59.Köməkçi sözlər Affikslərdən fərqli olaraq köməkçi sözlər başqa bir sözün bir hissəsi olmur,lakin affikslər kimi onlar da qrammatik mənalar bildiirr və əsas sözlərə xidmət edir.Sözün formasının və köməkçi sözlə birləşmənin belə qarşılıqlı münasibəti bir dilin hüdudlarında da müşahidə edilir.Sözün forması yalnız fonetik vasitələr və affikslərin köməyi ilə deyil,həm də köməkçi sözlər vasitəsilə yaradıla bilər.Köməkçi sözlər iki əsas qrupa ayrılır-ayrı-ayrı sözlərin qrammatik mənalarını ifadə edən köməkçi sözlər və cümlələr və söz birləşmələrinin sintaktik mənalarını ifadə edən köməkçi sözlər.
Birinci qrupa artikllar,yardımçı sözlər,bəzi ədatlar,müqayisə dərəcəsi bildirən sözlər daxildir : onlar sözlərin onlara cümlənin tərkibindən kənarda işlənərkən xas olan qrammatik mənalarını göstərir.Digər qrupu bağlayıcılar,bağlayıcı sözlər,ədatlar,bağlayıcı fellər təşkil edir.Onlar cümlənin qurulmasında iştirak edir və sintaktik məna ifadə edir.Köməkçi fellər sözlərin formalarını əmələ gətirirsə,bağlayıcılar söz birləşmələrinin və cümlələrin formalarını düzəldir.
Sözönülər isim və ya onu əvəz edən sözdən əvvəl gələn köməkçi sözlərdir.Sözönülər sözönülü və ya sözönülü hal birləşmələri əmələ gətirir.
Fleksiya sözün bir hissəsidir,o,sözün formasını və morfoloji mənasını dəyişdirir,sözönü isə sözün bir hissəsi deyildir.
Qoşmalar isimdən sonra işlənən və onun başqa sözlərə münasibətini bildirən köməkçi sözlərə deyilir.Hind-Avropa dillərində çox az işlənir.
Artikllər-ismə xidmət edir.O,bir sıra Hind-Avropa,ərəb,macar vı başqa dillərdə mövcudur.Artikl ismin göstəricisidir,o ismi fel və digər nitq hissələrindən fərqləndirir.İsimdən əvvəl və sonra işlənə bilər.
60.Suppletivlik Qrammatik vasitələr yalnız kök və əsasların fonetik görkəminin dəyişməsi ilə deyil,həmçinin əsas sözlərin köməkçi sözlərə keçməsilə,eləcə də onların təkrarlanması yolu ilə yarana bilər.İki müxtəlif kökün yaxınlaşması qrammatik mıəna ifadə edir və bu söz cütlərini sözlərin formaları adlandırmaq olar.
Sözlərin müxtəlif kök və ya əsasların qrammatik yaxınlaşması ilə əmələ gələn formaları suppletiv formalar,qrammatik mənaların belə ifadə üsulu isə suppletivlik adlanır.Bütün dillərdə suppletivlik adətən sözün formalarının yaranmasının digər vasitələri ilə birləşdirilir.Hind-Avropa dillərində isimlərin cəm forması adətən affikslərin köməyi ilə yaranır.Suppletiv formalara çox az təsadüf edilir.