“ kafedrası Mövzu: “Dövlət və bələdiyyə idarəetməsi” kursunun predmeti və vəzifləri


Şəkil 3. «Bələdiyyələşmənin rasional ardıcıllığı» modeli



Yüklə 0,54 Mb.
səhifə53/57
tarix19.05.2023
ölçüsü0,54 Mb.
#117554
1   ...   49   50   51   52   53   54   55   56   57
referat 3390

Şəkil 3. «Bələdiyyələşmənin rasional ardıcıllığı» modeli

Beləliklə, mülkiyyət formalarının transformasiyası konteks­tində bələdiyyə mülkiyyətinin formalaşmasını aşağıdakı şəkildəki (şəkil 4.) kimi təsəvvür etmək olar:



Şəkil 4. Mülkiyyət formalarının transformasiyası
əsasında bələdiyyə mülkiyyətinin formalaşması
Şəkildən aydın olur ki, dövlət mülkiyyəti və xüsusi mül­kiy­yətin bələdiyyələşməsi nətijəsində əldə edilən bələdiyyə mülkiy­yə­ti­nin özü də dəyişkəndir. Belə ki, bu və ya digər şəraitdən asılı olaraq bə­lədiyyə mülkiyyəti xüsusi mülkiyyət forması ilə birgə mil­li­ləş­di­ri­lə­rək, dövlət mülkiyyətinə, dövlət mülkiyyət forması ilə birgə özəl­ləş­di­ri­lərək isə, xüsusi mülkiyyətə çevrilə bilir. Məhz, milliləşdirmə və özəlləşdirmə bələdiyyə mülkiyyətinin azalmasına səbəb olduğu üçün, həmin yollar bələdiyyə mülkiyyətinin formalaşması və inkişafı baxımından qeyri-məqbul hesab edilir və təbii ki, burada ən optimal yol bələdiyyələşmə sayılır. Hesab etmək olar ki, bələdiyyələşmə yolu ilə yerli özünüidarəetmə mülkiyyətində həm kəmiyyət artımına, həm də keyfiyyət artımına nail olmaq mümkündür .
Qeyd etmək lazımdır ki, respublikamızda bələdiyyə mül­kiy­yətinin dövlət mülkiyyətindən ayrılması prosesi hələ tam başa çatmamışdır. «Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında» Azərbayjan Respublikası Qanununda göstərilir ki, bu Qannunda və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan və bələdiyyələrin səlahiyyətlərinin həyata keçirilməsi üçün zəruri mənzil-kommunal, sosial-mədəniyyət ob­yektləri, əhalinin ümu­mi istifadəsində olan obyektlər və digər dövlət əmlakı bələdiyyə mülkiyyətinə verilir (bax: maddə 4). Bu isə o deməkdir ki, bələdiyyə mülkiyyətinin formalaşmasında əsas aparıjı rol əvvəlki kimi yenə də dövlət hakimiyyət orqanlarına məxsusdur.
Deməli, bu gün bələdiyyə orqanlarının mülkiyyətinin iqtisadi jəhətdən zənginləşdirilməsində bütün məsuliyyət və javabdehlik dövlət orqanlarının üzərinə düşür. Təbii ki, həmin problemi həll etmək üçün sadəjə olaraq dövlət mülkiyyəti obyektlərinin alınaraq, bələdiyyələrə verilməsi də düzgün olmazdı. Çünki həmin obyektlər içində region iqtisadiyyatı üçün elə əhəmiyyətli dövlət obyektləri ola bilər ki, onların bələdiyyələrə verilməsi, şəhər və yaxud müvafiq rayon büdjəsinin tamailə məhvinə gətirib çıxarar. Fikrimizjə, vəziyyətdən yeganə çıxış yolu bu və ya digər müəssisənin ümumi şəhər (rayon) və ya konkret bələdiyyə miqyasında fəaliyyətinə müqayisəli yanaşmanın tətbiqi və bu əsasda yarana biləjək müqayisəli fərqlərin və dəyərlərin müəyyənləşdirilməsi ola bilər. Məhz bu metodla hər hansı bir müəssisənin illik gəliri ilə dövlət büdjəsindən bələdiyyələrə göstərilən maliyyə yardımı tutuşdurularaq, həmin müəssisənin bələdiyyə mülkiyyətinə verilib-verilməməsi müəyyənləşdirilə bilər.
Qeyd olunan müqayisədə dövlət müəssisələrinin bələdiyyələrə verilməsi yeganə məqsəd deyildir. Burada digər bir məqsəd həmin müəssisələrin bələdiyyələrə verilməsi ilə onun illik gətirəjəyi gəlir qədər yerli büdjələrə olan transfertlərin həjminin azaldılması çıxış edir.
İlkin baxışda bu prosedur mənasız görünür. Yəni bələdiyyələr bu zaman maddi baxımdan nə qədər qazanırsa, o qədər də itirməsi güman edilir. Lakin məsələnin dərinliyinə nüfuz etsək, hər şey aydın olar və görərik ki, mülkiyyətin bələdiyyələrə verilməsi zamanı şəhər (rayon) heç nə itirmir, bələdiyyə təşkilatı isə, müəyyən xeyir əldə edir:

  1. Bələdiyyələrin gəlir payı artır və onların dövlət hakimiyyət orqanlarından iqtisadi asılılığı azalır;

  2. Qarşılanan maliyyə axınlarının həjmi azalır və öz növbəsində inflyasiya xarakteri daşıyan faktorlara səbəb olan büdjə itkiləri aradan qalxır;

  3. Yerli özünüidarəetmə orqanlarında yerli büdjənin formalaşdırılması zamanı, rəhbərlərin özlərini kənara çəkməsi kimi tez-tez nümayiş etdirdikləri əhval-ruhiyyə neytrallaşır. Artıq, rəhbər şəxslər qrupuna aid edilən yerli özünüidarə orqanı sədri və bələdiyyənin seçkili vəzifəli şəxsləri işgüzar fəallıq nümayiş etdirməli olaraq, bələdiyyə üçün vajib olan vəsaitləri müstəqil şəkildə qazanmağa başlayırlar. Əks halda yerli büdjənin maliyyələşdirilməsi zamanı bütün məsuliyyət onların üzərinə düşür;

  4. Bələdiyyə orqanları bu zaman bazar şəraitinə uyğun böyük iş təjrübəsinə malik əmək kollektivi olan və real fəaliyyət göstərən bir müəssisəyə sahib olaraq, ona sərənjam ve­rirlər. Belə bir müəssisənin bələdiyyə mülkiyyətinə verilməsi özü­nəməxsus impuls kimi yerli özünüidarəetmə orqan­la­rının maliyyə-təsərrüfat müstəqilliyinin möh­kəm­lən­diril­məsində əhəmiyyətli dönüş nöqtəsi ola bilər. Həmin müəs­sisə personalının iş təjrübəsi isə, bələdiyyə orqan­larının yeni struktur vahidlərinin yaradılmasına və aşağı rentabelli müəssisələrin müasirləşdirilməsinə kömək edə bilər.

Göründüyü kimi, bələdiyyə mülkiyyətinin hüdudlarının müəy­­yənləşdirilməsi çox uzun bir prosesdir. O, bir ilə başa gələ bilməz. Ona görə də hər bir bələdiyyə orqanı məqsədəuyğun şəkildə an­jaq öz qüvvəsinə güvənməli, bələdiyyə mülkiyyətini sərbəst for­ma­laşdıra bilmə imkanını əldə əsas tutaraq, bu yolla bələdiyyələrə mənfəət verə biləjək müxtəlif istehsal obyektləri yaratmalıdırlar [22]. Təbii ki, belə fəaliyyətə qanunverijilkdə də yol verilir. Məsələn, «Bələdiyyələrin statusu haqqında» Azərbayjan Respublikası Qa­nununda birmənalı şəkildə deyilir ki, qanuna uyğun olaraq bə­lə­diyyələr təsərrüfat fəaliyyəti və qanunverijiliklə qadağan edilməmiş başqa fəaliyyətlə məşğul olmaq üçün müstəqil hüquqi şəxslər yarada bilər, onların yenidən təşkili və ləğvi məsələlərini həll edə bilərlər (Maddə 34).

Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin