AXLILƏLƏ kəndi – Borçalı çökəyində, Dəvədöy çayının
sol sahilində, rayon mərkəzindən 26 km güneydə, Marneuli–
Sadaxlı avtomobil yolunun, Tbilisi–Sadaxlı dəmiryolunun
kənarında, dəniz səviyəsindən 410 m yüksəkdə. Əhalisi:
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 56
1870’də 14 ailədə 94 nəfər; 1926’da 42 ailədə 182 nəfər;
2002’də təxminən 330 ailədə 805 nəfər (415 kişi, 390 qadın).
Təməl məktəb (2005’də 172 şagird, 19 müəllim) fəaliyətdədir.
Məşhurları: ağsaqqallar Pənah Poladov, Dursun kişi, şair
Qulamhüseyn Borçalı, ictimaiyətçi Vaqif Rzayev vb.
AXLIMAHMUDLU kəndi – Borçalı çökəyində, Dəvədöy
çayının sol sahilində, rayon mərkəzindən 12 km güneydə,
dəniz səviyəsindən 340 m yüksəklikdə. Əhalisi: 1870’də 26
ailədə 174 nəfər; 1926’da 44 ailədə 194 nəfər; 2002’də 758
nəfər (375 kişi, 383 qadın). İlk məktəb 1936-cı ildə yaradılıb,
indi təməl məktəb (2005’də 147 şagird, 20 müəllim)
fəaliyətdədir. Məşhurları: Seyid Rza, Seyid Mirzağa, Seyid
Hüseyn, Seyid Məhəmməd, Seyid Miri, Seyid İsmayıl,
Kərbalayı Əsəd, ustad aşıq Dədə Əmrah vb.
ALGET (Meçidli Görarxı) kəndi – Alget çayının sol
sahilində, rayon mərkəzindən 7 km
cənub-şərqdə, dəniz səviyəsindən
360 m yüksəklikdə. Görarxı elatının
ən böyük eli, mərkəzi. Görarxının
əzəl adları Əmirxaslı, Əmirli olub.
Gürcüstan Dövlət Arxivində 19-cu
əsrə aid Borçalının Əmirxaslı kən-
dində köçürülmüş 16-cı əsr müəllifi
Məhyəddin Məhəmməd Bərdəlinin
«Hədaiq» əsəri saxlanır. İndi də
burada iri məhəllələrin birinə Əmirli,
digərinə Kolayır məhəllələri deyilir. İri
arx (kanal) çəkiləndən sonra Görarxı adlanmışdı. 1959-cu il 3
avqust tarixli fərmanla Alget adlanıb. İndi ayrı-ayrı kəndlərə
(Alget, Əzizkənd, Hacıisəkənd, Sabirkənd, Təzəkənd) bölünsə
də, el arasında yenə Görarxı kimi tanınır. Buradakı məscid
Görarxı məscidi
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 57
1590-cı ildə Şah Abbasın hökmüylə tikilmişdi, 1882-ci ildə
Hacı Əli Hacıoğlunun xərcilə bərpa edilmişdi. Çox vaxt bu
elata Meçidli-Görarxı deyilir. Əhalisi: 1728-ci ildə 28 ailə;
1870’də 270 ailədə 1770 nəfər; 1878-ci ildə 1470 nəfər;
1886-cı ildə 259 ailədə 1156 nəfər; 1918’də 6249 nəfər
(Böyük Görarxıda 2126, Bala Görarxıda 687, Mülklü-Görarxıda
3436 nəfər); 1926’da 325 ailədə 2378 nəfər; 2002’də cəmi
Görarxı elatında təxminən 16000 nəfər. Görarxıda dünyəvi
məktəbin tarixi 1910-cu ildən başlanır, hazırda Alget kəndində
2 orta məktəb (2005’də müvafiq olaraq 452 şagird, 36
müəllim və 327 şagird, 28 müəllim) fəaliyətdədir. 1 saylı mək-
təb Teymurxan Çovdarovun adını daşıyır. Əhalisi: 2002’də
1323 ailədə 5017 nəfər (2498 kişi, 2519 qadın). Məşhurları:
cahan pəhləvanı sirk ustası Rəşid Yusifov, dövlət xadimi
Ayvaz Həsənov, Azərbaycanın Gürcüstanda səfiri olmuş Ramiz
Həsənov, ağsaqqallar Almaz Həsənov, Həsən Həsənov, əmək
qəhrəmanı, SSRİ Ali Sovetinin deputatı olmuş Sona
Verdiyeva, Gürcüstan Parlamentinin deputatı Allahverdi
Hümbətov, əmək veteranı Tapdıq İsmayılov, profesorlar Gür-
cüstanda Azərbaycan məktəblərinin tarixinin tədqiqçisi Novruz
Bayramov, İlyas İsmayılov, İsmixan İsmayılov, İsmayıl
Aslanov, Əli Nəsibov, təhsil təşkilatçıları Teymurxan Çovdarov,
Bayram Hacıyev, İsa Aslanov, Oruc Nəsibov, ictimaiyətçilər
Hacımurad Xəlilov, İsmayıl Xəlilov, Nəriman Qarayev, David
Əhmədov, Əhməd İsmayılov, "Şərəf" ordenlilər Ziyadxan
Gərəkov, Əli Həsənov, din xadimi Rasim Məmmədov, aşıqlar
Ayvaz, Qərib, Qurbanəli, Bayram, şair Abbas Məmmədov vb.
ALGET kəndi (Kürüstü). – Uzun illər üzümçülük təsərrüfatı
yerləşdiyindən Sovxoz da deyilib. Əhalisi: 2002’də 156 ailədə
690 nəfər. Məşhurları: SSRİ Ali Sovetinin deputatı olmuş Flora
Dəmirçiyeva, veteranlar Məmməd Yüzbaşov, Kamal Qarayev,
ictimaiyətçi Əli Yüzbaşov vb.
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 58
AMBAROVKA kəndi – Kür çayının sağ sahilində, rayon
mərkəzindən 22 km gündoğarda, Tbilisi–Sınıqkörpü avtomobil
yolundan 3 km aralıda, dəniz səviyəsindən 350 m
yüksəklikdə. Nadir şahın mənsub olduğu Ambar tayfasıyla
ilgili ola bilər. 19-cu əsrdə pristavlıq olub. Tarixi məxəzlərdə
kəndin adına Qəmbərli, Yağılca, Ambarlı şəklində də rast
gəlinir. Əhalisi: 1870’də 14 ailədə 94 nəfər; 1918’də 86 nəfər;
1926’da 21 ailədə 133 nəfər; 2002’də 559 nəfər (291 kişi, 260
qadın). İbtidai məktəb (2005’də 52 şagird, 4 müəllim) var.
Məşhurları: veteran müəllim İsmayıl İsmayılov, ağsaqqal Alı
Dünyamalıyev, hüquq-mühafizə işçisi polkovnik Əmirxan
Dünyamalıyev, jurnalist İslam Əliyev, şair Mülkədar Nadir,
ictimaiyətçilər Vaqif İsmayılov, Ziyadxan Nadiroğlu, Sərdar
Dünyamalıyev, Saleh Nadiroğlu, Məzahir Xəlilov, şairlər İbra-
himxəlil Bayramov, Əli Balakişiyev vb.
ARAPLI kəndi – Dəvədöy çayının sol sahilində, rayon
mərkəzindən 10 km güneydə, Marneuli–Sınıqkörpü avtomobil
yolunun kənarında, dəniz səviyəsindən 340 m yüksəklikdə.
Qarapapaq tirəsi Arpalı adıyla ilgiləndirilir. 1827-ci ildə arap-
lıların bir qismi ruslara boyun əyməyərək, Sulduz mahalına
köçüb. Yaxındakı köhnə qəbiristanlıqda qoç, at abidələri var.
Əhalisi: 1870’də 64 ailədə 429 nəfər; 1926’da 61 ailədə 258
nəfər;
2002’də
1118
nəfər.
Məktəb
1919-cu
ildən
fəaliyətdədir, indi orta məktəb (2005’də 188 şagird, 24
müəllim) var. Məşhurları: el ağsaqqalları Əkbər Mustafayev,
Qənbər Mehrəliyev, Mehman Qarayev, Qayıbqulu Ələkbərov,
yazıçı-jurnalist Yaşar Vəliyev vb.
BAYDAR kəndi – Borçalı çökəyində, Xram çayının sol
sahilində, rayon mərkəzindən 11 km cənub-şərqdə, dəniz
səviyəsindən 330 m yüksəklikdə. Toponim ağ hunlar
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 59
tirələrindən Padar tayfasının, qədim Baydar türk qövmü ilə
ilgili ola bilər (bu tayfa adı indi monqollarda, Krım
tatarlarında, başqırdlarda, qazaxlarda qalıb). Kəndin adına
"Baydareli" şəklində 16-cı əsrin məxəzlərində rastlaşırıq. 18-ci
əsrdə kənd ayrıca Baydar sultanlığının mərkəzi olub. Əhalisi:
1870’də 61 ailədə 409 nəfər; 1918’də 528 nəfər; 1926’da 160
ailədə 582 nəfər; 2002’də 270 ailədə 1236 nəfər (636 kişi,
600 qadın). Məktəbin tarixi 1921-ci ildən götürülür; indi
Osman Çobanov adına Baydar orta məktəbi (169 şagird)
fəaliyətdədir. Məşhurları: şair Leyli Əzizbəy qızı, ağsaqqallar
Mehdi ağa Sultanov, Sultan nənə, Əhməd Çobanov, veteran
müəllim Paşa Sultanov, aşıq Dəllək Söyün, Molla Mikayıl,
jurnalist Şərif Kərimli, ictimaiyətçi Osman Çobanov vb.
BAYTALLI kəndi – Dəvədöy çayı sahilində, rayon mərkə-
zindən 20 km güneydə, dəniz səviyəsindən 355 m yüksəkdə.
Əhalisi: 1870’də 11 ailədə 74 nəfər; 1926’da 19 ailədə 51 nə-
fər; 2002’də 120 ailədə 400 nəfər. Təməl məktəb (68 şagird)
var. Məşhurları: ağsaqqal İbrahim Osmanov, hüquq-mühafizə
işçisi Kamal İbrahimov, ictimaiyətçi Zahid Quluzadə vb.
BƏYTƏRƏFÇİ kəndi – Dəvədöy çayının sağ sahilində,
Gürcüstan–Ermənistan sərhəd zolağının yaxınında, rayon
mərkəzindən 24 km güneydə, dəniz səviyəsindən 410 m
yüksəkdə. Əhalisi: 1870’də 21 ailədə 141 nəfər; 1926’da 33
ailədə 140 nəfər; 2002’də 120 ailədə 483 nəfər. Təməl
məktəb var.
BƏYLƏR kəndi – Xram çayının sahilində, rayon
mərkəzindən 9 km cənub-qərbdə, dəniz səviyəsindən 360 m
yüksəklikdə. Oğuzsoylu baylarla bağlı ola bilər. Əhalisi:
1870’də Böyük Bəylərdə 20 ailədə 134 nəfər, Bala Bəylərdə
17 ailədə 114 nəfər; 1918’də Böyük Bəylərdə 71 nəfər, Bala
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 60
Bəylərdə 74 nəfər; 1926’da Böyük Bəylərdə 36 ailədə 106
nəfər, Bala Bəylərdə 29 ailədə 89 nəfər; 2002’də Böyük
Bəylərdə 200 nəfər, Bala Bəylərdə 395 nəfər. Vahid Mirzəyev
adına təməl məktəb (2005’də 90 şagird) var. Məşhurları:
Sultan qarı, şair Qul Qərani, qlava Sədrəddin, ictimaiyətçilər
Vahid Mirzəyev, Rafael Mirzəyev, Tahir Nazıyev, veteran
müəllimər Mikayıl Mustafayev, Fərman Məmmədov, foto
ustadı Fərman Şərifov vb.
BÖYÜK MUĞANLI kəndi – Xram çayının sol sahilində,
yarğanın qaşında, rayon mərkəzindən 18 km gündoğarda,
dəniz səviyəsindən 310 m yüksəklikdə. Qədim Muğ, Muğan
tayfalarıyla ilgilidir. El arasında Qaş-Muğanlı deyilir. Yaxınlıqda
Damğaçı düzü deyilən tarixi məskən var. Məxəzlər göstərir ki,
bu yerlər vaxtilə ticarət mərkəzi olub. Qədim Çələbli-
Xaccaoğlu qəbiristanlığı da buradadır. Əhalisi: 1803-cü ildə 30
ailədə 120 nəfər; 1870’də 72 ailədə 483 nəfər; 1918’də 492
nəfər; 1926’da 133 ailədə 617 nəfər; 2002’də rəsmi
siyahıyaalmaya görə, 684 ailədə 1815 nəfər (887 kişi, 928
qadın). Dünyəvi məktəbin tarixi 1922-ci ildən başlanır, hazırda
orta məktəb (268 şagird) fəaliyətdədir. Məşhurları: şair Qasım
ağa, ustad aşıq Xındı Məmməd, ağsaqqallar Seyid Bağıri,
Molla Səttar, Paşa ağa, Molla Qurban, Musa Hüseynoğlu,
Qəhrəman Şabanov, Ordenli Qərib, Seyid Əsədulla, Seyid
Möhsün, Səyad Kərimov, Salman İmamverdioğlu, partizan
Musa Orucov, ağbirçək Minə qarı, el loğmanı Gövhər nənə,
profesorlar Lətif Vəliyev, Xalid Tanrıverdiyev, veteran
müəllimlər Muxtar Hacıyev, aşıqlar Rza, Sefi, Gülabı, şairlər
Əli Faxralı, Əli Borçalı (Ələkbərov), Mahal Vəliyev, İsa Sadiq,
İsa Yusifoğlu, Elmira Mahalqızı, "Şərəf" ordenlilər jurnalist-
tərcüməçi Nəsib Yusifoğlu, müəllim-şair Yusif Yusifli, dövlət
xadimi Hüseyn Yusifov, jurnalist Binnət Əlioğlu, incəsənət
təşkilatçısı Həsən Qəniyev b.
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 61
BUDYONOVKA kəndi – Qullar səmtdədir. Əhalisi:
2002’də 163 nəfər (55 nəfər azərbaycanlı).
BURMA (Burma Təzəkəndi) kəndi – Yerli əhali
Qazaxlar deyir. Dəvədöy çayının sol sahilində, rayon
mərkəzindən 40 km güneydə, Sadaxlı kəndindən 9 km
günbatarda, Qaradaş adlanan dağətəyi sahədə, Ermənistan'la
sınırdadır. 19-cu yüzildə yaranıb. Əvvəllər Sadaxlının binə
yerləri olub. Əhalisi: 1979-cu ildə 345 nəfər; 1989-cu ildə 530
nəfər; 2002’də 40 evdə 433 nəfər. İbtidai məktəb (15 şagird)
fəaliyətdədir. Məşhurları: ağsaqqal Əli Nəcəfov, maarifçilər
Ələddin Yusifov, Laləzar Nəsibova, müğənni Nəsib Cəfərov
vb.
CANDAR kəndi – Borçalı çökəyinin quzey sınırında, Alget
çayının sol sahilində, rayon mərkəzindən 3 km quzeydə,
avtomobil yolunun, Bakı–Tbilisi–Ceyhan kəməri yaxınlığında,
dəniz səviyəsindən 460 m yüksəklikdə. Hazırda Marneuli
şəhərinə daxildir, əsas küçə Candar küçəsi adlanır. Candar
türk tayfasının adındandır. Ərazisində Çinar ağac piri var. Hər
il Novruz bayramında Borçalı mahalının camaatı burada
bayram şadyanalığı keçirir, əhd-peyman bağlayır. Çinarlı da
deyilir. Əhalisi: 1870’də 27 ailədə 177 nəfər; 1926’da 93
ailədə 366 nəfər; 2002’də təxminən 400 ailədə 1900 nəfər.
Budaqlı, Kərəmli, Mansıruşağı, Nəbiuşağı, Namazöyü, Dəllər,
Məşədilər, Sağamoylar tayfaları yaşayırlar. Məktəb 1922-ci
ildə yaradılıb, orta məktəb (2005’də 224 şagird, 25 müəllim)
fəaliyətdədir. Məşhurları: ağsaqqallar Budaq baba, Məşədi
Hüseyn, Qara Həsənoğlu, Kazım kişi, Bəxtiyar baba, Molla
Məhəmməd, dilçi alim profesör Həsrət Həsənov, zurnaçı Na-
maz Dədə, şairlər Mahmud Gürcüstanlı, Sərxan Candarlı,
veteran müəllimlər Məşədi Ələkbər, Fərrux Novruzov, Əlipaşa
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 62
Qasımov, Bayram Bayramov, Nayət Əliyeva, Zərifə Xəlilova,
Paşa Bayramov, Vahid Namazov.
CANXOŞ kəndi – Serakvi (Zirək) dağ yamaclarında kiçik
kənddir. 2002’də cəmi 20 nəfər sakini olub (gürcülər və
azərbaycanlılar).
DAŞTƏPƏ kəndi – Borçalı çökəyində, rayon mərkəzindən
16 km güneydədir. Əhalisi: 1926’da 20 ailədə 37 nəfər;
2002’də 340 ailədə 1462 nəfər (690 kişi, 772 qadın). Orta
məktəb (2005’də 162 şagird, 17 müəllim) var. Məşhurları:
veteran
müəllimlər
Sayadxan
Mahmudov,
Qəhrəman
Qəhrəmanov, ictimaiyətçi Zahid Həsənov, aşıqlar Məhəmməd
Süleymanov, Şəmil Alıoğlu, din xadimi Məşədi Eldəniz vb.
DƏMYƏ-GÖRARXI kəndi – Lök sıra dağlarının şimal
yamaclarında, rayon mərkəzindən 30 km güneydə, Sadaxlı
kəndindən 7 km aralıda, Marneuli–Sadaxlı avtomobil yolunun,
Tbilisi–Sadaxlı dəmiryolunun kənarında, dəniz səviyəsindən
420 m yüksəklikdə. Dəmyə su çıxmayan yer anlamındadır,
Görarxı toponiminin açımı barədə müxtəlif mülahizələr
mövcuddur. Əhalisi: 1870’də 17 ailədə 114 nəfər; 1926’da 56
ailədə 340 nəfər; 2002’də 480 ailədə 1815 nəfər (900 kişi,
915 qadın). Məktəbin tarixi 1923-cü ildən götürülür, indi orta
məktəb (243 şagird, 26 müəllim) fəaliyətdədir. Məşhurları:
aşıq Oruc, ağsaqqallar Seyid Miri, Hacı Həsən, Hacı Piri,
profesorlar Mikayıl Cəfərov, Həsən Əliyev, "Qeyrət" xalq hərə-
katının sədri Seyid Əlibala Əsgərov, ictimaiyətçi Heydər
Musayev vb.
ƏZİZKƏND kəndi – Görarxı elatına aiddir. Alget çayının
sol sahilində, rayon mərkəzindən 12 km cənub-şərqdə, dəniz
səviyəsindən 330 m yüksəklikdə. Məxəzlərdə İvanbəyli
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 63
(İvanalı) gedir. Kolayır məhəlləsi də var. Yaxınlıqdakı arxeoloji
məskən eneolit dövrünə aid edilir. Əhalisi: 1926’da 131 ailədə
1050 nəfər; 2002’də (Hacıisəkəndlə birgə) 521 ailədə 2170
nəfər (1065 kişi, 1105 qadın). Məktəbin tarixi 1924-cü ildən-
dir, indi orta məktəb (409 şagird) fəaliyətdədir. Məşhurları:
ağsaqqallar Məmməd Rza, Hacı Rza Kərbəlayi Əsgər oğlu,
İslam Culfa oğlu, Bağır Əhmədov, profesorlar Şəmistan
Əliyev, Məmməd Bayramoğlu, alimlər Əhməd Əhmədov,
Zöhrab Əliyev, Mirzə Güməyev, Vahid Hüseynov, Seyfəddin
Qədimov,
Salman Culfayev,
Sədi
Süleymanov, Azad
Bayramov, Mustafa Bayramov, veteran müəllim Alı Rzayev,
ictimaiyətçilər Knyaz Culfayev, Teymur Musayev, Teymur
Haciyev, jurnalist Kərim Kərimov, el şairləri Abbasqulu
Eləbağlı, Qurban Əzizli, aşıqlar Allahyar, Novruz, həkim Zül-
füqar Rzayev, müğənni Aqşin Fateh vb.
HACIİSƏKƏND kəndi – Alget çayının sahilində, rayon
mərkəzindən 13 km cənub-şərqdə, dəniz səviyəsindən 292 m
yüksəklikdə. Əhalisi: 1926’da 8 ailədə 61 nəfər; 2002’də 200
ailədə 750 nəfər. Təməl məktəb (2005’də 102 şagird, 17
müəllim) var. Məşhurları: veteran müəllimlər Alı Hacıyev,
Qurban İbrahimov, kompüter dizayneri Elnur İbrahimov vb.
HALLAVAR kəndi – Xram çayının sol sahilində, rayon
mərkəzindən 6 km cənub-qərbdə, dəniz səviyəsindən 310 m
yüksəklikdə. Əhalisi: 1870’də 20 ailədə 134 nəfər; 1926’da 38
ailədə 129 nəfər; 2002’də 60 ailədə 288 nəfər. Məktəb tarixi
1924-cü ildəndir, indi təməl məktəb (33 şagird) var.
Məşhurları: aşıq Əhməd, ictimaiyətçi Kamandar İsmayılov vb.
XANCIĞAZLI kəndi – Borçalı çökəyində, Xram çayının
sağ sahilində, Babakər dağlarının quzey ətəyində, rayon
mərkəzindən 35 km güneydə, dəniz səviyəsindən 285 m
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 64
yüksəklikdə. Toponim mənbələrdə adı keçən Hunan şəhərini,
Xan çayını, Xantsıx qəsəbəsini yada salır. Əhalisi: 1870’də 15
ailədə 114 nəfər; 1886-cı ildə 21 ailədə 86 nəfər; 1926’da 13
ailədə 72 nəfər; 2002’də 436 nəfər. İlk məktəb 1938-ci ildə
yaradılıb, təməl məktəb (2005’də 57 şagird) var. Məş-
hurlarından: jurnalist Ehtiram Əmirxanoğlu.
XOCORNU kəndi – Borçalı çökəyində, Lök dağları
silsiləsinin Ləlvər dağının quzey ətəyində, Bənövşəsu çayının
sol sahilində, rayon mərkəzindən 42 km güneydə, Sadaxlı
kəndindən 11 km günbatardadır. Azərbaycanlılar və Ermənilər
yaşayırlar. Toponimlərindən: Qalanın boynu, Çoban bulağı,
Ayor, Əhalisi: 1870’də 2 ailədə 14 nəfər; 1918’də 265 nəfər;
1926’da 148 ailədə 172 nəfər; 2002’də 842 nəfər (21% – 176
nfər azərbaycanlı). Məktəbin tarixi 1940-cı ildən başlanır, orta
məktəb (37 azərbaycanlı şagird) var. Mışhurları: Həcər nənə,
Qəmər nənə, Mahmud baba, Ənvər baba, Aşıq Nəbi Nəbiyev,
rəssam Hüseyn Əbdürrəhmanov, alim Fərhad Mədətov,
xeyriyyəçi Rauf Rufullayev, jurnalist Reyhan Namazova, yazar
Azad Əbdürrəhmanov.
XÜLDƏRƏ kəndi – Güldərə də deyilir. Sop dağının
ətəyində, Gürcüstanın Ermənistanla sərhədində, rayon
mərkəzindən 34 km güneydədir. 1919-cu ildə sadaxlılardan
yaranıb. Əhalisi: 1979-cu ildə 688 nəfər; 1989-cu ildə 750
nəfər; 2002’də 282 ailədə 1116 nəfər. Orta məktəb (2005’də
230 şagird, 22 müəllim) fəaliyətdədir. Məşhurları: alimlər Alı
Xuduyev, Yasin Əhmədov, Bəkir Dəmirçalov, həkim Rafiq
Dəmirçalov, veteran müəllim Xəlil Bediyev vb.
XUTOR-LECBƏDİN kəndi – Damğaçı düzündə, dəniz
səviyəsindən 325 m yüksəkdə. Əhalisi: 2002’də 177 nəfər.
Təməl məktəb var.
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 65
İLMƏZLİ kəndi – Kür çayının sağ sahilində, rayon
mərkəzindən 25 km gündoğarda, Tbilisi–Sınıqkörpü avtomobil
yolunun kənarında, dəniz səviyəsindən 300 m yüksəklikdə.
Dəmirçihasanlı elatına aiddir. Əhalisi: 1870’də 18 ailədə 120
nəfər; 1886-cı ildə 15 ailədə 120 nəfər; 1926’da 41 ailədə 240
nəfər; 2002’də 214 ailədə 1033 nəfər (520 kişi, 513 qadın).
Məktəb 1924-cü ildə yaradılıb. Məhəmməd Zal oğlu adına orta
məktəb (205 şagird) var. Məşhurları: profesör Sədi İsmayılov,
ağsaqqal Molla Mədəd, ictimaiyətçi Cəlal Hacıyev, veteran
müəllimlər Sabir Əbdüləzizov, Zal Vəli oğlu, aşıqlar Cəlal, Bilal
İlməzli, şairlər Əhməd İlməzli, Elbəyi Cəlaloğlu vb. Mövlud
Şəmistanoğlunun "Dədə Yurdum – İlməzli" ədəbi-etnoqrafik
toplusu yayinlanmişdir.
İMİR kəndi – Xram çayının sağ sahilində, rayon
mərkəzindən
10
km
güneydə,
avtomobil
yolunun,
dəmiryolunun kənarında, dəniz səviyəsindən 350 m yüksəkdə.
Yaxınlıqda İmircala kəndi də var. Toponim oğuzların
Eymur/Əymir tayfasının
adının təhrif
forması olması
mümkündür. Yaxınlıqdakı eneolit dövrünə aid arxeoloji
məskəndən üzə çıxarılmış çiy kərpicdən günbəz biçimli tikili,
yanmış gildən qadın-ana heykəlciyi; tunc dövrünə aid
məskəndəki dağınıq qəbirlərin naxışlı qabları, mərgmüşlü
tuncdan alətlər, 13–14-cü yüzillərə aid kilsə içindəki məzarda
qıpçaq tipli əşyalar maraqlıdır. Əhalisi: 1870’də 32 ailədə 215
nəfər; 1926’da 53 ailədə 175 nəfər; 2002’də (İmircala ilə
birgə) 350 ailədə 1445 nəfər (708 kişi, 737 qadın). Məktəbin
tarixi 1935-ci ildəndir, indi təməl məktəb (2005’də 184 şagird,
16 müəllim) və İmirçala ibtidai məktəbi (13 şagird, 4 müəllim)
var. Məşhurları: ağsaqqallar Abbas Məmmədov, Hacıkərim
Hüseynov, alim Fərhad Qarayev, jurnalist Şərəf Cəlilli, veteran
müəllim İsmixan Məmmədov vb.
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 66
Dostları ilə paylaş: |