04-Dovl?t Proqram?doc


Məktəbəqədər təhsildə yeni iqtisadi münasibətlər modelinin formalaşdırılması



Yüklə 115,17 Kb.
Pdf görüntüsü
səhifə4/9
tarix02.04.2023
ölçüsü115,17 Kb.
#92583
1   2   3   4   5   6   7   8   9
mektebeqeder-proqramlar

Məktəbəqədər təhsildə yeni iqtisadi münasibətlər modelinin formalaşdırılması: 
-məktəbəqədər təhsil sahəsində bazar münasibətlərinin və azad rəqabət 
prinsiplərinin təsir dairəsinin genişləndirilməsi, qeyri-dövlət mülkiyyət formalarına 
və sahibkar təşəbbüsünə əsaslanan müəssisələr şəbəkəsinin genişlənməsi üçün 
cəlbedici investisiya mühitinin yaradılması üzrə tədbirlərin həyata keçirilməsi; 
-dövlət büdcəsindən maliyyələşən məktəbəqədər təhsil müəssisələrinin 
maliyyə-təsərrüfat müstəqilliyinin genişləndirilməsi və onlara xərclər smetasının 
müstəqil təsdiq etmək və dəyişdirmək hüquqlarının verilməsi istiqamətində 
tədbirlərin görülməsi; 
-məktəbəqədər təhsil müəssisələrinin dövlət büdcəsindən maliyyələşməsində 
subyektiv amillərin aradan qaldırılması, büdcədən ayrılan vəsaitlərin uşaqbaşına 
normativ maliyyələşdirmə prinsipi ilə müəyyən olunması; 
-normativ maliyyələşdirmə şəraitində ölkənin ucqar rayonlarında və 
kəndlərində, həmçinin azsaylı yaşayış məntəqələrində yerləşən məktəbəqədər təhsil 
müəssisələrinin dayanıqlılığının təmin olunmasına istiqamətlənmiş xüsusi maliyyə 
dəstəyi mexanizmlərinin qurulması;
-məktəbəqədər təhsil müəssisələri tərəfindən malların və xidmətlərin 
satınalmasında tender və müsabiqələr vasitəsilə seçimə əsaslanan şəffaf xərclənmə 
prosedurlarının tətbiqi, onların maliyyə fəaliyyətinə səmərəli ictimai (qəyyumlar və 
valideynlər şuraları vasitəsilə) və dövlət nəzarət mexanizmlərinin qurulması; 
-məktəbəqədər təhsil müəssisələrində çoxmənbəli maliyyələşmə sxemlərinin 
tətbiq olunması, dövlət tərəfindən müəyyənləşdirilən və büdcədən maliyyələşdirilən 
əsas təhsil xidmətləri ilə yanaşı ödənişli əlavə təhsil xidmətləri göstərilməsinin 
təşviqləndirilməsi; 
-məktəbəqədər təhsil xidmətlərinin valideynlərlə kontrakt (müqavilə) 
münasibətləri əsasında göstərilməsinin tətbiq olunması; 
-məktəbəqədər təhsil müəssisələri arasında dövlət büdcəsinin vəsaitləri 
uğrunda sağlam yarışma mühitinin yaradılması; 
-dövlət və qeyri-dövlət təhsil müəssisələrinin fəaliyyəti üçün bərabər şəraitin 
təmin olunması, tədricən vahid məktəbəqədər təhsil məkanının formalaşdırılması.




Yüklə 115,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin