“ kafedrası Mövzu: “Dövlət və bələdiyyə idarəetməsi” kursunun predmeti və vəzifləri


Sahibolma  bələdiyyə mülkiyyətinin ilkin forması olub hüquqi və rəsmi şəkildə onun subyektə təhkim olunmasını əks etdirir. İstifadəetmə



Yüklə 0,54 Mb.
səhifə50/57
tarix19.05.2023
ölçüsü0,54 Mb.
#117554
1   ...   46   47   48   49   50   51   52   53   ...   57
referat 3390

Sahibolma  bələdiyyə mülkiyyətinin ilkin forması olub hüquqi və rəsmi şəkildə onun subyektə təhkim olunmasını əks etdirir.
İstifadəetmə  bələdiyyə orqanının öz arzu və istəyinə uyğun olaraq mülkiyyət obyektlərinin təyinatı üzrə tətbiqi ilə bağlı olan mülkiyyət münasibətləridir.
Sərəncamvermə  bələdiyyə mülkiyyəti münasibətlərinin real-laşdırılmasının çoxəhatəli vasitəsi olub, mülkiyyət subyekti qismində çıxış edən bələdiyyələrə sahib olduqları obyektlərə münasibətdə öz baxışlarına əsasən çıxış etməyə və onun istifadəsi, digər subyektlərə verilməsi, başqa bir obyektə çevrilməsi və hətta ləğv edilməsi ilə əlaqədar qərar verə bilmək hüququ verir.
Hər bir bələdiyyə orqanının mülkiyyyətində olan əmlak iki hissəyə bölünür. Birinji hissə bələdiyyə müəssisə və təşkilatlarına təh­kim olunan və bu əsasda təsərrüfat idarəetməsi və operativ idarəetmə hüququnu verən əmlak, digər hissə isə bələdiyyə təşkilatının və onun tabeliyində olan müəssisə və təşkilatların yerli büdjə vəsaitləri olub, bütövlükdə bələdiyyə büdjəsini təşkil edən mülkiyyət hissəsidir.
Bütün bu deyilənlərdən belə bir qənaətə gəlmək olar ki, bələdiyyə mülkiyyəti bələdiyyə iqtisadiyyatının reallaşdırılması və inkişafının əsas vasitəsidir. Vacib iqtisadi resurslar formasında çıxış edən bələdiyyə mülkiyyəti olmadan bələdiyyə iqtisadiyyatını təsəvvür etmək qeyri-mümkündür.

Şəkil 1. Bələdiyyə iqtisadiyyatının funksional sxemi
Şəkildən göründüyü kimi, iqtisadi resurslar formasında bələdiyyə təsərrüfatını təşkil edən bələdiyyə mülkiyyəti digər resurs­larla birlikdə bələdiyyə əhalisinin həyat keyfiyyətinin artırıl­masına xidmət göstərir .
Haqqında söhbət açdığımız bələdiyyə mülkiyyəti digər mül­kiy­yət formalarından məhz öz spesifikliyi ilə fərqlənir. Bələdiyyə mül­kiy­yə­tinin özünəməxsusluğu onun malik olduğu obyektlərin mürəkkəb xa­rakteri ilə səjiyyələnir. Belə ki, bələdiyyə mülkiyyəti bir tərəfdən yer­li əhəmiyyətli məsələlərin həlli, bələdiyyə əhalisinin mən­zil-kom­mu­nal, sosial-mədəni və məişət tələbatlarının ödənilməsi ilə əlaqədar məqsədli xarakter daşıyır. Digər tərəfdən isə o, yerli əhə­miyyətli geniş məsələlər dairəsinə böyük təsir göstərdiyi və xüsusilə bələ­diyyə əm­la­kı­nın ijarə və istifadəsi hesabına reallaşdırılması əsa­sında yerli büdjə gə­lirlərinin təmin olunmasında ərazinin sosial infra­struk­tu­ru­nun, əha­li­nin məşğulluğu və sosial müdafiəsi institut­larının inkişafı vasitəsilə möhkəmləndirilməsində, nəqliyyat, infor­ma­siya, məişət kom­mu­ni­ka­si­yası sayılan yollar, qaz və su boruları, istilik şə­bəkəsi və s. vasitəsilə olan mühəndis infrastrukturunun inki­şafında, kiçik və orta biznesin stimullaşdırılmasında, bütöv­lük­də bazar infra­strukturunun yara­dıl­ma­sı və möh­kəmləndirilməsində iştirak etdiyi üçün özünün müstəsna çoxfunksionallığı ilə seçilir. Məhz bələdiyyə ərazisində yaranan bütün iqtisadi imkanlar, son olaraq bələdiyyə mülkiyyətinin zəngin tərkibi əsasında mümkün olur.
Bu gün bələdiyyə mülkiyyətinin iqtisadiyyatda olan muasir vəziyyəti aşağıdakı şəkildə səjiyyələnir:
 iqtisadi sistemdə bələdiyyə mülkiyyəti münasibətləri əsasında yerinə yetirilən funksiyalardan asılı olaraq, bələdiyyə mülkiyyəti obyektlərinin formalaşma prosesinin təyini;
 bələdiyyə mülkiyyətinin həm bələdiyyənin öz əhəmiyyətliliyi, həm də orada yaşayan əhalinin həyat fəaliyyəti baxımından yekjins olmaması;
 bələdiyyə mülkiyyəti obyektlərinə sahibolmada müəyyən diskretlik və qeyri-dəqiqlik.
Buna görə də bələdiyyə təşkilatında mülkiyyətin sahibi və isti­fadəçisi arasında funksiyaların bölünməsi baş verir ki, bu da, öz növ­bə­sində, bələdiyyə mülkiyyətinin mənimsənilməsi və idarə edilməsində bir növ antaqonizmin gizli formalarının yaranmasına şərait yaradır [34].
Məlum olduğu kimi, bələdiyyə mülkiyyətinin strukturu və xarakteri, bir qayda olaraq, müvafiq hüquqi sənədlərlə (bələdiyyə qanunları) təsbit olunur. Bələdiyyə mülkiyyəti hüququ bələdiyyə təşkilatına, daha dəqiq desək, şəhər və ya kənd yaşayış məntəqələrinə məxsusdur. Həqiqətdə isə bu hüququ bələdiyyə təşkilatı adından yerli özünüidarə orqanı həyata keçirir. Burada bələdiyyə mülkiyyətinin subyekti kimi bələdiyyə orqanı, qismin də xüsusi tapşırıqla həm hüquqi şəxslər, həm də bilavasitə vətəndaşlar çıxış edə bilərlər.
Bir çox xariji ölkələrin bələdiyyə qanunlarına nəzər salsaq gö­rə­rik ki, bələdiyyə mülkiyyətinin strukturuna  yerli büdjə vəsait­ləri, qeyri-büdjə fondları, yerli özünüidarəetmə orqanına məxsus olan əmlak, bələdiyyə mülkiyyətinə daxil olan torpaq və digər təbii re­surs­lar, bələdiyyə müəssisə və təşkilatları, bələdiyyə yaşayış fondları və qeyri-yaşayış sahələri, bələdiyyə təhsil müəssisələri, sağlamlıq, mə­də­niyyət və idman mərkəzləri, digər daşınan və daşınmaz əmlak da­xildir.
Xariji təjrübədən bəhrələnən respublikamızda qəbul olunan bələdiyyə qanunlarında (söhbət «Bələdiyyələrin statusu haqqında» Azər­bayjan Respublikası Qanunundan gedir) da, demək olar ki, bələ­diy­yə mülkiyyətinin tərkib strukturu buna bənzər şəkildə təsbit olun­muş­dur.
«Bələdiyyələrin statusu haqqında» Azərbayjan Respublikası Qanununun 33-jü maddəsinə əsasən birmənalı şəkildə demək olar ki, respublikamızda mövjud olan bələdiyyə mülkiyyətinin tərkibinə yerli vergilər və ödənişlər hesabına formalaşan yerli büdjənin vəsaiti, bələ­diyyənin büdjədənkənar fondları, bələdiyyə əmlakı, habelə bələ­diy­yə torpaqları, bələdiyyə müəssisə və təşkilatları, bələdiyyə mən­zil fond­ları və qeyri-yaşayış binaları, dövlət və xüsusi mülkiyyətdə ol­ma­yan yollar, bələdiyyə təhsil, səhiyyə, mədəniyyət və idman müəs­sisələri, digər daşınar və daşınmaz əmlak daxildir.
Bu müqayisədə bələdiyyə mülkiyyətinin tərkib quruluşuna da­xil olan elementləri bir az da artırmaq olar. Başqa jür desək, bələ­diy­yə mülkiyyətinin tərkib strukturunu bir qədər də diferen­siallaş­dırsaq, həmin quruluşa nəqliyyat, tijarət, ümumi qidalanma, məişət xidməti, təmir-tikinti, mənzil istismarı və ritual xidmətlər göstərən unitar müəssisələrin, su boru-kanalizasiya təsərrüfatının, istilik təj­hizatı, elek­trik və qaz təminatı, eləjə də elektronəqliyyat obyektlərinin də daxil olduğunu görə bilərik.
Xariji və yerli təjrübəni əsas götürərək, bələdiyyə mülkiyyəti obyektlərini ümumi şəkildə aşağıdakı kimi təsnifləşdirə bilərik:

  1. Bələdiyyə müəssisə və idarələri, onlara təhkim olunan əmlak;

  2. Yerli özünüidarəetmə orqanlarına təhkim olunan əmlak;

  3. Torpaq və digər təbii resurslar;

  4. Bələdiyyə maliyyə-kredit müəssisələri;

  5. Yerli büdjə vəsaitləri.

Qeyd olunan təsnifatı nəzərə alaraq, bələdiyyə mülkiyyətinin strukturuna daxil olan elementləri oxşar əlamətlərinə görə üç qrupa bölmək olar:
 birinji qrupa bələdiyyənin keyfiyyət funksiyalarının reallaş­dırılması üçün vajib olan mülkiyyət obyektlərini daxil etmək olar. Buraya yerli büdjə vəsaitləri və qeyri-büdjə fondları, sahibolma, istifadə və sərənjam hüquqlarının üzərində reallaşdırıla bilinən bələdiyyə büdjəsi aid edilir;
 ikinji qrupa bələdiyyə təşkilatının malik olduğu sosial iqtisadi sistemi (təsərrüfatı), daha doğrusu, təsərrüfat idarəçiliyi əsasında əmlaka malik olan unitar müəssisələr daxil edilir.
 üçünjü qrupa isə operativ idarəetmə əsasında əmlaka malik olan təhsil, mədəniyyət və səhiyyə müəssisələrini aid etmək mümkündür.
Qruplaşmadan göründüyü kimi, burada bələdiyyə mülkiyyəti obyektləri fəaliyyət recimi üzrə olan əlamətlərə əsasən təsnifləşmişdir. Həmin təsnifatı, eyni zamanda digər əsaslara görə də, məsələn, bələdiyyə mülkiyyətinin əmlak və dəyər üzrə ifadə olunma xarakterinə və ya bələdiyyə mülkiyyətinin gəlirvermə, gəlirgətirmə, özü­nü­maliyyələşdirmə və büdjə qoruma kimi xüsusiyyətlərinə görə də müəyyənləşdirmək olar.
Ümumilikdə, bələdiyyə mülkiyyəti obyektlərini aşağıdakı şəkil vasitəsilə daha aydın təsəvvür etmək olar.
Şəkil 2-də bələdiyyə mülkiyyətinin obyektləri ətraflı təsvir olunsa da, məsələyə nəzəri baxımdan yanaşarkən belə nətijəyə gəlmək olur ki, yaşadığımız bugünkü dövrün özündə belə bələdiyyə əhalisi üçün xidmətlərin göstərilməsində həyati əhəmiyyət daşıyan mülkiyyət obyektlərinin bələdiyyələrə verilməsi prosesi tam başa çatmamışdır və indi də ölkəmizdə davam etməkdədir. Təbii ki, respublikamızda paralel gedən özəlləşmə prosesi də burada müəyyən təsirə malikdir. Hər halda hesab etmək lazımdır ki, əhalinin maraqları baxımından yaşayış fondlarının, sosial təyinatlı obyektlərin, şəhər infrastrukturu obyektlərinin bütünlüklə bələdiyyələrə verilməsi Azərbayjan Respublikasında bələdiyyə mülkiyyətinin formalaşması üçün daha böyük mənbə rolunu oynaya bilər.



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin