1. Fəlsəfənin predmeti və funksiyaları



Yüklə 69,24 Kb.
səhifə20/33
tarix08.01.2023
ölçüsü69,24 Kb.
#78719
1   ...   16   17   18   19   20   21   22   23   ...   33
Fəlsəfə 1-25

Rene Dekart (1596-1650). Yeni Dövr fəlsəfəsinin formalaşması və inkişafında fransrz filosofu və riyaziyyatçısı Rene Dekartın xidmətləri az olmamışdır. Təbiət elmlərinin inkişafındakı nailiyyətlər Dekartın baxışlarının təşəkkül tapmasına güclü tə”sir göstərmişdir. Bu nailiyyətlərin tə”siri ilə o bir sıra əsərlər yazmışdır. Onlar aşağıdakılardan ibarətdir: “Metod haqqında mühakimələr” (1637), “Metafizik düşüncələr” (1641), “Fəlsəfənin əsası” (1644).
Fəlsəfə tarixində Dekart dualist fəlsəfi tə”limin yaradıcısı kimi məşhurdur. O göstərirdi ki, dünya bir-birindən asılı olmayan iki substansiyadan ibarətdir, onun biri ruhi, digəri isə maddi substansiyadır. Dekart göstərirdi ki, ruhi substansiyanın atributu, ayrılmaz tərkib hissəsi təfəkkürdür, maddi substansiyanın atributu isə uzununa, eninə və dərinliyinə yer tutmadır.
Dekartın fəlsəfəsi iki hissədən ibarətdir. Birinci hissə materialist fizika adlanır. Bu onun təbiət haqqında fəlsəfi tə”limidir. İkinci hissə isə, idealist metafizika adı ilə məşhurdur. Materialist fizikada o, hər şeydən əvvəl materiya və hərəkət problemlərini araşdırır. Lakin Dekart fizikasının materializmi məhdud və qeyri-ardıcıl idi. Həcmi olan və məkanın müəyyən hissəsini tutan hər bir şeyi o, materiya hesab edirdi. Deməli, Dekart bir mexanist kimi materiyanın keyfiyyətcə müxtəlifliyini qəbul etmir, yalnız onun kəmiyyət cəhətinə diqqət yetirirdi. İstilik, rəng və s. Kimi obyektiv keyfiyyətləri maddi cisimlərin özlərinin keyfiyyəti hesab etmirdi.
18.Klassik Alman fəlsəfəsi və nümayəndələri
Klassik alman fəlsəfəsi nisbətən qısa bir dövrü əhatə edir. Bu dövr XVIII əsrin 80-ci illərindən başlanır, XIX əsrin yetmişinci illərində (1872-ci ildə Feyerbaxın ölümü ilə) başa çatır. Bu fəlsəfə Yeni Dövr fəlsəfi fikrinin zirvəsini təşkil edir.
Klassik alman fəlsəfəsi dünya fəlsəfi fikir tarixində görkəmli rol oynamışdır. Bu fəlsəfə XVII-XVIII əsrlər fəlsəfəsində hakim mövqe tutan metafizik metodu tənqidi surətdə təhlil edərək onun elm sahəsindən kənarlaşdırılmasına nail oldu.
Klassik alman fəlsəfəsinin əsas nümayəndələri aşağıdakılardır: İohann Herder; İmmanuil Kant; İohann Fixte; Fridrix Şellinq; Georgi Hegel; Lüdviq Feyerbax.
Klassik fəlsəfənin ideal nümunəsi olan alмan fəlsəfəsi çox ziddiyyətli, mürəkkəb ictimai-siyasi və nəzəri şəraitdə meydana gəlib formalaşmışdır. Bu fəlsəfə Q. Lessinq, İ, Göte, F. Şiller, H. Heyne, İ. Herder kimi zəka nəhənglərinin “Maarifçilik” ictimai hərəkatındakı tə’sirlərindən formalaşmışdır. Əgər maarifçilik Fransada Volter, Monteskye, Russo, Lametri, Didro, Helvetsi, Holbax və digərləri tərəfindən geniş və əhatəli şəkildə ifadə olunaraq burjua demokratik xarakter daşıyırdısa, Almaniyada yeni dövrün ideoloji inqilabı onun iqtisadi inkişafına uyğun şəkildə gedirdi. Almaniyada danışılan dövrdə feodal monarxiyasından ibarət olan dövlət quruluşu hökmran idi, o, feodalizm ən’ənələri əsasında inkişaf edən bir ölkə olaraq qalmaqda davam edirdi, feodalizm zülmündən xilas ola bilmir, onunla sazişə girmək isə o dövrdə yenicə formalaşmağa başlayan alman burjuaziyasının ən böyük arzusuna çevrilmişdi.
Bu dövrdə Almaniyada 360 kiçik dövlət var idi və onlar 38 makrodövlətin tabeçiliyində idi. “Alman millətinin müqəddəs Roma imperiyası” adlandırılan Almaniyada dağınıq dövlətlər şəraitində özbaşınalıq, zorakılıq, cəzasızlıq və ədalətsizlik şəraiti hökm sürürdü. Ölkə bataqlıq içərisində ağır mürgüyə dalmışdı. Qızıl-gümüş hərisi olan meşşan burjuaziya özlərinin sıxışdırılması, təhqir edilməsi ilə razılaşırdılar. Onlar bulanlıq suda balıq tutmağın asan olması, sosial hərcmərclikdə çoxlu sərvət toplamaq yolunu seçmişdilər. Alman burjuaziyası yaxşı bilirdi ki, Almaniya peyin yağınından ibarətdir. Lakin bu cür zir-zibil və peyin onlar üçün məqbul idi, çünki onların özləri də peyin və zir-zibil idi və ətraflarındakı peyin onları isindirirdi.
Almannyada ağır sənayenin zəif inkişaf etməsinə uzun sürən “Otuz illik müharibə” də ciddi tə’sir göstərmiş, kapitalist münasibətlərinin inkişafının qarşısını kəsmişdi. Bütün bunlar sənətkarlıq və manufakturaya əsaslanan alman bürgerliyinin (burjuaziyasının) zəif və qorxaqlığına ictimai əsas yaratmışdı. İmmanuil Kantın fəlsəfəsi baxışları (1724-1804). Dünya mədəniyyətinin – elmin, fəlsəfi fikrin inkişafı tarixində onun xidməti böyükdür. Kant XVIII əsrin ən görkəmli mütəfəkkirlərindən biri idi.
Kant yaşadığı dövrün fəlsəfi fikri qarşısında iki başlıca vəzifənin durduğunu qeyd edirdi:

  1. Təbiət qanunlarının əsaslandırılması və fəlsəfi cəhətdən ümumiləşdirilməsi;

  2. İnsanların ləyaqətinin qorunması və onların bərabərliyinin əsaslandırılması.

Kantın nəzəri fəaliyyətini iki dövrə bölmək olar: Birinci təxminən 1747-ci ildən, yə”ni “Canlı qüvvələrin düzgün qiymətləndirilməsi haqqında fikirlər” əsərindən 1770-ci illərə qədər olan dövrü əhatə edir.Kant təzahürlər haqqında tə”limində isə göstərirdi ki, insan yalnız təzahürlər aləmini dərk edə bilər. O belə hesab edirdi ki, təbiət öz müxtəlifliyi (torpağı, suyu, dağları, dərələri, ağacları, bitkiləri, heyvanları) və qanunları ilə birlikdə təzahürlər aləminə məxsusdur. Bu mə”nada təbiət və onun qanunları, prinsipial surətdə “şey özündələr”dən fərqlənir.
Guya təbiət öz müxtəlifliyi və qanunları ilə, “şey özündələr”in hisslərimizə tə”siri nəticəsində meydana gəlmişdir. Ona görə də Kant təbiəti təzahürlərin, yə”ni təsəvvürlərimizin məcmusu kimi başa düşürdü. O, sübut etməyə çalışırdı ki, şüur yalnız özünün yaratdığı şeyləri, yə”ni təzahürlər aləmini əks etdirə bilər. Subyektdən asılı olmayaraq mövcud olan şeylər, ümumiyyətlə, idrakın predmeti ola bilməzlər.Kant həm də əxlaq haqqında tə”limin yaradıcısı kimi məşhurdur. Onun fikrincə, əxlaqın əsasını qəti imperativ (hökm, qeyd-şərtsiz tələb) təşkil edir. Bu imperativ obyektiv aləmdən asılı olmayaraq, insan şüurunda mövcud olan əbədi, dəyişməz qanun və insan davranışının idealıdır. Kant göstərirdi ki, qəti imperativ, ümumi mə”nəvi qanun kimi insanı elə hərəkət etməyə vadar edir ki, onun hərəkətləri ümumi qanunvericiliyin əsası və idarəedici başlanğıcı ola bilsin.
Qəti imperativ haqqında Kant tə”limi onun “Şey özündələr” nəzəriyyəsi ilə qırılmaz surətdə bağlıdır. Onun fikrincə, insana iki mə”nada baxılmalıdır: bir tərəfdən təzahür, digər tərəfdən isə “Şey özündə” kimi. Təzahür kimi insanın davranışı təbiət qanunlarına tabedir, onun hərəkətləri azad deyil, zəruridir, səbəbiyyət əlaqələri ilə bağlıdır. “Şey özündə” kimi insanın davranışı səbəbiyyət əlaqələrinə, təbiət qanunlarına tabe deyildir. Burada insan davranışı qəti imperativə müvafiq olaraq baş verir. Bunlara əsaslanaraq, Kant hər vasitə ilə ruhun ölməzliyi, iradə azadlığı və Allahın mövcudluğu fikrini yaymağı tələb edirdi. Onun nəzərincə, insanlar bunların varlığına inanmalı, lakin onları dərk etməyə çalışmamalıdırlar, çünki onlar transsendentdirlər, dərk

Yüklə 69,24 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin