49 Parlamentlərarasi əlaqələr: nailiyyətlər və perspektivlər inanır. Ermənistan-Azərbaycan və Türkiyə-Ermənistan münasibətləri
həllini eyni vaxtda tapmalıdır. Uydurma erməni “soyqırımı” iddiaları da
Azərbaycan və Türkiyənin ortaq problemi kimi qəbul edilir. Türkiyəyə qar-
şı ərazi iddiaları, təzminat tələbləri irəli sürən və “soyqırımı iddiaları”nın
beynəlxalq ictimaiyyət tərəfindən tanınmasına çalışan Ermənistanın,
erməni diaspor və lobbisinin bu addımı sadəcə Türkiyə deyil, bütün türk
dünyasının ümumi mənafelərinə qarşı yönəlib. Azərbaycan erməni iddiala-
rına qarşı mübarizədə hər zaman Türkiyənin yanında olub, onu dəstəkləyib.
Xüsusilə, Azərbaycan ABŞ Konqresində erməni “soyqırımı”nın tanınması-
nı nəzərdə tutan qanun layihəsinin mümkün qəbuluna etirazını bildirib, bu
işdə ABŞ-dakı Azərbaycan diasporu türk diasporu ilə birgə hərəkət edib.
Ümumilikdə, Azərbaycan və Türkiyə regionda və dünyada gedən proseslərə
ümumi maraqlar baxımından yanaşır. Hər iki ölkə arasında ümumi maraq-
lara əsaslanan strateji tərəfdaşlıq, problemli məsələlərə ortaq münasibət
iki ölkənin mövqeyinin tam uyğunluğunu və onlar arasında əməkdaşlığın
keyfiyyət səviyyəsini nümayiş etdirir. Ötən illərin təcrübəsi göstərir ki, bu
əlaqələrdə parlamentlər də mühüm rol oynayırlar.