Ɔ
Azərbaycan-Türkiyə münasibətlərinə ümumi baxış
Ulu öndər Heydər Əliyevin dediyi kimi, Azərbaycan və Türkiyə
“bir millət, iki dövlət” olub. Bu, qarşılıqlı münasibətlərin yeni keyfiyyət
mərhələsindən xəbər verir. Azərbaycan Türkiyənin, Türkiyə də Azərbaycanın
xarici siyasətində xüsusi bir yer tutub. Azərbaycan Respublikasının Prezi-
denti İlham Əliyevin də qeyd etdiyi kimi, “dünyada Türkiyə ilə Azərbaycan
48
Parlamentlərarasi əlaqələr: nailiyyətlər və perspektivlər
qədər bir-biri ilə siyasi, iqtisadi və mədəni sahələrdə səmimi fayda-
lı əməkdaşlıq edən ölkələr yoxdur”. Bu əməkdaşlıq yalnız etnik, mədəni
və dil birliyinə deyil, eyni zamanda qarşılıqlı maraqlara əsaslanır. Dövlət
müstəqilliyini bərpa etmiş Azərbaycan üçün Türkiyə ilə əməkdaşlıq ərazi
bütövlüyünün bərpası, beynəlxalq dəstəyin qazanılması, Qərbin siyasi, iqti-
sadi, hərbi strukturlarına inteqrasiyası baxımından mühüm əhəmiyyət kəsb
edir. Qərb dövlətlərinin strateji müttəfiqi olan Türkiyənin Cənubi Qafqaz və
Mərkəzi Asiya regionunda yürütdüyü siyasətdə Azərbaycan xüsusi yer tutur.
Regionun kilid ölkəsi olan Azərbaycanın geostrateji mövqeyi, zəngin enerji
ehtiyatları, Mərkəzi Asiya regionuna açılan “qızıl körpü” rolunu oynaması
həyata keçirilən istənilən siyasətin uğurlu olması üçün Azərbaycanın işti-
rakını labüd edir. Regionda hər hansı bir dövlət nüfuz qazanmaq istəyirsə,
mütləq Azərbaycanla yaxından əməkdaşlıq etməlidir. Ötən illər ərzində
Azərbaycan ilə Türkiyə arasında qarşılıqlı münasibətlərin maddi təməlləri
möhkəmləndirilib. Qurulan strateji əməkdaşlıq regionda bir çox mühüm
layihələrin həyata keçirilməsinə şərait yaradıb. Bakı-Tbilisi-Ceyhan, Bakı-
Tbilisi-Ərzurum kimi enerji layihələrinin, Bakı-Tbilisi-Qars kimi Avropa-
nı Asiya ilə birləşdirən nəqliyyat layihələrinin icrası iki ölkənin siyasi və
iqtisadi maraqlarını təmin etməklə yanaşı, ümumən regionun inkişafında
xüsusi rol oynayır. Bu layihələrin həyata keçirilməsi dünya siyasətində
Azərbaycan və Türkiyənin əhəmiyyətini artırır, onları qaz və neftpaylaş-
dırıcı ölkəyə çevirir. Bu, iki olkənin sıx əməkdaşlığı nəticəsində mümkün
olub. Əbəs deyil ki, Prezident İlham Əliyevin “Azərbaycan-Türkiyə işbirli-
yi olmadan bölgədə heç bir layihə reallaşa bilməz” sözləri ortaq maraqlara
əsaslanan bu əməkdaşlığın regionda sülhün, sabitliyin və təhlükəsizliyin
təmin edilməsində böyük əhəmiyyətə malik olduğunu göstərir. Azərbaycan
ilə Türkiyə arasında ortaq tarixə və ümumi maraqlara əsaslanan əməkdaşlıq
bu iki dövlətin problemli sahələr üzrə də birgə fəaliyyətini zəruri edir.
Türkiyə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə cavab ola-
raq, bu ölkə ilə sərhədlərini bağlayıb və beynəlxalq təşkilatlar çərçivəsində
Azərbaycanı həmişə dəstəkləyir. Ermənistan-Azərbaycan, Dağlıq Qa-
rabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli
Azərbaycanla yanaşı, Türkiyənin də xarici siyasətində prioritet vəzifə kimi
qalmaqdadır. Türkiyənin son dövrlərdə Ermənistanla münasibətlərini nor-
mallaşdırmaq cəhdlərinə baxmayaraq, Azərbaycan Türkiyənin prezident,
baş nazir və xarici işlər naziri səviyyəsində verdiyi “Dağlıq Qarabağın
işğalına son qoyulmayınca, Ermənistanla sərhədlər açılmayacaq” vədinə
|