1 azərbaycan-tüRKİYƏ ƏlaqəLƏRİ son 20 İLDƏ: UĞurlar və İmkanlar



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə39/203
tarix01.01.2022
ölçüsü1,4 Mb.
#30462
1   ...   35   36   37   38   39   40   41   42   ...   203
N 87

 
Ɔ
Türkiyə-Azərbaycan münasibətləri və İran 
İran  yüz  illər  boyu  Cənubi  Qafqazı  idarə  etmək  üçün  regiondakı 
dövlətlərlə  mübarizə  aparıb.  XVIII  və  XIX  yüzillərdə  Cənubi  Qafqaz 
Rusiya  Çarlığı,  Osmanlı  İmperatorluğu  və  Qacar  dövləti
43
  arasında 
paylaşdırılıb.  Gülüstan  və  Türkmənçay  müqavilələri  ilə Azərbaycan  İran 
və  Rusiya  arasında  iki  hissəyə  parçalanıb.  Bu  parçalanmadan  sonra  indi 
sayı 30 milyona çatan azərbaycanlılar o vaxtkı Qacar dövlətinin sərhədləri 
içində qalıb. 
1925-ci  ildə  İranda  ingilislərin  dəstəyi  ilə  fars  əsilli  Rza  Şah  Pəhləvi 
hakimiyyətə gələnə qədər İran coğrafiyası türk kökənli tayfalar tərəfindən 
idarə  olunub  və  İranda  baş  verən  sosial,  mədəni  və  siyasi  hadisələrdə 
orada  yaşayan  azərbaycanlılar  mühüm  rol  oynayıb.  1905-1908-ci  illər 
arasında  baş  verən  Konstitusiya  hərəkatında  azərbaycanlılar  mühüm  rola 
malik  olub,  7  aprel  1920-ci  ildə  Seyid  Məhəmməd  Xiyabani  Azadıstan 
dövlətini və 1945-ci ildə Sovet İttifaqının dəstəyi ilə Seyid Cəfər Pişəvəri 
Azərbaycan Milli Hökumətini qurmuşdu.
44
 1979-cu ildə İranda baş verən 
İslam inqilabında İranda yaşayan azərbaycanlılar əhəmiyyətli rol oynayıb, 
hazırda İranın siyasi, iqtisadi və hərbi strukturunda minlərlə azərbaycanlı 
işləyir. Azərbaycan şəhəri olan Təbrizin İran siyasi həyatında oynadığı rol 
İran seçkilərində özünü büruzə verir. 
Soyuq müharibə dövründə (1945-1991) İranda şah rejimi hökm sürüb 
NATO üzvü olmasa da, Yaxın Şərqdə NATO üzvü kimi ABŞ-dan dəstək 
görüb. Bu səbəbdən İran ilə Türkiyə arasında ciddi bir problem yaşanmayıb. 
Hətta Türkiyə və İran Sovet İttifaqının Yaxın Şərqdə kommunizmi yayma 
fəaliyyətlərinə qarşı ABŞ-ın qurduğu “Yaşıl kəmər” siyasətinin bir parçası 
idi. 1979-cu il İslam inqilabı ilə birlikdə İranda rejim və onun müttəfiqləri 
42   Avrupa’ya  gaz 2018’ de  ulaşacak, CNNTurk, 26 .11.2011. 
43   İndiki İran dövləti. 
44   Arif Keskin, “Güney Azerbaycan Milli Harekatının Tarihi Temelleri”, Avrasya Dosyası, Cilt 5, Sayı. 3. 
1999.  



Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   203




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin