04-Dovl?t Proqram?doc


 Proqramın məqsəd və vəzifələri



Yüklə 115,17 Kb.
Pdf görüntüsü
səhifə2/9
tarix02.04.2023
ölçüsü115,17 Kb.
#92583
1   2   3   4   5   6   7   8   9
mektebeqeder-proqramlar

2. Proqramın məqsəd və vəzifələri 
 
Proqramın əsas məqsədi ölkədə bütün əhali təbəqələri üçün əlçatan və müasir 
tələblər səviyyəsində qurulmuş məktəbəqədər təhsil xidmətlərinin göstərilməsini 
təmin edə biləcək maddi-texniki, təşkilati-hüquqi, iqtisadi və tədris-metodiki şərait 
yaratmaq və bu zəmində məktəbəqədər təhsil sisteminin yüksək sosial-iqtisadi 
səmərəliliyinə nail olmaqdır. 
Proqramın uğurla həyata keçirilməsi aşağıdakı vəzifələrin həllini nəzərdə 
tutur: 
-məktəbəqədər təhsil müəssisələri şəbəkəsinin optimallaşdırılması və maddi-
texniki bazasının möhkəmləndirilməsi; 
-məktəbəqədər təhsil sistemində idarəetmənin müasir sosial-iqtisadi şəraitə 
uyğun olmaqla, ölkədə təşəkkül tapmış yeni iqtisadi münasibətlər zəminində 
təkmilləşdirilməsi;
-məktəbəqədər təhsil sistemində yetərli maliyyələşmə səviyyəsini və bu 
sahəyə yönəldilən resursların rasional istifadəsini təmin edən yeni iqtisadi 
münasibətlər modelinin formalaşdırılması; 
-məktəbəqədər təhsilin əhatə dairəsinin genişlənməsinə nail olunması, bütün 
sosial təbəqələr, o cümlədən aztəminatlı ailələr üçün müasir tələblərə uyğun 
məktəbəqədər təhsil xidmətlərinin əlçatan olmasının gerçəkləşdirilməsi; 
-məktəbəqədər təlim-tərbiyə prosesinin məzmunca yeniləşdirilməsi, uşaqların 
fiziki, əqli və psixoloji inkişafı, onların məktəbə hazırlığı nəzərindən beynəlxalq 
təhsil məkanında son mütərəqqi təcrübənin öyrənilməsi və tətbiqi; 



-məktəbəqər təhsil sahəsinin peşəkar, səriştəli pedaqoji kadrlarla təmin 
olunması məqsədi ilə bu sahədə kadr siyasətinin günün tələblərinə uyğun qurulması; 
-məktəbəqədər təhsilin ictimai statusunun yüksəldilməsi, dövlət qayğısının 
daha da artırılması ilə yanaşı vətəndaşların, qeyri-dövlət və ictimai qurumların, 
işgüzar dairələrin bu sahəyə diqqətinin artırılmasına nail olunması. 

Yüklə 115,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin