1 Azərbaycan tarixini öyrənən mənbələr və onların təsnifatı Azərbaycan tarixinin ən qədim və antik dövrə aid mənbələri


Babəkin ələ keçirilərək edam olunması



Yüklə 82,01 Kb.
səhifə40/46
tarix02.01.2022
ölçüsü82,01 Kb.
#43956
növüYazı
1   ...   36   37   38   39   40   41   42   43   ...   46
tarix kol

Babəkin ələ keçirilərək edam olunması
Bəzz qalasının süqutundan sonra Babək Arrana gəldi. Onun Arrana gəlməkdə məqsədi Bizans imperatorunun yanına gedərək yeni qüvvə toplayıb müharibəni davam etdirmək idi. Bəzz döyüşündən sonra Afşin Babəkin bağışlanması haqqında xəlifədən razılıq məktubu aldı. Lakin, Babək yenə də fikirindən dönmədi. Babək Bazarçayın sol sahilində Şəki qalasında keçmiş müttəfiqi Səhl ibn Sumbatla qarşılaşdı. Səhl ibn Sumbat Babəki aldadıb xəyanət yolu ilə onu ərəblərə təhvil verdi. Babəki Afşinin Bərzənddəki düşərgəsinə apardılar. Babək xilafət sarayına yola düşməzdən əvvəl Afşindən sonuncu dəfə Bəzz qalası ilə vidalaşmağı xaiş etdi. Afşin Babəkin bu xaişini yerinə yetirdi. Xəlifə Mötəsimin əmri ilə Babək 838-ci il martın 14-də Samirə şəhərində edam edildi. Xəlifə üsyançıları qorxutmaq üçün onun kəsilmiş başını Xorasana göndərdi. Bu qayda ilə ərəblər Babəkin qardaşı Abdullanı da Bağdad şəhərində edam etdilər.

13 VII-IX yüzilliklərdə Azərbaycanın təsərrüfat həyatı və mədəniyyəti


Maarif
VII-IX əsrlərdə xilafətdə və ona tabe olan ölkələrdə sosial-iqtisadi, siyasi sahələrdə baş verən dəyişikliklər öz əksini mədəniyyətdə də tapırdı. Ərəblərin işğalına qədər Azərbaycanda mədəniyyətin bir çox sahələri - yazı, məktəb, ədəbiyyat, memarlıqşəhərsalma xeyli inkişaf etmişdi. İslamı qəbul etmiş xalqların bir-birinə qarşılıqlı faydalı təsiri nəticəsində mədəniyyətin bütün sahələrində onları yaxınlaşdıran ümumi əlamətlər meydana çıxdı. İslam mədəniyyətinin zənginləşməsində xilafətə tabe olan bütün xalqların payı var idi. Ümumi İslam mədəniyyəti zəminində xalqların milli mədəniyyəti zənginləşir və inkişaf edirdi.

Yüklə 82,01 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin