50 Parlamentlərarasi əlaqələr: nailiyyətlər və perspektivlər lamentinin spikeri Mustafa Qələmli başda olmaqla nümayəndə heyətinin
əsas məqsədi iki ölkə parlamentləri arasında münasibətləri inkişaf etdirmək
idi. Mustafa Qələmli həm də türkdilli dövlətlərin beynəlxalq parlament
təşkilatının yaradılmasının ideya müəlliflərindən olub.
1999-cu ildə Türkiyədə Demokratik Sol Partiya (DSP), Milliyyətçi
Hərəkat Partiyası (MHP) və Ana Vətən Partiyası koalisiya hökuməti qur-
duqdan sonra iki ölkə parlamentləri arasındakı münasibətlər daha da canla-
nıb. 2000-ci il fevralın 7-də TBMM-in sədri İldırım Akbulut Azərbaycana
səfər edib. Akbulutun səfəri zamanı iki ölkənin parlament sədrləri arasında-
kı müzakirələrin əsas mövzusu Qərbdəki bəzi dövlətlərin parlamentlərinin
qondarma erməni soyqırımını tanımaları barədə olub. Azərbaycan parla-
menti də öz növbəsində dəfələrlə qondarma erməni soyqırımını müzakirəyə
çıxaran və ya tanıyan ölkələrin parlamentinə sərt müraciətlər etməkdən
çəkinməyib. 2000-ci il noyabrın 7-də qondarma soyqırım iddialarını
qəbul edən Fransa Senatına Azərbaycan parlamenti reaksiya verməkdə
gecikməyib. Azərbaycan tərəfi məsələyə dair prinsipial mövqeyini bəyan
edib.
Artıq 2000-ci illərin əvvəllərindən başlayaraq iki ölkə parlament sədrləri
və millət vəkilləri arasındakı qarşılıqlı səfərlər sıxlaşmağa başlayıb.
2001-ci il iyulun 9-14-də Türkiyədə rəsmi səfərdə olan Milli Məclisin
sədri və parlamentin nümayəndə heyəti Türkiyənin Prezidenti Əhməd
Necdet Sezər, TBMM-in yeni sədri Ömər İzgi və Türkiyənin Baş nazi-
ri Bülənt Ecevit ilə görüşüb. Ömər İzgi ilə qarşılıqlı müzakirələr zamanı
Milli Məclisin sədri Murtuz Ələsgərov Türkiyədə iqtisadi maraqlar güdən
bəzi qüvvələrin Ermənistanla sərhədlərin açılması və münasibətlərin nor-
mallaşması ilə bağlı fəaliyyətlərindən Azərbaycanın keçirdiyi narahatçılığı
Türkiyə rəsmilərinə çatdırıb.
2002-ci il fevralın 7-də Bakıya gələn TBMM-in sədri Ömər İzgi Türkiyə-
Ermənistan münasibətləri barədə bu ifadələri işlədib: “Dağlıq Qarabağ
münaqişəsi həll olunmadan, heç bir Türkiyə-Ermənistan münasibətlərindən
söz gedə bilməz”.
2000-ci illərdə Türkiyə və Azərbaycan parlamentləri beynəlxalq par-
lament təşkilatlarında da əməkdaşlıq edib. Avropa Şurası Parlament As-
sambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyəti türkiyəli həmkarları
ilə birgə hərəkət edərək, bir sıra sənədlərin qəbul olunmasına, təşkilata
üzv dövlətlərin nümayəndələrinə paylanmasına nail olub. AŞPA-nın
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 2005-ci