1. Bələdiyyə mülkiyyətinin iqtisadi məzmunu, strukturu və formalaşması problemi - Yerli özünüidarəetmə orqanlarının öz funksiyalarını iqtisadi siyasət çərçivəsində həyata keçirməsi üçün lazımi qədər özünəməxsus iqtisadi və maliyyə resurslarına malik olmaq hüququ vardır.
- Yerli özünüidarəetmə orqanlarının maliyyə vəsaitlərinin bir hissəsi həmin orqanlar tərəfindən qanunla onlara verilmiş səlahiyyət çərçivəsində dərəcəsi, yaxud səviyyəsi müəyyən edilən yerli vergi və yığımlar hesabına formalaşmalı.
- Yerli özünüidarəetmə orqanlarının vəsaitlərinin əsaslandıqları maliyyə sistemi kifayət qədər müxtəlif və çevik olmalıdır ki, həmin orqanlar öz səlahiyyətlərini icra etdikdə meydana gələ biləcək məsarif (xərc) dəyişmələrini müşayiət edə bilsin.
- Maliyyə vəziyyətləri qeyri-bərabər olan yerli özünüidarəetmə orqanları arasında bu vəziyyəti tənzimləmək üçün maliyyə tarazlığı prosedurası və ya ölçü ekvivalenti işə salınmalıdır. Bu zaman həmin ölçü ekvivalenti və ya tənzimləyici tədbirlər yerli özünüidarəetmə orqanlarının səlahiyyətlərini məhdudlaşdırmamalıdır.
Bunlarla birlikdə dövlət yerli özünüidarəetmənin müstəqilliyini etiraf edərək və təminat verərək öz öhdəsinə sərhədləri daxilindəki yerli özünüidarəetmə orqanlarının fəaliyyəti üçün zəruri iqtisadi, maliyyə və s. şəraiti yaratmaq vəzifəsini götürür.
Əksər ölkələrdə yerli özünüidarəetmənin iqtisadi əsaslarının tərkibinə aşağıdakılar daxildir (51):
• Yerli özünüidarəetmə mülkiyyəti;
• Yerli özünüidarəetmə büdcəsi və digər maliyyə resursları;
• Dövlət mülkiyyətində olan, lakin yerli özünüidarəetmə orqanlarının idarəetməsinə verilən əmlak;
• Yerli əhalinin ümumi tələbatlarını ödəməyə xidmət edən digər mülkiyyət növləri.
İndi isə ayrı-ayrılıqda yerli özünüidarəetmənin iqtisadi əsaslarının tərkib hissələrini nəzərdən keçirək.
1. Yerli özünüidarəetmə mülkiyyətini bir iqtisadi kateqoriya kimi araşdırmaq və tədqiq etmək üçün, ilk növbədə, "mülkiyyət" kateqoriyasını, onun mahiyyətini, əhatə dairəsini aydınlaşdırmaq lazımdır. Mülkiyyət insan cəmiyyətinə onun meydana gəldiyi gündən tanışdır. Bu bütövlükdə insan varlığının nəhəng daşıdır. Mülkiyyət insanın, onu əhatə edən mühitin obyektlərini ona məxsus olduğu və özününküləşdirmə hisslərinin meydana gəlməsi ilə müəyyənləşir.
"Mülkiyyət" bir elmi kateqoriya kimi iqtisadiyyat və iqtisadi nəzəriyyənin meydana gəlməsi ilə elmi araşdırmanın, hər şeydən əvvəl fəlsəfə və hüququn obyektinə çevrilmişdir. Roma hüququ onun bir anlayış və onunla bağlı münasibətlər sistemi kimi əsas mahiyyətini açıb göstərə bilmişdir: obyektə sahibolma, sərəncamvermə və istifadəetmə. Mülkiyyət və mülkiyyət münasibətləri uzun zaman nəinki dövlətin iqtisadi əsaslarını müəyyən etmiş, hətta bütün siyasi və sosial sistemə nüfuz etmiş və onu aşağıdakı prinsip əsasında formalaşdırmışdır: «mülkiyyət kimindirsə hakimiyyət ona məxsusdur».
Beləliklə, "mülkiyyət" - elə münasibətlər sistemidir ki, onun bir tərəfində insanlar, qruplar və ya insan cəmiyyəti (subyekt), digər tərəfində isə maddi dünyanın istənilən substansiyası (obyekt) duran və bu tərəflər arasında daimi və müvəqqəti, bütövlükdə və ya qismən özgəninkiləşdirmə, ayırma və sahibolma kimi hallarla müşayiət olunan obyekt-subyekt münasibətləridir. Beləliklə, mülkiyyət, obyektin müəyyən subyektə məxsus olması ilə xarakterizə edilir.
Bildiyimiz kimi, müstəqillik əldə etdikdən sonra Azərbayjan jəmiyyətində gedən iqtisadi islahatların prinsipial məsələlərindən biri də mülkiyyət münasibətlərinin dəyişməsi və mülkiyyət formalarının müxtəlifliyinə, iqtisadi subyektlərin müstəqilliyinə və təşəbbüskarlığına əsaslanan yeni təsərrüfat mexanizminin yaradılması olmuşdur. Bazar iqtisadiyyatının inkişafı ilə əlaqədar vahid dövlət mülkiyyətinin dövlət, xüsusi və bələdiyyə mülkiyyətinə bölünməsi əsasında yenidən qurulması baş vermişdir. Dövlət mülkiyyətinin yeni ərazi strukturunun formalaşması nətijəsində inzibati-ərazi qurumları çərçivəsində yaşayan, əhalinin maraqları baxımından həll olunan məsələlərin xarakterindən asılı olaraq mülkiyyət obyektlərinin həjmi və xarakterinin optimal uyğunlaşdırılması prinsipi meydana çıxmışdır. Ona görə də yerli özünüidarəetmə orqanlarının təşkili və bu təşkilata dövlət tərəfindən mülkiyyət ayrılaraq, ümumi mülkiyyət münasibətlərində bələdiyyə mülkiyyətinin də etiraf olunmasını əvvəldə qeyd etdiyimiz prinsipin məntiqi davamı kimi də adlandıra bilərik.
Məlumdur ki, yerli özünüidarəetmə və ya bələdiyyə idarəetməsi, bu və ya digər inzibati-ərazi vahidində yaşayan əhalini təmsil edən, özünün inzibati-idarəetmə aparatına malik olan, seçki əsasında yaradılan orqan tərəfindən həyata keçirilən yerli əhəmiyyətli məsələlərin və işlərin həyata keçirilməsidir.
Demokratiyanın əsas atributu və konstitusiyalı quruluşun əsaslarından sayılan bələdiyyə institutu bu gün Azərbayjan üçün tamamilə yeni və gənj bir təşkilatdır. Təbii ki, hər bir təşkilatın rasional fəaliyyəti öz mülkiyyətindən effektiv istifadə ilə bağlı olduğu kimi, Azərbayjan bələdiyyələrinin də səmərəli inkişafı bilavasitə bələdiyyə mülkiyyətinin düzgün və rasional idarə olunması ilə bağlıdır.
Bələdiyyə təşkilatının fəaliyyətinin əsas iqtisadi vasitəsi olan bələdiyyə mülkiyyəti müasir iqtisadi sistemin ən vajib elementlərindən biri sayılır. Bu mülkiyyət ərazi təkrar istehsal sisteminin əsası olub, lokal bələdiyyə təşkilatları çərçivəsində təsərrüfat və sosial-məişət təyinatlı geniş obyektlər şəbəkəsini özündə birləşdirir. Bələdiyyə ərazisində yaşayan əhalinin həyat keyfiyyəti bələdiyyə mülkiyyətinin inkişafı və ondan effektiv istifadə olunmasından xeyli dərəjədə asılıdır. Buna görə də, qeyd etmək lazımdır ki, bu gün Azərbayjanda bələdiyyə mülkiyyətinin formalaşması və təşəkkülü prosesi hələ başa çatmamışdır. Belə ki, bu istiqamətdə müəyyən normativ hüquqi bazanın yaradılmasına baxmayaraq, bələdiyyə mülkiyyətinin istehsal, maliyyə və sosial tərkib formalarından istifadə olunması müvazinətli xarakter daşımır. Bunun üçün də bütün bu tərkib formalarının və ümumilikdə bələdiyyə mülkiyyətinin sahə və ərazi xüsusiyyətlərinin yenidən araşdırılaraq öyrənilməsi lazım gəlir.
Qeyd etmək lazımdır ki, bələdiyyə mülkiyyəti yerli əhalinin sosial müdafiəsinin əsas vasitəsi olub, yerli özünüidarəetmə orqanlarının öz səlahiyyətləri daxilində müstəqilliyinə və sərbəstliyinə xidmət edir. Məhz bələdiyyə mülkiyyətinin bu funksiyası ölkəmiz üçün çox mühüm əhəmiyyət kəsb edir.
Bələdiyyə mülkiyyətinin yerli özünüidarəetmə fəaliyyətində oynadığı vajib rola baxmayaraq, bu mülkiyyət forması tam tədqiq olunmamışdır və ona görə də bu günümüz üçün çox aktualdır.
Əvvəldə qeyd etdiyimiz kimi, bələdiyyə idarəetməsi Azərbayjan Respublikası üçün tamamilə yeni bir sistem olduğuna görə bizim iqtisadi ədəbiyyatlarda bələdiyyə mülkiyyətinin məzmunu, formalaşma şərtləri, inkişaf mənbələri və perspektivlərinə dair həsr olunan ayrıja elmi monoqrafiyalar, demək olar ki, yox dərəcəsindədir. Belə ki, yerli alim və tədqiqatçılarımızın bələdiyyə mülkiyyəti ilə bağlı olan araşdırmaları ümumi bələdiyyələrdən bəhs edən elmi-metodik ədəbiyyatlarda yalnız bir fəsil və ya bir paraqraf altında yer aldığı üçün bələdiyyə mülkiyyətinin ayrıca geniş təhlilinə çox ehtiyaj vardır.
Azərbayjan alimlərindən bələdiyyə idarəçiliyi sahəsində elmə xüsusi töhfələr bəxş edən A.Əliyevin, Ə.Qasımovun, V.Zeynalovun, E.Azadovun elmi əsərlərindən belə nətijəyə gəlmək olur ki, burada bələdiyyə mülkiyyəti ilə bağlı məsələlər ümumi kompleks xarakteri daşıyır .
Xariji ölkə alimlərinin bələdiyyə mülkiyyətinə dair olan elmi yanaşmaları bizdən fərqli olaraq bir növ tətbiqi xarakter daşıyır və burada onlar daha çox bələdiyyə mülkiyyətini ayrıja olaraq təhlil etməyə çalışaraq, mülkiyyətin hüquqi, siyasi, idarəetmə və maliyyə tərəflərinə toxunmuşlar. Məsələn, rus alimləri E.İlyuxin, A.Kulagin, V.Suxaçevski, V.Qriqoryev və b. bələdiyyə mülkiyyətinin yerli özünüidarə orqanlarının müstəqilliyində tutduğu rolu geniş təhlil edərək, nətijədə bu mülkiyyəti bələdiyyə fəaliyyətinin iqtisadi əsası kimi göstərmişlər.
Bələdiyyə mülkiyyətinin formalaşmasının xariji təjrübəsi Q.Barabaşevin, N.Klinovanın elmi işlərində də geniş əks olunmuşdur. Xariji alimlərdən olan F.Şnapp, J.Xivi, R.Fişmen isə bələdiyyə mülkiyyətinin təhlil aspektlərini bir qədər də konkretləşdirərək, yalnız funksiyalarını tədqiq etmişlər [38].
Göründüyü kimi, bələdiyə mülkiyyətinin respublikamızda inkişaf etdirilməsi üçün, ilk növbədə, aşağıdakı ardıjıl məsələlər öz əksini tapmalıdır:
bələdiyyə mülkiyyətinin sosial-iqtisadi məzmununun açıqlanması;
bələdiyyə mülkiyyətinin obyekt və subyekt quruluşunun araşdırılması;
müasir şəraitdə bələdiyyə mülkiyyətinin formalaşmasında meydana çıxan ziddiyyətlərin aydınlaşdırılması;
bələdiyyə mülkiyyətinin əsas funksiyalarının açıqlanması;
bələdiyyə mülkiyyətinin formalaşma prosesinin şərait baxımından qiymətləndirilməsi;
bələdiyyə mülkiyyətinin formalaşma prinsiplərinin müəyyənləşdirilməsi;
bələdiyyə mülkiyyətinin tərkibinin dinamik xarakterinin analizi;
bələdiyyə mülkiyyətinin idarəolunma sisteminin ölkəmiz üçün labüdlüyünün əsaslandırılması və onun vajib xarakterinin açıqlanması.
Mülkiyyət münasibətlərinin təhlili metodologiyası bələdiyyə mülkiyyətinin mövjudluq formasını onun təşkili formasından ayırmağı tələb edir [35]. Bu jür bölünmə bələdiyyə mülkiyyətinin məzmununda bir çox məsələləri aydınlaşdırır. Konkret desək, bələdiyyə mülkiyyətinin mövjudluq forması bu təşkilatın ərazi xüsusiyyətləri ilə müəyyən olunur. O, bələdiyyə mülkiyyətinin obyekt və subyektləri arasında olan qarşılıqlı münasibətlərin real məzmunu kimi təzahür edir. Bələdiyyə mülkiyyətinin təşkili forması isə bələdiyyə ərazisində yaşayan əhalinin ayrıja səjiyyəvi xüsusiyyətlərindən asılıdır. Buraya əhalinin gəlir səviyyəsi, əhali xərjlərinin strukturu, milli xüsusiyyətlər və s. daxildir.
Bələdiyyə mülkiyyəti dedikdə, ilk növbədə, bələdiyyə təşkilatının sahibolma, istifadəetmə və sərənjamvermə kimi hüquqları üzərində reallaşdıra bildiyi hər hansı əmlak nəzərdə tutulur.