7
-dövlət məktəbəqədər təhsil proqramı, həmçinin variativ və xüsusi
proqramlara uyğun təlim vəsaitlərinin, digər dərs vəsaitlərinin və əyani vəsaitlərin
hazırlanması, nəşr olunması, məktəbəqədər təhsil müəssisələrinin bu vəsaitlərlə
təmin olunması;
-məktəbəqədər təhsil sistemində qabaqcıl beynəlxalq təcrübə əsasında yeni
təhsil texnologiyalarının tətbiqinin dəstəklənməsi;
-məktəbəqədər təhsilin ölkədə vahid təhsil sisteminin digər pillələri ilə
əlaqəsinin gücləndirilməsi və sıx inteqrasiyasının təmin olunması;
-ölkədə məktəbəqədər təhsil üzrə monitorinq və qiymətləndirmə sisteminin
yaradılması və tətbiq olunması.
Kadr siyasətinin təkmilləşdirilməsi:
-məktəbəqədər təhsil sisteminin pedaqoji kadrlara və digər mütəxəssislərə
tələbatının proqnozlaşdırılması işinin müasir tələblərə uyğun qurulması;
-yeni şəraitdə məktəbəqədər təhsil sistemi üçün kadr hazırlığının,
ixtisasartırma təhsilinin təkmilləşdirilməsi, məktəbəqədər təhsil müəssisələri üçün
menecerlərin və idarəetmə heyəti kadrlarının yetişdirilməsi işinin təşkili;
-məktəbəqədər təhsildə peşəkar, səriştəli pedaqoji kadrların çoxluq təşkil
etməsinə nail olunması;
-məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoji və digər işçilərin sosial
statusunun və maddi rifah halının yüksəldilməsinə istiqamətlənmiş tədbirlərin
görülməsi, onların iqtisadi cəhətdən təşviqləndirilməsində məktəbəqədər təhsil
müəssisələrinin müstəqilliyinin əhəmiyyətli dərəcədə artırılması;
-kənd yerlərində məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoji işçilərə
maliyyə və sosial dəstək tədbirlərinin hazırlanması və tətbiq olunması;
-kənd yerlərində və ucqar rayonlarda yerləşən məktəbəqədər təhsil
müəssisələri üçün yerli əhali arasından kadr hazırlığını təmin etmək məqsədi ilə
müvafiq tədbirlərin həyata keçirilməsi.
Dostları ilə paylaş: