1. Dilçiliyin obyekti, predmeti və vəzifələri


Qrammatikanın əsas tipləri



Yüklə 116,59 Kb.
səhifə30/64
tarix05.12.2023
ölçüsü116,59 Kb.
#173257
1   ...   26   27   28   29   30   31   32   33   ...   64
dilciliye giris imtahan suallari

54.Qrammatikanın əsas tipləri
Qrammatika linqvistik elm kimi qrammatik vahid və kateqoriyaların forma və Təzmununu, quruluşunu və fəaliyyətini öyrənir, Qrammatik vahidlərin və kateqoriyaların mürəkkəb təbiəti onlara öyrənilmə məqsədindən asılı olaraq müxtəlif cür yanaşmaya gətirib çıxarmışdır. Bu müxtəlif yanaşmalar qrammatika tiplərinin təsnifatı üçün əsas olmuşdur. Qrammatikanın əsas tipləri aşağıdakılardır: formal və semantik, statik və dinamik, dil qrammafikası və kommunikativ (= nitq qrammatıkası).
Formal qrammatikanın predmeti ilk növbədə qrammatik fomalar, onların formal qrammatikanın predmeti ilk növbədə qrammatik formalar, onların həmçinin nitq hissələri və sözdəyişdirici qaydalar (paradiqmalar), birləşmə qaydaları (sintaktik əlaqələr) üzrə qruplaşmalardır. Formal qrammatikanın əsas vahidləri sözdüzəldici və sözdəyişdirici model, söz forması və söz birləşməsi formasıdır
Kontensiv qrammatika ilk növbədə qrammatik mənaları, onların strukturunu, qrammatik kateqoriyaları, onların ifadə vasitələrini, qrammatik məna və kateqoriyaların məntiqi və anlayış kateqoriyaları ilə qarşılıqlı münasibətlərini öyrənir.
Statik təsviri (sinxron) qrammatikaya tarixi (diaxronik) qrammatika qarşı qoyulur. Təsviri qrammatika çərçivəsində statik qrammatikaya dilin bir müasir vəziyyəti çərçivəsində dil vahidləri və kateqoriyalarının və onların fəaliyyətinin potensial funksiyalarını öyrənən dinamik (funksional) qrammatika qarşı qoyulur. Statik qrammatika üçün dil vahidlərinin ayrıca qat, yaxud nıtq hissəsi çərçivəsində, qrammatik kateqoriyaların leksik doldurulmasından kənarda ayrıayrı şəkildə öyrənilməsi xarakterikdirsə, funksional-təsviri qrammatıka üçün dil vahidlərinin sxematik və real klontekst çərçivəsində, eyni bir funksional-semantik sahənin və ya belə sahələrin qarşılıqlı təsiri çərçivəsində dilin qrammatik və leksik vahidlərinin qarşılıqlı əlaqəsində öyrənilməsi xarakterikdir.

55.Qrammatik forma və qrammatik məna
Qrammatik forma və qrammatik məzmun qrammatik vahidlər və kateqoriyaların iki tərəfi kimi hər şeydən əvvəl leksik vahid və kateqoriyaların forma və məzmununa qarşı dururlar, Sözə qrammatik vahid — sözün forması və leksik vahid - leksem kimi baxıla bilər. Leksem və sözün forması dilin baza vahidləridir, onlar dilin əsas kommunikativ vahidi olan cümlənin qurulmasını müəyyənləşdirirlər.
Leksem mənanın və fonem ifadəsinin vəhdətidir, sözün forması da dilin ikitərəfli vahididir. O, formal ifadəni və sözə qoşularaq onun sintaktik işlənməsinin sərhədlərini qabaqcadan müəyyənləşdirən qrammatik mənadır. Sözün qrammatik mənası onun leksik mənası ilə təyin edilmir. Qrammatik və leksik mənanın əsas fərqləri :
1.Qrammatik mənalar leksik mənalardan sözə və dilin quruluşuna öz münasibətilə fərqlənir.Leksik mənaya nəzərən qrammatik məna əlavə,qoşma olur
2.İkinci fərqi üumumiləşdirmə və mücərrədləşmə xarakterindədir.Leksik məna obyektiv gerçəkliyin əşya və hadisələrinin xassələrinin ümumiləşdirilməsi ilə bağlıdırsa,qrammatik məna sözlərin xassələrinin üumiləşdirilməsi,leksik mənalardam mücərrədləşmə kimi meydana çıxır.
3.Təfəkkürə və obyektiv gerçəkliyə münasibətindədir.Sözlər dilin nominativ vahididirsə və konkret fraza tərkibində insanın biliklərinin ifadə edilirlərsə,sözün formaları fikrin qurulması üçün istifadə olunur.


Yüklə 116,59 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin