1 azərbaycan-tüRKİYƏ ƏlaqəLƏRİ son 20 İLDƏ: UĞurlar və İmkanlar



Yüklə 2.88 Kb.
PDF просмотр
səhifə5/17
tarix23.07.2017
ölçüsü2.88 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   17

38
Regional hadisələrin Türkiyə-Azərbaycan münasibətlərinə təsiri
mənada  Azərbaycanla  qurduğu  əlaqələr  onun  müsəlman  dünyasında 
obrazının müsbət istiqamətdə dəyişməsinə xidmət edə bilər. 
Bəzi  təhlillərə  görə,  90-cı  illərdə  Türkiyə-İsrail  münasibətlərinin 
yüksələn xətlə inkişafı İsrail hökumətinin Fələstin məsələsində barışa yaxın 
olmasından  irəli  gəlirdi.  2000-ci  ildə  İsraildə  Ariel  Şaron  hökumətinin 
hakimiyyətə gəlməsi ilə birlikdə İsrail sülh prosesindən uzaqlaşdığı üçün 
Türkiyə-İsrail  münasibətləri  dəyişməyə  başlayıb.
51
  Dəyişən  münasibətlər 
regional  hadisələrə  də  təsir  edib.  İraqın  işğalından  sonra  İsrailin  Şimali 
İraqdakı fəaliyyətləri, 2006-cı ildə Fələstində keçirilən seçkilərdə Həmasın 
zəfərindən sonra Həmas Siyasi Bürosunun rəhbəri Halid Meşalın Türkiyə 
tərəfindən qəbul olunması, 2006-cı il İsrail-Livan müharibəsinə Türkiyənin 
sərt  reaksiyası,  2008-ci  ildə  İsrailin  Fələstinə  qarşı  hərbi  əməliyyatı  və 
bu əməliyyatda istifadə etdiyi silahlara Türkiyənin reaksiyası, Ərdoğanın 
Davosda  İsrail  Prezidenti  Şimon  Perezə  qarşı  jesti  və  nəhayət,  “Mavi 
Mərmərə” gəmisində 9 türk vətəndaşının İsrail əsgərləri tərəfindən öldrülməsi 
iki  ölkə  arasında  diplomatik  münasibətlərin  ikinci  katib  səviyyəsinə 
düşməsinə  səbəb  olub.  Əvvəlki  illərdən  fərqli  olaraq  “Davos”  və  “Mavi 
Mərmərə”  hadisələri  sadəcə  siyasi  deyil,  iqtisadi  və  hərbi  münasibətlərə 
də  zərər  verib. Türkiyə-İsrail  münasibətlərində  yaşanan  böhranın  İsrailin 
mövcud  hökumətinin  tutduğu  mövqedən  qaynaqlandığını  müdafiə  edən 
Türk hökuməti beynəlxalq aləmdə hər fürsətdə İsrailin mövcud hökumətinə 
qarşı  sərt  açıqlamalar  verir.  Türkiyə  İsrail-Fələstin  məsələsini  və  İsrailin 
nüvə silahları məsələsini beynəlxalq təşkilatlarda gündəliyə gətirmək yolu 
ilə İsrail hökumətinə təzyiqləri artırmağa çalışır. 
İsrail hökuməti hər fürsətdə Türkiyə ilə münasibətləri düzəltmək istədiyini 
bildirsə də, Türkiyə hökuməti İsrailin Həmas və Fələstin məsələsinə baxış 
tərzi  dəyişməyincə  geri  addım  atmayacağını  bildirir.  Mütəxəssislərin  bir 
çoxu Türkiyənin İsrailə qarşı bu siyasi dəyişikliyini ABŞ-dakı Barak Obama 
administrasiyasının İsrail siyasətinin dəyişməsindən irəli gəldiyini müdafiə 
edir.  Bəzi  mütəxəssislər  isə  Türkiyənin  dəyişən  İsrail  siyasətinin  Yaxın 
Şərqdəki Ərəb xalqlarının dəstəyini almaq məqsədi daşıdığını bildirirlər.  
Türkiyə-İsrail  münasibətlərində  yaşanan  dəyişikliklər  Türkiyədə 
Azərbaycanın  da  Türkiyəyə  açıq  dəstək  verəcəyi  gözləntisini  yaratdı. 
Türkiyənin  Azərbaycandakı  səfiri  Hulusi  Qılıçın  “Türkiyə  Azərbaycana 
görə  Ermənistanla  sərhədlərini  bağlı  saxladı,  Azərbaycan  da  İsrail 
ilə  münasibətlərini  yenidən  gözdən  keçirməlidir”  sözləri  Türkiyə  və 
51   Özlem Tür, “Türkiye-İsrail İlişkileri: Yakın İşbirliğinden Gerilime?”, Orta Doğu Analiz, Nisan 2009, 
Cilt 1, Sayı. 4, ss. 22-29, ss. 23-24. 

39
Regional hadisələrin Türkiyə-Azərbaycan münasibətlərinə təsiri
Azərbaycanda ciddi mübahisələrə səbəb olub. Hulusi Qılıcın açıqlamasına 
reaksiya  verən  Azərbaycan  Prezidenti  Administrasiyasının  İctimai-
siyasi  məsələlər  şöbəsinin  müdiri  Əli  Həsənov Azərbaycanın  hər  zaman 
Türkiyənin yanında olduğunu və bundan sonra da olacağını qeyd edib. İqtidar 
Partiyası olan Yeni Azərbaycan Partiyasının icraçı direktoru Əli Əhmədov 
Azərbaycanın Türkiyə və ya İsrail arasında seçim etmək məcburiyyətində 
olması halında Türkiyəni seçəcəyini bildirib. 
Səfir Azərbaycanın İsrail ilə münasibətlərini yenidən nəzərdən kecirməyi 
təklif  etsə  də,  tam  mənada Azərbaycandan  İsrailə  qarşı  hansı  tədbirlərin 
görülməsi açıqlanmayıb. Ümumiyyətlə, Türkiyənin istəklərinin nə olduğu 
bilinmir. Türkiyə-İsrail arasında olduğu kimi Azərbaycan-İsrail arasında da 
münasibətlər daha çox hərbi texnologiyalar sahəsindədir. Türkiyənin İsraildə 
səfirliyi  mövcud  olduğu  halda  Azərbaycanın  İsraildə  səfirliyi  mövcud 
deyil, hətta İsrailin Baş naziri Benyamin Netenyahu 1997-ci ildə Heydər 
Əliyev ilə görüşündə bunu xahiş etsə də, indiyə kimi Azərbaycanın İsraildə 
səfirliyi  açılmayıb.
52
  Azərbaycanın  Türkiyə-İsrail  münasibətlərindəki 
rolu haqqında ölkədə fikir ayrılığı mövcuddur. Bir qrup insan Türkiyənin 
İsraillə münasibətini dəyişməsini düzgün hesab etmədiyi halda, digər qrup 
Türkiyəni dəstəkləməyin tərəfdarıdır. Üçüncü qrup məsələdə tərəf olmaqdan 
çox problemin həlli üçün Azərbaycanın vasitəçi ola biləcəyini qeyd edir.  
Ümumiyyətlə, Azərbaycanın iki müttəfiqi arasındakı münasibətlərin daha 
çox zərər görməsi həm Azərbaycanın regional maraqlarına ziddir, həm də 
Azərbaycanı çətin vəziyyətə sala bilər. 
 
Ɔ
Azərbaycanın Şimali Kipr Türk Respublikası (ŞKTR) siyasəti 
Kipr 1571-ci ildə Osmanlı dövləti tərəfindən fəth olunub və Anadoludan 
olan  minlərlə  türkmən  adaya  yerləşdirilib.  1878-ci  ildə  Osmanlı  dövləti 
Rusiya  ilə  müharibədə  İngiltərənin  dəstəyinə  qarşılıq  olaraq  Misir  yolu 
üçün  əhəmiyyətli  olan  Kiprin  idarəçiliyini  İngiltərəyə  verib.  Müqaviləyə 
əsasən, Kipr hüquqi cəhətdən Osmanlıya bağlı olub və vergisini İstanbula 
ödəyib. Lakin 1914-cü ildə Osmanlı dövlətinin İngiltərəyə qarşı Almaniya 
tərəfindən  müharibəyə  girməsi  ilə  İngiltərə  adanı  tamamilə  ələ  keçirib. 
İngiltərənin  idarəçiliyinə  keçəndən  sonra  hər  fürsətdə  Yunanıstanla 
birləşməyi (Enosis
53
) tələb edən Kipr yunanları İkinci Dünya müharibəsi 
52   Elxan Şahinoğlu, “İsraildə səfirlik açmaq lazımdır”, http://www.mediaforum.az/az/2009/05/29/%C4
%B0SRA%C4%B0LD%C6%8F-S%C6%8FF%C4%B0RL%C4%B0K-A%C3%87MAQ-LAZIMDIR-
014429267c02.html, (29.05.2009).
53   “Enosis” yunan dilindən tərcümədə “bir ölkənin sərhədlərinə daxil olmaq”, “birləşmək” mənasını verir. 

40
Regional hadisələrin Türkiyə-Azərbaycan münasibətlərinə təsiri
zamanı və ondan sonra adada siyasi təşkilatlanmalarını artırıblar. 1950-ci 
illərdə “Enosis” tələblərinin adada yaşayan türklərə qarşı etnik təmizləmə 
siyasətinə  çevrilməsi  Türkiyədə  ciddi  narahatlıq  yaradıb  və  İngiltərənin 
vasitəçiliyi ilə problemin həlli ilə əlaqədar London və Sürixdə Yunanıstan, 
Türkiyə,  Kipr  və  İngiltərə  arasında  müzakirələr  aparılıb.  Müzakirələr 
nəticəsində  dörd  tərəf  arasında  Kipr  Respublikasının  qurulmasına  aid 
Əsas Müqavilə; İngiltərə, Türkiyə, Yunanıstan və Kipr arasında Zəmanət 
Müqaviləsi;  Kipr  Respublikası,  Türkiyə  və  Yunanıstan  arasında  İttifaq 
Müqaviləsi imzalanıb. Lakin bu müqavilələr problemi həll etməyib və 1964-
cü ildə adaya müdaxilə etmək istəyən Türkiyə ABŞ Prezidenti Consonun 
məktubu ilə durdurulub. 
Kiprdəki  yunanların  lideri  Makarios  ilə  Yunanıstan  arasında 
problemlərin  yaşanması  1974-cü  ildə  Kipr  adasına  Yunanıstanın  hərbi 
müdaxiləsi ilə nəticələnib. Türkiyə tərəfi bu müdaxiləni 1960-cı il Sürix və 
London müqavilələrinin pozulması kimi qiymətləndirib və 20 iyul 1974-cü 
ildə adadakı türkləri qorumaq üçün hərbi müdaxilə edib. Türkiyənin birinci 
müdaxiləsi beynəlxalq aləm tərəfindən etirazla qarşılanmayıb. Türk ordusu 
birinci müdaxilədə çox dar bir sahədə qalmışdı və adada yaşayan türklərin 
65%-i hələ də yunanların idarəsi altında idi. Bunun üçün ikinci əməliyyat 
həyata  keçirildi.  Türkiyənin  bu  ikinci  əməliyyatı  beynəlxalq  aləmin  sərt 
tənqidinə məruz qaldı və BMT Təhlükəsizlik Şurası 1 noyabr 1974-cü ildə 
3212 nömrəli qətnaməni qəbul edərək türk əsgərlərinin adadan çəkilməsini 
istədi.
54
 
1985-ci  il  noyabrın  15-də  isə  Kipr  Türk  Federal  Dövləti  Məclisi 
müqəddəratını  təyin  etmə  hüququndan  yararlanaraq  Şimali  Kipr  Türk 
Respublikasını  (ŞKTR)  elan  edib.  ŞKTR  elan  olunduğu  gündən  sonra 
yalnız Türkiyə tərəfindən tanınıb. Pakistan və Banqladeş ŞKTR-i tanımaq 
istəsə  də,  xarici  təzyiqlər  nəticəsində  geri  addım  atmaq  məcburiyyətində 
qalıblar. Avropa İttifaqı tərəfindən ŞKTR-ə iqtisadi blokada tətbiq olunub 
və bu blokada günümüzə qədər davam edir. 
Türkiyədə seçkilərdən sonra prezident və hökumət başçıları bir qayda 
olaraq ilk səfərlərini ya ŞKTR-ə, ya da Azərbaycana edirlər. Bu üç dövlət 
arasında  bir  çox  regional  məsələlər  haqqında  fikir  birliyi  mövcuddur. 
Türkiyədə  olduğu  kimi  Azərbaycan  cəmiyyəti  də  ŞKTR  məsələsinə 
həssaslıqla yanaşır. 
54   Kipr problemi haqqında ətraflı məlumat üçün baxın: Melek Fırat, “Yunanıstanla İlişkiler”, der. Baskın 
Oran, Türk Dış Politikası: Kurtuluş Savaşından Bugüne: Olgular, Belgeler, Yorumlar. I Cild. İletişim, 1-ci 
Basım 2011, İstanbul, ss.  718-767

41
Regional hadisələrin Türkiyə-Azərbaycan münasibətlərinə təsiri
Azərbaycan  mətbuatı  1974-cü  il  Kipr  Sülh  Əməliyyatı  haqqında 
Moskvanın icazə verdiyi məlumatlar çərçivəsində yaza bilib. Lakin 1988-
ci  ildən  etibarən  Azərbaycanda  xalq  hərəkatı  ŞKTR-in  Qərb  tərəfindən 
tanınmamasını qınayaraq bu məsələyə həssaslığını ifadə edib. Bu tarixdən 
etibarən Azərbaycan mətbuatı ŞKTR məsələsini davamlı olaraq gündəliyə 
gətirir.  Müstəqilliyin  yenidən  bərpasından  sonra  Azərbaycandakı  bütün 
iqtidarlar ŞKTR məsələsində addım atmaq məcburiyyətini hiss edib. 
1991-ci il noyabrın 11-də ŞKTR Azərbaycanın müstəqilliyini tanıyıb
55
 
və  1991-ci  ilin  dekabrında  ŞKTR  Prezidenti  müşaviri  Əhməd  Qazioğlu 
Azərbaycana səfər edib.
56
 Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası 
Ali Məclisinin Sədri olduğu dövrdə Naxçıvan Məclisi ŞKTR-i tanıyan qərar 
verib, lakin bu qərar Azərbaycan dövləti adına heç bir hüquqi məsuliyyət 
daşımır. Azərbaycanın ŞKTR-də diplomatik nümayəndəliyi yoxdur, lakin 
ŞKTR-in  Azərbaycanda  Ticarət  Nümayəndəliyi  və  2005-ci  ildə  qurulan 
Turizm və Tanıtım Koordinatorluğu var.
57
Azərbaycanla ŞKTR arasında sıx mədəni və sosial əlaqələr mövcuddur. 
ŞKTR-də keçirilən konfranslarda Azərbaycandan çoxlu sayda heyət iştirak 
etdiyi kimi, Azərbaycanda keçirilən tədbirlərdə də ŞKTR-dan nümayəndə 
heyətləri qatılır. Hətta 2007-ci ildə Bakıda keçirilən XI Dostluq, Qardaşlıq 
və  Əməkdaşlıq  Qurultayına  ŞKTR  Prezidenti  Məhmət  Əli  Tələt
58
 
Yunanıstan  və  Kiprin  yunan  icmasının  təzyiqlərinə  baxmayaraq  dəvət 
olunub.  Qurultayda  Məhmət  Əli  Tələt  çıxış  edərək  Kipr  adasındakı  son 
vəziyyət haqqında iştirakçıları məlumatlandırıb və ŞKTR-in izolyasiyadan 
çıxarılması yolları qurultayda müzakirə olunub.
59
 
2004-cü il  aprelin 24-də Kipr məsələsinin həllinə dair BMT-nin Baş katibi 
Kofi Annan tərəfindən hazırlanan “Annan planı”
60
 üçün keçirilən səsvermədə 
türk tərəfi 64.9% səslə bu plana “hə” deyib, yunan tərəfi isə 75.8% səslə “yox” 
bildirib. Səsvermənin bu nəticəsindən sonra türk tərəfi düşünürdi ki, ŞKTR 
tanınmasa belə Avropanın ona qarşı iqtisadi embarqosu ortadan qalxacaq. 
Lakin referendumdan sonra tam əks proses başladı və Kiprin yunan tərəfi 
2004-cü il mayın 1-də bütün adanın təmsilçisi kimi Avropa İttifaqına üzv 
55   Turgut Turhan, “ Kuzey Kıbrıs Türk Cumhuriyeti-Azerbaycan İlişkileri”, Ankara Universiteti Hukuk 
Fakultesi Dergisi, No 60, Sayı 1. 2011. (175-196), s. 196. 
56   Sebahattin Şimşir, “Azerbaycan Kamuoyunda Kıbrıs”, http://www.orkun.com.tr/asp/
orkun.asp?Tip=Makale&Makale_Nu=!P*R/YYLPYDIWDUHLOKYSJAOYHGUH*/E/
DRLHBQGALVEEO*F-C/B,OQEA.JS/EOAA/WATDU!
57   Turgut Turhan, göstərilən əsəri, s. 196.
58   Mustafa Ünal, “Bir Haftada İki Kez Bakü”, Zaman. 10 Kasım 2007. 
59   Trend, 13 noyabr 2007.
60   Annan planı, http://www.abbulteni.org/pdf/ANNANPLANItrOZET.pdf

42
Regional hadisələrin Türkiyə-Azərbaycan münasibətlərinə təsiri
qəbul olundu. Bu hadisədən sonra Türkiyə Respublikası Hökuməti Avropa 
İttifaqını səmimiyyətsizlikdə günahlandırdı və Avropa ölkələrindən ŞKTR-
in təcridini ortadan qaldırma barədə sözünü tutmasını istədi. Avropa İttifaqı 
isə Türkiyə ilə ittifaq arasında müzakirələrin başlanması üçün Kiprin yunan 
tərəfinə  qarşı  iqtisadi  embarqoların  qaldırılması  və  limanlarının  yunan 
gəmilərinə açılması tələbini irəli sürməkdə israr etdi. 
Kiprdə  keçirilən  “Annan  planı”  referendumundan  əvvəl  Azərbaycan 
tərəfinin  “türklər  Annan  planına  “hə”  ,  yunanlar  isə  “yox”  deyərsə,  biz 
ŞKTR-i tanıyacağıq” açıqlaması Kiprin türk tərəfində umud yaratdı. Lakin 
bu açıqlama yunan Kipri və Yunanıstanın Azərbaycana qarşı təzyiqlərinə 
səbəb oldu. Bu təzyiqə Avropa İttifaqının bəzi üzv dövlətləri də dəstək verdi 
və ŞKTR-in Azərbaycan tərəfindən tanınması halında onların da Qarabağı 
müstəqil dövlət kimi tanıyacaqları bəyan edildi.  
Referendumdan  sonra  Azərbaycan  ŞKTR-i  tanımadı,  lakin  2005-ci 
ildə Azərbaycan  ŞKTR-ə  qarşı  həyata  keçirilən  təcrid  siyasətini  ortadan 
qaldırmaq  üçün  iqtisadi  addımlar  atdı.  2005-ci  ildə  Bakıdan  8  millət 
vəkilinin olduğu bir heyət 1974-cü il Kipr Sülh Əməliyyatının ildönümü 
mərasimində iştirak etmək üçün  iyulun 20-də ŞKTR-ə getdi.
2005-ci il iyulun 29-da Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) 
və ŞKTR-in müavfiq qurumlarının birgə təşkil etdikləri ŞKTR-Azərbaycan 
Biznes  Forumunda  iştirak  etmək  üçün  sahibkarlar,  dövlət  təmsilçiləri, 
mətbuat  nümayəndələri  və  sənətçilərdən  ibarət  heyət  Bakıdan  ŞKTR-ə 
birbaşa  təyyarə  reysi  ilə  uçdu.  Bu,  uzun  illərdən  sonra,  Türkiyə  nəzərə 
alınmazsa, ŞKTR-ə həyata keçirilən ilk birbaşa təyyarə uçuşu idi. Forum 
zamanı ATİB  və  Kipr  Türk  Sənaye  və  Ticarət  Təşkilatı,  ŞKTR  Banklar 
Birliyi  və  Azərbaycan  Banklar  Assosiasiyası  arasında  əməkdaşlığa  dair 
Protokol imzalandı.
61
ATİB-in  təşkil  etdiyi  səyahətə  cavab  olaraq  2005-ci  il  avqustun  29-
da,  30  il  sonra  ilk  dəfə  ŞKTR-in  keçmiş  Prezidenti  Rauf  Denktaş  və 
Baş  nazirin  müavini,  xarici  işlər  naziri  Sərdar  Denktaşın  rəhbərliyi  ilə 
nümayəndə  heyəti  xarici  bir  ölkəyə  -  Azərbaycana  birbaşa  uçuş  həyata 
keçirdi, qonaqlar Bakıda ŞKTR pasportları ilə qəbul edildi. Səfər zamanı 
Sərdar Denktaş təzyiqlərə baxmayaraq bu səfərin təşkilinə dəstək verdiyi 
üçün Azərbaycan rəhbərliyinə təşəkkür etdi.
62
 Bu səfərlə əlaqədar açıqlama 
verən Azərbaycan Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin 
müdiri Novruz Məmmədov Azərbaycanın bu səfəri iqtisadi münasibətlərin 
61   Vatan Gazetesi, 27 Temmuz 2005. 
62   Hürriyet, 30 Ağustos2005.

43
Regional hadisələrin Türkiyə-Azərbaycan münasibətlərinə təsiri
inkişafı kontekstində nəzərdən keçirdiyini
63
 bildirdi. Səfər zamanı ATİB ilə 
ŞKTR-in turizm, kənd təsərrüfatı və ticarət təşkilatları arasında beş protokol 
imzalandı. ATİB-in sədri Ahmet Erentok 5 ay sonra ŞKTR-dən Azərbaycana 
portağal  ixracatına  başlanacağını, Azərbaycandan  da  Qafqaz  və  Mərkəzi 
Asiya ölkələrinə satılacağını və ilk olaraq illik ixracat miqdarının 1 milyon 
dollar olacağını bildirdi.
64
Bu səfərdən sonra Azərbaycandan ŞKTR-ə birbaşa uçuş olması gündəliyə 
gəldiyi  üçün  Yunanıstan  və  Kipr  yunanları  Avropa  İttifaqı  və  Rusiya 
vasitəsilə  Azərbaycana  təzyiq  göstərib.  Avropa  İttifaqı  Komissiyasının 
xarici siyasət məsələləri üzrə məsul üzvü Benita Ferrero-Valdner ŞKTR-
lə  əlaqələrini  kəsməzsə,  Birliyin  Azərbaycanla  münasibətlərini  gözdən 
keçirəcəyini  bildirib.  Kipr  yunanları  Azərbaycanın  Avropa  İttifaqının 
“Genişlədilmiş Avropa siyasəti” proqramına daxil olmasına veto qoyduqları 
üçün İttifaq Cənubi Qafqaz dövlətlərinə yönəlik bu proqramını ləğv edib. 
Yunanıstan  Azərbaycana  nota  verib,  Kiprin  yunan  tərəfi  isə  ŞKTR-ə 
Azərbaycandan  birbaşa  uçuş  olarsa,  Dağlıq  Qarabağa  birbaşa  təyyarə 
reysləri təşkil edəcəyini bildirib.
65
 Azərbaycan Respublikası Baş nazirinin 
müavini Əli Həsənovun sözlərinə görə, Azərbaycan ŞKTR-i tanıyarsa, 15 
dövlət Qarabağın de-fakto müstəqilliyi tanıya bilər.
66
 
Azərbaycan  müstəqilliyini  əldə  etdiyi  gündən  etibarən  ŞKTR-in 
tanınması  istiqamətində  bir  addım  atmaq  məcburiyyətini  hiss  edib,  lakin 
real siyasət bu istəyin qarşısında əngəl olub. Lakin Azərbaycanın ŞKTR-
in tanınması və təcridin aradan qaldırılması istiqamətində atdığı addımlar 
bir nəticə verməyib. Azərbaycan ŞKTR-i tanımadığı kimi, ŞKTR-ə birbaşa 
uçuşlar  da  həyata  keçirə  bilmədi  və  iki  tərəf  arasında  bu  gün  idxalat  və 
ixracat  həyata  keçirilmir.  Azərbaycanın  atdığı  addımların  nəticəsiz 
qalmasında Qarabağ məsələsinin və bu istiqamətdə Kiprin yunan tərəfi və 
Yunanıstanın Avropa təşkilatları vasitəsilə Azərbaycana təzyiqlərinin rolu 
böyük olub. Bundan başqa, BMT Təhlükəsizlik Şurasının ŞKTR haqqında 
qəbul etdiyi qərar Qarabağ məsələsində Təhlükəsizlik Şurası qərarlarının 
tətbiq olunmasını istəyən Azərbaycana ŞKTR-in müstəqilliyinin tanınması 
baxımından  çətinlik  yaradır.  Azərbaycan  xalqı  ilə  ŞKTR-in  türk  icması 
arasında  təhsil  və  mədəni  sahələrdə  əlaqələr  davam  etsə  də, Azərbaycan 
dövləti və hökuməti real siyasət və arzuları arasında qalıb. 
63   Trend, 29 avqust 2005. 
64   Vatan Gazetesi, 31 Ağustos2005. 
65   http://www.usakgundem.com/haber/1567/rumlar-ab-kafkasya-ilkiskilerini-kilitledi.html
66   Haberturk, 11.07.2011.

44
Regional hadisələrin Türkiyə-Azərbaycan münasibətlərinə təsiri
 
Ɔ
Nəticə 
Azərbaycan-Türkiyə  əlaqələri  sadəcə  ikitərəfli  əlaqələr  olmayıb, 
regional balansa və hadisələrə təsir edən, regional və qlobal güclərin regiona 
siyasətinə  qarşı  ortaq  mövqedən  çıxış  edə  bilən  və  regional  hadisələrin 
təsirinə məruz qalan münasibətlərdir. İki dövlətin bir çox regional hadisədə 
ortaq mövqe göstərməsi regional maraqlarının üst-üstə düşməsindən irəli 
gəlir. Enerji ehtiyatları və xətləri, erməni problemi, Rusiya, İran və ABŞ-ın 
Cənubi Qafqaz siyasəti Türkiyə və Azərbaycanın münasibətlərinə təsir edən 
regional məsələlərdir və bu məsələlərdə hər iki tərəfin görüşləri bəzən fərqli 
olsa da, əsasən üst-üstə düşür. 
Soyuq müharibədən sonra hər iki dövlət regionda eyni qrupda yer aldı. 
Qarşılıqlı ortaq güvən, ictimaiyyətin təzyiqləri, Azərbaycan siyasi elitasının 
Türkiyəni seçməsi və iki dövlətin regional mənada ortaq təhlükələrlə qarşı-
qarşıya qalması onların regional siyasətlərinin üst-üstə düşməsinə və regional 
məsələlərə bənzər reaksiya verməsinə səbəb olub. Ortaq təhlükələrə qarşı 
bənzər reaksiyalar iki dövlətin region siyasətini birlikdə qurmasına gətirib 
çıxarıb.
67
 Bu mənada iki dövlətin regional münasibətlərində bir qarşılıqlı 
asılılığın (“interdependence”) olduğunu söyləmək mümkündür.
Regional  hadisələrə  qarşı  iki  dövlət  arasında  reaksiyalar  2009-cu  ilə 
qədər eyni olub. 2009-cu ildə Türkiyənin Ermənistanla sərhəd açılımı və 
münasibətləri  “normallaşdırma”  cəhdi,  həmçinin  Qarabağ  məsələsinin 
həllinə  baxışda  yaşanan  fərqli  yanaşma  və  2011-ci  ildə  Yaxın  Şərqdə 
cərəyan edən hadisələr məsələsində Türkiyənin rolu tərəflərin bəzi regional 
hadisələrdə fərqli mövqelərdən çıxış etməsinə səbəb olub. 
Bu iki dövlətin regional əməkdaşlığı çərçivəsində həyata keçən layihələr 
hərbi layihələr deyil, region insanının sosial və iqtisadi rifahını artıracaq 
layihələrdir.  BTC,  BTƏ  və  BTAQ  bu  layihələrin  bariz  nümunələridir.  
Bu iki dövlət Gürcüstana da dəstək verərək regionda üçüncü bir dövlətin 
inkişafına və müstəqilliyinin möhkəmlənməsinə kömək göstərib. 
Türkiyə və Azərbaycan Ermənistana vəd verib ki, Qarabağ ətrafındakı 
işğal etdiyi rayonlardan çəkiləcəyi halda kommunikasiya və enerji xətlərini 
yenidən  bərpa  edəcəklər.  Ermənistan  bu  təklifi  qəbul  edəcəyi  təqdirdə 
regionda  onun  da  xeyrinə  olan  ümumi  bir  iqtisadi  və  sosial  əməkdaşlıq 
mexanizmi  yarana  bilər.  Bu  isə  regionda  əməkdaşlıq  təşkilatının  ortaya 
çıxmasına  və  xarici  güclərin  regiondaxili  məsələlərə  müdaxiləsinin 
azalmasına səbəb ola bilər. 
67   Bilal Şımşır, göstərilən əsəri, s. 296.

45
Parlamentlərarasi  əlaqələr:  nailiyyətlər  və  perspektivlər
 
Ɔ
Giriş
Bu  il  Azərbaycan  Respublikasının  dövlət  müstəqilliyinin  bərpa 
edilməsinin  20-ci  ili  tamamlanır.  Ötən  illərin  təcrübəsi  göstərir  ki, 
Azərbaycan  və  Türkiyənin  ortaq  tarixi  hər  iki  dövlətin  yüksək  səviyyəli 
əməkdaşlığını  şərtləndirən  əsas  amillərdən  biri  olub.  Bu  tarix  vahid  et-
nik kökə, ortaq milli-mədəni və mənəvi dəyərlərə, zəngin adət-ənənələrə 
əsaslanır. Məhz bu ortaq tarix XX əsrin əvvəllərində Azərbaycan və Türkiyə 
arasında  münasibətlərin  məzmununu  müəyyənləşdirərək,  hər  iki  xalqın 
istiqlaliyyətə qovuşmasına töhfəsini verib. Azərbaycanlı könüllülər 1915-
ci il Çanaqqala döyüşlərində türk qardaşları ilə çiyin-çiyinə iştirak ediblər. 
Birinci  Dünya  müharibəsində  ağır  vəziyyətdə  olmasına  baxmayaraq  Os-
manlı  dövləti Azərbaycana  hərbi  yardım  göstərib.  Qafqaz  İslam  Ordusu 
1918-ci ildə Bakının azad edilməsində müstəsna rol oynayıb. Azərbaycan 
Bolşevik  Rusiyası  tərəfindən  işğal  edildikdən  sonra  da Türkiyə  daim  so-
vet  rəhbərlərinin  Azərbaycan  siyasətini  izləyərək  azərbaycanlıların  hü-
quqlarının  qorunmasına  çalışıb.  Ötən  əsrin  20-30-cu  illərində  minlərlə 
azərbaycanlı türkçü, turançı, pantürkçü, Türkiyə agenti kimi repressiya edi-
Qənirə PAŞAYEVA
Azərbaycan Milli Məclisinin millət vəkili
siyasi elmlər üzrə fəlsəfə doktoru
Parlamentlərarasi əlaqələr: 
nailiyyətlər və perspektivlər

46
Parlamentlərarasi  əlaqələr:  nailiyyətlər  və  perspektivlər
lib, həbsxanalara salınıb, uzaq Sibir sürgünlərinə göndəriliblər. 
Stalinin ölümündən sonra ölkədə baş verən nisbi yumşalma nəticəsində 
60-cı  illərin  əvvəllərindən  etibarən  SSRİ-Türkiyə  münasibətlərində  so-
yuqluq  aradan  qalxmağa  başlayıb.  Türkiyə  nümayəndə  heyətləri  SSRİ-
yə  səfər  çərçivəsində  Azərbaycana  da  gəlirdilər.  Bu  əlaqələrdə  Türkiyə 
Böyük Millət Məclisinin (TBMM) nümayəndə heyəti xüsusi yer tuturdu. 
SSRİ-yə səfər edən türk nümayəndə heyətləri Azərbaycanı SSRİ-Türkiyə 
münasibətlərində  etibarlı  körpü  olaraq  qiymətləndirirdilər.  SSRİ-nin  sü-
qutu  ərəfəsində Azərbaycan  ilə  Türkiyə  arasında  digər  sahələrdə  olduğu 
kimi  parlamentlərarası  əlaqələrdə  də  müəyyən  addımlar  atılıb.  Lakin  bu, 
birbaşa  əlaqələr  deyildi.  1991-ci  ilin  noyabrında  hələ  SSRİ  dağılmamış 
Türkiyə  Cümhuriyyəti Azərbaycan  Respublikasının  dövlət  müstəqilliyini 
tanıyıb.  Bu,  Türkiyənin  cəsarətli  bir  addımı  idi.  Nəhayət,  dünyanı  uzun 
illər boyu qorxu altında saxlayan SSRİ-nin dağılması dünyada və regionda 
yeni bir vəziyyət yaratdı. Türkiyə region siyasətində yeni imkanlar qazanıb. 
Müstəqil əlaqələrin qurulması üçün ilk addımlar atılıb. Lakin bu əlaqələr 
daha çox hissiyyatın, uzun illər boyu bir-birindən ayrı düşmüş qardaş xalq-
ların qovuşmasını özündə əks etdirən duyğuların təcəssümü idi. 
1993-cü ildən etibarən Azərbaycan ilə Türkiyə arasında əlaqələr yeni 
təməllər  üzərində  qurulmağa  başlayıb.  Parlamentlərin  də  müstəsna  rol 
oynadığı bu əlaqələrin memarı böyük dövlət adamı Heydər Əliyev olub. 
Elə  isə  ötən  illərdə  iki  ölkə  arasında  münasibətlərin  vəziyyətini  necə 
qiymətləndirmək olar? Parlamentlərarası əlaqələr hansı inkişaf yolunu ke-
çib və qazanılan uğurlar hansılardır? Perspektivləri necə proqnozlaşdırmaq 
mümkündür?      
1   2   3   4   5   6   7   8   9   ...   17


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə