Məktəbəqədər təhsilin ictimai statusunun qaldırılması:
-məktəbəqədər təhsilin problemlərinə ictimaiyyətin müxtəlif təbəqələrinin
diqqətinin artırılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi, kütləvi informasiya
vasitələrinin, qlobal internet şəbəkəsinin imkanlarından bu məqsədlə daha geniş
istifadə olunması;
-məktəbəqədər təhsil barədə statistik göstəricilər sisteminin beynəlxalq
standartlar nəzərə alınmaqla təkmilləşdirilməsi;
8
-məktəbəqədər təhsil sisteminin mütəmadi monitorinqinin keçirilməsinə nail
olunması, monitorinqin nəticələrinin kütləvi informasiya vasitələrində dərc olunması
və ictimaiyyətə çatdırılması;
-yaxşı nəticələr əldə etmiş məktəbəqədər təhsil müəssisələrinin qabaqcıl iş
təcrübəsinin kütləvi informasiya vasitələri ilə geniş işıqlandırılması və yayılmasının
dəstəklənməsi.
4. Proqramın maliyyə təminatı
Proqramın maliyyə təminatını bu məqsədlər üçün nəzərdə tutulan dövlət
büdcəsi vəsaitləri, həmçinin Azərbaycan Respublikasının qanunvericiliyinə zidd
olmayan digər mənbələr təşkil edir.
5. Gözlənilən nəticələr
Proqramın yerinə yetirilməsindən gözlənilən nəticələr aşağıdakılardır:
-məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki və tədris bazası
möhkəmlənəcək, tədris-metodiki təminatı yeniləşdiriləcək;
-məktəbəqədər təhsilin sosial-iqtisadi səmərəliliyi artacaq, məktəbəqədər
təhsil müəssisələrinin maliyyə təminatının dayanıqlılığına imkan yaranacaq;
-əhalinin məktəbəqədər təhsil xidmətlərinə tələbatı daha dolğun təmin
ediləcək;
-bütün əhali təbəqələri üçün müasir standartlara uyğun məktəbəqədər təhsil
xidmətlərinin əlçatan olması təmin olunacaq;
-məktəbəqədər təhsilin əhatə dairəsi genişlənəcək, məktəbəqədər təhsil
müəssisələrinə cəlb edilən uşaqların sayı artacaq;
-uşaqların təlim-tərbiyəsi, sağlamlığının qorunması, fiziki, intellektual və
psixoloji inkişafı üçün əlverişli şərait yaradılacaq;
-kadr təminatı yaxşılaşacaq, kadrların peşəkarlıq səviyyəsi yüksələcək;
-məktəbəqədər təhsilin keyfiyyəti yüksələcək.
|