Bələdiyyə mülkiyyətindən danışarkən, onun makro, mezo və mikrosəviyyədə təhlilini də yaddan çıxarmaq olmaz.
Bələdiyyə mülkiyyətinə ilk növbədə, makrosistem kimi baxıla bilər. Bu halda o, ölkədəki bütün bələdiyyə aktivlərinin tam həjmini, onların bələdiyyə təşkilatları üzrə bölünməsini, milli sərvətlərin həjmində onun xüsusi çəkisini, bələdiyyə tərəfindən istehsal olunan məhsulların ÜDM-də və MG-də olan payını və eləjə də yerli əhali üçün bələdiyyə mülkiyyətinin sosial-iqtisadi əhəmiyyətini özündə ehtiva edir.
Mezosəviyyədə isə bələdiyyə mülkiyyəti bələdiyyə təsərrüfatı sahələrinin formalaşdırılmasını və onların pioritet inkişaf istiqamətlərini təmin edən ərazi qurumu səviyyəsində götürülür. Burada bələdiyyə mülkiyyətinin təkrar istehsal funksiyası daha çox diqqəti jəlb edir. Bələdiyyə mülkiyyəti obyektlərinin təkrar istehsalı, məhz bələdiyyə təsərrüfatının fəaliyyəti prosesində baş verir.
Bələdiyyə mülkiyyətinə mikrosəviyyədə, yəni ayrıja olaraq bələdiyyə müəssisələri və təşkilatları səviyyəsində də baxıla bilər. Bu hüdudda da bələdiyyə mülkiyyəti özünəməxsus xüsusiyyətləri əks etdirir. Həmin xüsusiyyətlər aşağıdakılardan ibarətdir:
bələdiyyə müəssisələri gəlirsiz fəaliyyət göstərə bilər;
onlar əhali üçün maddi nemətlərin istehsalı və xidmətlərin göstərilməsi prosesini müəyyən nisbətdə tənzimləyə bilər.
Qeyd etdiyimiz bütün bu xüsusiyyətlər bələdiyyə mülkiyyətinə ijtimai səjiyyə bəxş edir.
Bələdiyyə mülkiyyəti obyektlərinin çoxsəviyyəli və mürəkkəb xarakteri ilə bərabər, onun subyekti də müəyyən mürəkkəbliyə malikdir.
Bələdiyyə mülkiyyətinin ilkin subyekti bələdiyyə əhalisidir. Məhz birinji səviyyədə mülkiyyət subyekti (mülkiyyətçi) kimi bələdiyyə əhalisi çıxış edir. Vətəndaşların (bələdiyyə əhalisinin) bu hüququ daha çox deklarativ xarakter daşıyır. Belə ki, bələdiyyə əhalisi bələdiyyə mülkiyyətinin bilavasitə sahibi sayılsa da, mülkiyyətdən istifadə və onun barəsində sərbəst sərənjamvermə kimi hüquqları onların seçdiyi, nümayəndəli təşkilat olan bələdiyyə orqanı vasitəsilə reallaşdırılır.
Deməli, aydın olur ki, bələdiyyə mülkiyyəti ilə əlaqədar real mülkiyyət hüququnu yerli əhali (bələdiyyə əhalisi) deyil, məhz bu əhalinin təşkil etdiyi bələdiyyə orqanı və bələdiyyənin seçkili vəzifəli şəxsləri daşıyırlar. Bu isə, bir qayda olaraq bələdiyyə orqanına mülkiyyətin ikinjidərəjəli subyekti statusunu verir.
Yerli özünüidarə orqanlarının bələdiyyə mülkiyyətinin subyekti kimi çıxış etməsi müvafiq qanunverijiliklə normativ təsdiqə malikdir. Məsələn, Azərbayjan Respublikası Konstitusiyasının 144-jü maddəsinin 6-jı bəndində bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərənjamvermə bələdiyyələrin müstəsna səlahiyyəti kimi təsbit olunur. Eyni zamanda, «Bələdiyyələrin statusu haqqında» Azərbayjan Respublikası Qanununun 32-ji maddəsində göstərilir ki, bələdiyyə öz əmlakına dair mülkiyyətçi hüququna malikdir, yəni sərbəst olaraq əmlakına sahiblik edir, ondan isifadə edir və ona sərənjam verir.
Apardığımız araşdırmalar əsasında belə bir nətijəyə gəlmək olar ki, bələdiyyə hüququnun daşıyıjıları baza subyektləri kimi bələdiyyə əhalisi və əhali qismində təmsil olunan yerli özünüidarəetmənin nüməyəndəli orqanı (seçkili vəzifəli şəxs) çıxış edir. Bu münasibətlərin yerdə qalan digər iştirakçıları baza səviyyəsindən bu və ya digər asılılıqda təzahür edirlər. Buna görə də onlar bələdiyyə mülkiyyətinin törəmə səviyyə subyektləri adlandırılır. Bələdiyyə mülkiyyətinin törəmə səviyyə subyektləri kimi bələdiyyə müəssisə və təşkilatlarını göstərmək mümkündür. Bu müəssisələr təsərrüfat idarəetməsi və operativ idarəetmə əsasında onlara etibar olunmuş əmlaka sahib olur, ondan istifadə edir və sərənjam verirlər.
Azərbayjan Respublikası Konstitusiyasının 13-jü maddəsinə əsasən qeyd etmək lazımdır ki, Azərbayjan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin maddənin ikinji bəndində isə deyilir ki, mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Bu isə bir daha onu söyləməyə əsas verir ki, dövlət bütün mülkiyyət formalarını bərabər səviyyədə etiraf edir və müdafiə edir.
İjtimai mülkiyyət forması olan bələdiyyə mülkiyyəti xüsusi mülkiyyət formasından prinsipial şəkildə fərqlənir. Belə ki, bələdiyə mülkiyyəti ijtimai rifahın yaxşılaşdırılmasına və ijtimai marağa, xüsusi mülkiyyət isə bir şəxsin və ya bir qrup şəxsin maraqlarına xidmət edir. Düzdür, hər halda sosial istiqamətli bazar iqtisadiyyatında xüsusi mülkiyyət də, ijtimai maraqları inkar edə bilməz və o, bu maraqlara xidmət göstərməyə uyğunlaşmalıdır. Amma burada nətijə etibarilə görünən əsas maraq tərəfi kimi yenə də xüsusi mülkiyyət sahibinin maraqları çıxış edir.
Bələdiyyə mülkiyyətinin digər mülkiyyət formaları arasında olan bərabərhüquqluluğu və sərbəst rəqabətliliyi baxımından müstəqil xarakter daşımasına baxmayaraq, bu mülkiyyət forması iki əks qütb xüsusi və ijtimai arasında formalaşır. Bu isə, bələdiyyə mülkiyyətinin obyekt və subyekt yönümdən təhlili zamanı onun plüralist xarakter daşıdığını söyləməyə əsas verir. Çünki bələdiyyə mülkiyyəti bir tərəfdən öz spesifik xüsusiyyətlərinə, obyekt və subyekt quruluşunun rəngarəngliyinə görə mülkiyyətin xüsusi formalarından biri kimi çıxış edir, digər tərəfdən isə, bütün bu müstəqilliyi ilə yanaşı o, bələdiyyə əhalisinə məxsusluğu ilə ijtimailəşir.
Nətijə etibarilə bələdiyyə mülkiyyətinin demokratik jəmiyyətdə olan sosial-siyasi mövqeyi müasir ölkəmizdə gedən iqtisadi proseslərdə onun formalaşdırılması və inkişafı yolu ilə istifadə olunmasının vajibliyini diktə edir.
İjtimai mülkiyyət növlərindən sayılan dövlət və bələdiyyə mülkiyyətini fərqləndirmək bir qədər mürəkkəbliyə malikdir. Belə ki, bəzi iqtisadi ədəbiyyatda bələdiyyə mülkiyyətinə dövlət mülkiyyətinin qeyri-mərkəzləşmiş forması kimi olan yanaşmalar hazırkı dövrümüzə qədər qalmaqdadır.
Lakin buna baxmayaraq Azərbayjan Respublikasının müasir Konstitusiyası bu jür yanaşmanı qəbul etmir. Ona görə də ölkəmizdə mövjud olan bələdiyyə mülkiyyətini dövlət mülkiyyətindən fərqləndirmək mümkündür və burada heç bir mürəkkəblik görünmür.
Bələdiyyə mülkiyyəti ilə dövlət mülkiyyəti arasındakı münasibətin müəyyənləşdirilməsində rus alimi E.İ.Kolyuşinin elmi yanaşma tərzi daha maraqlıdır. Müəllifin dövlət və bələdiyyə mülkiyyəti arasında olan fərqli əlamətlər üzrə verdiyi ümumi təsnifat aşağıdakılardan ibarətdir:
subyekt üzrə: dövlət mülkiyyətinin subyekti xalq və onun yaratmış olduğu dövlət hakimiyyət orqanlarıdır. Bələdiyyə mülkiyyətinin subyekti isə bələdiyyə əhalisi və onların təşkil etdiyi dövlət idarəetmə orqanları sisteminə daxil olmayan yerli özünüidarəetmə orqanlarıdır;
obyekt üzrə: dövlət mülkiyyətinin obyekti istənilən dövlət əmlakı ola bilər. Bələdiyyə mülkiyyətinin obyekti də istənilən bələdiyyə əmlakı ola bilər. Bundan əlavə olaraq eyni zamanda bələdiyyə mülkiyyəti dövlət mülkiyyətində də yerləşə bilər;
bələdiyyə mülkiyyəti hüququnun əldə edilməsi və ləğv edilməsi əsasına görə: dövlət mülkiyyəti hüququnun əldə edilməsində bəzi əsaslar, məsələn, milliləşdirmə, beynəlxalq saziş, ərazi güzəşti və s. bələdiyyə mülkiyyəti hüququnun əldə edilməsi və ləğv edilməsi üçün əsas ola bilməz;
məzmun baxımından: dövlət və bələdiyyə mülkiyyətinə sahib olma və ondan istifadə hüququ arasında fərqləndirmə aparmaq bir qədər çətindir. Ona görə ki, bələdiyyə mülkiyyətinə verilən müəyyən hissə mülkiyyət üzərində bələdiyyələrin sərənjamvermə hüququ dövlət hakimiyyəti ilə məhdudlaşdırıla bilir. Məsələn, dövlət tərəfindən bələdiyyələrə subvensiya verilən zaman bu, bələdiyyə büdjəsinə mədaxil olur və yerli büdjəni əmələ gətirir. Lakin buna baxmayaraq, həmin subvensiyalardan məqsədli istifadə edilməsini tələb edən dövlət orqanları, bir növ desək, bu mülkiyyət üzərində bələdiyyələrin sərbəst sərənjam verməsini məhdudlaşdırır.
Beləliklə də, demək olar ki, bələdiyyə mülkiyyəti iqtisadi kateqoriya kimi bir sıra xarakterik əlamətlərə və jizgilərə malikdir:
birinjisi, əvvəldə deyildiyi kimi o, mülkiyyətin qeyri-dövlət formasıdır. Xalq hakimiyyətinin nisbətən xüsusiləşmiş bir forması kimi yerli özünüidarəetmənin mövjud olması bu hakimiyyətin iqtisadi əsaslarının qurulmasını tələb edir. Bu isə, yerli özünüidarəetmənin iqtisadi əsasları sayılan bələdiyyə mülkiyyətini mülkiyyətin qeyri-dövlət forması kimi əks etdirir;
ikinji tərəfdən, bələdiyyə mülkiyyəti klassik mənada xüsusi mülkiyyət adlandırıla bilməz. Ona görə ki, bələdiyyə mülkiyyətinin tərkibinə bələdiyyə təşkilatının yaşayış fondları, yerli özünüidarə orqanlarının əmlakı, əhaliyə kommunal xidmətlərin göstərilməsi üçün olan bələdiyyə obyektləri, müəssisə və təşkilatları daxildir. Buraya eyni zamanda su-kanalizasiya təsərrüfatı, istilik, elektrik təjhizatı, mühəndis infrastrukturu və digər müəssisələr aid edilə bilər. Məhz bu aspektdə götürdükdə, bələdiyyə mülkiyyəti dövlət və xüsusi mülkiyyət arasında müəyyən sərhədə malik olaraq, bələdiyyə idərəetməsi üçün «müstəqil dəhliz» əmələ gətirir.
üçünjü tərəfdən isə, bələdiyyə mülkiyyəti xüsusi mülkiyyətdən fərqli olaraq yalnız gəlir gətirməyə istiqamətlənə bilməz. Belə ki, onun hüdudları həm də müvafiq ərazidə yaşayan əhalinin normal həyat fəaliyyətini əhatə etməlidir. Əlbəttə bu, o demək deyildir ki, bələdiyyələr öz mülkiyyətlərindən istifadə zamanı iqtisadi səmərə qazanma hüququndan məhrum olmalıdır, əksinə, bələdiyyələr bu səmərəni, məhz həmin sistemi düşünülmüş şəkildə idarə edərək, qazanmalıdır.
Bələdiyyə mülkiyyətinin səjiyyəvi jəhət və əlamətlərini təhlil edərək, onun daha səmərəli və effektiv strukturunu (modelini) irəli sürə bilərik:
Bələdiyyə mülkiyyəti bələdiyyə təşkilatı əhalisinin normal həyat fəaliyyəti şəraitini müəyyən edir;
İstehsal və sosial infrastruktur obyektləri kommersiya hesabı prinsipi ilə fəaliyyət göstərir və yerli büdjənin gəlir bazasını möhkəmləndirir;
Bələdiyyə mülkiyyəti yerli əhaliyə bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və sərbəst sərənjamvermə ilə bağlı proseslərdə aktiv iştiraketmə imkanı verən bir mexanizm yaradır;
Bələdiyyə mülkiyyətinin elementləri hərəkətdədir. Belə ki, vajib olan təqdirdə dövlət orqanları bələdiyyələrə pay verə bilərlər və ya əksinə;
Bələdiyyə mülkiyyətinin həjminin lazımi ölçüdə olması, bu hakimiyyətin stabilliyinin təmini deməkdir.
Bələdiyyə mülkiyyətinin obyekt-subyekt təhlilini apararkən və onun səjiyyəvi jəhətlərini müəyyənləşdirərkən, hadisəyə yalnız statik şəkildə baxmalı olduq. Lakin nəzərə almaq lazımdır ki, bələdiyyə mülkiyyəti elə bir kateqoriyadır ki, onun əsasında dinamik təzahür durur. O, sadəjə obyektin (istehsal vasitələri, bələdiyyə infrastrukturu, kommunikasiya) müəyyən subyektə (bələdiyyə institutuna) mənsubluğunu ifadə etmir və eyni zamanda bələdiyyə əhalisinin müxtəlif tələbatlarının ödənilməsinin təmini və bu əsasda yerli kollektivə real mənfəət gətirməsini xarakterizə edir. Bu isə, o zaman mümkün olur ki, bələdiyyə mülkiyyətindən səmərəli istifadə olunur, daha doğrusu, bələdiyyə mülkiyyəti bələdiyyənin sosial-iqtisadi sisteminin mövjudluğu üçün vajib olan və əhalinin maddi rifah halını yaxşılaşdıran sabit gəlir gətirir.
Deməli, bələdiyyə mülkiyyəti bələdiyyə əhalisinin seçdiyi nüməyəndəli orqan (bələdiyyə) vasitəsilə sosial-iqtisadi ərazi sistemində təkrar istehsalın və iqtisadi inkişafın təmini üçün istehsal vasitələri və əmək predmetlərinin mənimsənilməsi əsasında öz ərazisində yerləşən təbii resurslara, istehsal və sosial infrastruktura birgə sahibolma, ondan istifadə və sərbəst sərənjamvermə yoluyla müəyyən olunan münasibətlər sistemidir.