KEŞƏLİ kəndi – Borçalı çökəyində, Kürün sağ qaşında,
rayon mərkəzindən 25 km gündoğarda, Tbilisi–Sınıqkörpü
avtomobil yolunun kənarında, dəniz səviyəsindən 320 m
yüksəklikdə. Dəmirçihasanlı elatına aiddir. Tarixi qaynaqlarda
Ağkeşəli və Qarakeşəli adlarıyla anılır. Əhalisi: 1728-ci ildə 19
ailə; 1870’də Qarakeşəlidə 11 ailədə 74 nəfər, Ağkeşəlidə 77
ailədə 637 nəfər; 1886-cı ildə Qarakeşəlidə 12 ailədə 130
nəfər, Ağkeşəlidə 54 ailədə 406 nəfər; 1926’da Böyük
Keşəlidə 113 ailədə 602 nəfər, Bala Keşəlidə 24 ailədə 198
nəfər; 2002’də 1020 ailədə 3322 nəfər (1694 kişi, 1628
qadın). Məktəb tarixi 1926’dan başlanır, hazırda orta məktəb
(2005’də 626 şagird, 43 müəllim) fəaliyətdədir. Keşəi
nəsillərindən: Qıllıözdü, Ələmdəri, Əfəndiöyü (Mollalar),
Həbbəöyü, Qavıllar (Əysilli), Qaraçuxalı, Kosalar, Şıxıöyü,
Xasıllı, Əsdəməzli, Xələflər, Çoyuşlar, Hürüöyü, Təhməzöyü
Navağallı, Alıbəyli (Eminli), Mollaöyü (Yedyarlı), Goyallı,
Bağıllı, Gənəçiöyü, Cırcırlı, Kamıllı, Xaaloğlu, Xıdırlar, Bədəllər,
Qaraçöplü, Eycələr vb. Məşhurları: ağsaqqallar Cırcıroğlu
Söyün, Hacı Qarabağ, Yusub Hüseynoğlu, əmək qəhrəmanı
Camal İsayev, Səməd Mollaəhmədoğlu, Məhəmməd İsaoğlu,
İslam Yusuboğlu, el igidi İsa İsayev, şairlər Bahadır Paşaoğlu,
"Şərəf" ordenli Dərviş Osman (Əhmədoğlu), Əliyar Cəlaloğlu,
aşıq Ziyəddin, profesorlar Cümşüd Əhmədov, Valeh Əh-
mədov, Gürcüstandakı toponimlərimizin tədqiqçisi professor
Mahmud Hacıxəlilli, polkovnik Yunis Əfəndiyev, ictimaiyətçilər
Kamandar Yusubov, Sərdar Yusubov vb.
KƏPƏNƏKÇİ kəndi – Kür çayının sağ sahilində, rayon
mərkəzindən 25 km gündoğarda, Tbilisi–Sınıqkörpü avtomobil
yolunun kənarında, dəniz səviyəsindən 290 m yüksəklikdə. Bu
toponimin qədim Pəçənək türk tayfasının Kapan/Kəpən qolu
ilə bağlılığı düşünülür. Dəmirçihasanlı elatına aiddir. Tarixi
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 67
qaynaqlarda
Kəpənəkçi-Dəmirçihasanlı
kimi
soraqlanır,
Kürüstü-Kəpənəkçi deyilir. 1950-ci illərə qədər Dəmirçihasanlı
nahiyəsinin və kənd sovetliyinin mərkəzi olub. Əhalisi: 1803-
cü ildə 165 ailədə 500 nəfər; 1870’də 61 ailədə 409 nəfər;
1886-cı ildə 49 ailədə 360 nəfər; 1926’da 135 ailədə 480
nəfər; 2002’də 318 ailədə 1383 nəfər (711 kişi, 672 qadın).
Orta məktəb (2005’də 235 şagird, 26 müəllim) var.
Məşhurları: veteran
müəllimlər Xoca Əfəndi, Həmzə
Məmmədov, ağsaqqal Osman Sadıqoğlu, Yəhya Mehdioğlu,
İsrafil Mehdiyev, kamil ustad aşıq Əmrah Gülməmmədov, Ka-
mandar Əfəndiyev, profesorlar Cavid Xıdırov, Qəhrəman Bin-
nətov, Məhəbbət Məmmədov, Aydın Məmmədov, şair Rövşən
Nəsiboğlu, aşıq Əflatun Kamandaroğlu, Ramin Qarayev,
maarifçi İmdad Əfəndiyev, Bahadır İsmayılov, ictimaiyətçilər
Rüstəm Dəmirçiyev, Suddarxan Kazımov, Alı Eminov,
xeyriyəçi İlqar Eminov vb. Dəmirçihasanlı (Kürüstü-Kə-
pənəkçi) elatı barədə "Kürüstü Dəmirçihasannı" etnoqrafik
kitabı
çap
olunub.
Rövşən
Nəsiboğlunun,
Rüstəm
Dəmirçiyevin, Suddarxan Kazımovun "Kökdən Budağa" kitabı
bu kənd haqqındadır.
KİRƏC-MUĞANLI kəndi – Xram çayının sağ sahilində,
Babakər dağı ətəklərində, üç cümhuriyyətin - Gürcüstan,
Azərbaycan, Ermənistanın qovuşuq nöqtəsində, rayon
mərkəzindən 40 km güney-gündoğarda, Marneuli–Sınıqkörpü
avtomobil
yolunun
kənarında,
Sınıq
Körpünün
500
metrliyində, dəniz səviyəsindən 280 m yüksəklikdə. Əhalisi:
2002’də 1155 nəfər (579 kişi, 576 qadın). Məktəb 1923-cü
ildə yaradılıb, Ənvər Hüseynov adına orta məktəb (2005’də
211 şagird, 23 müəllim) fəaliyətdədir. Məşhurları: şairlər Molla
Eyyub, "Molla Nəsrəddin" jurnalında satiralarıyla çıxış etmiş
Mirzə Həsən Məcruh, Tiflis Qızlar Seminaryası məzunu Sayalı
Məmmədova, ədəbi tənqidçi Abbas Kirəcli, alim Sabir
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 68
Məmmədov, ictimaiyətçi Allahverdi İsmayılov, şəhid Vəfadar
Eminov vb.
KOSALI kəndi – Borçalı çökəyində, Kür və Alget çaylarının
qovuşuğunda, rayon mərkəzindən 30 km gündoğarda, Tbilisi–
Sınıqkörpü avtomobil yolunun kənarında, dəniz səviyəsindən
290 m yüksəklikdə. İki qismə bölünür: Birinci-Kosalı və İkinci-
Kosalı. Əhalisi: 1870’də 95 ailədə 637 nəfər; 1926’da 171
ailədə 734 nəfər; 2002’də Birinci-Kosalıda 480 ailədə 1622
nəfər (801 kişi, 821 qadın), İkinci-Kosalıda 465 ailədə 1587
nəfər (795 kişi, 792 qadın). Məscid, mədrəsə var. Məktəb
1923-cü ildə yaradılıb, hər iki kənddə orta məktəblər var
(2005’də müvafiq olaraq 246 şagird və 206 şagird).
Məşhurları: İsa Sultan, Hacı Əhməd Sultan, el ağsaqqalı Dəli
Əhməd, Nəsib baba, şair Sədi bəy Arif Müftizadə, əmək qəh-
rəmanları Zilli (Ziyad) Eminov, Mustafa Əliyev, veteran
müəllimlər Rüxsarə Əliyeva, Minayət Eminova, profesorlar
Məhəbbət Məmmədov, Bilal Əfəndiyev, ağsaqqal Muxtar
Əliyev, həkim Tahir Eminov, pəhləvan Həvillah vb.
KÜRTLƏR kəndi – Borçalı çökəyində, Xram çayının sol
sahilində, rayon mərkəzindən 20 km gündoğarda, dəniz
səviyəsindən 330 m yüksəklikdə. Təklə/Təkəli tayfasının bir
qolu olan Qurdlar/Kürtlər tirəsinin adını yaşadır. Əhalisi:
1918’də 442 nəfər; 1870’də 93 ailədə 613 nəfər; 1926’da 167
ailədə 556 nəfər; 2002’də 450 ailədə 1711 nəfər (839 kişi,
872 qadın). Məktəbin tarixi 1920-ci ildən başlanır, indi orta
məktəb (2005’də 247 şagird, 37 müəllim) fəaliyətdədir.
Məşhurları: Hacı Vəli, Mikayıl kişi, Ələsgər Heydərov,
müharibə qəhrəmanı, Mehdi Hüseynzadənin (Mixaylonun)
silahdaşı Şamil Bayramov, SSRİ Ali Sovetinin deputatı olmuş
Tamam Abdullayeva, veteran müəllimlər Həsən Xeyirli, Xalid
Hüryənov, İsmayıl Xanzadə, profesorlar Teymur Novruzov,
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 69
Teymur İlyaslı, İsmixan Abdullayev, Yusif İsmayılov, Dursun
Hümbətov, Bəxtiyar Abdullayev, aşıq Həsrət, jurnalist,
"Gürcüstan" qəzetinin redaktoru "Şərəf" ordenli Süleyman
Süleymanlı, jurnalist Təhməz Təhməzov, həkim Telman,
dünya çempionu Samir İlyasov vb.
QAÇAĞAN kəndi – Borçalı çökəyində, Dəvədöy çayının
sahilində, rayon mərkəzindən 25 km
güney-gündoğarda, Marneuli–Sınıqkörpü
avtomobil yolunun kənarında, dəniz
səviyəsindən
335
m
yüksəklikdə.
Mənşəcə qıpçaqlara bağlı Saral tayfasının
bir qoludur. Yaxınlıqdakı eneolit dövrünə
aid arxeoloji məskəndə çiy kərpicdən
möhrədamlar, kiçik gil parçalardan bütöv
antropomorfik qadın heykəlcikləri, 13–
14-cü əsrlərə aid məskənlərdə qıpcaq
tipli dairəvi qübbəli, günbəzli, güney
səmtdən qapısı olan türbə əhəmiyətlidir.
Ərazisi: 10000 kv.km.-dən çox. Əhalisi:
1728-ci ildə 12 ailə; 1870’də 117 ailədə
764 nəfər; 1926’da 266 ailədə 1246
nəfər; 2002’də 3974 nəfər (1851 kişi, 2123 qadın). Kənddə
dünyəvi məktəb 1919-cu ildə yaradılıb, indi iki orta məktəb
(2005’də müvafiq olaraq 464 şagird, 49 müəllim və 286
şagird, 43 müəllim) fəaliyətdədir. Məşhurları: el qəhrəmanı
Mehdi ağa, ağsaqqallar Kərbəlayı İsmayıl, Musa Əliyev, İsa
Əliyev, Kazım Hüseynov, Yunus Hüseynov, Həsən Molla Vəli-
oğlu, Məmid Musayev, Koxa Səməd, Dünyamalı Əmircanov,
Fəttah Seyidov, şairlər, aşıqlar Dollu Əbuzər, Molla Ağacan,
İsa Borçalı, aşıq Göycə, aşıq Cəmil, aşıq Şahbaz, ictimai xadim
Həsən Seyidov, əmək qəhrəmanları və veteranları Kəklik
Mikiyeva, Məhəmməd Qocayev, Abbasəli Qocayev, Hüseyn
Qaçağan xalısı
(1910)
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 70
Məmmədli, Tofiq Qarayev, Hüseyn Babakişiyev, Lətif Seyidov,
Sara Abbasova, Səməd Qurbanov, İmran Məmmədov, Səyad
Məsimov,
Dursun
Əhmədov,
Oruc
Bayramov,
Səfər
Hümbətov, Nuru Mikiyev, Emilyan Mustafayev, Əmircan
Əmircanov, həkimlər Zülal Seyidov, Cəlil Əmircanov, veteran
müəllimlər Sara Bayramova, Mirzə Həsən Mollayev, Muxtar
Qarayev, Məhərrəm Məmmədov, Seyid Nemət Mir Fəttahoğlu,
Sahabbin Əmircanov, əməkdar müəllim Sədi Mikiyev, Mircəlal
Seyidov, Şahlıq Seyidova, Yunus Əmircanov, yazıçılar Tahir
Hüseynov, Vəli Əliyev, Azərbaycan Milli Elmlər Akademiyasının
müxbir üzvü Ayat Həsənov, profesorlar Mahal Məmmədli,
Fazil Əliyev, Nizami Süleymanov, Sədi Hacıyev, Elbrus
Seyidov, Sultan Seyidova, Zakir Seyidov, ictimaiyətçilər
Hüsən Süleymanov, İsmayıl Süleymanov, Vəzir Vəzirov, Marks
Əliyev, Mehdi Topçuyev, Fazil Quluyev, Dilənçi Bayramov,
Mircəfər
Qasımov,
Zahir
Hüseynov,
Ayat
Göyüşov,
polkovniklər Ramiz Yusubov, Aydın Bayramov, Bəhlul
Mustafayev, Hidayət Vəliyev, Miraib Seyidov, Asif Qocayev,
polkovnik-şair Kazım Kazımov (Qaçağanlı), şair Paşa Baba-
kərli, jurnalist Xətayə Sahabbin, müğənni Eyvaz Həsənov vb.
Mahal Məmmədlinin "Borçalı mahalı və Qaçağan kəndi",
müəlliflər kollektivinin "Qaçağan eli" kitabları kəndin tarixinə,
etnoqrafyasına həsr olunub.
QASIMLI kəndi – Borçalı çökəyində, rayon mərkəzindən
30 km güneydə, dəniz səviyəsindən 400 m yüksəkdə. Ərazisi:
3000 kv. km.-ə yaxın. Toponim nəsil adından törəyib.
Qasımıllı da deyilir. Yaxındakı arxeoloji məskən eneolit
dövrünə aiddir. Babakər Dağı, Dona Dağı, Üç Bulaq, Kora
Bulaq, Çırçır Bulaq, Zoğallı Bulaq, Haça Qaya, Xınalı Qaya,
Xan Arxı, Canəhmədli Yeri vs toponimləri var. Əhalisi: 1870’də
64 ailədə 422 nəfər; 1926’da 140 ailədə 688 nəfər; 2002’də
800 ailədə 2921 nəfər (1437 kişi, 1484 qadın). Məktəbin tarixi
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 71
1924-cü
ildən
başlanır,
orta
məktəb
(461
şagird)
fəaliyətdədir. Məşhurları: kəndin qurucusu Qasım Ağa,
səxavətli igid Daşdəmir Ağa, “Borçalı Koroğlusu” ləqəbini
almış Səməd Ağa, Astan Ağa, Əsgər Ağa, İsgəndər Ağa, Əli
Ağa, İstil İsmayıl, təsərrüvat veteranları Kiçikxanım Alı qızı,
Məmmədtağı Yusifov, Zahid Quluzadə, Qiymət Topçuyeva,
ağsaqqal İmaməli Əhmədov, aşıq Məhəmməd, aşıq Nurəddin,
profesorlar Novruz Hüseynov, Zakir Məmmədov, İmir Əliyev,
Şakir Nağıyev, rejisör-aktyör Bürcəli Əsgərov, jurnalist Azadə-
Taleh, aşıq Elman, aşıq Tərmeyxan Sədioğlu, aşıq Bəkir, aşıq
Həvəskar, şairlər Leyli Tahar qızı, Əli Həsən oğlu, Səyavuş
Uyğun, aşıq Telli Borçalı, hüquq-mühafizə işçisi Dünyamalı
Həsənov, ictimaiyətçilər Fazil Bağırov, Natiq Əliyev, həkim
Mahir Osmanov vb.
QIRIXLI kəndi – Borçalı çökəyində, rayon mərkəzindən
24 km cənub-şərqdə, dəniz səviyəsindən 325 m yüksəklikdə.
Uruz xan nəslindən Qırıxlar tayfasının, Orta Asiyadakı Kırık,
oğuzların Əfşar tayfasının bir qolu olan Qırıqlı, Qızılbaşların
Zülqədər tayfasının bir qolu olan Qırıqlı adlarından hansısa biri
ilə əlaqəlidir. Əhalisi: 1870’də 43 ailədə 288 nəfər; 1926’da 50
ailədə 207 nəfər; 1926’da 89 ailədə 216 nəfər; 2002’də 340
ailədə 1262 nəfər (605 kişi, 657 qadın). Məktəbin tarixi 1923-
dən götürülür, orta məktəb (2005’də 211 şagird, 20 müəllim)
fəaliyətdədir. Məşhurlarından: aşıq Hüseyn Mərdanə vb.
QIZILHACILI kəndi – Borçalı çökəyində, rayon
mərkəzindən
2
km
günbatarda,
avtomobil
yolunun,
dəmiryolunun
kənarında,
dəniz
səviyəsindən
440
m
yüksəklikdə. Toponim Oğuz-səlcuq, türkman soylu tayfanın
adındandır; Qızılhacılılar qıbcaq tirəsi də hesab olunur.
Yaxındakı erkən tunc çağına aid arxeoloji məskəndə tunc
balta üzə çıxarılıb. Əhalisi: 1870’də 274 ailədə 1836 nəfər;
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 72
1886-cı ildə 237 ailədə 1317 nəfər; 1926’da 404 ailədə 1888
nəfər; 1977-ci ildə 4993 nəfər; 2002’də 7124 nəfər. İnşaat
daşı karxanası səhmdar cəmiyəti fəaliyətdədir. Yerli məktəb
Borçalı mahalında dünyəvi məktəblərin ilkinidir, o, 1877-ci ildə
açılıb. Nəriman Nərimanov 1890-cı ildə bu məktəbdə müəl-
limlik fəaliyətinə başlayıb. N. Nərimanov Qızılhacılıyı nəzərdə
tutaraq belə demişdi: «Bəşəriyətin geri qalmış hissəsinə qüv-
vəm çatdığı qədər kömək etmək fikiri məndə ilk dəfə həmin
kənddə doğmuşdu». İndi orta məktəb (2005’də 605 şagird,
47 müəllim), təməl məktəb (185 şagird, 20 müəllim)
fəaliyətdədirlər. Məşhurları: el igidləri Halay bəy Mursaqulov,
Cöyrüoğlu Qara, İsmayıl ağa, Astan ağa, ağsaqqallar Hümbət
Nəzərəlioğlu, veteran müəllimlər gimnazist Səttar Mursaqulov,
Həsən Mursaqulov, Tbilisi Dövlət Pedaqoji İnsititutunda
müəllim işləmiş Əziz Mursaqulov, İmran Kərimov, əməkdar
müəllim İsgəndər Mursaqulov, Mahmud Kərimov, Sədrəddin
Muradov, Mehdi Hüseynov, Murtuz Məmmədov, Təhməz
Pirverdiyev, Şakir Babakişiyev, Həsrət Gəncəyev, Fərhad
Gəncəyev, Xəlil Hüseynov, "Şərəf" ordenlilər Məhəmməd
Piriyev, Ramiz Mursaqulov, Yaqub Bayramov, profesorlar
Aydın Kərimov, İsmayıl Mursaqulov, Həmid Əliyev, İlqar Gən-
cəyev, xeyriyəçi, ictimaiyətçilər Hacı Zakir Zeynalov,
Gürcüstan Parlamentinin üzvü olmuş Zümrüd Qurbanlı, din
xadimi Məşədi Axund Əli Əliyev, Qurbanəli Əliyev, Firuz
Xəlilov, Arif Orucov, Fərizxan Məmişov, İsrafil Bayramov,
Fərizxan Aslanov, Zakir Qurbanov, Zöhrab Muradov, Rövşən
Babakişiyev, Borçalı məktəbləri tarixinin tədqiqçisi dosent
Gülnarə Qocayeva-Məmmədova, jurnalist Bahəddin Oruclu vb.
QULLAR kəndi – Xram çayının sahilində, rayon
mərkəzindən 22 km cənub-şərqdə, dəniz səviyəsindən 325 m
yüksəklikdə. Bulqarların qıpçaq tirəsi kolların, alban tayfası
kellərin, qıpçaq-qarapapaqlar içindəki Kul tayfasının (mənbə-
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 73
lərdə: Kulobiçi, yəni Kul oba içi) adını əks etdirdiyini
düşünmək mümkündür. İki kənddir: Yuxarı Qullar və Aşağı
Qullar. Əhalisi: 1870’də 55 ailədə 369 nəfər; 1926’da Yuxarı
Qullarda 1704 nəfər, Aşağı Qullarda 628 nəfər; 2002’də
Yuxarı Qullarda təxminən 180 ailədə 800 nəfər, Aşağı Qul-
larda 40 ailədə 180 nəfər. Aşağı Qulların və Yuxarı Qulların
hərəsində bir təməl məktəb var. Məşhurları: aşıq İbrahim,
profesör Nizami Nəbiyev, Azərbaycanın milli qəhrəmanı Vəzir
Sədiyev, hərbi diktor, müğənni Şəmistan Əlizamanlı vb.
QUŞÇU kəndi – Dəvə-
döy çayının sağ sahilində,
rayon mərkəzindən 20 km
güneydə, avtomobil yolu-
nun kənarında, dəniz sə-
viyyəsindən 320 m yük-
səklikdə. Qara hunlar tirə-
si Quşan tayfasının, qə-
dim Quşçu türk tayfasının
adını əks etdirdiyi gümanlana bilər. Məşhur Ağcaqala (Quşçu
qalası) bu kənd yaxınlığında, Dəbəd–Borçalı çayının aşağı
axarı boyundadır. Ağcaqala yerindəki qala Qurdbasar qalası
da adlanıb. Ağcaqalayı 1488-ci ildə Yaqubun tapşırığıyla Xəlil
bəy tikdirmişdi. Xəlil bəy Ağcaqalayı özünə iqamətgah, dayaq
nöqtəsi seçmiş, buradan bütün Borçalıya, Kartliyə, Tiflisə
nəzarət etmişdi. 1522-ci ildə Şah İsmayıl Xətai Ağcaqalayı
təzədən quraraq, onu özünə dayaq nöqtəsi seçmişdi. Müxtəlif
vaxtlarda gürcü valisi Konstantine, Osmanlı sərdarları Əhməd
paşa, Fərhad paşa, Təbriz–Van valisi Cəfər paşa, Səfəvi
sülaləsindən I Şah Abbas, Gəncə–Qarabağ bəylərbəyi
Ziyadoğlu Uğurlu xan və başqaları bu qalada istehkamlar
qurmuşdular.
Tarixdə
Ağcaqalanın
idarəçisi
Mustafa
Sultanoğlu Əlibəy Səədli xatırlanır. 18-ci əsrdə Nadir şahın da
Quşçu qalası - Ağcaqala
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 74
duracaq yeri Ağcaqala olub. Əhalisi: 1870’də 8 ailədə 54
nəfər; 1926’da 29 ailədə 90 nəfər; 2002’də 130 ailədə 452
nəfər (215 kişi, 237 qadın). İlk məktəb 1930-cu ildə yaradılıb,
təməl məktəb var. Məşhurları: məşhur Şenliklə deyişmiş şair
Abbas Əli, şair Ağacan, aşıqlar İbrahim, İsmayıl, Məhəmməd,
Oruc, yüksək vəzifələr tutmuş Sabit Abbasəliyev, Kamal
Məmmədov, ictimaiyətçi Qasım Abbasəli vb.
LECBƏDİN kəndi – Xram çayının sol sahilində, rayon
mərkəzindən 20 km gündoğarda, dəniz səviyəsindən 325 m
yüksəklikdə. Gündoğarda Damğaçı düzündə qədim məzarlıqda
günbəzlər, türbələr, hərimlər var. Əhalisi: 1870’də 60 ailədə
422 nəfər; 1918’də 378 nəfər; 1926’da 95 ailədə 546 nəfər;
2002’də 1538 nəfər (720 kişi, 818 qadın). Məktəbin tarixi
1921-ci ildən başlanır, hazırda Əliyar Qarabağlı adına orta
məktəb (2005’də 199 şagird, 24 müəllim) fəaliyətdədir.
Məşhurları: el şairləri Xəstə Namaz, Əhməd Xançallıoğlu, el
ağbirçəyi Başxanım, profesorlar Əliyar Qarabağlı, Ömər Os-
manlı, Vəli Osmanlı, alim Aysəba Əlizadə, din xadimləri Molla
Sirac Yaqubov, Molla Abdulla Qədiroğlu, şair İbrahimxəlil,
Azərbaycanın milli qəhrəmanı Cəlil Səfərov, ictimaiyətçilər
Mahir Dərziyev, Rəhim Rəhimov, Əhməd Əhmədov vb.
MAMAY kəndi – Dəvədöy çayının sol sahilində, rayon
mərkəzindən 16 km, Sadaxlıdan 6 km güneydə, dəniz səviy-
yəsindən 410 m yüksəkdə. Kirovka da deyilir. Yaxınlıqda
Yaşıltəpədəki eneolit dövrünə aid arxeoloji məskəndə zəngin
bəzəkli, açıqca süjet qurumlu xəttlər diqqəti çəkir. Əhalisi:
1870-cı ildə 13 ailədə 87 nəfər; 1926’da 52 ailədə 96 nəfər;
2002’də 180 ailədə 706 nəfər (359 kişi, 347 qadın). Təməl
məktəb fəaliyətdədir. Məşhurları: veteran müəllimlər Xozeyin
Musayev, Elman Mirzəyev, ictimaiyətçi Vahid Musazadə,
xeyriyəçi Əli Rəfi oğlu vb.
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 75
MOLLAOĞLU kəndi – Lök-Ləlvər sıra dağlarının quzey
yamacında, Bənövşəsu çayının hər iki sahilində, rayon
mərkəzindən 35 km, Sadaxlı kəndindən 5 km güneydə, dəniz
səviyəsindən 560 m yüksəklikdə. Əvvəlki adı Palıdlı olub.
Əhalisi: 1926’da 45 ailədə 192 nəfər; 1979-cu ildə 855 nəfər;
1989-cu ildə 1000 nəfər; 2002’də 298 ailədə 1180 nəfər.
Məktəb 1936-cı ildə açılıb, orta məktəb (2005’də 235 şagird,
25 müəllim) var. Məşhurları: ağsaqqal Məmməd Daşdəmirli,
Nağı Adıgözəl oğlu, Əsgər Daşdəmirli, ustad aşıq Məhəmməd
Sadaxlı, aşıq Nadir, aşıq Əlyar, şair Qasım Məftuni, alimlər
Mehralı Yusifov, Tapdıq Osmanov, ictimaiyətçilər Vaqif Musta-
fayev, Nəsib Cəfərov, xeyriyəçi İsmayıl İmanov, şairlər Lətif
Kamil, Yazıq Mehman vb.
NÖRGÜĞ kəndi – Bəylər səmtdə kiçik kənd. 2002’də 567
nəfər (22 % – 124 nəfər azərbaycanlı).
SABİRKƏND kəndi – Görarxı elatına aiddir. Borçalı
çökəyində, Alget çayının sahilində, rayon mərkəzindən 5 km
cənub-şərqdə, dəniz səviyəsindən 355 m yüksəklikdə. Adı əzəl
qaynaqlarda Mamgəli (Məmgəlli) xatırlınır. Əhalisi: 1926’da
155 ailədə 914 nəfər; 2002’də 756 ailədə 3713 nəfər (1912
kişi, 1801 qadın). Məktəbin tarixi 1927-ci ildəndir, indi orta
məktəb (2005’də 319 şagird, 26 müəllim) və təməl məktəb
(133 şagird, 17 müəllim) var. Məşhurları: ağsaqqallar Carçı
Usub, Məhəmməd Hacıyev, aşıq Almaz, din xadimləri Hacı
Faiq Nəbiyev, Məşədi Əziz Nəbiyev, Almaz vb.
SADAXLI kəndi – Dəvədöy və Bənövşəsu (Çaxrax) çay-
larının qovuşuğunda, Sop dağının ətəyində, dəniz səviyyə-
sindən 460 metr hündürdə, Gürcüstanın Ermənistanla sər-
hədində, dəmiryolunun kənarında, rayon mərkəzindən 30 km
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 76
güneydə. Toponim qədim bulqarların tirəsi Sodaq tayfasının
vəya Satak türk tayfasının adını əks etdirdiyini düşünürük. Bir
tərəfi Ləlvər dağlarından aşağılarda meşələrə söykənib. Yax-
ındakı arxeoloji məskən erkən tunc dövrünə aiddir və günəş,
şüa rəmzli bəzək ünsürləri maraq doğurur. 18-ci əsrdən
məscid var. 1885-ci ildə Hacı Bayram və Hacı Hüseynalı
tərəfindən başqa məscid tikilib. Ərazisi: 4552 hektar. Əhalisi:
1870’də 191 ailədə 1280 nəfər; 1926’da 445 ailədə 2033
nəfər; 1979-cu ildə 6144 nəfər; 1989-cu ildə 7180 nəfər;
2000-ci ildə 2500 ailədə 9486 nəfər. İndi əhalisinin sayı
etibarilə nəinki Borçalı ellərinin, eləcə də bütövlükdə
Gürcüstanın ən iri kəndidir. Dəmiryol vağzalı, sərhədyanı
ticarət mərkəzi var. Dünyəvi məktəb 1903-cü ildə yaradılıb,
indi Yusif Heydərov adına 1 saylı orta məktəb və 2 saylı orta
məktəb (2005’də müvafiq olaraq 821 şagird, 57 müəllim və
902 şagird, 63 müəllim) fəaliyətdədirlər. Toponimlərindən:
Nəsil adlarından: Bayramqullu, Adıgözəlli, Bedilli, Duşdurrar,
Əzvəli, Xudullar,Nazaröyü, Nayfıllı, Qaramannar, Qaraballı.
Məşhurları: el ağsaqqalları Boz Alı, Nağı Adıgözəloğlu, Əhməd
Eminoğlu, İmran Kərimov, Hüseynalı Bayramov, Qori semina-
riyasının məzunu Mustafa Məmmədov, müharibə qəhrəmanı
Cəfər Əliyev, Ayvaz İsmayılov, Musa Nəbi oğlu, əmək qəhrə-
manları İsa Xəlilov, Hacı Osman, Gülyaz Xəlilova, ustad aşıq-
lar Məhəmməd Sadaxlı, Əhməd Sadaxlı, Məsim, alimlər pro-
fessör Pənah Xəlilov, Mustafa Vəliyev, Aydın Məmmədov, Akif
Naibov, Əhməd İmanov, Ramiz Bayramov, Elvin Əzizbəyov,
Fazil Rüstəmov, İlqar Mədəniyev, jurnalistlər Həmid Vəliyev,
İlyas Adıgözəlli, cərrah Ramiz Poluxov, veteran müəllimlər
Musa Ayvazov, Sevda Mustafayeva, İslam Əhmədov, İsrafil
Məmmədov, Yusif Heydərov, "Şərəf" ordenli Adil Şərifov, icti-
maiyətçilər Polux Poluxov, Abdulla Bayramov, Ziyəddin Bayra-
mov, Lətif Bayramov, Abbas Heydarov, Bəkir Dəmirçalov, Mə-
həmməd Alməmmədov, Elxan Poluxov, Etibar Daşdəmirov,
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 77
şairlər Yetim Mahmud, Gülməmməd, İsmixan Cəfərov, Şölə
Cəlilli, Bəsti Bedilli, müğənni Fərman Cəfərov, aşıq Mehman
vb. İlyas Adıgözəllinin "Elim-obam Sadaxlı", Adil Şərifovun
"Keçmişimiz – bugünümüz" kitabları bu kənd haqqındadır.
Dostları ilə paylaş: |