77
Azərbaycan-Türkiyə iqtisadi əlaqələri: əsas trendlər və nailiyyətlər
layihəsində 6.75%, “Şahdəniz” layihəsində 9%-dir
23
. Beş il əvvəl - 2006-cı
il iyunun 4-də ilk neft partiyası BTC ilə Azərbaycan, Gürcüstan, Türkiyə
ərazisindən 1.768
km məsafə qət edib, Ceyhan limanına çatdı.
Bakı-Tbilisi-Ərzurum qaz kəməri “Şahdəniz” yatağından hasil edilən
qazın bir hissəsini (
7,7 mlrd. m
3
) Bakıdan Türkiyənin Ərzurum şəhərinə
nəql etmək üçün tikilib. Uzunluğu 970 km olan, məhsuldarlığı ildə 30
mlrd. m
3
olan kəmər BTC-yə paralel çəkilib. Kəmərin tikintisi 2004-cü
ildə başlayıb və 2006-cı ilin sonunda başa çatıb. Bağlanmış müqaviləyə
müvafiq olaraq Türkiyə 15 il ərzində 91,0 milyard m
3
qaz alacaq
24
. Ərzurum
şəhərindən kəmər Türkiyənin daxili qaz kəmərləri şəbəkəsinə qoşulacaq ki,
bu da Azərbaycan qazının Türkiyənin qərbinə nəql olunaraq Cənubi Avropa
ölkələrinə çıxmasına imkan yaradacaq. Beləliklə, Azərbaycan qazını nəinki
Türkiyəyə, həm də Türkiyə üzərindən Yunanıstana, İtaliyaya, Balkan
yarımadasına və başqa Avropa ölkələrinə ixrac etmək mümkün olacaq.
Eyni zamanda, ARDNŞ Yaxın Şərq bazarına da Türkiyə vasitəsilə
çıxmaq istəyir. Azərbaycan qazının Suriyaya tədarükü 65 km-lik Türkiyə-
Suriya (
Kilis-Hələb) boru kəməri çəkiləndən sonra mümkün olacaq.
Amma Suriyadakı siyasi qeyri-sabitlik layihənin müddətinə təsir edə bilər.
Türkiyənin BOTAŞ şirkəti bu marşrutu gələn il başa çatdırmağı planlaşdırır.
O, Türkiyəni Hələblə birləşdirəcək və ARDNŞ-ə qazını İordaniya və İsrailə
satmaq imkanı verəcək.
Türkiyə və Azərbaycanın əməkdaqlıq edə biləcəyi növbəti layihə
“Nabukko”dur. “Nabukko” layihəsi (“
TAP” və “ITGI” layihələri ilə
paralel) Xəzər regionundan təbii qazın Rusiyadan yan keçməklə,
Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Macarıstan, Rumıniya
və Avstriyadan Avropa ölkələrinə nəqlini nəzərdə tutur. Bu layihə ildə
31 milyard kubmetr qaz nəqli üçün nəzərdə tutulub ki, bu da 2020-ci
ildə Avropa İttifaqının tələbatının 5%-ə qədərini təşkil edəcək. Layihə
iştirakçıları Avstriyanın “OMV”, Macarıstanın “MOL”, Bolqarıstanın
“Bulgargaz”, Rumıniyanın “Transgaz”, Türkiyənin “BOTAŞ” və
Almaniyanın “RWE” şirkətləridir. Hər birinin layihədə iştirak payı 16,7%-
dir. “Nabucco Gas Pipeline International GmbH” və beş tranzit ölkəsinin
(
Avstriya, Bolqarıstan, Macarıstan, Rumıniya və Türkiyə) səlahiyyətli
nazirləri arasında layihəyə dəstək sazişinin imzalanması ilə “Nabukko”
boru kəməri üzrə hüquqi çərçivələr tamamlanıb. Layihəyə artıq imzalanan
23 http://socar.az/btc-az.html (2011)
24 http://socar.az/btc-az.html (2011)