0 Ə-C.İ.Əhmədov N. T.Əliyev m e y V ə V ə t ə r ə V ə z I n ə M t ə Ə Ş Ü nasl I ğ I (Dərslik)



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə8/30
tarix01.01.2017
ölçüsü3,77 Mb.
#4002
1   ...   4   5   6   7   8   9   10   11   ...   30

 

 

3.3.3. Qeyri-həqiqi giləmeyvələr 

 

Bu qrupa bağ çiyələyi  (Fragaria moschata Duch.)  və meşə çiyələyi 



(Fragaria vesga) aiddir. Bunlar bioloji xüsusiyyətlərinə görə biri digərinə çox 

yaxındır. Bunların giləmeyvələr içərisində xüsusi çəkisi azdır. Meşə çiyələyi bağ 

çiyələyinə nisbətən daha tez yetişir. Meşə çiyələyi yabanı halda yayılmış və soyuğa 

davamlı olduğundan şimal və orta zona rayonlarında yayılmışdır. Bağ çiyələyinin 

meyvəsi iri olmaqla diametri 3-5 sm və çəkisi 50 qr-a qədər olur. 

Bağ çiyələyinin tərkibində 80-88% su və 10-12% quru maddə vardır. 

Sortundan və yetişdiyi yerdən asılı olaraq çiyələyin tərkibində 6-11% şəkər, 1-2% 

üzvi turşu vardır. 30-80 mq% C vitamini və az miqdarda B qrupu vitaminləri və 

karotin, turşulardan ən çox limon və azacıq alma turşusu vardır. Şəkərlərdən 2,8% 

qlükoza, 3,3% fruktoza və 0,4% saxaroza olur. Birinci yığımda çiyələyin 

tərkibində şəkərin miqdarı 2-ci və 3-cü yığıma nisbətən 1% çox olur. 

Bunlardan başqa çiyələkdə 0,6% aşı  və boya maddəsi, 0,6% yağ, 1,5% 

sellüloza, 1,3% pektin maddəsi, 0,5% mineral maddə vardır. Ən çox dəmir, fosfor 

və kobalt duzları rast gəlir. 

Yetişmə dövründən asılı olaraq tez, orta və gecyetişən növlərə ayrılır. Əsas 

aşağıdakı sortlar yetişdirilir. Tezyetişənlərdən Mısovka, Komsomolçu, orta 

yetişənlərdən Çəhrayı ananas, Iosif Maqomet, Muto, Koraska, Luiza və 

gecyetişənlərdən Zaqorya gecyetişənini göstərmək olar. Azərbaycanda,  əsasən 

Madam Muto və Festival sortları yetişdirilir. Giləmeyvələri qablaşdırmaq üçün 

tutum 3-8 kq olan səbət və səbətcikdən istifadə edilir. 

Standarta  əsasən, çiyələyin gilələri təzə, təmiz, saplaqlı, rəngi normal və 

sağlam olmalıdır. Bunların içində 10%-ə qədər nisbətən xırda gilələrin, 5%-ə qədər 

qeyri-pomoloji sortların, 3%-ə qədər nisbətən kal, lakin lazımi qədər inkişaf etmiş, 

satış yerində 5%-ə qədər əzilmiş və yetişib ötmüş gilələrin olmasına icazə verilir. 



 

 

104



3.4. Qərzəkli meyvələr 

Qərzəkli meyvələr kimyəvi tərkiblərinə görə başqa meyvələrdən fərqlənir. 

Qərzəkli meyvələrdə 30-70% yağ, 16,5-22% azotlu maddə vardır. Ümumiyyətlə, 

qərzəkli meyvələrin qidalılıq dəyəri yüksək olur. 

Qərzəkli meyvələrdən qənnadı  sənayesində geniş miqyasda istifadə edilir. 

Eyni zamanda sütül qozdan mürəbbə hazırlanır, badam yağından isə  ətriyyat 

sənayesində istifadə edilir. 

Qoz  (Juglans regia)  ağacları  əsas etibarilə Ukraynada və Krımda, 

Moldaviyada və Zaqafqaziyadadır. Yabanı qoz meşələri Dağıstanda və Orta 

Asiyada böyük sahələr tutur. Qozların keyfiyyəti onun böyüklüyündən və çəkisinin 

ağırlığından asılıdır. Meyvənin üzərinin rəngi, qabığının qalınlığı, içinin çıxarı və 

rəngi də keyfiyyətinə təsir edən amillərdəndir. Içi asanlıqla ayrılan yumşaq qabıqlı 

sortlar ən qiymətli qoz sayılır. Qabığı bərk, xırda qozlara nisbətən aşağı keyfiyyətli 

sayılır. Çünki təmizlədikdən sonra bunların ləpəsi az çıxır. 

Qoz yüksək qidalılıq dəyərinə malikdir. Belə ki, qozun tərkibində 16% zülal, 

58,5% yağ, 15% karbohidrat vardır. Quru  qozun tərkibində 6-8% su vardır. Kal 

qozda 3000 mq% C vitamini olur. Yetişmə dövründə onun tərkibində C 

vitamininin miqdarı 80 mq%-ə  qədər azalır. Qozun 100 qr-ı 2785 kCoul enerji 

verir. 


Iriliyinə görə qozlar iri, orta iri və xırda növlərinə ayrılır. Irilərinin diametri 

38-42 mm, orta irilərin 37-31 mm və xırdalarının 24-30 mm olur. Çəkisinə görə isə 

irilər 11-9,1 qr, orta irilər 9,0-6,5 qr, xırdalar isə 6,4-3,8 qr olurlar. 

Qozun yayılmış sortları onun becərildiyi yerin adı ilə adlanır. Bunlardan 

Qafqaz, Orta Asiya, Krım, Moldaviya və s. qozlarını göstərmək olar. Iri qozlardan 

isə ən çox yayılanları Bomba, Amerquz və Fərqanə sortlarıdır. 

Azərbaycanda Seyfi, Suğra, Araz, Disar, Vənənd, Car, Dindi və Qum qoz 

sortları yetişir. 

Qozları günəş altında və yaxud da istiliyi 60

0

C olan quruducu şkafda 



tərkibində 6-8% su qalana qədər qurudurlar. Qozun qabığı  ağ olsun deyə, süni 

 

 

105



surətdə ağardırlar. Bu məqsədlə qozu natrium hipoxlorid (NaClO) və sulfat turşusu 

(H

2



SO

4

) məhlulu qarışığına salırlar. Nəticədə hipoxlorid turşusu  əmələ  gəlir və 



həmin turşu parçalandıqda alınan atamar oksigen qozun ağarmasına səbəb olur. 

               2NaCL  + H

2

SO

4  



 →   Na

2

SO



4

   + 2 HCLO 

                                                                         ^ 

                                                               2HCL  +  2O 

Qoz keyfiyyətcə əla, birinci və ikinci əmtəə sortuna ayrılır. Qozun keyfiyyəti 

QOST 16832-71, qoz ləpəsinin keyfiyyəti isə QOST 16833-71 tələblərinə cavab 

verməlidir. Sütül qozun(mürəbbə bişirmək üçün) keyfiyyəti isə Azərbaycan 

Respublika standartının (RST 275-76) tələblərinə cavab verməlidir. 



Badam  (Amygdalus communis) yabanı halda Orta Asiyada, Dağıstanda, 

Azərbaycanda bitir.  Həmin rayonlarda şirin badam da becərilir. Dadına görə 2 

qrupa  bölünür: acı badam və şirin badam. 

Acı badamın tərkibində 2-8% amiqdalin qlükozidi vardır. Acı badamın 

tərkibində  ətirli efir yağları olduğundan  ətriyyat və kimya sənayesində istifadə 

edilir. 


Şirin badamın forması uzuntəhər və böyürləri yastı, özü iri və xırda, nazik və 

qalın olur. Badamın tərkibində 21,4% zülal, 53,2% yağ, 13,2% karbohidrat 

olduğundan yüksək qidalı hesab olunur. Badamın nəmliyi 6,3%-dir. 100 qr badam 

2672 kCoul enerji verir. 

Badamın  əsas sortlarından Nek-plyus-ultra, Nonparel, Nikita-62, VIR, 

Dreyk, Langedok, Mərdəkan-1, Nazikqabıq və s. göstərmək olar. 

Badam keyfiyyətcə əla və birinci sorta (QOST 16830-71), badam ləpəsi isə 

əla, birinci və ikinci əmtəə sortuna (QOST 16831-71) bölünür. 



Püstə  (Pistacia vera L.) Azərbaycan, Krım və Orta Asiyada becərilir. 

Püstənin meyvəsi açıq-sarı, qabığı isə ikitaylı və çox bərk olur. Püstənin meyvəsi 

oval-konus formasında, özü yaşılımtıl, yanları  bənövşəyi rəngdə olur və xoş 

şirintəhər tam verir. Onun tərkibində 8% su, 22,6% zülal, 45% yağ, 1,6% 

karbohidrat, 3% sellüloza və 3,1% kül olur. 100 qr püstə 2477 kCoul enerji verir. 


 

 

106



Satış üçün saxladıqda nəmliyi 10% və daha çox olur. Püstənin sortlarından Keşlə 

(Mirzə Axundov 171 iri), Abşeron (167), Bül-bülü (188), Iran (186), Fərhad 

Əlyarov əla sortunu göstərmək olar. 

Püstə keyfiyyətindən asılı olaraq 1-ci və 2-ci əmtəə sortuna bölünür. 



Şabalıd (Castanea Sativa Mill.) Qafqazda, Zaqafqaziyada, Ükraynanın 

Zakarpatye vilayətində bitir. Şabalıd 2 növdə olur: yeməli şabalıd və yem şabalıdı. 

Şabalıd ağacı 10 yaşından başlayaraq məhsul verir. Şabalıdı yığdıqdan sonra onun 

tərkibində 14% su qalana kimi qurudulur. Şabalıdın tərkibində 20-28% nişasta, 

5,3% azotlu maddə, 5% şəkər, 2% yağ, 1,4% kül və 1,6% sellüloza vardır. 

Kulinariyada və  qənnadı  sənayesində istifadə olunur. Şabalıd xırdameyvəli və 

irimeyvəli olur. 

Şabalıdın keyfiyyəti dövlət standartının (QOST 16523-70) tələblərinə uyğun 

olmalıdır. 

Təzə şabalıdın nəmliyi 40-55% olduğundan saxlanılmağa davamsızdır. 



Fındıq (Corylus avellana) yabanı halda Avropada, Qərbi Asiyada və Şimali 

Amerikada bitir. Azərbaycanda  Şəki-Zaqatala, Dağlıq Qarabağ  və Quba-Xaçmaz 

zonalarının meşələrində yetişir. Fındığın tərkibində 70% yağ, 18% zülal, 5,5% su, 

8,5% karbohidrat, 3,2% sellüloza və 2,2% kül vardır. 100 qr fındıq ləpəsi 2932 

kCoul enerji verir. Fındığın tərkibində olan yağ tərkib xüsusiyyətlərinə görə daha 

keyfiyyətlidir. Onun tərkibində doymamış yağ turşularından olein C

17

H

33



COOH, 

linol C


17

H

31



COOH və linolen C

17

H



29

COOH vardır ki, bunlar da fizioloji aktiv 

maddə hesab edilir. Fındıq,  əsasən qənnadı  sənayesində istifadə edilir. Fındığın 

yayılmış sortlarından badamaoxşar yumru və çox iri Krım fındığı, konusvari 

formalı  və nazik qabıqlı Abxaziya, Atababa misal göstərilə bilər. Fındıq 

yığıldıqdan sonra tərkibində 14-15% su qalana kimi qurudulur. Yabanı  fındıq 

keyfiyyətcə 1-ci və 2-ci əmtəə sortuna (QOST 5531-70) bölünür. 

Azərbaycanda becərilən fındın sortlarından Atababa, Nic fındığı,  Əşrəfi 

fındığı (KTN 30 B), Qalib (noqa fındığı), Zaqatala-9, Yağlı fındıq, Gəncə fındığı, 

Saçaqlı, Qızılfındıq, Xaçmaz fındığı, Trabzon (qoz fındığı) və s. göstərmək olar. 



 

 

107



Qərzəkli meyvələr quru, 75 kq-lıq cut, yaxud kətan-kənaf kisələrə 

qablaşdırılır. Ləpəsi isə 25 kq-lıq yeşiklərə qablaşdırılır. 

Saxlanılma zamanı acıma, qaxsıma, kiflənmə prosesi gedir. Ona görə  də 

qərzəkli meyvələrin 8-12

0

S  temperaturda və 70-75% nisbi rütubətdə təmiz, quru 



və sərin binalarda saxlamaq lazımdır. 

 

3.5. Subtropik və tropik meyvələr 



3.5.1. Sitrus meyvələri 

 

MDB-də becərilən sitrus meyvələrinin 99%-i Gürcüstanın payına düşür. 



Əsasən Abxaziya və Acariyada yetişdirilir. Azərbaycanda isə az miqdarda 

Lənkəranda və Astarada becərilir. Sitrus meyvələrindən narıngi soyuğa daha çox 

davamlı olduğundan ölkəmizdə çox yayılmışdır. Belə ki, limon -8

0

-də, portağal -



10

0

-də donursa, narıngi -12



0

-də donur. Ölkədə  tədarük edilən sitrus meyvələrinin 

80%-i narınginin payına düşür. Respublikaya, əsasən Mərakeş, MƏR, Yunanıstan, 

Türkiyə, Italiya və Kubadan gətirilir. 

Son illərdə Azərbaycanda, Krasnodarda və Orta Asiya respublikalarında 

sitrus meyvələrinin əkin sahəsi genişləndirilir. 



Narıngi (Citrus nobilis), portağal  (Citrus sinensis Osb)  və limon (Citrus 

limon) Azərbaycanda becərilən əsas sitrus meyvələridir. 

Sitrus meyvələri quruluşuna görə 2 hissədən: qabıqdan və  ətli hissədən 

ibarətdir. 

Qabıq hissə 2 qatdan ibarətdir: üst rəngli qat – flavedo, daxili rəngsiz qat – 

albedo. 

Ətli hissə şirə kisəciklərindən təşkil olunmuş dilimlərdən (6-12) ibarətdir. 

Sitrus meyvələrində qabığın qalınlığı onların saxlanılması  cəhətdən 

əlverişlidir. Eyni zamanda qabığın qalınlığı  ətli hissənin azalmasına səbəb olur. 

Sitrus meyvələrinin qabığının rəngi limonda açıq-sarı, portağalda və narıngidə isə 


 

 

108



sarımtıl-narıncı olur. Ətli hissəsi xoş narıncı-sarı, zərif lifli və ətirli olur. 

Karolyok sortlu portağalın ətli hissəsi qırmızı-yaqut rəngində olur. 

Sitrus meyvələrinin tərkibində efir yağlarının faizlə miqdarı onların 

ayrı-ayrı hissələrində müxtəlif olur. Unşiu sortlu narınginin qabıq 

hissəsində 1,2%, ətli hissəsində 0,23%, yerli sort portağalın qabığında 

2,4%, ətli hissəsində 0,24%, yerli sort yeni Gürcüstan limonunun qabıq 

hissəsində 2%, ətli hissəsində 0,31% efir yağları olur. Sitrus 

meyvələrinin tərkibində  şəkər, çoxlu miqdarda pektin maddələri, 

turşular, az miqdarda azotlu maddələr olur. Efir yağları kimi pektin 

maddələri də, əsasən qabıq hissədə toplanmışdır. 

Sitrus meyvələrinin tərkibində vitaminlərdən C, P, B

1

, B



2

, PP və 


karotin vardır. Vitaminlər qabıq hissədə  ətli hissəyə nisbətən daha çox 

toplanır. Məsələn, C vitamini ətli hissədə 33-62mq% olduğu halda, 

qabıq hissədə 121-175mq%-dir. 

Portağalın qabığında 490 mq% P vitamini vardır.Azotlu 

maddələrin miqdarı 1%-ə qədər təşkil edir. 

Narınginin bir çox sortları vardır. Bunlardan toxumsuz Gürcüstan 

(Unşiu), enliyarpaq Gürcüstan (ovari-unşiu), daryarpaq Gürcüstan və 

Vase-Unşiu sortları misal göstərilə bilər. Gürcüstan sortu portağala 

oxşar olmaqla dairəvi-yumru və ya armudvari formada olur. 

Unşiu sortu nisbətən yaxşı saxlanılır. Belə ki, bu sort 4 ay 

müddətinə saxlanıla bilər. Yastı dairəvi formada olanları 80-90 gün, 

armudvari formada olanlar 60-70 gün, darəvi formada olanlar 120 gün 

saxlanıla bilir. Saxlanma dövründə narıngi qabığının  ətli hissədən 

ayrılması onun saxlanılmasının son müddətini göstərir. 



 

 

109



Portağalın geniş becərilən sortlarından Vaşinqton-navel, Qamlin, 

əla Suxumi, Pervenes, yerli irimeyvəli və Korolyok göstərmək olar. 

Yerli sort portağal öz məhsuldarlığına görə başqa sortlardan geri 

qalmır. 


Limonun becərilən sortlarından Yeni Gürcüstan, Mayer, Lisbon, 

Villa-Franka və Udarnik göstərilə bilər. 

Sitrus meyvələri noyabr-dekabr aylarında yetişir və  yığılır. 

Portağal ticarətə, əsasən dekabrdan fevrala kimi daxil olur. Bunları 6 aya 

qədər saxlamaq mümkündür. 

Sitrus meyvələrinin keyfiyyətinə dövlət standartında (portağal 

QOST 4427-70, narıngi QOST 4428-70 və limon QOST 4429-70) 

müəyyən tələblər verilir. Həmin standartlarda sitrus meyvələrinin xarici 

görünüşü, ölçüsü, rəngi və icazə verilən sapmalar (kənarlaşmalar) 

normalaşdırılır. 



Qreypfurt  (Citrus paradisi, Rutaceae fəsiləsi). Tərkibində C 

vitamini, P vitamini aktivliyində maddələr, antosianlar olmaqla bərabər 

az kalorili olduğundan pəhriz qidası üçün hər gün yeyilməsi məsləhət 

görülür.  Əsasən qırmızı  ətlikli qreypfurtlar çox xeyirlidir. Ona görə  də 

qreypfurtlar 2 qrupa bölünür: ətliyi açıq və qırmızı olan qreypfurt. Ətliyi 

açıq rəngdə olanlardan Duncan, Marsh Seedllss, çəhrayı  və  qırmızı 

ətliklilərdən Marsh Pink, Marsh Rose, Ruby Red, Red Blush, Star Ruby 

və Rio Red göstərilə bilər. Qreypfurtun tərkibində 9,3% karbohidrat, o 

cümlədən 7,5% şəkər, 0,6% zülal, 0,2% yağ, 1,7% üzvi turşu, 0,5% 

minerallı maddə (o cümlədən 180 mq% kalium, 10 mq% maqnezium, 

0,3 mq%  dəmir), 44 mq% C vitamini, 0,2 mq% PP, 0,05 mq% B

1

, 0,02 



 

 

110



mq% B

2

 və 0,02 mq% 



β-karotin vardır. 100 qr qreypfurt 41 kkal və ya 

171 kCoul enerji verir. 



Kymkvat (Fortunella marqaritae, Rutaceae fəsiləsi).  Vətəni 

cənubi-şərqi Çin və Hindiçindir. Ölçüsünə görə sitrus meyvələrinin  ən 

xırdameyvəlisidir. Portağala oxşayır, lakin diametri 2-3 sm, uzunluğu isə 

2,5-4 sm-dir. Bir meyvənin kütləsi 12-15 qr olur. Forması yumru və ya 

ovaldır. Qabığı nazik, narıncı  və ya qırmızı-narıncıdır.  Ətirli,  şirin və 

xoşagələn dadlıdır. Dadına görə portağalı xatırladır.  Ən çox yayılmış 

sortlarından Nagami və Meiwa göstərilə bilər. Tərkibində 14,5% 

karbohidrat, o cümlədən 10,8% şəkər, 0,7% zülal, 0,3% yağ, 2,7% üzvi 

turşu, 0,6% minerallı maddə (o cümlədən 188 mq% kalium, 0,6 mq% 

dəmir), 38 mq% C vitamini, 0,09 mq% B

1

, 0,08 mq% B



2

, 0,21 mq% 

β-

karotin vardır. 100 qr-ı 65 kkal və ya 272 kCoul enerji verir. 



Kivi (Actinidia chinensis, Actinidiaceae fəsiləsi) sinonimi meymun 

şaftalısı adlanır. Vətəni Çindir. Sortlarından Hayward, Bruno, Monty, 

Abbott, Allison, Jones, Chico göstərilə bilər. Meyvəsinin diametri 5 sm, 

kütləsi 75-100 qr-dır. Qabığı nazik, tüklü, yetişdikdə yaşıl və  qəhvəyi 

rəngdə olur. Şirəli  ətliyində  ağ  həlqələr görünür. Daxilində  xırda qara 

toxumları var. Dadı xoşagələn zərif turşa-şirin və  ətirlidir. Dadı 

firəngüzümü, çiyələk və qovunu xatırladır.  Ətliyi açıq yaşıldır. Təzə 

halda yeyilir, sous və şirin xörəklərin, cem, marmelad, jele və içkilərin 

hazırlanmasında istifadə edilir. Tərkibində 9,0-11,3% karbohidrat, o 

cümlədən 8,5-10% şəkər, 0,3-0,7% pektinli maddə, 1,0-1,6% zülal, 0,3-

0,6% yağ, 1,2-1,5% minerallı maddə, 1,2-1,8% üzvi turşu, 70-100 mq% 

C vitamini, 1,2 mq% E, 0,01-0,02 mq% B

1

, 0,05 mq% B



2

, 0,37-0,4 mq% 



 

 

111



β-karotin, 0,04 mq% PP vitamini vardır. Minerallı maddələrdən 295-370 

mq% K, 38-56 mq% Ca, 20-23 mq% Mn və 0,8-2,0 mq% Fe var. 100 qr 

kivi 51 kkal və ya 231 kCoul enerji verir. 

Kivi beynəlxalq ticarətdə standarta (OOH/EEK FFV-46) əsasən 

əla, 1-ci və 2-ci əmtəə sortuna bölünür. Bir ədədin kütləsi əla sortda 95 

qr-dan, 1-ci sortda 70 qr-dan, 2-ci sortda isə 65 qr-dan az olmamalıdır. 



 

3.5.2. Subtropik meyvələr 

 

Nar  (Punica granatum) istisevən meyvədir, cənub rayonlarında becərilir. 

Vətəni Azərbaycan, Orta Asiyanın isti rayonları və Gürcüstan hesab olunur. Narın 

tərkibində 1,13%-ə  qədər aşı maddələri olduğundan dəri aşılamaq üçün və boya 

maddəsi alınmasında istifadə edilir. Narın tərkibində 8-19% qlükoza və fruktoza, 

1% saxaroza, şirin sortlarda 0,2-2%, turşa-şirin sortlarda 2-3%, turş narlarda isə 3-

7% limon turşusu vardır. Bundan başqa nar şirəsində 0,53% mineral maddə, 0,50% 

azotlu maddə, 7 mq% C vitamini, qabığında 11,85% aşı maddəsi, 9,07% sellüloza, 

5,38% pektin maddələri, 14,1% reduksiyaedici şəkər, 1% turşu vardır. 

Nardan təzə halda istifadə edilməklə yanaşı, narşərab, nar şirəsi, limon 

turşusu istehsal edilir. Yetişməsindən asılı olaraq tezyetişən (oktyabrın 

əvvəllərində), ortayetişən (oktyabrın ortaları  və axırı) və gecyetişən (noyabrın 

əvvəllərində) qruplara bölünür. Saxlanılma müddətləri də yetişməsindən asılıdır. 

Belə ki, tezyetişən 3 aya qədər, ortayetişən 5 ay, gecyetişənlər 6 aya qədər 1-2

0



temperaturda saxlanılır. 



Azərbaycanda Şəlli mələsi, Şahnar, Çəhrayı gülöyşə, Azərbaycan gülöyşəsi, 

Qırmızıqabıq, Bala Mürsəl, Nazikqabıq, Qırmızı vələs və s. nar sortları yetişdirilir. 

Təzə narın keyfiyyəti Azərbaycan Respublika standartının (RST 202-74) 

tələblərinə cavab verməlidir. 



 

 

112



Əncir  (Ficus carica L.) öz tərkibinə görə qidalı meyvədir.  Əsasən 

Zaqafqaziya, Krımın cənub sahili, Qafqazın Qara dəniz sahilləri və Orta Asiyada 

becərilir. Zaqafqaziyada yabanı halda bitən əncir də var. 

Əncirin tərkibində 78,9% su, 15,5% şəkər, 0,2% turşu, 1,4% azotlu maddə, 

0,6% mineral maddə, 1,4% sellüloza, 0,3% yağ vardır. Bəzi  əncir sortlarında 

şəkərin miqdarı 20%-ə çatır. Qurudulmuş əncirdə 42-62% şəkər olur. Şəkərlərdən, 

əsasən qlükoza və fruktoza və az miqdarda saxaroza, turşulardan alma turşusu daha 

çoxdur. 


Əsasən təzə halda, qurutmaq, mürəbbə bişirmək və emal məqsədi üçün 

istifadə edilir. Təzə əncir saxlanılarkən həddindən artıq yetişdiyindən qıcqırır. Ona 

görə də əncirin saxlanılması və daşınması çətinlik törədir. Adi şəraitdə təzə halda 

1-2 gündən artıq saxlamaq mümkün deyildir. 0

0

-də isə 5 sutka saxlamaq olar. 



Ticarətə qurudulmuş əncir də daxil olur. Bunlar yüksək qidalılığa malikdirlər. Orta 

hesabla bir əncirin çəkisi 30-60 qr təşkil edir. Bəzən biri 100 qr gəlir. 

Əncirin 400-dən çox sortu vardır. Ən çox yayılmış sortlarından Xurma əncir, 

Kalimirna, Dalmasiya ənciri, Buzovburnu, Bənövşəyi, Soçi, Lardero, Abşeron sarı 

ənciri, Armudu əncir, Gəncə sarı  ənciri, Kadota, Bionşet, Çapla, Ağ Fraqa və s. 

göstərmək olar. Əncir qurusundan narın üyütdükdən sonra qəhvəyə qatmaq üçün 

də istifadə edilir. 

Təzə  əncirin keyfiyyəti Azərbaycan Respublika standartının (RST 226-74) 

tələblərinə cavab verməlidir. Keyfiyyətindən asılı olaraq 1-ci və 2-ci sorta bölünür. 

Xurma (Diospyros iotus L.) Qafqazın Qara dəniz sahillərində daha çox 

yayılmışdır. Qafqazda və Orta Asiyada becərilir. Bunun meyvəsi dairəvi, yumru 

konusvari və silindrik formada olur. Rənginə görə sarı  çəhrayı, tünd qırmızı, 

bəziləri isə tam qara rəngdə olur. Xurmanın 3 növü daha çox yayılmışdır. Bunlar 

Qafqaz (yabanı  xırnik), Virgen və subtropik xurmalardan ibarətdir. Subtropik 

xurma yapon xurması adlanır. 

Yapon xurmasının tərkibində 79-82% su, 15,8% şəkər, 0,2% turşu, 0,25% 

aşı maddəsi, 0,59% pektin maddəsi, 0,5% azotlu maddə, 0,5% mineral maddə, 



 

 

113



0,51% sellüloza, vitamin C və karotin vardır. Başqa meyvələrdən fərqli olaraq 

tərkibində saxaroza olmur. Tərkib xüsusiyyəti onun yetişmə dərəcəsindən asılıdır. 

Bu isə onun dad-tamına təsir edir. Subtropik xurma Çində, Yaponiyada, 

Amerikada və Avropada becərilir. Təzə halda, qurutmaq üçün, habelə  qənnadı 

məmulatı hazırlanmasında istifadə edilir. Iri-xırdalığından asılı olaraq xırda (100 

qr-a qədər), orta iri (100-250 qr) və iri (250-500 qr) olur. 

Hazırda ölkəmizdə 30-dan çox müxtəlif xurma sortu yetişdirilir. Lakin hər 

yerdə yalnız 2 sort – Xiakume və Kostata sortu çox yayılmışdır. Bunlardan başqa, 

Xaçia, Tanenaşi, Ciro, Sidlev, 20-ci əsr, Fuyyu, Tozlayıcı-8 və s. sortlar da yetişir. 

Qara dəniz sahillərində Korolkami və Şokoladlı xurma sortları yetişir. 

Tezyetişən sortlar oktyabrın 1-ci yarısında, gecyetişən sortlar isə noyabrın 2-

ci yarısı, dekabrın əvvəllərində yetişir. 

Xurmanın keyfiyyəti Azərbaycan Respublika standartının (RST 225-74) 

tələblərinə cavab verməlidir. 1-ci və 2-ci əmtəə sortuna bölünür. 



Zeytun  (Oleaceae Olea Europaea L.)  əsasən  Şimali qafqaz, Gürcüstanın 

Qara dəniz sahili, Azərbaycanda, Türkmənistanda və Krımın cənub zonalarında 

yetişdirilir. Tərkibində 55%-ə  qədər yağ olduğundan yağ istehsalı üçün istifadə 

edilir. 


Meyvəsindən duzlanmış  və sirkəyə qoyulmuş halda istifadə edilir. Zeytun 

müalicəvi  əhəmiyyətə malikdir. Xüsusən böyrək və  mədə xorası  xəstəliklərinə 

qarşı istifadə olunur. Zeytunun tərkibində 6% zülali maddə, çəyirdəyində 12-13% 

yağ, 6% mineral maddə və 23% su vardır. Tərkibində, həmçinin 9% şəkər, A, B

2

 

və C vitaminləri vardır. 



Təsərrüfatda istifadə olunmasına görə 3 qrupa bölünür: 

1.

 



konservlik sortlar (Askolano, Santa Katerina, Tolqomskaya, Armudu 

zeytun). 

2.

 

konservlik yağlı sortlar (Tolqomskaya, Aqostino, Irimeyvəli Nikita 



zeytunu, Azərbaycan zeytunu, Şirin zeytun). 

3.

 



yağlı sortlar (Della Madonna, Tiflis, Kore-ciolo, Nikita zeytunu). 

 

 

114



Azərbaycanda, əsasən Azərbaycan zeytunu, Aqostino, Armudu zeytun, Santa 

Katerina, Nikita zeytunu və Tiflis sortları becərilir. 



Feyxoa (Acca Berg Sellowiana Burret.) əsasən Krımın cənubunda, Qafqazın 

Qara dəniz sahillərində, Suxumidə, Astara rayonunda becərilir. Feyxoa təzə halda, 

mürəbbə, kompot, marmelad, nalivka (meyvə arağı) və karamel içliyi 

hazırlanmasında istifadə edilir. Feyxoa müalicəvi  əhəmiyyətə malikdir. Aşağı 

temperaturda 5 gündən 30 günə  qədər saxlanılır. Tərkibində 80% su, 7% şəkər, 

1,7% turşu (alma turşusu),  şəkərlərdən 4% saxaroza, 2,5% qlükoza, fruktoza 

vardır. Feyxoa C vitamini və yodla zəngindir. Yayılmış sortlardan Andre, Ətirli 

Nikitin, tezyetişən Krım sortlarını göstərmək olar. 

Z.K.Həsənova (1972) görə ən perspektivli sortlar 26E №-li sort tipi, 10E №-

li, 2E №-li və 12E №-li sort tipidir. Feyxoanın keyfiyyəti Azərbaycan Respublika 

standartının (RST 233-74) tələblərinə uyğun olmalıdır. 1-ci sorta aid meyvələrin ən 

böyük en kəsiyi 30 mm-dən, 2-ci sorta aid olanlar isə 18 mm-dən az olmamalıdır. 

1-ci sortda texniki zədələnmiş meyvələrin miqdarı 5%, 2-ci sortda 10%-dən 

çox olmamalıdır. 

Subtropik meyvələr qrupuna iydə, innab və tut da aiddir. Bu meyvələr 

Azərbaycanda daha çox yetişir. 



Innab (Ziziphus jujuba Mill.) Azərbaycanda qədimdən becərilir. Innab 

Abşeron yarımadasında, Göyçayda, Ucar və Ağdaş rayonlarında becərilir. 

Meyvəsi yumru, yumurtavari, uzunsov-girdədən armudabənzər formayadək 

dəyişir. Meyvəsinin hamar-parlaq qəhvəyi və ya qırmızı-qonur rəngli qabığı 

altında  şirin, turşməzə  və yumşaq, sarımtıl  ətliyi vardır. Azərbaycanda yetişən 

innablar qırmızıqabıqlıdır. 

Innabın tərkibində 22-30% karbohidrat, 5% zülali maddə, 1,5% üzvi turşu 

(alma və kəhrəba turşusu), 2,5% pektin maddəsi, 2% qətranlar, 1,2% aşı maddəsi, 

880 mq% C vitamini vardır. Quru meyvəsinin tərkibində karbohidratlar 70%-ə 

çatır. P vitaminin miqdarı limon qabığındakından çoxdur. Mineral maddələrdən 

kalium, kalsium, fosfor, maqnezium və dəmir vardır. 


 

 

115



Innabın 600-ə qədər sortu vardır. Azərbaycanda isə 30-dan çox yerli sortlar 

var. Innabın Azərbaycan, Abşeron, Şirvan, Tacikistan, 1 №-li Çin, 2 №-li Çin, 3 

№-li Çin sortları Azərbaycanda becərilir. 

Innab təzə və qurudulmuş halda yeyilir. Ondan kompot və qənnadı məmulatı 

hazırlanmasında istifadə edilir. 

Iydə  (Elaeagnus angustifolia L.) yabanı halda Şimali Qafqazın  şərq 

rayonlarında, Azərbaycanın Kür və Araz çaylarının kənarlarında geniş sahələr 

tutur. Bu bitkinin mədəni sortları Azərbaycanın aran hissələrində olduqca çoxdur. 

Iydənin meyvəsi uzunsov oval şəklindədir,  ətliyi  şirin və azacıq turşumtuldur. 

Meyvəsinin qabığı boz sarı, tünd darçını, qırmızı rəngdə olur. 

Iydənin meyvəsi çox qidalı və uzun müddət saxlanılmağa davamlıdır. Ətliyi 

meyvəsinin 52%-ni təşkil edir. Tərkibində 40% şəkər, o cümlədən 20% fruktoza, 

10% azotlu maddə, kalium və fosfor duzları vardır. Sortlarından Xurmayı, Innabı 

və Didivar qədimdən becərilir. Meyvəsi təzə halda yeyilir, ondan hazırlanmış unu 

çörəyə və başqa yeməklərə qatırlar. Təzə meyvələrindən spirt alınır. 100 kq-dan 13 

litr spirt almaq olar. 

Tut  rənginə görə  Ağ tut (Morus alba L.)  və Qara tut (Morus nigra L.) 

qrupuna ayrılır. Qara tuta Xartut da deyilir. Tutun Azərbaycanda və Orta Asiyada 

keyfiyyətli və iri meyvəsi olan növ müxtəliflikləri vardır. Ağ tutun meyvəsi silindr 

şəklində, rəngi ağ yaşılımtıl, ağ sarımtıl və ya ağ  çəhrayı, dadı  şirindir. Xartutun 

meyvəsi tünd qara, qırmızı  və ya tünd bənövşəyi rəngdə, turşa-şirin dadlı  və 

ətirlidir. 

Ağ tutun tərkibində 23%-ə  qədər  şəkər, üzvi turşular, zülal, pektin, yağ, 

vitaminlər və dəmir vardır. Xartutun tərkibində 9% şəkər, 2,86% üzvi turşu, 2,03% 

zülal, 0,36% zülalsız azotlu maddələr, 0,55% pektin maddəsi vardır. Ağ tutdan 

doşab, riçal, sirkə, tut arağı hazırlanır. Xartutdan mürəbbə, şirə və jele hazırlanır. 

Azərbaycanda ağ tutun ən çox yayılmış sortlarından  Şahtut, Bidanə  və  Xərci 

tutlarıdır. 



Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin