SARAL kəndi – Dəvədöy çayının sol sahilində, rayon
mərkəzindən 21 km güneydə, dəmiryolunun, avtomobil
yolunun kənarında, dəniz səviyəsindən 400 m yüksəklikdə. İki
qismdən ibarətdir: Yuxarı Saral və Aşağı Saral. Yaxında orta
tunc dövrünə aid arxeoloji düşərgə, Qorqud qaya, Qız qalası,
tarixdə adı keçən Surdaş (Sürüdaş) qayası var. Nəsil
adlarından: Hətəmlər, Ənsərlilər, Seyidlər, Arxallılar vb.
Məscid 1794-cü ildə inşa edilib. 19-cu əsrin əvvəllərində Saral
oymağından xeyli ailə İranın Sulduz mahalına köç etmişlər.
Əhalisi: 1870’də Aşağı Saralda 71 ailədə 476 nəfər, Yuxarı
Saralda 27 ailədə 181 nəfər; 1926’da Aşağı Saralda 81 ailədə
320 nəfər, Yuxarı Saralda 61 ailədə 267 nəfər; 2002’də Aşağı
Saralda 1745 nəfər; Yuxarı Saralda 1135 nəfər. Aşağı Saralda
dünyəvi məktəb 1919-cu ildən, Yuxarı Saralda 1935-ci ildən
fəaliyət göstərir; indi Yuxarı Saralda (2005’də 207 şagird, 29
müəllim) və Aşağı Saralda (213 şagird, 24 müəllim) orta
məktəblər var. Yuxarı Saral məktəbi Musa Abbasovun adını
daşıyır. Məşhurları: kəramət sahibləri el ağsaqqalları
Məhəmməd Ağa, Seyid Mir Qasım, Hacı Mir Həşim Ağa, Seyid
Hüseyn, Muxtar Cəlilov Seyid Qulam, Seyid Cavad, Məşədi
Balı, Əsəd kişi, Məşədi Axund, Seyid Qulamhüseyn, Zilli
Məmmədov, 1918-ci il qəhrəmanı Çopur Əli və Vəli qardaşları,
müharibə qəhrəmanı baş leytenant Vəli Əfəndiyev, təsərrüfat
təşkilatçıları Əli Rəhimov, Əli Qocayev, Kazım Bayramov,
Gürcüstan Parlamentinin üzvü olmuş "Şərəf" ordenli Hidayət
Hüseynov, profesör Mürsəl Həkimov, veteran müəllimlər Musa
Abbasov, əməkdar müəllim Abbas Qocayev, Rza Abbasov,
Ziyəddin Qaracayev, aktyor, Azərbaycanın xalq artisti Zülfüqar
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 78
Abbasov, yazıçı Əli Abbas, şair Tahir Həkimli, jurnalistlər Arif
Hadızadə,
İradə
Qaracalı,
Nizami
Məmmədzadə,
ictimaiyətçilər Oruc Qocayev, Tofiq Qocayev, Niftalı Abbasov,
el pəhləvanı Müsəllim Həkimov, kunqfu idmanı üzrə dünya
çempionu Ramin Ələkbərov, müğənni İbrahim Borçalı, id-
mançı Ramin Ələkbərov, həkim Hətəm Qocayev, xeyriyəçi
Rəhim Hüseynov, Lətif Qocayev vb. İradə Qaracalının "Bir
dön geri, yurduna bax" kitabı bu kəndə həsr olunub.
SARVAN kəndi – Alget çayının sağ sahilində, dəniz
səviyəsindən 470 m yüksəkdə. Toponim Göyərlərin qövmü
Sarvan tayfasını, eləcə də Sarban (karvan yolçusu) deyimini
yada salır. 1932-ci il 13 fevral tarixdən Borçalı adlanıb, 1947-
ci ildə Marneuliyə qatılıb. Yaxındakı arxeoloji məskənlər
eneolit, erkən tunc dövrlərinə aiddir. 1930–1950-ci illərdə
Borçalı pedaqoji texnikumu fəaliyət göstərib. 18-ci əsrdə
məscidlər tikilmişdi. Son vaxtlar əzəmətli məscid ucaldılıb.
Heydər Əliyev adına park-seyrəngah yaradılıb. İndi Sarvan
kəndi Marneuli şəhəri içindədir. Əhalisi: 1870’də 329 ailədə
2201 nəfər; 1878-ci ildə 1671 nəfər; 1886-cı ildə 299 ailədə
1619 nəfər; 1926’da 484 ailədə 2493 nəfər. Məşhurları: şair
Qul Allahqulu, şair Dost Pirməmməd, din xadimləri Axund
Mustafa Talıbzadə, Şeyx Məhəmmədəli, el qəhrəmanları
Bayramlı İsmayıl ağa, Bayramlı Hüseyn ağa, Xaccaoğlu
Qəmbər, Hacıxəlil ağa, Umud Salmanlı, el ağsaqqalları
Şəmməd
Talıboğlu,
Əliməmməd
Hüseynoğlu,
Qori
seminariyasının məzunları Baxşəli Məhərrəmbəyov, nasir,
publisist Hüseyn Minasazlı, Abbas Minasazov, dramaturq
Kərim bəy Şərifli, Rüstəm Şərifov, müharibə qəhrəmanı
İsmayıl Bayramov, əmək qəhrəmanarı Əlləz Orucov, Dursun
Hüseynov, veteran müəllimlər Adil Gərəkməzli, Əmirxan
Əliyev, Midhət Qarayev, Ənvər Cəfərli, əməkdar müəllim Roza
Xudayeva, Həcər Qarabağlı, Elyura Əliyeva, Elman Cəfərli,
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 79
"Şərəf" ordenli Səməd Səmədzadə, tənqidçi Əhəd Hüseynov,
polkovnik Eyvaz Məmmədov, vitse-polkovnik Vaqif Bayramov,
aşıqlar Allahverdi, İsgəndər, Lətif, Hüseyn, profesorlar
Teymuraz Cəfərli, Abbas Hacıyev, Əmirxan Xəlilov, Baxış
Bayramov, Xalidpaşa Xubanov, Vaqif Sadıxov, Asif Hacılı, Hi-
dayət Nuriyev, alim, ictimaiyətçi Vəkil Hacılı, hüquq-mühafizə
işçiləri Cəlil Kələyev, Kamal Həsənov, Ramiz Məmmədov,
Eldar Cəfərli, yazıçı, "Borçalı" povestinin müəllifi Hidayət
Bayramov, Azərbaycan Milli Məclisinin üzvü olmuş profesör
Səlahəddin Xəlilov, Gürcüstan Parlamentinin üzvü olmuş Azər
Süleymanov, "Ulu Borçalı", "Borçalı alimləri" kitablarının
müəllifi Məmməd Sadıqov, jurnalistlər Elman Cəfərli, Müseyib
Əlizadə, heykəltaraş Cümşüd İbrahimli, kino aktyoru Gümrah
Rəhimov, ictimaiyətçilər Baxış Kələyev, Tofiq Hacıyev, Rafiq
Hacıyev, Fazil Həsənov, Faiq Məmmədov, Tahir Cəfərli, şairə
Mayqa Mətin vb.
SEYİDQOCALI kəndi – Dəvədöy çayının sol sahilində,
rayon mərkəzindən 19 km cənub-qərbdə, Şüləver dəmiryol
vağzalından 3 km qərbdə, dəniz səviyəsindən 355 m yük-
səkdə. Əhalisi: 1870’də 9 ailədə 60 nəfər; 1926’da 30 ailədə
105 nəfər; 2002’də 527 nəfər (263 kişi, 264 qadın). İbtidai
məktəb (2005’də 40 şagird, 7 müəllim) var. Məşhurları: aşıq
Oruc, alim Ələddin Əliyev vb.
SOP kəndi – Bənövşə çayının sol sahilində, rayon
mərkəzindən 37 km cənub-qərbdə, Sadaxlı kəndindən 7 km
cənubda, Ləlvər dağı, möhtəşəm Tsop qayası ətəyində,
ormanlar əhatəsində, Ermənistanla sınırda. Yaxında, Bənövşə
çayının sol qırağında qədim arxeoloji məskən, orta paleolitə
aid zağa düşərgəsi, ortayüzillərə aid qala üzə çıxarılıb.
Toponimlərindən: Zərgər müşəsi, Keçəl təpə, Qaraçı qışlağı,
Koroğlu qalası... Burada Azərbaycanlılar və Ermənilər
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 80
yaşayırlar. Əhalisi: 2002’də 746 nəfər (62% – 462 nəfər
Azərbaycanlı). Burada məktəb 1936-da açılmışdır. Bu gün
açıq ibtidai məktəbdə (2005’də 90 Azərbaycanlı şagird, 13
müəllim) var. Məşhurları: professor Nəbi İbadov, ictimaiy-
yətçilər Həsən Əzizov, Sədi İbadov, veteran müəllim Lətifə
İbadova, şair Həsən Abbasoğlu vb.
ŞÜLƏVER QƏSƏBƏSİ. – Borçalı çökəyində, Xram və
Dəvədöy çayları arasında, rayon mərkəzindən 15 km
güneydə, Marneuli–Sınıqkörpü, Marneuli–Sadaxlı avtomobil,
dəmir yollarının kənarında, dəniz səviyəsindən 370 m
yüksəklikdə. Erkən orta əsrlərdə adıkeçən Şelbir tayfası ilə
ilgiliyi ehtimalı var. Qəsəbə yaxınında arxeoloji məskən aşkar-
lanıb; son tunc dövrünə aid kurqandakı tuncdan ox ucları,
sümük, tunc üzəngilər türk-sak tipli hesab olunur. Əhalisi:
2002’də 1787 nəfər (53% – 947 nəfər azərbaycanlı).
TAMARİSİ kəndi – Xram çayının sol sahilində,
dəmiryolunun
kənarında,
dəniz
səviyəsindən
380
m
yüksəklikdə. Eneolit və erkən tunc dövrünə aid arxeoloji
məskən aşkarlanıb. 1944-cü ilədək almanlar yaşamış və
Traunbenberq adlanmışdı. İndi əsasən gürcülər, təxminən
100 nəfər azərbaycanlılar yaşayırlar.
TƏKƏLİ kəndi – Rayon
mərkəzindən 27 km cənub-
şərqdə,
Marneuli–Sınıqkörpü
avtomobil yolunun kənarında,
dəniz səviyəsindən 310 m yük-
səklikdə. Oğuz-türkman soylu
Təkəli
tayfasının,
Sakaların,
Bulqarların tirəsi Təkə tayfa-
sının, qıpçaqların Tək tayfasının
Təkəli abidələrindən
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 81
vəya Qızılbaşların Təkəli tayfasının adını əks etdirir. Qədim
məzarlığında at, qoç abidələri indi də durur. Əhalisi: 1870’də
13 ailədə 87 nəfər; 1926’da 150 ailədə 495 nəfər; 2002’də
1682 nəfər. Məktəbin tarixi 1924-cü ildən başlanır, orta
məktəb (2005’də 347 şagird, 43 müəllim) var. Məşhurları: şair
Bağır, məşhur sərkərdələr nəsli Yadigaroğlular, o cümlədən
İsrafil bəy Yadigarov, Həsən bəy Yadigarov, polis polkovniki
Adil Cəfərov, aşıqlar Mustafa, Əlyar, Ramin İsmixanoğlu vb.
TƏZƏKƏND kəndi (Görarxı Təzəkəndi). – Görarxı elatına
daxildir. Alget çayının sahilində, rayon mərkəzindən 5 km
cənub-şərqdə, dəniz səviyəsindən 340 m yüksəklikdə. Əhalisi:
2002’də 629 ailədə 2230 nəfər. Məktəb 1934-cü ildə yaradılıb,
indi orta məktəb (2005’də 412 şagird, 34 müəllim) qəhrəman
Əmrah Aslanovun adını daşıyır. Məşhurları: aşıq Əli, müharibə
qəhrəmanı, "Şöhrət" ordeninin hər üç dərəcəsinə layiq
görülmüş Əmrah Aslanov, el ağsaqqalları Keçəloğlu Namaz,
Ziyadxan Gərəkov, Bədirxan Gərəkov, veteran müəllimlər
Abbas Kərimov, Məhəmməd Allahverdiyev, Hümbət Mehdiyev,
əmək veteranları Rəhim Budaqov, Allahverdi Allahverdiyev,
ictimaiyətçilər Avtandil Gərəkov, Namaz Gərəkov, Akif
Kərimov vb.
ULAŞLI kəndi – Dəvədöy çayının sahilində, rayon
mərkəzindən 26 km güneydə, dəniz səviyəsindən 360 m
yüksəklikdə. Toponimin Volqaboyu bulqarlardakı Hulaş adı,
xəzərlərdəki Kulas, Ulaş tayfaları, Anadolu yarımadasında
yaşamış Ulaş qolu, qıpçaqlardakı Arpalı tayfasına mənsub
Ulaşlı qoluyla ilgəkləri ehtimalları var. 19-cu yüzilin əvvəlində
Urmiyə gölü qıraqlarına köçən qarapapaqlar arasında Ulaşlı
elinin sakinləri də olmuşdu. Əhalisi: 1870’də 22 ailədə 148
nəfər; 1926’da 70 ailədə 258 nəfər; 2002’də 859 nəfər (432
kişi, 427 qadın). Məktəbin tarixi 1925-ci ildən başlanır,
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 82
Tanrıverdi Abdalov adına təməl məktəb (2006’da 119 şagird,
21 müəllim) fəaliyətdədir. Məşhurları: məşhur şair Dollu
Əbuzər, aşıq Sədi Ulaşlı, şair Zülfüqar Ulaşlı vb.
YENİKƏND (QAYAQOCALI) kəndi – Borçalı çökəyində,
rayon mərkəzindən 27 km güneydə, dəniz səviyəsindən 335
m yüksəklikdə. Əsl adı Qayaqocalıdır. Əhalisi: 1886-cı ildə 10
ailədə 34 nəfər; 1926’da 20 ailədə 99 nəfər; 2002’də 492
nəfər. Məşhurları: aşıq Məsim Yadigarov, Əfqan Şamilov vb.
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 83
TETRİCĞARO RAYONUNDA – Ölkənin cənub-şərq
səmtində, Tbilisidən 57 km aralıdadır. Əzəl adı Ağbulaqdır,
1940-cı ildə Tetricğaro adıyla əvəz-
lənib (Tetricğaro Ağbulaq anlamını
verir).
1929-cu
ilədək
Borçalı
qəzasına daxil olmuş, 1929’dan
rayon statusu almışdı. Ərazisi:
1174,4 kv.km. Əhalisi: 2002’də
25354 nəfər; bundan azərbaycanlı: 1641 nəfər (6,5%).
GÖHNAR (Qoxnar) kəndi – Dəniz səviyəsindən 1620 m
yüksəkdə. Gürcülərlə yanaşı, az sayda azərbaycanlılar da
yaşamışlar. Azərbaycanlı əhalisi: 1926’da 40 nəfər, 1979-cu
ildə 26 nəfər.
NARİLNAR (NƏBİLLƏR) kəndi –Gürcülərlə yanaşı,
azərbaycanlılar da yaşayıblar.
KOSALAR kəndi – Xram çayının sağ sahilində, rayon
mərkəzindən 14 km cənub-şərqdə, dəniz səviyəsindən 650 m
yüksəkdə. Qaynaqlarda Qarakənd-Kosalar şəklində də rast
gəlinir. Əhalisi: 1886-cı ildə 250 nəfər; 1926’da 572 nəfər;
2002’də 1056 nəfər. Məktəb 1925-ci ildə yaradılıb, təməl
məktəb var. Məşhurları: əmək qəhrəmanı Güllü Əliyeva, elm
adamları Murtuz Qacarlı, Roza Bayramova, Dövlət Mükafatı
laureatı Bədirxan Musayev, Məmməd Qocayev, Qasım
Məmmədov, İsa Musayev, Mahal Qacarlı (Şirinov), Vilayət
Qacarlı, Ramiz Qacarov, polkovnik Elbrus Anazarov, veteran
müəllimlər Hüseynqulu Orucov, Hasanalı Orucov, Təhməz Qa-
carov, Dursun Musayev, xeyriyəçi Vaqif Məmişov vb. Mahal
Qacarın "Borçalı mahalı və Qarakənd–Kosalar eli" adlı kitabı
nəşr edilib.
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 84
ŞIXLI kəndi – Xram çayının sağ sahilində, rayon
mərkəzindən 13 km cənub-şərqdə, dəniz səviyəsindən 680 m
yüksəklikdə. Bir adı da Qəmərlidir. Əhalisi: 1926’da 249 nəfər;
2002’də 193 nəfər. Elementar məktəb (20 şagird)
fəaliyətdədir. Məşhurları: artilleriya general-mayoru Hacırəhim
Məmmədov vb.
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 85
ZALQA RAYONUNDA – Ölkənin cənub-şərq səmtində,
Tbilisidən 94 km. 1929-cu ilədək
Borçalı qəzasına daxil olmuş, 1929’-
dan rayon statusu almışdı. 1932-ci
il 22 dekabra qədər Barmaqsız-
Zalqa adlanıb. Ərazisi: 1050,6 kv.
km. Əhalisi: 1989-cu ildə 39.600
nəfər, 2002’də 20888 nəfər. 1979-cu ildə 2231 nəfər (4,5%),
1989-cu ildə 2281 nəfər (5,1%), 2002’də 1992 nəfər (9,5%)
azərbaycanlı yaşayıb. 1 şəhər, 2 qəsəbə, 43 kənd var,
bunlardan soydaşlarımız məskunlaşan Tecis, Culuxlu, Çölyan,
Qızılhacılı, Ərcivan-Sarvan, Gödəklər, Minasazkənd kəndləri
ümumilikdə el arasında Dağ Sarvan adlanır. Rayonda 2006-cı
ildə 3 azərbaycan məktəbində 241 şagird, 37 müəllim olub.
ƏRCİVAN-SARVAN kəndi – Ərcivan dağ silsiləsinin gü-
neyində, rayon mərkəzindən 15 km aralıda, dəniz səviyyə-
sindən 1730 m yüksəklikdə. Aran-Sarvanından köçüblər.
Əhalisi: 1870’də 749 nəfər; 1918’də 796 nəfər; 1926’da 151
ailədə 760 nəfər; 2002’də 248 ailədə 931 nəfər. Məscid var.
İlk məktəb 1924-də yaradılıb, indi təməl məktəb (103 şagird)
fəaliyətdədir. Məşhurları: el ağsaqqalı Hümbət, aşıqlar Eyub,
Dəllək Paşa (Dəlivəlli), Əhməd Daşdəmiroğlu, şairlər Mustafa
Bədirov, Murtuz Ərcivanlı, ictimaiyətçilər Bafat İbrahimov,
Ələddin Danaçıyev, polkovnik Mehdi Təhmurazov vb.
QIZILHACILI-ÇÖLYAN kəndi – Trialet (Ərcivan)
dağlarının güney ətəyində, rayon mərkəzindən 20 km aralıda.
19-cu əsrdə Aran-Qızılhacılısından köçüblər. Əhalisi: 1870’də
36 ailədə 212 nəfər; 2002’də 99 ailədə 357 nəfər. İlk məktəb
1924-cü ildə yaradılıb.
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 86
GÖDƏKLƏR
kəndi
– Zalqa hövzəsində, rayon
mərkəzindən 22 km şimal-qərbdə, dəniz səviyəsindən 1820 m
yüksəklikdə. Oğuz soylu Gödəkli, Xəzərlərin Gödəklər
tayfalarıyla ilgili ola bilər. Əhalisi: 1870’də 109 nəfər; 1918’də
187 nəfər; 2002’də 67 nəfər. Məktəb 1924-cü ildəndir, ibtidai
məktəb (8 şagird) var.
MİNASAZKƏND kəndi – Zalqa hövzəsində, rayon
mərkəzindən 24 km şimal-qərbdə, dəniz səviyəsindən 1500 m
yüksəklikdə. 19-cu yüzildə Aran-Sarvanındakı Minasazlı
kəndindən köçüb burada yurd salıblar. Əhalisi: 1886-cı ildə 5
ailədə 29 nəfər; 1918’də 38 nəfər; 1926’da 7 ailədə 37 nəfər;
2002’də əhali qalmayıb. Məktəb 1930-cu ildə yaradılmışdı.
Məşhurları: məşhur publisist Hüseyn Minasazov, həkim Şaxəli
Minasazov vb.
TECİS-CULUXLU kəndi – Ərcivan silsiləsinin güneyində,
rayon mərkəzindən 23 km
aralıda, dəniz səviyəsindən
1740 m yüksəklikdə. Əhalisi:
1886-cı ildə 45 ailədə 372
nəfər; 1918’də 503 nəfər;
1926’da 96 ailədə 466 nəfər;
2002’də 195
ailədə
607
nəfər. Məktəb 1912-ci ildə
yaradılıb, indi təməl məktəb (45 şagird) var. Məşhurları: Qori
seminaryasının məzunu Ziyad bəy Şərifov, veteran müəllimlər
Kərim Qarayev, Şahəli Məmmədov vb.
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 87
KAXET DİYARINDA – Ölkənin şərq zonasıdır. Yor çayının
orta və aşağı axarları boyunu, Alazan çayı hövzəsini
əhatələyir. Ərazisindən Yor, Alazan çayları axır, Tbilisi–Telavi
dəmiryolu, Tbilisi–Balakən avtomobil yolu keçir. Diyarın
inzibati mərkəzi Telavi şəhərindədir. Axmeta, Gürcaani,
Telavi, Laqodexi, Saqareco, Siğnaği, Sitelcğaro, Kvareli rayon-
larının ərazilərindən ibarətdir. Diyarın, xüsusən də Saqareco,
Laqodexi, Telavi rayonlarının əhalisinin müəyən qismini
soydaşlarımız təşkil edirlər. Burada azərbaycanlılar 14 kənddə
məskundurlar, onlar diyarın 40036 nəfər ümum əhalisinin
12,3%-inə
bərabərdirdər.
2006-cı
ildə
diyarda
11
azərbaycandilli məktəb, bu məktəblərdə 3962 şagird, 245
müəllim olub.
AXMETA RAYONUNDA – Əhalisi: 2002’də 41641 nəfər.
Bunun müəyən qismi (152 nəfər) azərbaycanlılardır.
KASRİSCĞALİ kəndi – Camaat arasında Kəsərsu da
adlanır.
Gürcülərlə
yanaşı
azərbaycanlılar
da
var.
Soydaşlarımız təxminən 100 nəfərdir (kənd əhalisinin 28%-i).
DEDOPLİSCĞARO RAYONUNDA – Tbilisidən 124 km
gündoğardadır. Sahəsi: 2529,2 kv.km. Əhalisi: 2002’də
30.811 nəfər; 4,4 % azərbaycanlı.
ARXİLOSKALİ kəndi – Kəndin adı tərcümədə Arxılıqızı
deyiminə uyğun gəlir. Gürcülərlə yanaşı, azərbaycanlılar da
məskundurlar, onlar 700 nəfərdən çoxdurlar (kənd əhalisinin
33%-i).
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 88
LENOVKA kəndi – Əhalisinin yarısından çoxu (100
nəfərdən çox) azərbaycanlılardır.
LAQODEX RAYONUNDA – Ölkənin şərqində, Tbilisidən
154 km uzaqda. Ərazisindən Tbilisi–Balakən avtomobil yolu
keçir, dövlət qoruğu var. Hüdudları: şərqdə Azərbaycan
Respublikası, şimalda Dağıstan, cənubda Gürcaani və Siğnaği,
qərbdə Kvareli rayonları. Ərazisi: 890,2 kv.km. Əhalisi:
2002’də 51.066 nəfər. Soydaşlarımızın (11392 nəfər) yığcam
yaşadıqları Qabal, Uzuntala, Gəncələ, Qaracalar kəndlərinə el
arasında ümumilikdə Qabal elatı deyilir. Məşhurları: maarifçi
Həmid Alıyev, ictimaiyyətçilər Camal Niyazov, Sarvan
Məmmədov, şairlər Yunis Novruz, Sərdar Qaballı, Fərman
Əliyev vb.
GƏNCƏLƏ kəndi – Alazan vadisində, Qabal çayının sol
sahilində, rayon mərkəzindən 15 km günbatarda, dəniz
səviyəsindən 360 m yüksəklikdə. Əhalisi: 2002-ci ilin
məlumatına görə, 630 ailədə 2745 nəfər, 2006'da 2595 nəfər.
Orta məktəb (376 şagird) var.
QABAL kəndi – Alazan vadisində,
Qabal
və
Bəysubandərə
çayları
arasında, rayon mərkəzindən 15 km
günbatarda, dəniz səviyəsindən 330
m yüksəkdə. Əhalisi: 2002’də 600
ailədə 3654 nəfər, 2006'da 3454
nəfər. Məktəb 1924-cü ildə yaradılıb,
indi bir orta məktəb, bir elementar məktəb var.
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 89
QARACALAR kəndi – Alazan vadisində, Qabal çayının sol
sahilində, rayon mərkəzindən 15 km günbatarda, dəniz
səviyəsindən 370 m yüksəkdə. Oğuz mənşəli Qaraca, Qaracör
tayfaları, qıpçaqlardakı qaraçay tayfası, qılıclı tayfasının
Qaraca qolu ilə ilgili ola bilər. Əhalisi: 2002’də 370 ailədə
2576 nəfər, 2006'da 2426 nəfər. Elementar məktəb (222
şagird) var.
UZUNTALA kəndi – Alazan vadisində, Qabal çayının sol
sahilində, rayon mərkəzindən 15 km günbatarda. Əhalisi:
2002’də 450 ailədə 2333 nəfər, 2006'da 2183 nəfər. Baza
(doqquzillik) məktəbi var.
Dostları ilə paylaş: |