0
Ə-C.İ.Əhmədov
N.T.Əliyev
M E Y V Ə V Ə T Ə R Ə V Ə Z İ N
Ə M T Ə Ə Ş Ü N A S L I Ğ I
(Dərslik)
B A K I – 2 0 0 9
1
Prof. Əhmdov Əhməd-Cabir İsmayıl oğlu
Dos.Əliyev Nəbi Teymur oğlu
M E Y V Ə V Ə T Ə R Ə V Ə Z İ N
Ə M T Ə Ə Ş Ü N A S L I Ğ I
(Dərslik)
Azərbaycan Respublikası Təhsil
Nazirliyinin 24. 06. 2009-cu il tarixli
787 saylı əmri ilə təsdiq edilmişdir
B A K I – 2 0 0 9
2
Rəyçilər: Azərbaycan Kooperasiya Universiteti
«Əmtəəşünaslıq və ekspertiza»
kafedrasının müdiri, b.e.n. , dos.A.H.Xəlilov
Azərbaycan Dövlət Iqtisad
Universiteti “Istehlak mallarının
ekspertizası” kafedrasının dos., b.e.n. M.A.Əhmədov
Elmi redaktoru: prof. Ə-C.İ.Əhmədov
Əhmədov Ə-C.İ., Əliyev N.T. Meyvə və tərəvəzin əmtəəşünaslığı. Ali
məktəb tələbələri üçün dərslik. Bakı, ADIU-nin nəşriyyatı, 2009. 000 səh.
Dərslik təhsilin bakalavr pilləsində 320200 – “Ərzaq malları
əmtəəşünaslığı” ixtisası üzrə qüvvədə olan tədris planı əsasında tərtib olunmuş
“Bitki mənşəli ərzaq malları əmtəəşünaslığı” fənninin proqramına tam uyğun
olaraq yazılmışdır. Dərslik 9 fəsildən ibarətdir. Birinci fəsildə meyvə və tərəvəzin
anatomik quruluşu, kimyəvi tərkibi və fiziki xassələri; ikinci fəsildə təzə
tərəvəzlər; üçüncü fəsildə təzə meyvələr; dördüncü fəsildə Azərbaycanda yetişən
yabanı meyvə-giləmeyvələr; beşinci fəsildə meyvə-tərəvəzin yetişməsi, yığılması,
əmtəə emalı və daşınması; altıncı fəsildə meyvə və tərəvəzin saxlanılması;
yeddinci fəsildə meyvə-tərəvəzin emalı məhsulları, səkkizinci fəsildə göbələk və
onun emalı məhsullarının əmtəəşünaslıq səciyyəsi doqquzuncu fəsildə isə meüvə-
tərəvəz malarının keyfiyyətini öyrənilməsi üsulları öz əksini tapmışdır.
Dərslikdən tələbələrlə yanaşı meyvə-tərəvəzin tədarükü, saxlanılması,
emalı və satışı ilə məşğul olan mütəxəssislər, gömrük təşkilatlarının əməkdaşları,
kolleclərin müəllimləri və tələbələri də istifadə edə biləcəklər.
©
Əhməd-Cabir, 2009
3
ÖN SÖZ
Azərbaycan Respublikasında əhalinin zəruri ərzaq məhsulları ilə təmin
edilməsi dövlətin iqtisadi siyasətində əsas yer tutur.Bu məqsədlə ölkədə ərzaq
istehsalı sahəsində, xüsusilə aqrar bölmədə bir sıra köklü islahatlar aparılmışdır.
Ərzaq məhsulları istehsalında həyata keçirilən kompleks tədbirlər bu sahənin daha
sürətlə inkişafına əlverişli zəmin yaratmışdır. Azərbaycan Respublikası
Prezidentinin 2001-ci il 2 mart tarixli 640 saylı sərəncamı ilə təsdiq edilmiş
«Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi proqramı»nda nəzərdə tutulan
tədbirlərin həyata keçirilməsi ölkədə ərzaq təminatı ilə bağlı işlərin daha səmərəli
aparılmasına təkan vermişdir.
Hazırda dövlət tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına və emal
müəssisələrinə geniş texniki və maliyyə dəstəyi göstərilir. Odur ki, son illər
respublikada meyvə-tərəvəzin və onun emalı məhsullarının istehsalı ilbəil artır.
Meyvə-tərəvəz məhsulları insan orqanizminin mineral maddələr və
vitaminlərlə təmin edilməsində əvəzsiz qida məhsullarıdır. Meyvə-tərəvəzlər
vitaminlərin və mineral maddələrin mənbəyidir. Meyvə-tərəvəzin tərkibində
orqanizmdə asan mənimsənilən karbohidratlar, o cümlədən şəkərlər və nişasta
vardır. Üzvi maddələrdən meyvə-tərəvəzlərdə üzvi turşular, aşı və boya maddələri,
pektin maddələri, ətirli maddələr və digər bioloji fəal maddələr vardır. Meyvə-
tərəvəzin tərkibi onun növündən və sortundan, yetişmə dərəcəsindən, yığılma
müddətindən, torpaq-iqlim şəraitindən, emalından, saxlanılma üsullarından və
müddətindən çox asılıdır.
Təzə meyvə və tərəvəz istehsalının mövsümi xarakter daşımasına
baxmayaraq, bunlar il boyu gündəlik qidanın tərkibinə daxil olmalıdır. Müəyyən
olunmuş fizioloji normaya əsasən, orqanizmin normal fəaliyyəti üçün hər adam
ildə orta hesabla 106 kq meyvə-giləmeyvə və üzüm (gündə ən azı 300 qram), 110
kq kartof (gündə 300-350 qram), 130 kq tərəvəz və bostan məhsulları (gündə 350-
4
400 qram) istehlak etməlidir. Ilin bütün mövsümlərində lazımi qədər meyvə-
tərəvəz istifadə edə bilmək üçün onları müxtəlif üsullarla konservləşdirirlər.
Meyvə-tərəvəzin yetişməsi və saxlanılması dövründə onların tərkibindəki
maddələr kəmiyyət və keyfiyyət dəyişikliklərinə uğrayır. Bu proseslərin məhsulun
keyfiyyətinə təsiri cəhətdən öyrənilməsi və istehlaka verilən meyvə-tərəvəz
məhsullarının keyfiyyətinin normativ-texniki sənədlərə uyğunluğunun müəyyən
edilməsi yüksək ixtisaslı əmtəəşünaslar üçün vacib məsələlərdəndir.
Müasir dövrdə ərzaq məhsullarının, o cümlədən meyvə-tərəvəzin
keyfiyyətinə ekoloji amillər də təsir göstərir. Odur ki, meyvə-tərəvəz məhsullarının
zərərsizlik göstəricilərinin müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. Meyvə-
tərəvəzlərdə və onların emalı məhsullarında olan ağır (toksiki) metalların,
pestisidlərin, radionuklidlərin, digər zərərli maddələrin miqdarının müəyyən
edilməsi və onların mikrobioloji göstəricilərinin tibbi-bioloji təlimata (TBT) uyğun
olması daim nəzarət altında saxlanılır.
Dərslik 32.02.00 – «Ərzaq malları əmtəəşünaslığı» ixtisası üzrə təhsilin
bakalavr pilləsində oxuyan tələbələr üçün nəzərdə tutulmuşdur.
Dərslik əsas tədris vəsaiti kimi tələbələrə meyvə-tərəvəzin və onun emalı
məhsullarının əmtəəşünaslığı haqqında geniş və müfəssəl məlumat verməklə
onlara gələcəkdə kurs və buraxılış işlərinin yazılmasında da yardımçı olacaqdır.
Dərslik haqqında müsbət mülahizələrini və tənqidi qeydlərini bildirən
mütəxəssislərə müəlliflər qabaqcadan öz minnətdarlıqlarını bildirirlər.
Dərsliyin I, II, III, IV, VII və IX fəsillərini prof. Ə-C.I.Əhmədov, V, VI və
VIII fəsillərini isə dos. N.T.Əliyev yazmışdır.
Dərsliyin əlyazmasının nəşrə hazırlanmasında, eləcə də mətnin
korrekturasının oxunmasında etdiyi köməkliyə görə müəlliflər «Ərzaq malları
əmtəəşünslığı» kafedrasının əməkdaşı Namazova Afaq Vəlixan qızına öz
minnətdarlığını bildirirlər.
5
I FƏSIL. MEYVƏ VƏ TƏRƏVƏZIN ANATOMIK QURULUŞU, KIMYƏVI
TƏRKIBI VƏ FIZIKI XASSƏLƏRI
1.1. Bitki hüceyrəsinin ümumi xarakteristikası
Hüceyrə, tərkibindəki komponentlərlə birlikdə təzə meyvə-tərəvəzlərin
keyfiyyətinə və saxlanmasına təsir edən mühüm proseslərin getdiyi bir
mikroaləmdir. Hüceyrənin tərifi belədir: «Bütün həyati xassələri daşıyan, daxilində
nüvə yerləşən protoplazma komasına hüceyrə deyilir».
Son on ildə elektron mikroskopiyasının, rentgenostruktor analiz, differensial
sentrifuqadan keçirmə və başqa müasir tədqiqat üsullarının köməyi ilə bitki
hüceyrəsi, hüceyrə orqanoidləri və onların funksional ixtisaslaşdırılması barədəki
anlayışlar genişlənmiş və dərinləşmişdir.
Adətən, hüceyrə 2 hissədən – protoplazmadan və onu xaricdən əhatə edən
qılafdan ibarətdir. Selik tipli kütlədən ibarət protoplazma hüceyrənin daxilində
yerləşib, çox mürəkkəb tərkibə malikdir. Protoplazma hüceyrənin canlı
orqanoidlərinin və həmin orqanoidlərin maddələr mübadiləsi zamanı topladığı
maddələrin məcmusudur. Protoplazmanın məhsulu olan qılaf onu xaricdən örtür,
fiziki və mexaniki təsirlərdən qoruyur, çoxhüceyrəli orqanizmlərdə onu qonşu
hüceyrələrdən ayırır və maddələrin hüceyrəyə daxil olmasını və xaric edilməsini
tənzimləyir.
Yetişmiş bitki hüceyrəsində onu xaricdən əhatə edən qılafa nazik təbəqə
şəklində sıxılmış sitoplazma və hüceyrə şirəsi ilə dolu vakuol-boşluq vardır.
Vakuollar həll olmuş maddələrdən, müxtəlif formalı hissəciklərdən – kristallardan,
yağ damcılarından, nişasta dənələrindən və s. ibarətdir.
Sitoplazma hüceyrə orqanoidləri və ya orqanelləri adlanan mürəkkəb
quruluşlu müxtəlif subhüceyrə komponentləri olan nüvə, mitoxondri, plastidlər və
diktiosomlardan (Qolci aparatı) ibarətdir.
6
Hüceyrə orqanoidləri fosfolipidlər və zülal molekullarından təşkil olunmuş
membranlarla əhatə edilmişdir. Maddələr mübadiləsi zamanı maddələrin
hüceyrəyə daxil olmasında və hərəkətinin tənzimlənməsində membranların rolu
böyükdür.
Adətən membranlar sadə (elementar) və mürəkkəb (ikili) olur. Sadə
membranlar iki zülal təbəqəsindən ibarətdir və təbəqələr arasında lipidlər yerləşir.
Sadə membranlar hüceyrə vakuolunu və endoplazmatik telləri əhatə edir.
Mürəkkəb membranlar isə arasında zərdaba oxşar maye təbəqəsi olan iki sadə
membran təbəqəsindən əmələ gəlmişdir. Bu membranlar mitoxondri, hüceyrə
nüvəsi, Qolci aparatı və başqa hüceyrə elementlərinin səthini örtür.
Bir çox hüceyrə orqanoidləri xırda qranulalar (girdə formalı xırda cisimlər),
bəzən isə zülal və nuklein turşularından ibarət dəstələr əmələ gətirən fibrillərdən
(nazik tellər) təşkil olunmuşdur.
Hüceyrə qılafı – meyvə və tərəvəzin toxumalarının hüceyrələrini əhatə edir.
Qılaf protoplastın fəaliyyəti nəticəsində onun xaricində əmələ gəlir və
protoplazmanın ayrılmaz bir hissəsinə çevrilir. Qılaf hüceyrəyə mexaniki
möhkəmlik verir və protoplazmanı xarici təsirlərdən qoruyur. Əsasən sellüloza,
hemisellüloza və protopektindən təşkil edilmiş hüceyrə qılafı bir neçə təbəqədən
ibarətdir. Belə qılafın keçiriciliyi yaxşıdır, belə ki, o, xarici məhlulları hüceyrəyə
yaxşı çəkir ki, buradan da molekullar və ionlar qılafdan sitoplazmanın səthinə asan
keçə bilir.
Adətən yetişmiş bitki hüceyrəsində birinci və ikinci qılaf ayırd edilir. Birinci
qılaf cavan hüceyrələrin hüceyrə divarını yaradır, tərkibində çoxlu su olur, lakin
hüceyrə böyüdükcə hüceyrə daxilində yeni qatlar əmələ gəlir, qalınlaşır və
sellüloza ilə zəngin olan ikinci qılaf yaranır. Getdikcə qalınlaşan qılaf üzərində
üçüncü qılafın qatları əmələ gəlir. Yaranan qatlar üzərində iki qonşu hüceyrə
arasında maddələr mübadiləsinin gedişini təmin edən məsamələr əmələ gəlir.
Qılafın üzərində əmələ gələn məsamələr quruluşca 2 cür olur: sadə və haşiyəli
məsamələr.
7
Xarici şəraitdən, maddələr mübadiləsinin istiqamətindən və hüceyrənin
daşıdığı vəzifədən asılı olaraq qılaf nəinki qalınlaşır, hətta onun kimyəvi tərkibi də
dəyişir. Hüceyrə qılafı odunlaşır, mantarlaşır və kutinləşir, selikləşir və
minerallaşır.
Qılafa liqnin (odun) hopduqda odunlaşır. Odunlaşma qılafa bərklik və
möhkəmlik verir. Odunlaşmış qılaf, maddələri hüceyrəyə çox çətinliklə buraxır.
Məsələn, yetişib ötmüş turp, çuğundur və s. Bəzən əks odunlaşma müşahidə
olunur. Məsələn, armud və ya heyvanın saxlanma zamanı yetişməsi.
Hüceyrənin qılafına yağabənzər maddə suberin (mantar) hopduqda qılaf
mantarlaşır, mumabənzər maddə kutin hopduqda isə kutinləşir. Qılafı mantarlaşmış
və kutinləşmiş hüceyrələr istər qazları, istərsə də mayeləri hüceyrənin daxilinə və
xaricinə keçirmir. Qılafın bütün səthi mantarlaşdıqda hüceyrənin canlı
möhtəviyyatı məhv olur.
Həddindən artıq su hopması nəticəsində selikləşən qılafın kimyəvi tərkibi o
qədər də dəyişmir. Selikləşmə az təsadüf edilən hadisədir. Təbii halda qarpız
toxumlarının qabıq hissəsi meyvənin daxilində suyun çoxluğundan, eləcə də əksər
yosunların xarici səthi selikləşmiş olur. Albalı, gavalı, gilas, alça, ərik ağacları
qabığının çatlarından sarımtıl yapışqan maddənin axması hallarına tez-tez rast
gəlmək olur. Bu yapışqanlı maddə – selikləşmiş hüceyrə kütləsidir.
Hüceyrənin qılafına çox vaxt mineral (kalsium və silisium) duzlar hopur və
qılafı minerallaşdırır. Qonşu hüceyrələrin protoplazmaları, məsamənin qapayıcı
pərdəsindəki kiçik deşiklərdən keçən nazik tellərlə birləşir və bütün orqanizmin
canlı hüceyrələri arasında əlaqəni təmin edir. Məsamələrdən birləşən protoplazma
tellərinə plazmodesmalar deyilir.
Sitoplazma, protoplazmanın əsas hissəsini təşkil edir. Bunun içərisində
protoplazmanın digər komponentləri yerləşir. O, eləcə də, əsasən erqast maddə
kütləsinin yerləşdiyi hüceyrə şirəsini də əhatə edir.
8
Sitoplazmanın içərisində protoplazmanın canlı komponentləri və
onda toplanan maddələr yerləşir. Cavan hüceyrənin daxili tamamilə
sitoplazmadan ibarətdir.
Sitoplazmanın içərisində hüceyrə şirəsinin əhatə etdiyi yer vakuol
adlanır. Vakuollar çoxalıb iriləşdikcə, sitoplazmanı qılafa doğru
sıxışdırır. Sitoplazma 3 hissəyə ayrılır. Onun ən xarici və ən daxili
hissələrini təşkil edən molekullar kipləşir və onu hüceyrənin qovuşduğu
digər hissələrdən ayırır. Buna müvafiq olaraq sitoplazmanın qılafla
birləşən hissəsi plazmalemma adlanır. Onun ən daxili qatı mezoplazma
adlanır. Sitoplazmanın xarici və daxili qatları yarımkeçirici olub,
seçicilik qabiliyyətinə malikdir. Onlar müəyyən maddələri çox asanlıqla,
bəzilərini isə çox çətinliklə daxilə buraxır, yaxud tamamilə buraxmır.
Sitoplazmanın əsasını zülallar və lipoidlər təşkil edir. Yaşayış
prosesində onun içərisində suda həll olan və həll olmayan çox müxtəlif
maddələr toplanır. Sitoplazmanın tərkibində 85-90% su vardır. Çox
mürəkkəb kimyəvi tərkibə malik sitoplazma arası kəsilmədən dəyişir.
Hüceyrə sitoplazmasında kolloidal vəziyyət pozulduqda pıxtalaşma
hadisəsi nəticəsində hüceyrə ölur. Bir çox bitki mənşəli məhsulları 60
0
C-
dən yuxarı temperaturda qızdırdıqda sitoplazma koaqulyasiya edir və
zülallar pambığaoxşar çürüntü şəklində çökür. Sitoplazmada suyun
miqdarı həddindən artıq azaldıqda isə, bunlar pıxtalaşma nəticəsində
məhv olurlar.
Hər hüceyrə maksimal qüvvə ilə suyu özünə sorur, nəticədə
hüceyrənin möhtəviyyatı qılafa təzyiq göstərir. Hüceyrə qılafı elastiki
olduğu üçün bu təzyiqin təsirindən enliləşir, qılaf eyni zamanda
9
gərginlik xassəsi daşıdığından, həm də sıxılmağa başlayır, sıxılma
nəticəsində qılaf hüceyrənin daxili möhtəviyyatına təzyiq göstərir.
Sıxılma nəticəsində enliləşmiş qılafın hüceyrə möhtəviyyatına göstərdiyi
təzyiq turqor təzyiqi adlanır. Turqor təzyiqi nəticəsində hüceyrə gərgin
vəziyyət alır. Hüceyrənin belə bir gərgin vəziyyəti turqor vəziyyəti
adlanır. Hüceyrələrin və bütün orqanizmin turqor vəziyyəti normal
vəziyyətdir.
Hüceyrə su ehtiyatını itirdikdə gərginlik azalır, turqor vəziyyəti
pozulur. Artıq daxildən qılaflara təzyiq edilmir, onlar boşalır, bəzən də
qırışır. Beləliklə, bitki ölüşkəyir. Hüceyrədə turqor vəziyyətinin
pozulmasına plazmoliz deyilir. Plazmoliz zamanı protoplazma
hüceyrənin divarından aralanır və komacıq şəklində hüceyrənin içərisinə
çəkilir. Bitkilər yenə də su sorduqda, normal vəziyyət alır, yəni
hüceyrələrdə turqor vəziyyəti bərpa olunur. Belə plazmolizə qayıdan
plazmoliz və ya deplazmoliz deyilir. Məhz buna görə xiyarı duza
qoymazdan əvvəl 2-6 saat soyuq suda saxlayırlar.
Nüvə protoplazmanın əsas komponentlərindən olub, sitoplazmanın
içərisində yerləşir, protoplazmada davam edən mübadilə reaksiyalarında
fəal iştirak edir. Canlı hüceyrələrdə o, nisbətən iri görünür və hüceyrənin
mərkəzində yerləşir. Hüceyrə böyüdükcə və yaşa dolduqca hüceyrə
şirəsinin artması ilə əlaqədar sitoplazma hüceyrənin divarına doğru
itələnir və onunla bərabər nüvə də kənara çəkilir.
Bəzən nüvə yaşlı, çoxvakuollu hüceyrədə də mərkəz mövqeyini
saxlayır. Bu halda hüceyrənin mərkəzinə doğru hörümçək toru şəklində
çəkilən sitoplazma sahəcikləri nüvəni əhatə edir və bu vəziyyətdə nüvə
10
cibciyi adlanan sitoplazma torunda yerləşir. Nüvə oval, girdə və ya
bəzən yandan basıq olur. Çoxhüceyrəli orqanizmlərin hüceyrələri nüvəli,
göy-yaşıl yosunların isə istər çoxhüceyrəli, istərsə də təkhüceyrəli
nümayəndələrinin hüceyrələri nüvəsiz olur.
Nüvənin də əsasını sitoplazmada olduğu kimi canlı zülal təşkil
edir, ancaq onun tərkibində mütləq nüvə turşuları sayılan nuklein
turşuları vardır. Bunlar RHT (ribonuklein turşusu) və DNT-dən
(dezoksiribonuklein turşusu) ibarətdir. Ribonuklein turşusuna
sitoplazmada da rast gəlirik.
Nuklein turşuları zülalların sintezində mühüm rol oynayır. Isbat
edilmişdir ki, RNT zülalların sintezində, DNT isə RNT-in sintezində
iştirak edir. Bundan başqa DNT hüceyrə fermentlərinin sintezində
müəyyən rol oynamaqla irsi xüsusiyyətlərin nəslə keçirilməsində
informator rolu daşıyır.
Tərkibindəki maddələrdən asılı olaraq nüvəni təşkil edən maddə
nukleoproteid (nuklein-zülal) adlanır.
Nüvə 3 hissədən ibarətdir: 1. nüvə pərdəciyi və ya nüvə qılafı; 2.
karioplazma, yaxud nüvə plazması; 3. nüvəciklər. Hər üçü nüvə
maddəsindən əmələ gəlmiş yarımmaye, özlülüyü yüksək kütlədən ibarət,
nüvənin içərisində yerləşən kiçik, bir və yaxud bir neçə kürəşəkilli
cisimciklərdir.Ancaq tərkibinə və qatılığına görə nüvədən fərqlənir.
Nüvənin vəzifələri çox müxtəlif və həm də mürəkkəbdir. O,
hüceyrədə müxtəlif istiqamətlərdə gedən maddələr mübadiləsini
mərkəzləşdirir, hüceyrənin bölünməsində fəal iştirak edir, inkişaf
proseslərində qılafın əmələ gəlməsinə xidmət edir və s.
11
Mitoxondrilərin hüceyrədə miqdarı çox olur. Sitoplazma içərisində
xırda hissəciklər şəklində çoxlu miqdarda yerləşməsinə baxmayaraq,
böyük xarici səthə malikdir. Həmin səthin böyüklüyü mitoxondrilərdə
mübadilə reaksiyalarına qarşı böyük fəallığın əmələ gəlməsinə səbəb
olur. Mitoxondrilər, geniş mənada desək, hüceyrələrlə üzvi maddələrin
oksidləşməsinin və bununla əlaqədar qaz mübadiləsinin, ifrazatın və
başqa mühüm həyati proseslərin tənzimləyiciləridir. Bitki və heyvan
hüceyrələrində təsadüf edilir. Mitoxondrilər parçalanma yolu ilə və ya
tamamilə yenidən sitoplazma kütləciyindən əmələ gəlir.
Plastidlər sitoplazmanın içərisində yerləşən və onda davam edən
maddələr mübadiləsinin gedişində çox mühüm rol oynayan canlı
orqanizmlərdən bir qrupudur. Onlara ancaq yaşlı bitkilərdə rast gəlmək
olur.
Kolloidal quruluşlu plastidlər sitoplazmaya nisbətən xeyli qatıdır.
Cisimciyi stroma adlanır. Stromanın əsasını plazma tipli zülallar və
lipoidlər təşkil edir.
Plastiddə toplanan piqmentdən asılı olaraq bitkilərdə 3 müxtəlif
plastid ayrılır: leykoplastlar, yaxud rəngsiz plastidlər; xloroplastlar –
yaşıl plastidlər və xromoplastlar – sarı, qonur, narıncı və qırmızımtıl
plastidlər. Mühit amillərinin təsirindən, bitkinin mövcud inkişaf
fazasından və ən nəhayət, hüceyrədə davam edən mübadilə
reaksiyalarının gedişindən asılı olaraq bir növ plastid başqa növ plastidə
çevrilə bilər.
Xloroplastlar – yaşıl plastidlər olub, bitkilər aləmində və onların
müxtəlif orqanlarında geniş yayılmışdır. Tərkibinə görə zülal lipidlərdən
12
təşkil olunmuşdur.Günəş şüasının təsiri ilə onlarda fotosintez prosesi
getdiyindən, onların bitkilərin həyatında rolu böyükdür. Xlorofil, günəş
şüası, torpaqda dəmir və maqneziumun olması nəticəsində fotosintez
normal gedir. Hüceyrədə, adətən 20-50 xloroplast olur. Yetişmiş
meyvələrdə, yarpaqlarda və göyərtidə çoxdur.
Bitkilər qocaldıqda xloroplastlar parçalanır.
Xromoplastlar başqa plastidlərdən sarı, narıncı, qırmızı və qonur
rəngləri ilə fərqlənirlər. Xromoplastlara daha çox tərəvəzlərdə, məsələn,
qırmızı bibər, qarpız, pomidor və ərik, itburnu, üvəz kimi meyvələrdə
rast gəlmək olur. Xromoplastlara sarı, narıncı və qırmızı rəng verən
piqmentlər – karotinoidlərdir. 60-a qədər növ müxtəlifliyi var. Ən çox
yayılmış piqmentlərdən karotini və ksantofili göstərmək olar.
Xromoplastlar çöp, üçbucaq, çoxbucaqlı, sap, romb və s. şəklində
olur. Xromoplastların üzərində çox hallarda nişasta dənəcikləri, zülal
kristalları və yağ damlaları görünür. Ehtimal ki, bu maddələrin sintezi ilə
xromoplastlar arasında müəyyən münasibət vardır.
Leykoplastlar – rəngsiz plastidlərdir. Bitkinin bütün orqan və
toxumalarında əmələ gəlir. Məsələn, onları kartof yumrularında görmək
olar. Leykoplastlar sitoplazmada çox xırda cisimciklər şəklində topa-
topa yerləşir. Bəzən onlar nüvənin ətrafına toplanaraq, onu hər tərəfdən
əhatə edir. Görünür leykoplastlar mübadilə reaksiyalarının gedişində
yaxından iştirak edir. Yetkin hüceyrələrin çoxunda leykoplastlar ehtiyat
nişastanı topladığından hər leykoplast üzərində nişasta dənəsi aydın
görünür. Nişasta əmələ gətirən leykoplastlar amiloplastid adlanır.
13
Elayoplastlar bəzi bitkilərin sitoplazmasında ancaq yağ ehtiyatı
toplayan rəngsiz, kürəşəkilli plastidlərdir.
Diktiosomlar və ya Qolci aparatı. Hüceyrə orqanelləri olub, azacıq
əyilmiş cüt plastik membranlar şəklindədir. Uclarında olan şişlər iri
vakuollara çevrilir. Hüceyrə
qılafının
əmələ
gəlməsində,
hemisellülozanın, pektinli maddələrin, seliyin çevrilməsində və başqa
hüceyrədaxildi proseslərdə böyük rol oynayır.
Dostları ilə paylaş: |