1. Fəlsəfənin predmeti və sosial funksiyaları “Fəlsəfə



Yüklə 340,51 Kb.
səhifə82/115
tarix04.06.2022
ölçüsü340,51 Kb.
#60619
1   ...   78   79   80   81   82   83   84   85   ...   115
felsefeimtahansualları

6.İnsan həyatının mənası.
Bununla belə, insan həyatının mənasının aşkarlanmasına istiqamətlənmiş yanaşmaları dörd qrupa bölmək olar: pessimist, naturalist, avtoritar, subyektivist. Hər yanaşmanı ayrılıqda nəzərdən keçirək.
Pessimist yanaşma. Bu insan həyatının mənasının axtarışlarında istifadə edilən ən qədim yanaşmadır. Pessimist yanaşma həyatı tənhalıq, qorxu və iztirablar dünyasında faciə kimi nəzərdən keçirir. Əhdi-ətiq əslində pessimizmin klassik nümunəsidir. Əhdi-ətiqə daxil olan Vaiz kitabında yazılır: “Bu, Yerusəlimdə padşahlıq edən Davud oğlu Vaizin sözləridir. Vaiz deyir: Hər şey puçdur, puçdur, tamam puçdur! İnsanın səma altında çəkdiyi bütün zəhmətlərin nə faydası var?...Onun bütün günləri dərd içində, işləri kədər içində keçir”.
Buddizm isə ilk və əzəmətli həqiqət olaraq bəyan edir ki, həyat sonsuz iztirabdır. Bu daim təkrarlanan iztirablara yalnız nirvana –şəxsi “Mənin” itirilməsi yolu ilə əldə edilən bəxtiyarlıq qalib gələ bilər.
XIX-XX əsrlərdə pessimist əhval ruhiyyə irrasionalist fəlsəfə çərçivəsində öz apogeyinə çatır. A.Şopenhauer hesab edir ki, insan əbədi qorxu içərisində, “taleyin ona hansı bədbəxtlik hazırladığını –xəstəlik, yoxsulluq, şikəstlik, korluq, dəlilik –bilmədən” yaşayır. İrrasionalizmin digər nümayəndəsi Nikolay Hartman(1842-1906) hesab edirdi ki, bədbəxtliyin mənbəyi əslində illüzor (xəyali) olan xoşbəxtlik istəyidir. Ona görə də iztirablardan qurtulmağın yolu arzuların boğulmasıdır. Həm Şopenhauer, həm də Hartmana görə faciəvi dünyadan uzaqlaşmağın yeganə rolu arzulardan, məmnunluqdan, hissi həzdən imtina –buddist nirvanaya yaxın olan dinclikdir.
Ekzistensialistlər də həyatı oxşar şəkildə təfsir edir, həyatın əsasının qayğı, həyəcan, qorxu olduğunu bildirirlər. Bu cərəyan nümayəndələrinin humanizm və yaradıcı özünüifadəyə çağırmalarına baxmayaraq, belə hesab edirdilər ki, heç bir cəhd faciəvi dünyanı dəyişməyə qadir deyil –bu cəhdlər yalnız “Sizif əməyidir”.
Müasir postmodern fəlsəfə nəinki həyatın mənası olmasını, hətta bütövlükdə mənanın özünü inkar edir, ifrat nəticələrə gəlirlər. Onlara görə dəyər mövcud deyil, həyatın yeganə modusu ironiyadır (istehza) –xaotik dünyaya tənqidi baxışdır.
Zəruri qeyd edək ki, pessimist olub-olmamaq hər kəsin öz seçimidir. Lakin unutmaq olmaz ki, həyatda faciəviliklə yanaşı həzz də, xoşbəxtlik də, uğur və rifah da mövcuddur.

Yüklə 340,51 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin