DAŞDIOĞULLAR kəndi – Maşaver çayının sol sahilində,
avtomobil yolunun kənarında, rayon mərkəzindən 12 km
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 14
gündoğarda, dəniz səviyəsindən 430 m hündürlükdə.
Toponimin Dəşti-Qullar, Daşlı-Qullar, Dəşti-oğullar anlamları
var. Bulqarların qıpcaq tirəsi kollar, alban tayfası kellər, qıp-
caq-qarapapaqlar içindəki Kul tayfası ilə ilgili ola bilər. Kəndin
adı 19-cu əsr sənədlərində Ağbabalı kimi də gedir. Əhalisi:
1870’də 25 ailədə 168 nəfər; 1918’də 180 nəfər; 1926’da 40
ailədə 184 nəfər; 2002’də 279 ailədə 893 nəfər (445 kişi, 448
qadın), 2006'da 279 ailədə 900 nəfər. Məktəb 1924-cü
ildəndir. Orta məktəb (2005’də 11 sinifdə 240 şagird)
fəaliyətdədir.
Məşhurlar:
əmək
qəhrəmanları
Əmirxan
Abbasov, Heyransa Mehdiyeva vəb.
DƏLLƏR (Müşevan) kəndi – Maşaver çayının sağ
sahilində, rayon mərkəzindən 14 km günbatarda, dəniz
səviyəsindən 750 m hündürlükdə. Dəllər vəya Aran-Dəlləri
deyilir. Türkmənşəli Tele/Tələ tayfasının adını əks etdirir. Bu
tayfa Kolayır kəndindəki Dəllər nəsliylə genetik qohumdur.
Yaxında 10–11-ci əsrlərə aid kiçik ölçülü salon formalı kilsə
aşkarlanıb. Pir deyilən yerdəki qəbirüstü daşda kaman, saz
çalıb-oxuyan aşıq təsviri diqqəti çəkir. Əhalisi: 1870’də 7
ailədə 47 nəfər; 1918’də 198 nəfər; 1926’da 53 ailədə 314
nəfər; 2002’də 290 ailədə 1194 nəfər (607 kişi, 587 qadın),
2006'da 246 ailədə 1200 nəfər. Məktəbin tarixi 1931-ci ildən
götürülür. Təməl məktəb (2006’da 9 sinifdə 142 şagird) fəa-
liyətdədir. Məşhurları: ağsaqqallar Hüseyn İmanoğlu, Alı
Sarıoğlu, Yəhya Məmmədoğlu, Səməd Süleymanoğlu, Vəkil
Sarıyev, Əlimədəd Muxtarov, zurnaçı Söyün, aşıqlar Murad
Kövrək, Əhəd, Əli, Bafəli, şair ‘Şərəf’ ordenli Əlixan Yəhyaoğ-
lu, xeyriyəçi Eldəniz Yəhyaoğlu, alimlər Əlican Sarıyev,
İbrahimxəlil Tatıyev, Şamo İsrafilov vb.
DƏMİRLİ kəndi – Gədi çayının sol sahilində, rayon
mərkəzindən 21 km qərbdə, dəniz səviyəsindən 800 m
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 15
hündürlükdə. Əhalisi: 1918’də 109 nəfər; 1926’da 20 ailədə
109 nəfər; 2002’də 95 ailədə 359 nəfər (172 kişi, 187 qadın),
2006'da 96 ailədə 350 nəfər. İlk məktəb 1932-ci ildə yaradılıb.
Təməl məktəb (2006’da 9 sinifdə 66 şagird) fəaliyətdədir.
Məşhurları: ağsaqqallar Mədəd İbrahimov, Nəbi Qarallı, müəl-
limlər Cəlal Osmanov, Həmid Şabanov, hüquq-mühafizə işçi-
ləri Tofiq Şahbazov, Rasim Şahbazov, ictimaiyətçilər Nəbi
Şahbazov, Əjdər Məmmədov, alimlər Ənvər Şabanov, İbad
Əhmədov, Əlövsət Osmanlı vb.
ƏSMƏLƏR kəndi – Maşaver çayının sol sahilində,
avtomobil yolunun kənarında, rayon mərkəzindən 7 km
gündoğarda, dəniz səviyəsindən 450 m hündürlükdə. Əhalisi:
1870’də 6 ailədə 40 nəfər; 1918’də 66 nəfər; 1926’da 8 ailədə
43 nəfər; 2002’də 91 ailədə 286 nəfər, 2006'da 91 ailədə 268
nəfər. İbtidai məktəb (2005’də 4 sinifdə 9 şagird)
fəaliyətdədir. Məşhurları: alimlər Şakir Xəlilov, Kamal
Gülməmmədov vb.
FAXRALI kəndi – Talaver çayının sahilində, rayon
mərkəzindən 19 km gündoğarda, dəniz səviyəsindən 560 m
hündürlükdə. Yaxınlıqda qədim abidələr, səkkizayaqlı kilsə,
qəbirüstü yazılar, 17-ci əsrin yadigarı məscid diqqəti çəkir.
Əhalisi: 1870’də 170 ailədə 1139 nəfər; 1926’da 470 ailədə
2321 nəfər; 2002’də, 1447 ailədə 6891 nəfər (3255 kişi, 3636
qadın), 2006'da 1568 ailədə 6784 nəfər. Dünyəvi məktəb
1919-cu ildə yaradılıb. Orta məktəb (2005’də 26 sinifdə 563
şagird), iki Təməl məktəb (2005’də müvafiq olaraq 17 sinifdə
267 şagird və 10 sinifdə 143 şagird) fəaliyətdədirlər. Borçalıda
saz-söz, din, təhsil ocaqlarından biridir; şairə Fatma Alı qızı,
şair Polad, şair İveylər Allahverdi, şair Güllər Pəri, şair Güllər
İsmayıl, şair Kərbəlayı Molla Alı, şair Misgin Nəbi, Şeyx
Qurban, Şeyx Səlim, Şeyx İsgəndər, Şeyx Binəli, təhsil xa-
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 16
dimləri Koxalı Axund Hacı Qazi Ələsgər, Mirzə Rza Əlizadə,
Həbib Əlizadə, Mirzə Seyfulla, Pənah Mahmudov, el
ağsaqqalları
Təhməzqulu
Dünyamalıoğlu,
İman
Təhməzquluoğlu, Oruc ağa, Hacı Məmmədəli, Hacı Həsən,
Hacı Molla Oruc, Hacı Həmid Kərimov, Musa Haqverdioğlu,
Şərif Budaqov, Mehralı Həsənov, Aslan Əliyev, Məşədi
Gülməmməd, el igidləri Qara Namaz, Qaçaq Rustam, Çər-
çioğlu Hümbət, Dəli Eyub, el şairləri Şaban, Kəbleyi Qara,
Hüseyn, Səkinə Alməmmədli, Kərbəlayı İbrahim, İsmayıl
Güllər, yaradıcı aşıq Sarvan Bayram, ifaçı aşıqlar Dünnü
(Dünyamalı), Mürsəl, şairlər Əli Səngərli, Məmmədəli Əlləzov,
Səməndər Məmmədov, Azərbaycan Milli Məclisinin üzvü olmuş
profesör Şamil Qurbanov, alimlər Oruc Piriyev, Şəmistan
Mikayılov, Namaz Bədəlov, Əli Hüseynov, Hüseynqulu
Məmmədov, Tahir Pənahov, İbrahim Əlizadə, Şamil Orucov,
Polad Poladov, Vaqif Nəbiyev, Əflatun Həsənov, Qurban Qa-
sımov, Əli Əlizadə, əmək veteranları Eyvaz Məmmədov,
Həsən Qurbanov, Uğurlu Hüseynov, jurnalistlər Hacı Həsənov,
Məmməd Məmmədov, Dünyamalı Bayramov, Əflatun Amaşov,
şair-publisist Rəşid Faxralı, folklorçu Elxan Məmmədli,
polkovnik Bahəddin Həsənov, hüquqşünas vitse-polkovnik
İsaxan Aşırov, incəsənət işçiləri Həsən Həsənov, Ələddin
Həsənov, uşu-sanda üzrə dünya çempionu Canpolad
Budaqov, ictimaiyətçilər Arif Əliyev, Aydın Qurbanov, Abbas
Abbasov, veteran müəllimlər Cümşüd Gülməmmədov, Səyyad
Allahverdiyev, həkim Səməd Məmmədov vb. Misgin Nəbinin,
Şair Şabanın şerlər topluları, Faxralı şairlərinin əsərlərindən
ibarət ‘Faxralı Tək Ağır Elim Var Mənim’ toplusu, Hüseynqulu
Məmmədlinin ‘Görüm Faxralının Biri Olsun Beş...’, Rəşid
Faxralının ‘Oğuz Eli Faxralı’ kitabları qiymətlidir.
GÜLƏVER kəndi – Gədi çayının sol sahilində, rayon
mərkəzindən 17 km qərbdə, dəniz səviyəsindən 810 m
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 17
hündürlükdə. Bulqarların qıpçaq tirəsi kollarla, alban tayfası
kellərlə, qıpçaq-qarapapaqlar içindəki Kul tayfası ilə bağlılığını
düşünmək mümkündür. İki qismə bölünür: Yuxarı Güləver
[Cipor] və Aşağı Güləver [Gədi–Qeta]. Əhalisi: 1870’də Yuxarı
Güləverdə 7 ailədə 47 nəfər, Aşağı Güləverdə 7 ailədə 47
nəfər; 1918’də Yuxarı Güləverdə 155 nəfər, Aşağı Güləverdə
218 nəfər; 1926’da Yuxarı Güləverdə 39 ailədə 231 nəfər,
Aşağı Güləverdə 28 ailədə 153 nəfər; 2002’də Yuxarı
Güləverdə 117 ailədə 522 nəfər, Aşağı Güləverdə 173 ailədə
698 nəfər, 2006'da Yuxarı'da 117 ailədə 500 nəfər, Aşağı'da
150 ailədə 781 nəfər. Kənddə (Yuxarı Güləverdə) ilk məktəb
1930-cu ildə yaradılıb. İndi Yuxarı Güləverdə Təməl məktəb,
Aşağı Güləverdə orta məktəb var. Məşhurları: təsərrüfatçı Mü-
seyib Mirzəyev, maarifçilər Mustafa İsayev, Fərəməz
Mehdiyev, Ziyadxan Namazov, Fərəməz Cəlilov, profesorlar
Əliyar Namazov, Kərim Məmmədov, alim, Gürcüstanda
Azərbaycan şivələrinin tədqiqçisi Teymur Qarayev, hüquq-
mühafizə işçisi Mərfət Musayev vb.
HASANXOCALI kəndi – Maşaver çayının sol sahilində,
Marneuli–Bolnisi şose yolunun kənarında, rayon mərkəzindən
13 km gündoğar səmtdə, dəniz səviyəsindən 430 m
hündürlükdə. Əhalisi: 1803-cü ildə 22 ailədə 76 nəfər;
1870’də 21 ailədə 141 nəfər; 1918’də 180 nəfər; 2002’də 264
ailədə 846 nəfər (437 kişi, 409 qadın), 2006'da 258 ailədə
794 nəfər. Dünyəvi təhsil ocağı 1921-ci ildən fəaliyətdədir.
İndi Təməl məktəb var. Məşhurları: maarifçilər Yusif Əfəndi
Allahyarzadə, Ramiz Məmmədəlizadə, Məhərrəm İsmayılov,
şair Bəhram Mehdi vb.
İMİRHƏSƏN kəndi – Maşaver çayının sağ sahilində,
rayon mərkəzindən 13 km gündoğarda, Tbilisi–Qazret
dəmiryolunun
kənarında,
dəniz
səviyəsindən
470
m
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 18
hündürlükdə. Kəndin adı əzəl məxəzlərdə Mirasan-Durğaya
anılır. Bu toponimin oğuzların Eymur/Əymir tayfasının, yaxud
qıpçaqların tərkibində olmuş, noqaylarda indi də yaşayan İmir
tayfasının adı ilə ilgili olduğu gümanlanır. Əhalisi: 1870’də 50
ailədə 315 nəfər; 1926’da 104 nəfər; 2002’də 437 ailədə 1717
nəfər (835 kişi, 882 qadın), 2006'da 395 ailədə 1720 nəfər.
Dünyəvi məktəbin tarixi 1921-ci ildəndir. Orta məktəb
(2005’də 18 sinifdə 267 şagird) fəaliyətdədir. Məşhurları:
əmək qəhrəmanları Qoca Fətullayev, Tamam Bayramova,
Abbas İsmayılov, profesorlar Mahmud Allahverdiyev, İsfən-
diyar İsmayılov, veteran müəllim Fəzləddin Quliyev, aşıq Sədi
Mərdanov vb. Nəsimi Ənvərin ‘Borçalıda yurd yeri –
İmirhəsən’ adlı kitabı, eləcə də yerli şairlərin şeirlərindən
ibarət ‘Türk ocağı – sazlı, sözlü İmirhəsənim’ toplusu üzdədir.
İNCƏOĞLU kəndi – Bolnisçayın sol sahilində, rayon
mərkəzindən 12 km cənub-şərqdə, dəniz səviyəsindən 615 m
hündürlükdə. Oğuz-səlcuq-türkman soylu İncəoğlu tayfasının
vəya Qıpçaların Əncə tayfasının adındandır. Əhalisi: 1918’də
77 nəfər; 1926’da 23 ailədə 117 nəfər; 2002’də 161 ailədə
618 nəfər, 2006'da 147 ailədə 620 nəfər. İlk məktəb 1927-ci
ildə yaradılıb. Təməl məktəb (2005’də 9 sinifdə 71 şagird)
var. Məşhurları: profesorlar Tengizxan Musayev, İlham
Musayev, ictimaiyətçi Cəlal Yaqubov vb.
KAZRET QƏSƏBƏSİNDƏ. – Maşaver vadisində, rayon
mərkəzindən 18 km günbatarda, dəniz səviyəsindən 680 m
hündürlükdə.
Xəzər
etnonimindən
törədiyi
düşünülür.
Yaxınlıqda Xəzərli dərəsi var. Qəsəbə yaxınında erkən tunc və
antik dövrlərə, 6–7-ci əsrlərə, 16–17-ci əsrlərə aid arxeoloji
materiallar üzə çıxarılıb. Mis saflaşdırma müəssisəsi məş-
hurdur. Əhalisi: başqa millətlərlə yanaşı, 2006'da 21 ailədə
100 nəfər azərbaycanlı. Qəsəbədə gürcü-rus-azərbaycan orta
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 19
məktəbinin Azərbaycan şöbəsi (98 azərbaycanlı şagird) var.
Məşhurlarından: şair İbrahimxəlil vb.
KƏPƏNƏKÇİ (Kvemo-Bolnisi) kəndi – Adı Kəpənəkçi,
yaxud
Bolus-Kəpənəkçi
olub,
indi
Kvemo-Bolnisidir.
Bolnisçayın sahilində, rayon mərkəzindən 6 km güneydə,
dəniz səviyəsindən 600 m hündürlükdə. Bu toponimin Bolus
hissəsinin qədim oğuz, pəçənəq (bacanaq) ellərindən Bolus
tirəsi, Kəpənək hissəsinin isə qədim türk mənşəli Pəçənəq
tayfasının Kapan/Kəpən qolu ilə bağlılığı fikri ağlabatandır.
Yaxında yol kənarında 5–6-cı əsrlərə aid memarlıq abidəsi
var. Ərazisi: 1.013 hektar. Əhalisi: 1870’də 169 ailədə 1403
nəfər; 1918’də 1917 nəfər; 1926’da 408 ailədə 2257 nəfər;
2002-ci ilin statistik nəticəsinə görə, 2122 ailədə 6766 nəfər
(3387 kişi, 3379 qadın), 2006'da 1849 ailədə 7.700 nəfər. İlk
məktəb 1917-ci ildə yaradılıb. Orta məktəb (2005’də 20 si-
nifdə 455 şagird), təməl məktəb (2005’də 15 sinifdə 312
şagird) və Talıblı ibtidai məktəbi (2005’də 4 sinifdə 23 şagird),
Qəşməhlə ibtidai məktəbi (2005’də 4 sinifdə 20 şagird) fəali-
yətdədirlər. Məşhurları: 1912-ci ildə Tiflisdə çıxmış ‘Bəsdi,
oyan!’ kitabının müəllifi, 1915-ci ildə Tulada çıxmış sənədli
memuar-povestin qəhrəmanı, 1918’də Qars İslam Şurasının
sədri olmuş Emin ağa Hacallı, el şairləri Alxas ağa Hacallı,
Rəşid Hacallı, ağsaqqallar Allahverdi Göyüşoğlu, İsa Mahmu-
dov, Məhəmməd Bayramov, veteran müəllimlər Rəşid
Yaqubov, Hidayət Göyüşov, alimlər Lətif Güləhmədov, Vidadi
Acalov, Arif Acalov, şair Abbas Abdulla, Azərbaycan Milli
Məclisinin üzvləri olmuş Xalq Şairi Zəlimxan Yaqub, İsmayıl
Ömərov, Gürcüstan Parlamentinin üzvü olmuş Ramiz Bəkirov,
dövlət məmuru Məhəbbət Qarabağlı, ictimaiyətçilər İmran
Sərdarov, Rəşid Bədəlov, Zakir Məmmədov, Çingiz Yaqubov,
incəsənət işçisi Elxan Ocaqov, həkim Ziya Bayramov,
xeyriyyəçilər Xıdır Məhəmməd oğlu, Rəşid Bədəlov, Nurəddin
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 20
Mirzəliyev
vb.
Bakıda
‘Kəpənəkçi’
xeyriyyə
fondu
fəaliyyətdədir.
KİPİRCİK (Sarımmədli) kəndi – Tapan dağı ətəyində,
rayon mərkəzindən 24 km aralıda, dəniz səviyəsindən 900 m
yüksəkdə. Əhalisi: 1870’də 14 nəfər; 1918’də 98 nəfər;
1926’da 102 nəfər; 2002’də 30 ailədə 140 nəfər, 2006'da 41
ailədə 130 nəfər. Məktəb 1931-ci ildəndir.
KOLAYİR (Kolagir) kəndi – Borçalı çökəyində, Xram
çayının sol sahilində, dəniz səviyəsindən 470 m yüksəklikdə,
rayon mərkəzindən 17 km gündoğar səmtdə, Marneuli–Bolnisi
avtomobil yolunun 7 kilometrliyindədir. Toponim qədim türk
mənşəli Kola etnoniminin, yaxud da qıpcaq-qarapapaqlara
bağlı Kula (mənbədə Kulobiç – Kul oba içi) tayfasının adı ilə
türk dillərindəki «giren» – min alaçıqdan ibarət düşərgə
sözünün qarışması ilə düzəlib (orta əsrlərdə Anadolu
yarımadasında yaşamış Türkmən tayfasının bir qolu Ko-
lagir/Kolagirən adlanıb və bu qolun da Xocalı, Abdallı, Əyublu,
Darğalı, Dur Həsənli tirələri
də olub). Kəndin adına 1696-
cı ilin fərmanlarında rast gə-
lirik. Kənddə Kolagir qalası
qorunub saxlanır. Tarixi mə-
xəzlərə görə, əvvəlcə burada
Ağqala olub, 18-ci əsrin axır-
larında gürcü valisi İkinci
İraklinin xanımı Darəcan (Da-
riya) onun yerində indiki
qalanı inşa etdirib. Kəndin adına el arasında daha çox Kolayır
deyilir. Dğrdkünc biçimə malikdir. Divarın hündürlüyü 6 m.-
dir. İki girişi var. Əhalisi: 1803-cü ildə 12 ailədə 38 nəfər;
1870’də 28 ailədə 187 nəfər; 1886-cı ildə 25 ailədə 257 nəfər;
Kolagir qalası
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 21
1918’də 412 nəfər; 1926’da 82 ailədə 430 nəfər; 2002’də 553
ailədə 2319 nəfər (1180 kişi, 1139 qadın), 2006'da 517 ailədə
2400 nəfər. Məktəbin tarixi 1921-ci ildəndir. Orta məktəb
(2005’də 19 sinifdə 347 şagird) fəaliyətdədir. Məşhurları: din
xadimi Ağ Molla, ağsaqqallar Əli Rzazadə, Abbasəli Məm-
mədov, İslam İsayev, hüquq-mühafizə işçisi İsa Hüseynov,
şair Məhəmməd Rzazadə Mühəqqər, şair Əmiraslan Əliyev, el
şairləri Havaxanım, Müslüm Hüseynov, Hüseynəli Məmmədov,
Yadigar Əliyev, el musiqiçiləri Hacıkərim Bayramov, Yaşa,
Hüseyn Bayramov, İbrahim Bayramov, alim Qəzənfər Əlləzov,
profesör, Borçalışünas alim, şair, ‘Paralanmış Borçalı’, ‘Borçalı
ədəbi mühiti’, ‘Azərbaycan ədəbiyatının Borçalı qolu’ kitab-
larının müəllifi, ‘Şərəf’ ordenli Şurəddin Məmmədli, polis
general-polkovniki Yasin Məmmədov, veteran müəllimlər Rəfi
İsayev, Halay Əliyev, Almaz Məmmədov, Mamoy Məmmədov,
Mayor Əmrahov, Əsgər Əsgərov, Qaraxan Əlləzov, Adil Bay-
ramov, Avtandil Məmmədov, xeyriyəçi Şahin Məmmədov, icti-
maiyətçilər
Teymur
Məmmədov,
Muxrəddin
Əlləzov,
Muxrəddin Bayramov, Mühəqqər Əliyev, Firidun Əliyev, Çoban
Əlləzov, Əli Qurbanov, həkimlər Xələddin Mustafayev,
Elimxan İsayev, jurnalist Əli Sərxanoğlu vb.
QARADAŞ kəndi – El içində Qaraçöp deyilir. Rayon
mərkəzindən 15 km günbatar səmtdə, dəniz səviyəsindən 750
m yüksəklikdə. Əhalisi: 1886-cı ildə 20 ailədə 162 nəfər;
1918’də 70 nəfər; 1926’da 11 ailədə 68 nəfər; 2002’də 61
ailədə 249 nəfər (131 kişi, 118 qadın), 2006'da 55 ailədə 245
nəfər, 2006'da 20 ailədə 240 nəfər. İlk məktəb 1932-ci ildə
yaradılıb,
indi
ibtidai
məktəb
(2005’də
18
şagird)
fəaliyətdədir.
QARATİKAN kəndi – Maşaver çayının sağ sahilində,
rayon mərkəzindən 10 km günbatarda, dəniz səviyəsindən
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 22
560 m yüksəklikdə. "Dədə Qorqud"da Qaratikan adı var,
Qıpçaqlarda Tikan tayfası olub. Qəryə-Tikan (Tikan kəndi) ola
bilər. Əhalisi: 1918’də 34 nəfər; 1926’da 6 ailədə 33 nəfər;
2002’də 240 nəfər. Məşhurları: ağsaqqal Rüstəm Kərimoğlu,
aşıq İslam vb.
QOÇULU kəndi – Maşaver (Cavala) çayının sağ sahilində,
rayon mərkəzindən 11 km
gündoğarda,
dəniz
səviyəsindən
480
m
yüksəklikdə. Başı üstündə
Qoçulu qalası ucalır, çay
üstündə orta əsrlərə aid
Əyri körpü durur. Bu qala-
ya el arasında Qız qalası,
Cavalaşam qalası, Koroğlu
qalası da deyirlər. Qalada
10–11-ci əsrlərə aid edilən hamamları, saxsı qabları, bəzək
əşyalarını, xüsusən də ərəb əlifbasıyla Quran ayəsi yazılı gil
qabları gürcü mütəxəssisləri islam nümunələri hesab edirlər.
Əhalisi: 1870’də 30 ailədə 201 nəfər; 1926’da 76 ailədə 383
nəfər; 2002’də 494 ailədə 1623 nəfər (788 kişi, 835 qadın),
2006'da 466 ailədə 1476 nəfər. Məmməd Çıraqov adına orta
məktəb (2005’də 11 sinifdə 226 şagird) fəaliyətdədir. Məşhur-
ları: el şairi Xoca Məhəmməd, ağsaqqallar Ömər kişi, Mahmud
Omaroğlu, Kəsəmənli Dünyamalı, Hüseynqulu Şirətoğlu,
Hüseyn Çıraqoğlu, Namaz Namazov, Qəhrəman Süleymanov,
veteran müəllimlər Yolçu Hüseynov, Məhəmməd Ömərov,
Cahangir
Qəhrəmanov,
Loğman
Çıraqov,
Vənnahar
Qəhrəmanova-Çıraqova, əmək qəhrəmanı Zəhra Çıraqova,
İsmayıl Çıraqov, Cəfər Cəfərov, profesorlar Məmməd Çıraqov,
Bakıdakı "Ulu Borçalı" cəmiyətinin sədri Vəli İsmayılov, Famil
Çıraqov, dosent, "Gürcüstanda yaşayan azərbaycanlıların
Qoçulu qalası
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 23
müasir maddi vəziyəti" kitabının müəllifi Cəlal Novruzov,
əməkdar memar, alim, şair Ömər Qoçulu, şairlər əməkdar
jurnalist
Dünyamalı
Kərəm,
Qəhrəman
Süleymanov,
Türkiyədə məskun Veyis Qoçulu, Ələddin Qoçulu vb.
QOŞAİSƏ (Muluxsalı) kəndi – Borçalı çökəyində, Xram
çayının sağ sahilində, rayon mərkəzindən 23 km cənub-
şərqdə, dəniz səviyəsindən 400 m yüksəklikdə. "Tiflis
əyalətinin müfəssəl dəftəri"ndə Şahsuvar-Kolagir və Aşağı
Kovxa qışlaqlarına malik kənd olaraq anılır. Kəndin əzəlki adı
Muluxsalıdır. Qoşakilsə də deyilir. Kənd iki qismə bölünür:
Yuxarı Qoşaisə və Aşağı Qoşaisə. Əhalisi: 1870’də Böyük
Qoşaisədə 46 ailədə 309 nəfər, Bala Qoşaisədə 12 ailədə 81
nəfər; 1926’da Yuxarı Qoşaisədə 33 ailədə 168 nəfər, Aşağı
Qoşaisədə 68 ailədə 371 nəfər; 2002’də Aşağı Qoşaisədə 263
ailədə 1053 nəfər, Yuxarı Qoşaisədə 142 ailədə 604 nəfər,
2006'da Aşağı'dı 142 ailədə 556 nəfər, Yuxarı'dı 264 ailədə
1002 nəfər. Aşağı Qoşaisədə dünyəvi məktəb 1924-cü ildə,
Yuxarı Qoşaisədə 1932-ci ildə təşkil edilib. İndi Aşağı
Qoşaisədə orta məktəb (2005’də 16 sinifdə 189 şagird),
Yuxarı Qoşaisədə təməl məktəb (2005’də 10 sinifdə 124
şagird) var. Məşhurları: mədəniyət xadimi, Tiflisdə “Yeni Fikir”
qəzetinin redaktoru olmuş Həsən Abdullazadə Səbri, din
xadimi Hacı Mahmud, əmək qəhrəmanları Mövlud Bəxtiyarov,
Yaqub Şirinov, Məsim Əliyev, Ruqiyə Məmmədova, Asya
İsmayılova, veteran müəllimlər Əhməd Məmmədov, Ömər
Əliyev, Cahangir Məmmədov, Məhəmməd Məmmədov, Şah-
murad Çıraqov, Qurban Əliyev, Əşrəf Mehdiyev, Aydın
Məmmədov, Valeh Orucov, profesorlar Loğman Nəsibli, Veys
Mehdili, Bayram Əfəndiyev, Dursun Aşırov, Nəsib Nəsibli, Şə-
mistan Həsənli vb.
Dostları ilə paylaş: |