1. Dilçiliyin obyekti, predmeti və vəzifələri



Yüklə 116,59 Kb.
səhifə25/64
tarix05.12.2023
ölçüsü116,59 Kb.
#173257
1   ...   21   22   23   24   25   26   27   28   ...   64
dilciliye giris imtahan suallari

43.Sözün daxili forması
Sözün leksik mənasının onun sözdüzəldici və semantik strukturu ilə motivləşməsi sözün daxili forması adlanır.Daxili forma əşyanın, əsasında adlandırma baş verən hansısa əlamətini bildirir. Adlandırma zamanı əşyaların obyektiv xassələri və onların dərk olunması həlledicidir.
Daxili forma əşya və anlayışın yalnız bir əlamətini göstərdiyindən, eyni bir əşya, eyni bir anlayış bir neçö 3da malik ola bilər. Sinonimlər belə yaranır, müxtəlif dillərin çox zaman fərqli daxili forması olan sözləri belə yaranır.Sözün daxili forması və onun leksik mənası üst-üstə düşməyə də bilər, buna görə də müxtəlif motivləşməli sözlərin sinonim yaxınlığı, digər tərəfdən isə eyni daxili formalı leksemlər yarana bilər.
Sözdə daxili forma onun yaranması anında olur. Tarixi inkişaf prosesində semantik sadələşmə baş verir və bunun nəticəsində daxili formasını itirmiş — motivləşməyən sözlər meydana çıxır. Daxili formanın itirilməsi sözün morfem quruluşunun dəyişməsi ilə, onun fonetik və semantik dəyişiklikləri ilə bağlıdır .Motivləşməmiş sözlərin sayca artması sözlərin deetimologizasiyası və alınmalar nəticəsində baş verir.Sözün unudulmuş daxili forması yeni sözlərin yaranmasında yenidən bərpa oluna bilər.

44.Əsas və məcazi məna
Eyni bir leksem bir neçə mənaya malik ola bilər, yəni polisemalı, çoxmənalı ola bilər. Bu onunla izah edilir ki, leksemlər uzun müddət işlənilmənin nəticəsi olaraq müxtəlif tipli bir sıra digər mənalar əldə edir, semantik cəhətdən çoxkomponentli olur və beləliklə, sözün müxtəlif semantik strukturları yaranır. Sözün semantik strukturunu müxtəlif növlü semantik komponentlər (mənalar, leksik-semantik variantlar) yaradır. Hər məna öz növbəsində bir neçə semantik əlamətə (semaya) malik olur. Leksik mənanın əsas tipləri müstəqim (əsas) və məcazi (törəmə) mənalar, həmçinin adlandırma predmeti və sosial təyinatı ilə fərqlənən mənalardır.
Sözün müstəqim mənası (nominativ, əsas, ilkin) bilavasitə əşyavi anlayış aidiyyətinə malik olan leksik mənadır. Müstəqim məna motivləşmiş və motivləşməmiş, törəmə və qeyri-törəmə ola bilər. Müstəqim məna o zaman motivləşmiş məna olur ki, bazasında həmin söz —yaranan sözün və ya söz birləşməsinin sözdüzəldici strukturu saxlanır, habelə sözdüzəldici məna komponent kimi leksik mənaya daxil olur.
Məcazi məna sözün xüsusi mənasında elə leksik mənadır ki, o nəinki törəmədir, həm də motivləşmiş mənadır, həm də burada motivləşmə təsəvvürlərin və obrazlılığın yaxınlaşmasına əsaslanır. Məsələn, məxmər səs birləşməsində əşya müqayisə ilə təyin edilir (məxmər kimi yumşaq və xoşagələn səs) və sifət məcazi məna əldə edir. Məcazi məna üçqat aidiyyətli olur, o yalnız əşya yə anlayışı deyil, həm də müstəqim mənaya istiqamətlənmişdir. Bundan başqa, məcazi məna əşya və anlayışa çox vaxt emosional-qiymətləndirmə xarakterli münasibət bildirir.


45.Polisemiya
Söz konkret frazada birmənalı olur. Dildə də birmənalı sözlərə təsadüf edilir. Onların semantik strukturu həmin leksik mənanı xarakterizə edən semantik komponentlərin məcmusu ilə yaranır. Lakin geniş işlənən sözlər əsasən çoxmənalı olur. Çoxmənalılıq onun nəticəsində yaranır ki, söz bir əşyanı və bir anlayışı bildirmir, o, potensial çoxəşyalı və çoxanlayışlı təyinata malik olur. Söz o zaman çoxmənalı olur ki, onun müxtəlif mənaları o dildə danışanların hamısına məlum olar, izahlı lüğətlərdə təsbit olunur. Çoxmənalı sözün semantik strukturu — hər bir mənanın semantik komponentlərinin, bütün mənaların semantik ümumiliyinin və üslubi məhdudiyyətlər (əgər belələri varsa) bildirmənin məcmusundan ibarətdir



Yüklə 116,59 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin