1 Azərbaycan tarixini öyrənən mənbələr və onların təsnifatı Azərbaycan tarixinin ən qədim və antik dövrə aid mənbələri


Albaniyanın Roma dövləti ilə münasibətləri



Yüklə 82,01 Kb.
səhifə26/46
tarix02.01.2022
ölçüsü82,01 Kb.
#43956
növüYazı
1   ...   22   23   24   25   26   27   28   29   ...   46
tarix kol

Albaniyanın Roma dövləti ilə münasibətləri. Pompeyin Albaniyaya yürüşü (e.ə 66-65)
E.ə II əsrdə Romanın Aralıq dənizi hövzəsində güclü dövlətə çevrilməsi və Şərqə doğru hərəkət etməsi Qafqaz, o cümlədən Albaniynın müstəqilliyi üçün təhlükə yaratmışdı. E.ə I əsrin ikinci yarısında Roma sərkərdəsi Pompey İberiya və Albaniyaya hücuma başladı. Roma sərkərdəsi Pompeyin Albaniya və İberiyaya hücum etməkdə aşağıdakıl məqsədləri idi:


  1. Xəzər dənizinin sahillərini tutmaq




  1. Hindistanla Qara dəniz sahillərinə gedən ticarət yolunu ələ keçirmək

Pompey Albaniya və İberiyaya hücum edərkən həmin dövlətlərin hökmdarları onu öz ərazilərinə buraxmadılar. Soyuqlar düşəndən sonra, Pompey Kür vadisində qışlamağı qərara aldı. Bu zaman alban padşahı Oroys Roma düşərgəsinə hücum etməyi qərara gəldi. Bu döyüşdə albanların 40 minlik qoşunu var idi. Beləliklə, E.ə 66-cı ildə Kür şayı sahilində Pompey ilə Oroys arasında döyüş baş verdi. Döyüş nəticəsində Roma ordusu qalib gəldi. Kür sahilində Roma ordusunun qalib gəlməsinin səbəbi daha güclü təcrübəli olması idi.


Döyüşdən sonra Pompey Albaniya ilə sülh bağlayaraq İberiyaya doğru hərəkət etdi. Lakin albanların romalıları izləyərək onlar üçün təhlükə yaratdığına görə Pompey yenidən onlara qarşı yürüşə başladılar. Bu zaman albanlar romalıları Qanıx çayı sahilində qarşıladılar. Albanların 60 min piyada, 12 min süvari qoşununa Oroysun qardaşı Kozis başçılıq edirdi. Albanlar romalıların qarşısını kəsib onları ölkənin içərilərinə buraxmaq istəmirdilər. E.ə 65-ci ildə Qanıx (Alazan) çayı sahilində baş vermiş döyüşdə Kozis Pompeyi nizə ilə vursada zireh onu ölümdən xilas etdi, Kozis isə onun cavab zərbəsi ilə ölümcül yaralandı. Qanıx döyüşü nəticəsində romalılar yenə də qalib gəldilər. Pompeyin Qanıx çayı sahili döyüşündə albanlar üzərində qələbə çalmasının əsas səbəbi isə hərbi hiylə işlətməsi olmuşdu. Qanıx döyüşündən sonra meşəyə çəkilən albanların taleyi faciəli oldu. Beləki, romalılar meşəyə od vuraraq onları yandırdılar. Oradakı alban döyüşçüləri isə həlak oldular. Qanıx döyüşündə albanların qoşununun əsasını süvari dəstəsi, romalıların qoşununun isə piyada qoşun təşkil etmişdi. Bu döyüşdə romalılara qarşı alban qadınları da vuruşmuşlar. Hətta, döyüşdə alban qadınlarının cəsrəti romalıları heyrətə gətirmişdi.
Döyüşdən sonra albanların əsas qüvvələri dağlara çəkildi. Pompey isə Alban padşahı Oroysu romalıların düşərgəsinə gəlməyi tələb etdi. Oroys isə romalıların düşərgəsinə gəlməyərək, ona məktub və hədiyyələr göndərərək sülh təklifi etdi. Pompey bu barışıq təklifini qəbul etsə də az sonra ölkənin içərilərinə doğru hərəkət etdi. Lakin Pompey Xəzər sahilinə qədər getmək məqsədindən əl çəkdi və albanlarla yenidən sülh bağladı. Pompeyin Xəzər sahilinə qədər getmək məqsədindən əl çəkməsinin və albanlarla yenidən sülh bağlamasının səbəbi aşağıdakı amillərlə bağlı idi:

1   ...   22   23   24   25   26   27   28   29   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin