1 Azərbaycan tarixini öyrənən mənbələr və onların təsnifatı Azərbaycan tarixinin ən qədim və antik dövrə aid mənbələri


Alan tayfalarının Azərbaycana yürüşləri



Yüklə 82,01 Kb.
səhifə29/46
tarix02.01.2022
ölçüsü82,01 Kb.
#43956
növüYazı
1   ...   25   26   27   28   29   30   31   32   ...   46
tarix kol

Alan tayfalarının Azərbaycana yürüşləri
Böyük Qafqaz dağlarından şimalda yaşayan tayfalar, o cümlədən alanlar qənimət əld etmək məqsədi ilə Dərbənd keçidi vasitəsilə Cənubi Qafqaza – Albaniyaya və Ön Asiyaya dəfələrlə yürüşlər etmişdilər. Bu zaman Xəzər dənizinin qərb sahili və Dərbənd keçidi şimal ölkələri ilə Ön Asiya arasında körpü rolunu oynayırdı.
Alan tayfalarının Azərbaycana yürüşləri eramızın I-III əsrlərində başlamış və müntəzəm xarakter almışdı. Alan tayfalarının Azərbaycana ən böyük yürüşlərindən biri eramızın 72-74-cü illərində olmuşdur. Bu yürüş zamanı onlar qənimət əldə etmək üçün cənuba doğru üz tutmuş, yol boyu bir çox ölkələri qarət edərək Atropatenaya daxil olmuşlar. Bu yürüş nəticəsində alanlar Atropatenanın bir-sıra ərazilərini qarət etmiş, Atropatena padşahı Pakor öz ölkəsini başsız qoyaraq təhlükəsiz yerə qaçmış, ailəsi isə alanlara əsir düşmüşdü. Sonra, o, çoxlu pul verərək, ailə üzvlərini geri almışdı. Mədəni inkişaf səviyyəsinə görə albanlardan aşağı olan alanların Azərbaycana yürüşləri sonrakı əsrlərdə də davam etmişdir. Alan tayfalarının Azərbaycana yürüşlərini onlara məxsus katakomba qəbirləri (yeraltı sərdabələr) də sübut edir. Albaniya ərazisində alan tayfaları ilə əlaqələndirilən həmin katakomba qəbrləri MingəçevirdəQəbələdə öyrənilmişdir. Bu abidələr eramızın I-III əsrlərinə aiddir.
QEYD: Karakomba qəbirlərində ölülər iri küplərdə və ya taxta qutularda dəfn edilirdi. Belə qəbrlərə alanlara məxsus silahlar (ox ucları, xəncər, qılınc), məişət əşyaları, əmək alətləri və bəzək əşyaları qoyulmuşdur. Arxoloji materiallara əsasən məlum olur ki, Albanlar şimal tayfalarına, o cümlədən alan tayfalarına güclü mədəni təsir etmişlər.
8. Azərbaycanda erkən feodal cəmiyyəti.Torpaq mülkiyyətinin formaları

Azərbaycanda feodal munasibətləri
Azərbaycanda feodal munasibətləri 3-5 ci əsrlərdə meydana gəlmisdir.Bu dovrə aid yazılı mənbələr məhdudluğundan quldarlıq təsərrüfatının dağılması gedişini dərindən izləmək mumkun deyildir.Lakin sonrakı dövrə aid yazılı mənbələr Azərbaycanda erkən feodalizm qurulusnu az-cox oyrənməyə imkan verir.Bu dovrdə Sasani imperiyası qismən ön Qafqazı əhatə edirdi.Buraya daxil olan olkələr arasında feodal münasibətləri yaranmağa başlayırdı.
Feodal munasibətləri birdən-birə yaranmamışdı.Onun iqtisadi və sosial əlamətləri quldarlıq dövründə meydana gəlmisdi.Dəmirdən hazırlanan əmək alətləri əkincilik və sənətkarlıq sahəsində əmək məhsuldarlığının artmasına səbəb oldu.Muxtəlif sənət sahələri yarandı.Torpaq sahibkarlığının yeni formaları yarandı.Əvvəllər torpaqlar hokmdara,dini qurumlara, ayri-ayri quldarlara mənsub idi.Belə torpaqlarda qulların,məcburi əmək adamlarının əməyindən istifadə olunurdu.Belə adamlarin əməyə marağı belə olmurdu.Eyni zamanda torpağın yüksək təbəqələrin əlində cəmlənməsinə şərait yaranırdı.Dövlət torpaqları hərbcilərə,dovlət işçilərinə paylanırdı.Belə torpaqlar mülk adlanırdı.Mülkün sahibi mülkədar yəni feodal adlanırdı.Kəndlilər-əkinçilər feodalın torpağında işləyirdi.Feodalizm cəmiyyəti adı da buradan götürülmüşdür.
Kəndli-Feodal münasibəti.Kəndlilər feodaldan asılı olub,onun torpağını becərməli məhsulun müəyyən hissəsini ona verməli idi.Eyni zamanda kəndli bir sıra mükəlləfiyətlər(əvəzsiz əmək)də yerinə yetirməli olurdu.Kəndlinin özünə məxsus mülkü olsa da onun əsas gəliri becərdiyi torpaqla bağlı idi.kəndlilər əsas istehsalçı qüvvəni təşkil edirdilər..Erkən orta əsrlərdə Azərbaycanda təsərrüfatın natural forması üstün mövqe tuturdu.NATURAL TƏSƏRRÜFAT-bazarla əlaqəsi olmayan zəruri tələbat mallarının malikanə daxilində istehsal olunduğu təsərrüfatdır.Kəndli özünün və asılı olduğu feodalın tələbini ödəmək üçün məhsul istehsal edirdi.
Feodalizmin ilkin mərhələsində kəndlilərin istismar edilməsinin əsas yolu vergi və mükəlləfiyyətlərin icrası idi.Kəndi feodala minik verməli səfər vaxtı onun dəstəsini yedizdirməli idi.Bundan əlavə kəndlinin yolların çəkilməsində,körpü və binaların tikilməsində iştirak etməsi məcburi idi.Kəndlilər feodala vergni məhsul formasında verirdilər.Feodalizmin yaranması məhsuldar qüvvələrin inkişafının bəhrəsi idi.Lakin ölkəmizdə onun inkişafı bərabər səviyyədə getmirdi.Bəzi yerlərdə kəndlilərlə yanaşı qulların da əməyindən istifadə edirdilər.Azərbaycan da əhalinin əsas hissəsini İranda olduğu kimi kəndlilər təşkil edirdilər.Onlarla yanaşı sənətkarlar və tacirlər də vergi verən təbəqəyə daxil idilər.Sasani dцvlətində əhali 4 sosial təbəqəyə bölünürdü:kahinlər~döyüşçülər~mirzələr~vergi verənlər.Vergi verənlər təbəqəsi xaraq(məhsul)~gezit(can) vergisi verirdilər.
Azərbaycanda feodal münasibətləri feodalizmin ünumi qaydalarına əsaslanırdı.Lakin avropa ölkələrindən fərqli olaraq ölkəmizdə feodalların şəxsi təsərrüfatları yox idi.Çünki süni suvarma tələb edən təsərrüfata böyük xərc qoymaq lazım gəlirdi.Feodalı kəndlinin becərdiyi torpaq yox kəndlidən ödəniş almaq maraqlandırırdı.Avropada feodalizm 5-ci əsrdən başlamış.15-ci əsrin sonlarına qədər davam etmiєdir.Azərbaycanda isə daha erkən 3-cü əsrdən başlamış 19-cu əsrin sonlarına qədər davam etmişdır
III-VIIəsrlərdə sasani imperiyası tərkibində torpaq mülkiyyət formaları
1.Dastakert-feodalın şəxsi mülkü olan irsi torpaq sahibliyi
2. Xostaq- vassal xidməti əsasında verilən şərti torpaq mülkiyyət forması

9


Yüklə 82,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin