1. Fəlsəfənin predmeti və funksiyaları


İohann Qotlib Fixte (1762-1814)



Yüklə 69,24 Kb.
səhifə21/33
tarix08.01.2023
ölçüsü69,24 Kb.
#78719
1   ...   17   18   19   20   21   22   23   24   ...   33
Fəlsəfə 1-25

İohann Qotlib Fixte (1762-1814). Kantdan sonra klassik alman fəlsəfəsinin görkəmli nümayəndələrindən biri də Fixtedir. Kantın tə”siri altında Fixtenin yazdığı əsas əsərlər bunlardır: “Elmi tə”lim” (1794), “Alimin vəzifəsi barədə” (1794), “İnsanın vəzifəsi”
Fixte fəlsəfəsinin çıxış nöqtəsini insan – “Mən”i anlayışı təşkil edir. Onun tə”liminə görə, mütləq insan “Mən”i və ya mütləq subyekt ilkin, müəyyənedici reallıqdır. Əgər Kant “Mən”i idrak prosesində obyektə münasibəti baxımından araşdırırdısa, Fixte onu yeganə reallıq, hər şeyə qadir yaradıcı qüvvə kimi qəbul edirdi. O, bütün gerçək aləmi mütləq subyektin törəməsi hesab edir, faktiki olaraq subyektdən asılı olmayan heç bir şeyi qəbul etmirdi. Fixtenin “Mən”i əslində təbiətdən təcrid edilmiş və başqa don geydirilmiş ruhdur. O özünün bu idealist sistemini elmi tə”lim adlandırmışdır. Fixtenin həmin tə”liminə görə, bütün gerçəklik iki növ reallıqdan ibarətdir: 1) Özü özünü yaradan reallıq – bu “Mən” reallığıdır. 2) “Qeyri-Mən” reallığıdır. Bu reallıq “Mən” tərəfindən yaradılmışdır və tamamilə ondan asılıdır. Fixte birincini daxili reallıq, ikincini isə xarici reallıq adlandırmışdır. Göründüyü kimi, Fixte fəlsəfəsində maddi aləm mə”nəvidən, obyektiv aləm isə subyektiv aləmdən hasil edilir
Vilhelm Yozef Şellinq (1775-1854) klassik alman fəlsəfəsinin nümayəndələrindən biridir. Şellinqin əsas əsərlərindən “Naturfəlsəfə sisteminin ilk cizgiləri” (1799) və “Transsendental idealizm sistemi” (1800) adlarını çəkmək olar. Şellinq öz fəaliyyətinə Fixte fəlsəfəsinin davamçısı kimi başlamışdır. Lakin o, tezliklə Fixtenin subyektiv idealizminə qarşı çıxmış və özünün obyektiv idealizm sistemini yaratmağa başlamışdır. O, ruh və təbiətin, subyekt və obyektin eyniliyinə dair özünün obyektiv idealizm fəlsəfəsini yaratmışdır. Şellinqin fəlsəfi sistemində bütün mövcudatın əzəli başlanğıcı nə materiyadır, nə də fərdin şüuru. Onun fikrincə, hər şeyin mənbəyi əbədi ağıl, zəka və mütləq “Mən”dir. Şellinqə görə, bütün dünyanın ruhu var. Aləmin müxtəlif formaları ruhun, ağılın ifadəsi və əyani təzahürüdür.

Yüklə 69,24 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin