1. Fəlsəfənin predmeti və funksiyaları


Klassik alman fəlsəfəsinin sonuncu böyük nümayəndəsi Lüdviq Feyerbax (1804-1872) idi



Yüklə 69,24 Kb.
səhifə23/33
tarix08.01.2023
ölçüsü69,24 Kb.
#78719
1   ...   19   20   21   22   23   24   25   26   ...   33
Fəlsəfə 1-25

Klassik alman fəlsəfəsinin sonuncu böyük nümayəndəsi Lüdviq Feyerbax (1804-1872) idi. Onun tarixi xidməti XVIII əsr materializminin mütərəqqi ən”ənələrini dirçəldib inkişaf etdirməsi, öz dövrü üçün böyük əhəmiyyət kəsb edən antropoloji tə”limi yaratması olmuşdur. O, gənc ikən Hegelin obyektiv idealizminin tə”siri altında idi. Bu onun “Vahid, universal və sonsuz zəka haqqında” adlı namizədlik dissertasiyasından da aydın görünür. Sonralar Feyerbax Hegel fəlsəfəsindən uzaqlaşır, onun idealizmindən imtina edir. “Hegel fəlsəfəsinin tənqidinə dair” əsərində o, artıq materializm mövqelərində dururdu. 1841-ci ildə Feyerbaxın “Xristianlığın mahiyyəti” adlı əsəri dərc edilmişdi. Bu kitab o zaman çox böyük əks-sədaya səbəb olmuş, “qaranlıqdakı şimşək kimi parlamışdır”.
Feyerbax özünün bu əsərləri ilə XIX əsrin birinci onilliklərində Hegel idealizmini sıxışdıraraq materializmi bərpa etmişdir. Həmin illərdə Feyerbax metafizik materializmin görkəmli nümayəndəsi kimi çıxış edirdi. Onun materializmi antropoloji materializm idi. Bu fəlsəfənin çıxış nöqtəsində insan dayanır. O, insanı təbii-bioloji varlıq kimi xarakterizə edir, sübut etməyə çalışırdı ki, insanın bədəni (cismani varlığı) birinci, onun şüuru isə ikincidir.
19.XX əsr Qərb fəlsəfi cərəyanları ?
20.Fəlsəfədə varlıq anlayışı
Varlıq” fəlsəfi dünyagörüşünün əsasında duran mühüm anlayışlardandır. Fəlsəfənin əsas məsələsinin-təfəkkürlə varlığın ruhla təbiətin münasibətinin həlli ilə əlaqədar olaraq “varlıq” kateqoriyası və varlıq haqqında tə’lim olan ontologiya ətrafında həmişə kəsgin mübahisələr getmiş və indi də getməkdədir. Çünki fəlsəfi düşüncələr üçün bu anlayışın mə’nası və əhəmiyyəti olduqca böyükdür.
İnsanın həyat fəaliyyəti, adətən, qəbul olunan bə’zi sadə və anlaşıqlı ilkin şərtlərə əsaslanır. Onların içərisində birincisi və universal olam insanın belə bir inamıdır ki, dünya vardır, o, müəyyən məkan və zamanda mövcuddur, onda nə kimi dəyişikliklərin baş verməsindən asılı olmayaraq, o həmişə saxlanılır. Bə’zi filosoflar bildirklər ki, dünya hər yerdə mövcuddur, eyni zamanda əbədidir. Başqaları isə iddia edirlər ki, dünya məkan və zaman e’tibarilə sonludur, onun əvvəli və axırı vardır.
Varlıq probleminin birinci aspekti məhz varlıq haqqında fikirlər zənciri, hər biri sonrakı məsələnin qoyuluşunu doğuran suallara verilən cavablardır: Nə mövcuddur? Dünya harada mövcuddur? Burada və hər yerdə. O nə müddətə mövcuddur? İndi və həmişə. Bəs ayrı-ayrı şeylər, orqanizmlər, adamlar nə müddətə mövcuddur? Onlar sonlu və keçicidir. Yə”ni onlar yaranır, inkişaf edir və müəyyən müddətdən sonra ölüb gedirlər, lakin yox olmurlar, yeni formalar kəsb edir , başqa cisimlərə çevrilirlər. Problemin kökü, mə’nası, təbiətin keçici olmayan varlığının şeylərin müxtəlif hallarının ötəri olan varlığı ilə ziddiyyətli vəhdətindədir. Tam kimi dünyanın varlığı dünyada mövcud olan bütün şeylərin varlığından ayrılmazdır.
Varlıq kateqoriyasını təhlil edərkən, onun maddi və mə”nəvi varlıqdan ibarət olmasını xüsusi qeyd etmək lazımdır. Maddi varlıq anlayışı materiya kateqoriyasına yaxındır.
Varlıq kateqoriyası universal əlaqəni a predmetlərin, hadisələrin, ideyaların və s. Mövcudluğunu özündə ifadə edir. Sözün ən geniş mənasında varlıq son dərəcə əhatəli reallığı, obyektiv mövcudluğu, insan şüurundan asılı olmayan gerçəkliyi bildirən ən ümumi fəlsəfi kateqoriyadır. Varlıq – dünyanın real mövcudluğunun məcmusu, təbiət və cəmiyyətin, maddi və mənəvi aləmin vəhdətinin ən ümumi ifadəsini bildirən mənəvi aləmin ən ümumi ifadəsini bildirən fəlsəfi kateqoriyadır.Daha konkret olaraq varlığın növlərini belə qruplaşdırmaq olar:

  1. Təbii və ya maddi varlıq. Buraya insanı əhatə edən maddi gerçəklik daxildir ki, onun da iki aspektini qeyd etmək olar: təbii mühit və insan əməyi ilə yaradılmış “süni mühit” və ya “ikinci təbiət”. Bunu insan şüurundan asılı olmayan təbii-mövcudluq da adlandırmaq olar;

  2. Mənəvi və ya ideal varlıq. Buraya insanı əhatə edən mənəvi aləm, ideal mövcudluq: mədəniyyət, elm, incəsənət, adət-ənənələr, ideoloji formalar və s. Məcmusu daxildir;

  3. əsasında ictimai istehsal prosesi və ictimai münasibətlərin, sosial-siyasi strukturların durduğu sosial-siyasi varlıq. Buraya cəmiyyətin bütün sosial-siyasi strukturların, ictimai, siyasi, sinfi, milli və i.a. bu idarə edilməsi və s. Bağlı insan fəaliyyəti sahələri daxildir;

ç) insanın obyektiv real mövcudluğu və ya insan varlığı. Bunu da iki qismə ayırmaq olar: ictimailəşmiş insan-şəxsiyyət aləmi və fərdiləşmiş insan-fərd aləmi.

Yüklə 69,24 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin