Albanların güclü müqavimət göstərməsi
Yolun çətinliyi və yürüşün təhlükəli olması
Pompeyin Şərqə hərbi nəticəsində Qafqaz və bir sıra qonşu ölkələr Romadan asılı vəziyyətə düşdü.
QEYD: Pompeyin Albaniyaya yürüşü barədə Antik müəlliflərdən Plutarx və Appian geniş məlumat vermişdi.
47
Antoninin sərkərdəsi Kanidinin Albaniyaya yürüşü (e.ə 36-cı il)
E.ə 36-cı ildə romalılar Antoninin başçılığı ilə Şərqə böyük yürüş təşkil etdilər. Bu yürüşdə ümumi sayı yüz min nəfər olan
legion iştirak edirdi. Lakin Antoni Parfiyanın təzyiqi altında geri çəkilərək Misirə getdi, sərkərdəsi Kanidini İberiya və Albaniyanı itaətə gətirmək üçün Azərbaycanın cənub-qərb torpaqlarında saxladı. Plutarx yazır ki, “Kanidi... iber və alban hökmdarlarına qalib gəldi və Qafqaza çatdı”. Beləliklə, Kanidinin yürüşü nəticəsində İberiya və Albaniya romalılardan asılılığı qəbul etdilər.
Dostları ilə paylaş: |