Bel
əliklə, Quzey Qafqazda formalaşan iber-qafqaz dillərinin hər üç
qolu il
ə türklərin kontaktı olmuşdur. Bu dillərdə aslan, bars, qaplan kimi
yabanı heyvan adlarının türk dilindən alınması göstərir ki, onlar bu sözləri
Quzey Qfqaza Ön Asiyadan g
ələn türklərdən almışlar. Tarix boyu Qafqaz
türk
boylarının yolunda körpü rolunu oynamış və bu körpüdən keçən türk
boyları istər-istəməz iber-qafqaz xalqları ilə yaxın təmasda olmuşlar.
2. Oset (Osetin)
Qafqaz
dağlarının quzey və güney yaxalarında iki bölgə təşkil edən
Osetiya irani dild
ə danışan oset (osetin) xalqının yurdudur. Əsasən, iron
v
ə diqor dialektlərinə ayrılan oset dilində türkizmlər daha çox diqor dia-
lektind
ədir. Ola bilsin ki, vaxtilə Daryol keçid bölgəsində məskunlaşmış
düg
ər türk boyundan bəzi tayfalar osetlərə qarışıb. V. İ. Abayevə görə,
osetl
ərin formalaşmasında hansısa türk boyunun iştirak etməsi şübhəsizdir.
577
Çünki oset folkloru v
ə dilində türkizmlər dərin iz buraxmışdır. Özəlliklə,
nartlar haqqındakı rəvatətlərin qəhrəmanları türk adları daşıyır. Oset di-
lind
ə yazılı qaynaqlar olmdığından onların qədim dövrü haqqında bilgi
d
ə yoxdur.
576
ТДЯК, 1982, 82-83; Bu baxımdan, iber-qafqaz dillərinin qədim əlaqələrinə işıq tuta
bil
ən hər bir söz dəyərlidir. Təəssüf ki, ölkəmizdə Dilçilik İnstitutu, onlarla dilçilik ka-
fedrası, yüzlərlə dilçi alim olmasına baxmayaraq, hələ bir dəfə də quzey qonşularımızın
dilind
ə işlənən türkizmləri toplamaq üçün ekspedisiya təşkil edilməmişdir.
577
Абаев, 1935, 93; Oset dilində Dzorqa //corqa (yorğa at) tipli alınmalar qıpçaq dili
il
ə kontakta işarə edir (Abdullaev, 1982, 39); İranşünas alimlərin bəzisi «oset» kartını
elmi spekulyasiya vasit
əsinə çevirib, onları böyük skit toplumunun Qafqazda qalığı
kimi verm
əyə cəhd edirlər. Onlarla skit boyları içində bir-iki irani tayfanın olması
t
əbiidir, lakin bunu şişirdib, skitlərin hamısını irani xalq saymaq elmi gerçəklikdən
uzaq
dır.
309
3. Fin-uqor
X
əzər dənizindən quzeydə yerləşib, doğu sınırı Ural dağlarını əhatə
ed
ən, batıda isə sınırları Oka çayına qədər uzanan bölgələrdə, İtil çayının
orta axarlarında və Kama çayı boyu yaşamış tayfalar Ural dil ailəsinə mən-
sub olub, sonralar finuqor v
ə samodi qollarına ayrılmışdır. Finuqor proto-
dilinin parçalanma dövrünü uzmanlar 4-5 minil önc
əyə aid edərək, türk
v
ə finuqor xalqlarının kontaktını da həmin çağla bağlayırlar:
«Finuqor v
ə
türk dill
əri arasındakı ortaq
sözl
ər aydın göstərir ki, bu dillərin yaxın əla-
q
əsi şübhəsiz finuqor kök dilinin hələ dağılmadığı çağda olmuşdur».
578
Ola bilsin ki, finuqor boyla-
rının ayrı-ayrı qollara
ayrılmasına
türkl
ərin m.ö. IV minilin ortala-
rından başlanan ilk böyük köçləri
s
əbəb olmuşdur. Hər halda, artıq
III minild
ə quzeyə gedən türklər
finuqor Atayurdunda yerli xalqla
qarşılaşmışdır. Finuqor dillərində
meşə (metsə) sözünün hətta fin və
eston dill
ərində işlənməsi də gös-
t
ərir ki, bu sözü finuqor yurduna
aparanlar Az
ərbaycandan getmiş-
l
ər.
Finu
qorların məskunlaşdıqları
bölg
ələrdə bir neçə Kür çayadı da
özünü göst
ərir.
579
Tarix boyu X
əzərin quzeyindən batı və doğu yönlərə hərəkət edən
köçl
ər
ist
ər-istəməz
finuqor
xalql
arının atayurdundan keçməli olurdu.
Bu
bölg
ədən keçib doğuya gedən hindiran boyları ilə təmasda olmuş yerli
xalqın dilində murt//mort «adam» kimi bəzi hindiran sözləri qalmışdır.
Müxt
əlif çağlarda buradan istər batıya, istərsə doğuya keçən türk boyları
(subar, saqa, hun,
qıpçaq və s.) yerli dildə dərin iz qoymuşlar. Qədimdən
burada m
əskunlaşan protoçuvaş, protobulqar (prototatar), protobaşqord
boyları isə bəzi yerli boylarla qaynayıb qarışsa da, dillərini saxlamışlar.
578
ЯН СССР, III. 1966, 9-10; Maraqlıdır ki, qədim türklərin tarixi yaddaşını əks etdirən
Oğuznamə gələnəyi də eyni tarixi verir: «Oğuz xanın zamanında Çingiz xan zamanı-
qaça Tin v
ə Etil, Yayık - bu üç suvun yakasında Qıpçaqdan özgə il yox erdi. Tört mün
yılqaça ol yerlərdə olturdılar» (Oğuznamə).
579
Кобычев, 12.
310
Finuqor birliyi
dağılandan sonra onların əsas kütləsi Atayurda ya-
xın bölgələrdə qalmış, bir qismi (fin, eston, karel) quzeyə, macarlar isə
m.s.V
əsrdə Etelközə, oradan Karpat istiqamətində batıya çəkilmişdir.
580
Quzey Qafqazda uqor, macar etnoniml
ərinin işlənməsi bəzi finuqor boyu-
nun güney
ə enməsini də göstərir. Bu köçlər nəticəsində finuqorların dörd
qolu
yaranmışdır:
Baltikyanı-fin qolu: fin, eston, ijor, karel
İtilyaxası qolu: moşka-mordov, erzya-mordov, mari
Perm qolu: udmurt, komi-
zıryan, komi-permyak
Uqor qolu:
xantı (saam), mansı, macar
Bu dill
ərin çoxu yazısız olmuş, macarlarda yazılı qaynaqlar yalnız
XII-XIII
əsrlərdən sonra başdaşı yazıları və xristian ədəbiyatı şəklində
ortaya
çıxmışdır.
Batıya gedən türklərə qoşulub, Mərkəzi Avropada məs-
kunlaşan macar xalqının böyük bir qolunu onların içində əriyən bulqar,
hun, sekel, kuman türk boy
ları təşkil edir. Macarlar türk runik yazısından
v
ə latın əlifbasından istifadə etmişlər. Qədim çağlardan ayrı-ayrı türk
boyları ilə kontaktda olmuş finuqor xalqlarının dilində qədim yazılar ol-
masa da,
onların dilində, folklorunda keçmiş əlaqələri əks etdirən istəni-
l
ən qədər bəlgə qalmışdır.
Tipoloji t
əhlil ilə Andronovo kulturunun İranla və arilərlə əlaqəsi
olmadığı nəticəsinə gələn K.Yettmar bu kulturun hətta Türkmənistanın
güney bölg
ələrinə də gəlib çatmadığını yazır və qeyd edir ki, Andronovo
kulturunun
yaranması, inkişaf etməsi və yayılması iran və ya hindiran
boylarına
aid deyil.
581
Bu fikri
başqa mütəxəssislərin də müdafiə etməsi
b
əllidir.
582
Əvvəllər Andronovo
kulturunun
Yenisey
yaxasında
yaranıb,
X
əzərin quzeyinə doğru batıya yayıldığı güman olunurdu, lakin son təd-
qiqatlar bu
miqrasiyanın əks istiqamətdə getdiyini ortaya çıxarmışdır. Bu
is
ə o deməkdir ki, m.ö. II minilin ortalarından sonra finuqor yurdundan
heyvandar-
əkinçi boylarının Altaya doğru miqrasiya etməsi
5-6
əsr öncə
Afanasyevo kulturu
daşıyıcılarının marşrutunu təkrar etmişdir və hər
iki
köçd
ə
finuqor
boyları ilə türk boylarının birgə köçü istisna deyil.
580
Энрико Сий, 1981.
581
Jettmar, 1956, 330-342.
582
Сарианиди, 1977, 149; Гамкрелидзе - Иванов, 918.
311
4. Slav
boyları
Qarad
ənizin quzey-batısı hindavropa xalqlarının Atayurdu sayılır.
Protohindavropa dili burada
dağılandan sonra balto-slav, roman-german,
hind-iran kimi bir neç
ə qola parçalanmış, sonralar bu qolların daxilində
d
ə ayrılmalar baş vermişdir. Ön Asiyadan qalxıb Azərbaycan üzərindən
Quzey-Qafqaza keç
ən prototürk boylarından bəziləri buradan Orta Avropa
bölg
ələrinə də sızmışlar. Bunların protoslav və protogerman boyları ilə
qarşılaşması türk-slav və türk-german əlaqələrinin yaranmasına səbəb ol-
muşdur. Belə əlaqələr sonralar Avropaya gedən saqa-qamər, as, hun, avar,
peçeneq, kuman-
qıpçaq və sair türk boyları ilə də davam etmişdir.
Türkl
ərin hindavropa
xalqları ilə əlaqəsi təkcə
Avropada deyil, Orta v
ə
Ön Asiyaya miqrasiya
et
miş hindavropalılarla da
ol
muşdur. Ön Asiyaya
g
ələn het, hay və pers-
l
ərlə əlaqədən yuxarıda
b
əhs etmişdik. Franklin
Folsomun protohindav-
ropa Atayurdu v
ə bura-
dan miqrasiya yönl
ərini
verdiyi bu cxemd
ə arilə-
rin (hindiran) Hindistana
v
ə İrana gəlişi, slavların
doğuya və quzey-doğu
bölg
ələrə yayılması əks olunmuşdur:
Q
ədim balto-slav və german-slav əlaqələri göstərir ki, hindavropa
ail
əsindən qopan protoslav boyları öncə Avropanın quzey bölgələrində
m
əskunlaşmış, sonralar güney və doğu yönlərə köçmüşlər.
583
Protoslav
boyları ilə protogerman boylarının təmas xətti m.ö.V-III əsrlərdə Oder
hövz
əsi idisə, artıq qot (vestqot) boyları ilə əlqə m.s. I-IV əsrlərdə Visla
v
ə Dnestr hövzələrində görünür.
584
Hun
çağına aid tarixi sənədlərdə nə
583
Bu köçl
ərin nəticəsində parçalanan protoslavlardan törəyən batı, güney və doğu
slavlardan sonralar serb, xorvat, makedon, çex, slovak, bolqar, polyak, rus, belorus,
ukrayna v
ə sair slav xalqları yaranmışdır.
584
Мартынов, 1983, 15.
312
slav
adı, nə də slav boyları xatırlanmır, onlar yalnız Avropada hunları
əvəz edən avarlar ilə tarix səhnəsinə çıxır.
585
Avropada Hun
imperiyası
çök
əndən sonra Dnepr, Erdel və Tuna çayının aşağı yaxalarından Balkana
köç
ən slav boyları VI-VII əsrlərdə yarımadanın orta, doğu və güney böl-
g
ələrində məskunlaşmışlar.
586
Avar türk dövl
ətinin zəiflədiyi 630-dan
son
rakı çağlarda isə protoserb-xorvat boyları da batı bölgələrdə yerləş-
mişdir.
İlk dəfə III minilin ortalarında quzeyə qalxan prototürk boyları
Maykop kulturu
çağında yerli qafqazdilli boyların içində ərimişlər, lakin
II minilin
ortalarından sonra həmin yolu keçən qamər, saqa türklərin-
d
ən fərqli olaraq, as boyları Azaq və Qaradəniz yaxalarından daha quzey
bölg
ələrə qalxıb uzun müddət protoslav və protogerman boyları ilə iç-içə
yaşamışlar. Ümumiyətlə, Güney Rusiya stepləri - Qıpçaq çölü Monqol
istilasına qədər saqa, hun, avar, bulqar, xəzər, oğuz, peçeneq, qıpçaq-
kuman v
ə başqa türk boylarının ən azı iki minil tapdağı altında qalan
torpaqlardır. Ancaq bu türk boylarından çoxu zaman-zaman slavlar için-
d
ə əriyib dilini itirmişdir. Bu cür assimilyasiya Altun Ordu dağılandan
sonra da özünü göst
ərir. Belə ki, tanınmış rus zadəgan sülalələri sırasında
türksoylu n
əsillərin önəmli yer tutması buna əyani sübutdur.
587
Y. R.
Daşkeviç monqol istilasına qədərki türk-slav əlaqələrini əks etdirən
qaynaq
ların əhəmiyəti haqqında yazır: «Türk xalqları haqqında məlumat
ver
ən qədim rus bəlgələri korpusunun elmi səviyədə tərtibi türklərin
dilini, kulturunu, m
əişət və tarixini dərindən öyrənməyə yardım edə
bil
ər».
588
İslamaqədər türk-slav əlaqələri slavların da mifologiya, folklor
v
ə dilində dərin iz buraxmışdır. Görünür, kiril əlifbasının yaranmasında
runik
yazı gələnəyi olan bulqar türklərinin təsiri böyük olmuşdur.
589
585
Менгес, 1979, 40-43.
586
Feher, 1984, 37.
587
Prof. N. A. Baskakovun
tanınmış rus soyadları sırasında müəyyən etdiyi üç yüz türk
soyadını daşıyanlar rus elmi, ədəbiyatı, mədəniyəti və hərb sənətinin Bulqakov, Şere-
metyev,
Daşkov, Tuxaçevski, Uşakov, Suvorov, Timiryazev, Raxmaninov,
Karamzin,
Aksakov, Turgenyev, Buxarin, Piroqov kimi
tanınmış simalarıdır
(Баскаков, 1992).
588
Дашкевич, 1984, 68.
589
Kiril
əlifbasını IX əsrdə yaradan Konstantinə (=Kiril) Venesiyada verilən «dini ədə-
biyat y
əhudi və yunan-latın dillərində olduğu halda, nə üçün slav dilinə yeni əlifba dü-
z
əldirsən?» sualına belə cavab verir: «Biz bilirik ki, tanrıya dua edən erməni, pers, iver,
313
Avropada bugün ön
əmli çəkisi olan slavdilli xalqların ulu əcdadları ilə
türkl
ərin İslamöncəsi əlaqəsi birbaşa mövzumuzla bağlı olmadığından
burada
yalnız qədim slav-türk əlaqələrini bolqar, rus xalqlarının
əcdadları ilə türklərin əlaqəsi üzərində gözdən keçirəcəyik, çünki türklü-
yünü itir
ən ayrı-ayrı türk boylarının assimilyasiyaya uğraması olayına
«Doqquz Bitik» boyu d
əfələrlə bulqar türklərinin bolqar slavlarına çev-
rilm
əsi faktı örnək kimi verilir. Belə ki, xristianlığı qəbul edən bulqarların
slavlaşması olayı tarixi sənədlərdə əks olunmuşdur.
Son üç
əsrdə slav və rus adları üzərində aparılan araşdırmalarda bu
sözl
ərin mənşəyi, etimologiyası tam izahını tapmamışdır. Həmin sahədə
h
ələ də davam edən mübahisələrə qoşulmasaq da, qeyd etməliyik ki, hər
iki etnonim k
ənardan verilən addır. İlk dəfə slav (saklab) etnoniminə VI
əsrin sonunda Tuna (Dunay) çayının quzeyində yaşayan və avarlara tabe
olan
boyların adında sklab (Σκλαβιν) şəklində avar kağanı ilə bağlı olayda
rast g
əlmək olur, VII əsrin sonunda isə slav adı II Yustinianın yürüşü ilə
bağlı bulqarlarla yanaşı çəkilir (κατά Σκλαυινίας καί βουλγαρίας).
590
Sonrakı türk, ərəb və fars dilli qaynaqların saqlab şəklində qeyd etdiyi
boylar da
İtil bulqarlarına aid bölgədə yaşayırdı.
591
İlk rus eli «Kiyev Rus dövləti» (X-XII) sayılır. Belə ki, qədim rus
qay
naqlarında Novqorod və ya Vladimir şəhərlərindən Kiyev bölgəsinə
getm
ək «Rus elinə» getmək sayılırdı.
592
Kiyev bölg
əsi isə ilk rus dövləti
yaranana q
ədər Xəzər imperiyasının əyaləti idi. Azaq yaxalarında slav
boyları yalnız X əsdən görünməyə başlasa da, bəzi qaynaqlar X əsrin or-
talarında yağma məqsədilə bir bölük rusun gəmilərlə Azərbaycana gəldi-
yini v
ə Xəzərdən Kür çayına keçib Bərdəyə girdiyini qeyd edir.
593
avazq, soqd, qot, obr (avar), turk (türk), kozar (x
əzər), aravlı (ərəb), misir və başqa
xalqların öz yazıları vardır»
(Дзидзигури, 1968, 52).
590
ЭНБИСП, 195.
591
B
əzi mütəxəssislərə görə, əvvəllər rus adı Skandinav varyaqlarına aid idi. Qaynaqlar
göst
ərir ki, varyaqlara slavlar rous, bizanslılar οί ρώς, ərəblər rūs deyirdi. Bulqar türk-
l
əri kimi slavlar içində əriyən varyaqların da adı indiki rus xalqının adına çevrilə bilərdi.
Bu da mümkündür ki, Tuna
slavları türk boyu olan bulqar (bolqar) adını saxladığı kimi
X
əzər dövləti dağılandan sonra doğuya sızan slavlar da İtil yaxasındakı finuqor və ya
türk
boylarından olmuş saqlab və rus (urus) adını mənimsəmişlər.
592
Покровский, 1933, 119.
593
«Ruslar
Marağa tərəfə də getmişdilər. Orada onlar çox meyvə yemiş və vəba xəstə-
liyin
ə tutulmuşdular. Onlarda xəstəlik və ölüm çoxalmışdı… Mərzbanın əskərləri isə
ruslarla
vuruşur və rusların arasında vəba xəstəliyi get-gedə artırdı. Ruslar ölülərini
silahı ilə birlikdə basdırırdılar. Ruslar qayıtdıqdan sonra müsəlmanlar qəbirlərdən çox
şey çıxartdılar»
(
Ибн ял
-
Ясир
,
118-119).
314
Az
ərbaycana gələn həmin rusların slav, varyaq (vikinq) və ya türk
m
ənşəli olması bəlli deyil. Rusların öncə ant adlanması və ya Norman
m
ənşəyi haqqında çox yazılsa da, rusların türk və finuqor layı az tədqiq
olunmuşdur. Halbuki, digər protoslav boyları kimi, rusların əcdadları da,
I minil boyu Avropaya ged
ən türklərlə iç-içə olmuşlar. Monqol istilasına
q
ədər XI-XII əsrlərdə də Qıpçaq çölünün batı bölgələrində Tuqorkan və
Bonyakın, doğudasa Şarukan və Konçakın başçılıq etdiyi qıpçaq xanlıqları
il
ə rus knyazlıqları arasında sıx əlaqə vardı.
Kiyev
knyazları hakimiyətdə
ortaya
çıxan problemləri çyornıe klobuki (qaraqalpaq) adlanan boyların
yardımı ilə çözür, qonşu knyazlarla aparılan savaşlarda onlara güvənirdi-
l
ər.
594
Kiyevin Sv.Sofia m
əbədində XI əsrə aid türkcə belə bir yazı
vardır:
Tatük Küc popin Belovejskiy Bök
ə çuası İvan çurabi bojue ölti.
Ölti alba bu.
Q
ədim rus salnamələrində isə türk şəxs, boy və oymaq adları bol-
bol
işlənir. «İqor polku haqqında söz» dastanında xeyli türk sözləri var-
dır.
595
Bel
ə ki, knyaz İqorun yürüşü haqqındakı «İpatevski»
salnam
əsində belə deyimlərə rast gəlmək olur :
«V
ə onda Köbək Karlıyeviçi iki oğlu ilə, İzay Bilükoviçi və onun
qardaşı Bokmışı, Osaluku, Barakı, Tarxı, Danili və həmçinin Sodvak
Kulobiçi d
ə əsir aldılar və orada Koryaz Kalatanoviçi, Tarsuku və hədsiz
sayda
başqalarını öldürdülər»; «Və İqor dedi: Düşünürəm ki, bütün Polo-
vets torpa
ğını (elini) - Konçakı və Koz Burnoviçi (burunoba) və Toksobiçi
(tokuzoba, Kolobiçi (koloba) v
ə Yetebiçi (yetioba) və Tertrebiçi
(dörtoba v
ə
ya terteroba)
üz
ərimizə qaldırmışıq».
596
594
Rus dövl
ətində bir neçə əsr sonra ayrı-ayrı boylardan seçmə süvari alaylarındakı
döyüşçülər kazak adlandığı kimi, görünür, çyornıe klobuki adı altında da peçeneq, tork,
berendey (
baranlı), koyu, kaspiç, polovets (kuman), turpey və başqa türk boylarından
olan
döyüşçülər vardı.
595
Сулейменов, 1975; Менгес, 1979; Баскаков, 1985.
596
«
И взяли в плен тогда Кобяка Карлыевича, с двумя сыновями, Билюковича
Изая, и брата его Бокмыша, Осалука, Барака, Тарха, Данила и Содвака Куло-
бичского также пленили, и Коряза Калатановича тут убили и Тарсука, а прочих -
без счета»; «И сказал Игор: Вот думаю, что собрали мы на себя всю землю
Половецкую - Кончака, и Козу Бурновича, и Токсобича, Колобича, и Етебича, и
Тертробича» (ПЛДР, 347, 355).
315
Miladdan son
rakı minillikdə Doğu Avropanın geosiyasi durumunu
turk
boylarının ardıcıl olaraq qurduğu siyasi qurumlarsız təsəvvür etmək
mümkün
deyil.
Bölg
ədə
hökmranlıq edən
türk
boyları
burada bir-birinin
ardınca qüdrətli
Hun,
Avar,
Bulqar, X
əzər və
sair dövl
ətlərini
qurmuşdu:
Tarix kitab-
la
rında türk boy-
larının Avropaya köç tarixi adətən «xalqların böyük köçü» adı altında
verilir v
ə güya bu köç II əsrdən başlanır. Əslində, bu, Avropadakı yerli
xalqları II əsrdən hərəkətə gətirən türk boylarının daha öncə başlanmış
böyük köç da
lğasının təsiri idi. Bəzi prototürk və türk boylarının (as,
qam
ər, saqa, ağacəri və s.) Avropaya köç tarixi eradan əvvəlki minillərə
aiddir. Sonralar bura g
ələn türk boyları ulu dədələrinin yolunu təqib
etmişlər. Belə ki, bulqar boyları I minilin ortalarında Böyük Bulqar
(
Μεγάλη Βουλγαρια) dövlətini gələnəksəl olaraq Azaq dənizi yaxasında
h
ələ m.ö.VIII-VII əsrlərdə qamər-saqa boylarınn oturduğu bölgədə qurdu.
Türkl
ərin sayı Avropada çox idi. Belə ki, uzmanların yazdığına görə,
t
əkcə aparıcı boyu kəngərlər olan peçeneq boyları konfederasiyasının
400 min süvari
döyüşçüsü vardı.
597
Avropaya
axınla gələn türk boylarının tərkibində başqa dilli boylar
da olurdu. Az
ərbaycan üzərindən quzeyə qalxan türk boyları konfederasi-
ya
sında qafqazdilli boyların, Orta Asiya, Güney Sibir bozqırlarından Av-
ropaya g
ələn türk boylarının tərkibində isə iran, finuqor və monqoldilli
tayfaların olması təbii idi. Bu baxımdan, Çin sınırlarından qalxaraq batıya
yön
ələn və Avropanın göbəyində böyük imperiya quran hunlar da istisna
t
əşkil etmirdi. Belə ki, Atillanın birinci xanımı Arıkan, oğulları İrnek, El-
lak, Dengizik,
atası Muncuq, əmisi Oktar təmiz türk adı daşısa da, hunla-
rın türk-monqol qarışıqlı mələz bir xalq olması da mümkündür. Atillanın
dig
ər əmisi Rua qerman adı daşıyır. Qaynaqların Oibars, Basıq, Kursıq,
597
Pritsak, 2000, 513.
316
Eşkam, Atakam kimi qeyd etdiyi hunların adları türkcədir. Son iki addakı
kam sözü is
ə Qamata adında olduğu kimi kahin anlamı daşıyır.
Q
ədim dünya cahangirlərinin sırasında şərəfli yeri olan Atillaya
q
ədər hun başçıları Balamer, Uldin Karaton, Rua artıq hunların gücünü
Avropada
tanıtmışdı. 434-də hunların başçısı Rua Bizansa böyük yürüş
hazırlığına başladığı dönəmdə ölür, lakin onu əvəz edən qardaşı oğulları
Bleda v
ə Atilla Bizansdan alınan vergini ikiqat artırmağa nail olurlar.
598
İtil çayını II əsrdə keçən hunlar öncə Xəzər yaxalarında oturdular və IV
əsrin ortalarından sonra Azərbaycan üzərindən Anadoluya bir neçə yürüş
etdil
ər, V əsrdə isə Avropanın orta bölgələrinə üz tutdular. Hələ 412-də
hun
kağanının Xəzər yaxasında olan qərargahı 430-da artıq Tuna yaxa-
sında idi. Atilla öləndən sonra hunlar başqa türk boylarına qarışdılar.
Bizans
qaynağı 482-də Atillanın oğlu İrnekin başçılıq etdiyi kutriqur və
utiqur
boylarını da içinə alan bir bulqar konfederasiyasından bəhs edir.
599
VI
əsrdə İtil-Don hövzəsində görünən bulqar adı altında macar (μάζαροι),
onoqur (
ονόγουροι, ωνόγουροι) və uturqur (ουτούργουροι, ουτίγουροι)
hun
boyları idi. Onoqur və kutirqur hunlarını da içinə alan avarlar isə
başçıları Bayan kağan (558-582) dönəmində xeyli güclənmişdilər.
Avropanın göbəyində avar türklərinin qurduğu dövlət çox qüdrətli idi, hətta
Bizans o
çağın nəhəng dövləti sayılsa da, imperator Tiberiusun vaxtında Avar dövlətinə
598
Менгес, 1979, 38.
599
Tekin, 1987, 1;
Менгес, 1979, 47.
317
ild
ə 80 min som qızıl verirdi. Sonralar bu rəqəm 580-623-cü illər arasında vaxtaşırı
artaraq 200 min
əcən qalxmışdı.
600
Kuvrat (Kubrat)
xanın qurduğu Qara (Böyük) Bulqar dövləti avar
boylarının hücumları ilə zəifləmiş, Xəzər elinin böyüdüyü çağlarda isə
süqut
etmişdi. Kuvrat 642-də öləndən sonra yerinə keçən böyük oğlu Bat-
bayan (Bezmer) X
əzər kağanına tabe oldu. Bulqarların bir qismi batıya
Tuna
çayı yaxalarına, bir qismi də doğuya İtil çayı yaxalarına köçdülər və
sonra Tuna v
ə İtil bulqarlarının yeni iki dövləti yarandı. İtil bulqarlarının
başçısı Şilkoğlu Almuş xan 900-cu illərdə İslamı qəbul etdi və Caffar bin
Ablullax
adını aldı. Xəzər kağanlığına bağlı olan İtil bulqarları ticarətlə
geniş məşğul olurdular. Onlar saxladığı orduya «saklab (slav) deyirdi-
l
ər».
601
Kuvratın kiçik oğlu Asparuxun idarəsində olan kutriqur boyları
is
ə bir bölük onoqur boyu ilə birlikdə batıya çəkilib slav torpağı Besara-
biya bölg
əsinə və Tuna yaxalarına keçdilər.
Avar v
ə Bizans kimi qüdrətli dövlətlərin sınırındakı müasir Macarıstan
ərazisində Tuna Bulqar dövləti yarandı. 681-də Asparux ilə Bizans imperatoru arasında
bağlanan müqaviləyə görə Bizans bir il müddətində bulqarlara vergi verməli idi. Bu
çağlarda Balkan dağlarındakı keçidlərdən tutmuş Qaradəniz yaxası, Besarabya, Dobruca
v
ə bəzi quzey bölgələr Bulqar dövlətinin sınırları daxilində idi. Bulqarların yerləşdiyi
Trakiya (müasir
Bolqarıstan) artıq VII əsrin sonlarından Bolqariya adlanmağa başlayır.
Bolqariya
şəhərlərində əsasən yunan, kəndlərində slav mənşəli əhali yaşayırdı, hakim
t
əbəqə isə bulqar türkləri idi. Necə ki, m.ö. XXII əsdə Qut elbəylərinin türkcə adı
üçüncü n
əsildə sami adlarına, m.ö.VI-III əsrlərdə Azaq yaxasında saqa dövlətinin
başında duran elbəylərin nəsilləri dəyişdikcə onların türk adı yunan adına çevrilirdisə,
el
əcə də bulqar dövlətinin başındakı xanların adı Kurum xanın oğlu Omurtaqdan sonra
türklüyünü itirirdi:
602
Dulo soyu
(680-740):
Asparux (
İsperix), Tervel, N.., Sevar;
Vokıl (Ukıl) soyu
(740-762):
Kurmış, Vinex;
Boyar soyu
(762-803):
Telec, Sabin, Umar, Toktu, Paqan (Bayan),
Teleriq, Kardam;
Kurum soyu
(803-986):
Kurum, Omurtaq, Malamir, Presyan Zviniça,
I Boris Mixal, Vladimir Rasate, I Simeon Velki,
Anna, Piotr, II Boris, Roman.
600
Pritsak, 2000, 511; Avar dövl
əti yalnız VIII əsrin sonunda frank kralı Böyük Karlın
(768-814) bir neç
ə hücumundan sonra dağıldı.
601
Pritsak, 2000, 512.
602
HB, 1988, 289-290.
318
Bulqar-slav
ilişkilərindən bəhs edən macar alimi Geza Feher yazır
ki,
slavların maddi-mənəvi kulturunun təşəkkülünə təkan verən Tuna bul-
qar türkl
ərinin qurduğu dövlət onların bir xalq halını almasına yardım et-
di v
ə bu durumun təsiri bütün slav toplumunun mədəniyətində dərin iz
bu
raxdı.
603
Lakin
Tanrıçılıq dininin xristianlıqla əvəzlənməsi, dini ədəbi-
y
atın qrek və əski slavca yayılması, qarışıq evlənmələr və bu kimi sair sə-
b
əblər bulqar türklərinin dilini dəyişməsi ilə nəticələndi.
Avropaya
tanrıçılıq dini ilə gedən türk boylarının çoxu orada xris-
tian dinin
ə keçdi. Məhz bu din dəyişmə ilə milli gələnəklərini və dilini
itir
ən türk boylarının əksəri slavlaşdı. Bəzi qaynaqlara görə, dulo soyun-
dan olan bulqar
xanı Kuvrat hələ 619-da vaftiz olmuşdu. Qafqaz türkləri
arasındakı bəzi boylarda xristianlıq daha əvvəllər yayılsa da, Avropada
türkl
ərin xristianlaşması bir neçə əsr sonra başlandı. Türk boylarının Av-
ropada xristian
laşması səbəblərindən biri də xristian qadınlarla evlənmək
idi. Uzmanlar
yazır ki, belə ailələrdə böyüyən uşaqlar Bizans gələnəklə-
ril
ə tərbiyə aldığından onların vaftiz olması problem yaratmırdı və nəsil
d
əyişdikcə xristianlaşma olayı da kütləvi hal alırdı. «Avar kağanlığında
xristianlıq artıq VII əsrdə yayğınlaşmışdı».
604
Tuna
bulqarları isə daha son-
ralar xristi
anlığı qəbul etdi. I Boris xan 864-də Bizans ortodoks xristian-
lığını rəsmi dinə çevirdi və Mixail adını aldı.
605
Dini
ədəbiyatın əski
kilis
ə slavcası ilə yayılması, öncə yunan, sonra kiril əlifbasından istifadə
olunma
sı da türk runik əlifbasını unutdurdu. Borisin oğlu Vladimir (889-
893)
əski tanrıçılıq dininə qayıtmaq istəsə də, onu əvəz edən və uzun
müdd
ət dövləti idarə edən qardaşı Simeon (893-927) xristianlaşmanı başa
çatdırdı.
Slav
boyları ilə türklərin əlaqəsi öncə Orta Avropa və Balkanlarda
baş vermişdirsə, sonrakı ruslarla əlaqə Doğu Avropada olmuşdur. Rus
xalqının, rus dövlətinin formalaşmasında xəzər, peçeneq, kuman-qıpçaq
v
ə sair türk boylarının böyük rol oynaması və Qədim Rusiyada məşhur
knyazların kumanlarla qohumluğu bir çox tədqiqatçının diqqətini çəkmiş-
dir.
606
Yelizaveta
Şipovanın iki minə yaxın sözü əhatə edən «Rus dilində
603
Feher, 1984, 4.
604
Harmatta, 1988, 23-24.
605
Ruslarda geniş yayılan Boris adının bars//barıs olduğunu düşünürdüm, lakin bu
adın etimologiyasını barış sözü ilə bağlayan prof. Mustafa Önərin mənə göndərdiyi
m
əqaləsinin əlyazması ilə tanış olandan sonra onun yozumunu daha doğru saydım.
606
Менгес, 1979, 67.
319
türkizml
ər sözlüyü» aydın göstərir ki, rus dilində türk sözlərinin önəmli
ç
əkisi vardır.
607
Avropadakı rus və digər slav boylarının sosial-siyası yaşamında bir
sıra yeni kultur gələnəyinin formalaşması burada bir-birinin ardınca qu-
rulan türk dövl
ətlərinin təsiri ilə gerçəkləşmişdir. Belə ki, slav dillərində
qoyunçuluq,
atçılıq, metalişləmə sənəti, yemək və geyim kulturu, ticarət,
gömrük,
savaş və dövlətçilik gələnəyi ilə bağlı bəzi termin və sözlərin
türkc
ə olması bu sahələrdə slav xalqlarının mədəni inkişafında türklərin
oynadığı rolu açıq sərgiləyir.
608
Avropaya
atçılıq sənətini qədim saqa-qamər (skit-kimmer) türkləri
g
ətirmişdi. Avropalılara üzəngini də avarlar tanıtdı.
609
D. S. Setarov q
ə-
dim v
ə əski rus qaynaqlarında at cinslərinə aid xeyli türkizm olduğunu
aşkar etmişdir.
610
Rus dilind
ə rəng bildirən sözlərin çoxu türkcədir: al
>
alıy, bakır >baqr//baqrovıy, bor
>
burıy, çal
>
çalıy, bulanıy və s.
Veril
ən örnəklər də göstərir ki, monqol istilasına qədər Doğu Av-
ropada rus-türk
əlaqələri davamlı olmuş, geniş bölgələri əhatə etmişdir.
Öz
əlliklə, m.s. I minilin ortalarından sonra qədim rus və ukrayna boyla-
rının avar, bulqar, xəzər, peçeneq və kuman boyları ilə əlaqələri ardıcıl
şəkildə və daha intensiv olmuşdur. Lakin bu iki slav xalqının folklor və
mifologiyasında, dilində elə qatlar var ki, onlar protoslav çağını əks et-
dirir v
ə bu çağda alınan türkizmlər m.ö. I minilə aiddir.
611
607
Шипова, 1976, 22-444.
608
Otara, tovar (davar),
tovariş, arxar, baran, tamqa, tamojnya, dengi, yaponça, kalpak,
serqa, arkan, ataman, cigit,
baqatır, boyar, karaul, tolmaç, kapkan, baxça, oçaq, utyuq,
ayran, kolbasa,
kumıs, piroq, şaşlık, dolma, kirpiç, kişlak, koçevat, kurqan, orda və s.
609
Pritsak, 2000, 511.
610
Burada
katır, kulan, işak, loşad, tabun, tarpan kimi bəlli sözlərlə yanaşı aktaz, ar-
qamak, balaban, baxmat, bityuq,
bulanıy, burıy, qunan, daqan, dunan, ciqitay, iqrene-
vıy, imnyuşka, kaltarıy, karabair, karakovıy, karıy, kaurıy, kobıla, kosyak, lonşak
(
loşak), maştak, merin, oqer (ayqır), savrasıy, xalyunıy, çaqravıy, çalıy, çankarıy,
çubarıy kimi terminlərin etimologiyası da verilir (Сетаров, 1981, 16-30).
611
Bel
ə ki, rus və türk dillərində komu (kimə), mne (mənə) əvəzlikləri, pervıy tipli
sözl
ərdəki bir sayı, danışıq dilində prixodi da (gəl də), beri da (al da) kimi işlənən da
ədatı, papin sın (atanın oğlu) sözündə olduğu kimi -in morfemi (meşşanin, dvoryanin,
qorojanin, selyanin, slavyanin), türkc
ədə gələn, vuran kimi sözlərdə olan -n feili sifət
morfemi (sdelan) v
ə bir çox sözdüzəldici və qramatik şəkilçilərin paralelliyi vardır.
320
Slav
mifologiyasındakı Yarilo, Kupalo, Lel, Kostroma, Perun kimi
panteonlar
sırasında özəl yeri olan Mokoş finuqor, Xors və Simarql isə
türk m
ənşəli kimi qeyd olunur.
612
Başqa Avropa xalqlarından fərqli ola-
raq, slavlar q
ədim Azərbaycanda «tanrı» anlamı daşıyan baq (Göytürk
yazılarında bağa) sözünü də Avropadakı türklərdən protoslav çağında
alıb boq və boğ şəklində işlətmişlər. Eyni durum m.ö. I minilin əvvəlində
Az
ərbaycana gələn irandilli boylarda da özünü göstərir.
613
Yalnız fərq
bun
dadır ki, slavların dilində bu qədim söz onların içində ərimiş gəlmə
türk
boylarıdan qalmış adstrat, qədim pers dilində isə yerli türk
boylarından alınmış substrat sözdür. Slav dillərində belə alınmaların
q
ədimliyini (m.ö. I minil) sübut edən faktlardan biri də qırx və köpək
kimi sözl
ərin slav dillərində «s» ilə işlənməsidir.
Hindavropa dill
ərinin kentum//satem dialekt bölgüsündə satem qru-
puna aid olan slav dill
ərində k
>
s d
əyişməsinin tarixi türklərdən alınmış
köp
ək
>
sobak(a), *
kırık
>
sorok d
əyişmələrində aydın əks olunmuşdur.
Bizc
ə, hər hansı bir türk və ya prototürk boyundan alınan kırk və köpək
sözl
ərinin də uğradığı k
>
s d
əyişməsi protoslav dilində m.ö.
I minild
ə baş
vermişdir. Sonralar slav-kuman əlaqələri çağında isə rus salnamələri
kuman b
əyinin Köpək
(Kobyak)
adını
olduğu kimi saxlamışdır, çünki slav
dill
ərində artıq «satemləşmə» prosesi çoxdan dayanmışdı.
Slav toplumu h
əmişə içinə aldığı başqa dilli əhalini çox asanlıqla assimil-
yasiya
etmişdir. Tarix boyu başqa dilli xalqların (german, finuqor, türk və
b.) ruslarla
qaynayıb-qarışdığı çağda yaranmış ikidilli (bilinqvizm) şəraitdən
rus dili qalib
çıxmışdır. Görünür, bu olayın özəl səbəblərindən biri də
rusla
rın başqa dili öyrənməyə meylli olmaması, başqa dildə danışanları
«dilsiz» (nemoy, nemets)
saymasıdır. Kontaktda olduğu xalqın dilini çətin
m
ənimsəyən ruslardan fərqli olaraq, qarşı tərəf rus dilinə keçib daha tez
assimilyasiyaya
uğrayır. Rus toplumu içində minillər boyu türk boylarının
bel
əcə ərimə olayı sürəkli davam etmişdir. «Başqa boyların qədim rus
etnosu içind
ə əriməsi doğu slavların yayıldığı quzey və güney bölgələrdə
daha intensiv
olmuşdur».
614
T
əsadüfi deyildir ki, bugün rus dili dünyanın ən zəngin dillərindən
biridir.
Bu dild
ə həm rusların içində əriyən xalqın dil özəllikləri, həm də
612
СИКР, 1978, 168.
613
Geniş məlumat üçün bax: «Azər xalqı», 2000, 241-243 və
Ъялилов,
1988, 111-
113.
614
СИКР, 1978, 60; H. Qalton hətta slav dillərinin təkmilləşib inkişaf etməsində
q
ədim türklərin böyük rol oynadığını yazır (Galton, 1997, 14).
321
kontakda
olduğu xalqların dilindən alınan çoxlı sözlər vardır. Çox vaxt
rus dilin
ə daxil olan söz elə dəyişir ki, onun ilkin formasını müəyən etmək
ç
ətin olur. Məsələn, «yükləmək» anlamında işlənən navyuçivat sözündə
türkc
ənin yük sözünü bərpa etmək üçün rus dilinin morfonoloji və qra-
matik (
на-вюк/ч-ивать) qaydalarını bilmək gərəkir. Azər dilində də rus
dilind
ən sonrakı alınmalardan fərqli olaraq, qədim slav dillərinə aid söz-
l
ərin alınma tarixi İslamaqədərki çağlara aiddir. Belə ki, Avropa xalqları
il
ə təmasda olmuş saqa, hun, subar, avar, qıpçaq kimi boyların bəzi dəstə-
l
əri Azərbaycana qayıdanda həmin xalqlardan mənimsədiyi muzd (mzda),
tünük (tonkiy), dam (dom) kimi sözl
ərlə qayıtması təbii idi.
Az
ərbaycan türklərinin etnogenezindən danışarkən vaxtilə Avropada
protoslav v
ə slav boyları ilə əlaqədə olmuş türk boylarının köç yönlərini
d
ə diqqətə almaq lazım gəlir. Çünki Azərbaycana Quzey Qafqaz üzərin-
d
ən qayıdan həmin boyların bir qismi Avropaya Azərbaycandan gedən
protoaz
ər və azər boyları idisə, bir qismi də oraya Altay tərəflərdən gələn -
boylar idi. Bel
ə ki, Ön Asiya mənşəli as, qamər, saqa türklərindən fərqli
olaraq, vaxtil
ə doğuya getmiş və monqol qarışığı qabarıq olan saqaların
bir qismi v
ə hunlar doğu türkləri idi. Avropaya m.ö.VIII əsrdə doğudan
ged
ən saqaların yolunu sonralar hunlar (ola bilsin ki, həm də avarlar) tək-
rar
etmişlər. Hunların İtil (Volqa) çayını keçib, Xəzər yaxalarında görün-
m
əsi m.s. II əsrə aid qaynaqlarda yer almışdır.
615
B
əzi doğu türk boyları-
nın Azərbaycana gəlib yerləşdiyi bölgələrdə onların etnoqrafik, mifoloji
v
ə dil özəllikləri müəyyən iz buraxmışdır. Sonrakı bitiklərin uyğun böl-
m
ələrində bu izlərdən söhbət açılacaqdır.
Bel
əliklə, İslamaqədər minil boyunca Ural-Karpat dağları arasında böyük
bozqır çölünün ayrı-ayrı lokal bölgələrində gerçəkləşən türk-slav boylarının
siyasi, iqtisadi v
ə hərbi əlaqələri bütöv bölgənin demoqrafik transforma-
siyasına səbəb oldu. Türk boylarının çoxu (hun, avar, bulqar, xəzər və s.)
slav toplumu içind
ə əridi, batıda yalnız xəzər boylarından yəhudi
karaiml
ər (karaylar), xristian qaqauzlar, krımçaklar kimi azsaylı boylar
günümüz
əcən dilini və etnik kimliyini saxlaya bildi. Avropadakı hun,
avar, bulqar, suvar v
ə başqa türk boylarının bir qismi də müxtəlif çağlarda
Az
ərbaycana gayıtdı. İtil-Ural hövzəsindəki doğu bulqar-subar boyları
is
ə, əksinə, öz içində finuqor boylarını əritdi və onlardan çuvaş, tatar,
615
Джафаров, 1993, 11-15.
322
başqord xalqları yarandı.
616
Dostları ilə paylaş: |