox  böyük 
t
əsiri olmuşdur.
 
Bel
ə ki, beş 
əsr  boyu  Quzey  Qafqaz 
xalqlarının
 
X
əzər
 
imperiya-
sının
 
t
ərkibində qalması onların İslamaqədərki  tarixini türk  tarixi ilə  sıx 
bağlamışdır. Tengiz, Bekpulad, Yengibar, Arslan kimi onlarla qədim türk 
adı artıq ümumqafqaz statuslu antroponimə çevrilmişdir.
 
Ona gör
ə
 
d
ə
 
bir 
gürcü, avar v
ə ya çeçen kəndində iki minil boyu nəsildən-nəsilə ötürülən 
Arslanbek 
adının onlara aid
 
olmadığını heç kim ağlına belə
 
g
ətirə
 
bilm
əz. 
İber-qafqaz dillərinin mürəkkəb mexanizmindən fərqli olaraq, türk 
dili 
morfologiyasının sadə sxemi bu dilin asan mənimsənilməsinə imkan 
verir.  M
əsələn,
 
türkc
ə (mənə) bax-dır-ma deyiminin abxaz
 
dilind
ə qarşı-
569
 Quzey-Qafqazda 
adları türkcə olan adıq, çərkəz, kabarda, abxaz qafqazdilli boylar ilə 
saqa,  hun,  bulqar,  x
əzər,  peçeneq,  kuman-qıpçaq  türkləri  arasındakı  əlaqələr  Azər-
baycandan k
ənarda olmuşdur. 
570
 
Киланава, 1983, 101-125. 
 
305 
                                                 

lığı «sən qoyma, o mənə baxsın» anlamı ilə siumırban tərkibli deyimlə 
verilir: 
m
ənə              sən                 qoy-            
(zaman 
şəkilçisi)
  
   |        onu       |        -ma       |         bax
             

   s   -     i    -    u    -   
mı   -    r    -    ba     -      n      
Türk dilinin fonetik, morfoloji, sintaktik 
quruluşundakı mükəmməl 
sad
əlik qonşu xalqların bu dildən uluslararası ünsiyət vasitəsi kimi istifadə 
etm
əsinə  imkan  açmışdır.  Qafqaz  xalqlarının  dilinə  keçən  türkizmlərin 
semantik arxaizmi v
ə bazis leksikaya aid olması diqqəti çəkir. A. K. Şaqi-
rovun  «Abxaz-
adıq  dillərinin  alınma  leksikası»
 
adlı  əsərində
 
abxaz-
adıq 
dil
 
qrupunda türkizml
ərin
 
bolluğu
 
deyil, 
onların konkret sahələr üzrə çox-
luğu maraq kəsb edir.
571
 T
əbii ki, bunların əksəri qaraçay-balkar dilindən 
alınmışdır. Abxaz-adıq dillərində atçılıqla bağlı sözlər:  
türk 
abxaz-
adıq 
anlamı 
alaşa at 
arkan 
borlu 
g
əzənək 
yem 
kamçı 
kunan 
dunan 
katır 
çul 
yal, cal 
alaşe, laşa 
arkcın, arkcen 
bırulg, brul 
qvazanakc, qv
əznəkc 
yem 
kcamış, a-kcIamçı 
kcvınan 
dunan 
kcıdır, kxcatır 
çul 
cal, 
cğal 
at türü 
arkan, k
əndir 
boz, boru, 
atın rəngi 
örüş 
ot, yem 
qamçı 
üç
əm yaşlı dayça 
3-4 
yaşlı dayça 
qatır 
çul, t
ərlik 
atın yalı 
Dağıstanda 20-dən artıq qafqazdilli xalq yaşayır. Tarix boyu türk 
xalqlarının quzey-güney yolu üzərində yerləşən bu bölgənin türk əhalisi 
üçün 
Dağıstan  ikinci  Atayurd  olmuşdur.  Xəzərboyu  zolağın  daima  türk 
yurdu 
olduğunu  və  müxtəlif  çağlarda  buradakı  sabir,
 
barsil,
 
x
əzər,  hun, 
maskut,  kumuq,
 
t
ərəkəmə  boylarınıın  azər  türklərinə  qarışdığını  nəzərə 
571
 
Шагиров,
 
1989, 90,
 
Bel
ə  ki,  burada  flora-fauna  adlarının,  dəmirçilik, 
heyvandarlıq  terminlərinin  xeyli  hissəsi  türkcədir;  qaplan,  buğa,  qunduz,  taşbağa, 
donquz,  qaz, 
samır  (ov  iti),  auci  (ovçu)  sözləri  də  türkcədir.  Sözlüklə  tanışlıq  elə 
t
əəssürat oyadır ki, sanki taxtabiti sözündən tutmuş aslana qədər bütün zoonimlər türk 
dilind
ən alınmadır.     
 
306 
                                                 

alanda  bugünkü  durumu 
əks  etdirən  bu  sxemdə  Xəzərboyu  azər,  padar 
(t
ərəkəmə) və kumuqların sıralanması qəribə görünməməlidir.  
Əslində,
 
X
əzər  yaxası  bu 
zolağın bugünkü durumu,
 
proto-
az
ər
 
Atayurdunun
 
quzey-
doğu 
bölg
əsində uc sınır olan Dağıs-
tan v
ə bu bölgənin tacı Dərbənd 
az
ər  türklərinin  qədim  yurdla-
rındandır.  Dərbəndi  Atayurdu 
sayan  az
ərlər  burada  Xəzər  eli 
çağında da yaşayırdı. Ona görə 
d
ə,  digər  iber-qafqaz  dillərinə 
nisb
ətən,  nax-dağıstan  dil  qru-
punda 
danışan  xalqlar  (ləzgi, 
qırız, budux,
 
xınalıq,
 
udi v
ə s.)
 
az
ər
 
boyları ilə daha sıx təmasda olmuş və 
onlar az
ər dilinin təsirinə daha çox məruz qalmışlar. Dağıstan xalqların-
dan  bir  neç
əsi (ləzgi, qırız, saxur, avar, budux, xınalıq, udi) hələ İslam-
dan  önc
ə  Azərbaycanda  yaşayırdı,  bunların  bir  qismi  isə  orta  əsrlərdə 
Az
ərbaycanın  quzey  bölgələrinə  enib  məskunlaşmışlar.
 
Ola  bilsin  ki, 
nax-
dağıstan  boylarından  bəziləri  m.ö.  VII  əsrdə  Saqa-Qamər  axınına 
qoşulub, quzey bölgələrə gəlmişlər. 
Urartulardan qalma qafqazdilli boylardan 
sayılan udi boylarının dili 
il
ə
 
urartu dili 
arasında
 
Abqar Payazat xeyli paralell
ər aşkar etmişdir.
572
 Bu 
yönd
ə aparılan araşdırmaya urartu-çeçen paralelləri cəlb olunsa, məncə, 
daha çox 
oxşar elementlər ortaya çıxar, çünki çeçenlər yaşayan ərazilərdə 
Vedi-
Naxçıvan arasındakı toponimlər təkrar olunur. Avar, tabasaran, lak, 
l
əzgi, çeçen-inquş dillərində atçılıqla bağlı türk sözləri, ayğır, alaşa tipli 
zooniml
ər geniş işlənir. Nax-dağıstan dillərində daha çox yemək, geyim 
adları,
 
heyvandarlıq terminləri türk dilindən alınmışdır. Bəzən, bu dillərdə 
az
ər  dilində  çoxdan  unudulmuş  sözlərə  rast  gəlinir.  Məsələn,  toğanaq 
sözü inqloy v
ə udi dillərində «iynə», «ilgək»(qarmaq) anlamını saxlayıb. 
B
əzi dağıstan dillərində türk dili şəkilçilərindən aktiv istifadə olu-
nur.  Bel
ə ki, udi dilində bul «baş» sozü azər dilinin qramatik şəkilçiləri 
il
ə  işlənə  bilər:  bulçu  «başçı»,  yiyəlik  halla  (-ın)  bulın  «başın»,  bulsuz 
«
başsız», bulluq «başlıq», yaxud -ıncı şəkilçili sıra sayları qırız, buduq, 
572
 Payazat, 1937.  
 
307 
                                                 

xınalıq dillərində aktiv işlənir: beşinci, altıncı və sairə.
573
 
H
ətta, lak di-
lind
ə bir neçə türk dili şəkilçisi (-çi, -kar, -luğ, -mal, -siz, -lu, -dan, -içun) 
işlənir.
574
 
M. C. Saidovun Avar dilinin Buynak, Kazbek, 
Qızılyurt və Qumbet 
bölg
ələrində işlənən salatav dialektinə aid topladığı sözlər sırasında bizi 
türkizml
ərin  sanballı  çəkisi  yox,  burada  Aybikə,  Altunqız,  Aruqız  ad-
larında  olduğu  kimi,  sözlərin  qədimliyi  və  estetik  gözəlliyi  ilgiləndirir. 
Bel
ə ki, azər ədəbi dilində işlənməyən tavuş «şanlı», urluk «toxumluq», 
başbu «yüyən», aytıv «deyim», belgili «müəyyən» kimi sözlər avar dilinə 
qonşuları kumuqlardan keçmişdir. Burada türkcə alınmalar sırasında qab 
adları da çeşidlərinə görə diqqəti çəkir:
575
 
avar dilinin salatav 
dialekti 
     
   
anlamı 
aşlav 
baqcir 
bojen 
qcap 
qcutxca 
çelek 
çoen, çoqcenxcaq 
yalqcab 
tava 
qcapqcaç 
silabçı 
tas 
bakır tas 
z
əmbil 
torba 
kiçik mis bardaq 
ç
əllək, çən 
çuqun qab 
tava, (yal 
qabı) 
tava 
qapaq 
böyük mis qab 
Az
ər türklərinin dilində çoxdan arxaikləşmiş tarkan (turkan) titutu 
müasir dargin dilind
ə məna və forma fərqi ilə (talxan) işlənsə də, tarxan 
şəklində onu çeçenlər XVIII,
 
gürcül
ər
 
is
ə XIX əsrə qədər saxlamışdı. Bu 
kimi
 
dövl
ətçilik terminlərinin qonşu xalqların dilində
 
araşdırılması
 
q
ədim 
türk  dövl
ət  sisteminin  özəlliklərini  öyrənməyə  yardımçı  olur.  Məsələn, 
bu terminin 
daşıdığı mənaları öyrənməklə
 
Az
ərbaycanda hələ 4200
 
il
 
əv-
v
əl qurulmuş Qut dövlətinin son hökmdarı Tirikanın adında diri-kan və 
ya türk-an//tar-kan sözl
ərindən birini müəyyən etmək asanlaşır. 
573
 
Гукасян, 1974, 258-297; ЯАИА, III. 1979, 98. 
574
 
ТДЯК, 1982, 77; Lak dilində «Qavaya (havayı) ssirka (sirkə) baldan şirin» tipli ata-
lar sözü, 
aşşak (eşşək), kupayuğlı kimi söyüşlər canlı danışıqda aktiv işlənir. 
575
 
ТДЯК, 1982, 136-155 
 
308 
                                                 

N
əzərə almaq lazımdır ki, minillər ötdükcə cəmiyətdə sosial inkişaf 
n
əticəsində  bir  sıra  əşyalar  məişətdən  çıxdığı  kimi,  bəzi  məfhumlar  da 
köhn
əlir  və  dəyişiklik  onları  bildirən  sözlərin  arxaikləşib  danışıqdan 
çıxması ilə nəticələnir. Keçmişdə yazılı ədəbiyatı olmayan nax-dağıstan 
dill
ərində yüzlərlə türkizmin unudulması təbiidir. Bugün üçün də arxaik 
olan sözl
ər danışıqdan çıxmaqdadır. Dağıstan alimi A. A. Abdullayev ya-
zır  ki,  artıq  lak  dilində  batağa  (balıq  vətəgəsi),  qarabaş
 
(qul-
qaravaş), 
tamak (taxta tabaq), 
başlıq tipli arxaik türkizmlər danışıqda işlənmir.
576
 
Yüklə 11,02 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin