9 Son iyirmi ildə Azərbaycan və Türkiyə əlaqələrinə qısa baxış Ɔ Giriş Soyuq müharibənin başa çatması beynəlxalq əlaqələrdə bir çox an-
layışın yenidən müəyyənləşməsinə və bəzi ölkələrin strateji baxımdan
əhəmiyyətinin nəzərdən keçirilməsinə gətirib çıxarıb. Bu çərçivədə Cənubi
Qafqaz dünya siyasətində maraq oyadan bölgələrdən biri olub. Bu bölgə
istər vəd etdiyi fürsətlər, istərsə də soyuq müharibə illərinin siyasi və hərbi
şərtləri fonunda müxtəlif anlaşılmazlıqların və qarşıdurmaların ortaya çıx-
ması ilə hər zaman gündəmdə qalıb. Bununla yanaşı, qloballaşan dünya-
da artan enerji tələbatının ödənilməsi baxımından bölgə ölkələrinin həm
mənbə, həm də tranzit ölkələr kimi önə çıxması, eyni zamanda strateji
nəqliyyat xətlərinin kəsişdiyi nöqtənin bu regionda yerləşməsi beynəlxalq
münasibətlərdə Cənubi Qafqaza yönələn nəzərləri daha da artırıb.
Artan siyasi, iqtisadi və akademik maraqlar çərçivəsində, region-
da meydana gələn hadisələrin təhlilində beynəlxalq əlaqələrin realist
nəzəriyyələrinə və törəmə dünyagörüşlərinə tez-tez müraciət edilir. Bu
nəzəriyyələr və dünyagörüşlər həm region ölkələri arasındakı əlaqələri, həm
də digər ölkələrin bölgəyə istiqamətlənmiş siyasətlərini “böyük bir oyun”
içərisində, ölkələrin sadəcə maraq mərkəzli hərəkət etmələri fərziyyəsi ilə,
strateji və geosiyasi ünsürləri xüsusilə vurğulayaraq izah edir.
Hulusi KILIÇ Türkiyə Respublikasının Azərbaycandakı
fövqəladə və səlahiyyətli səfiri