1. Fəlsəfənin predmeti və sosial funksiyaları “Fəlsəfə



Yüklə 340,51 Kb.
səhifə79/115
tarix04.06.2022
ölçüsü340,51 Kb.
#60619
1   ...   75   76   77   78   79   80   81   82   ...   115
felsefeimtahansualları

Bacarıqlı insan (Homo habilis). Bu insan növünün ilk nümayəndəsi olub bəsit daş alətlər düzəldə bilmişdir. Onun beyni avstrolipitekin beynindən böyük olmuşdur. Beynin bioloji xüsusiyyətləri isə onda elementar nitqin olmasından xəbər verir.
Düzyeriyən insan (Homo erektus) daha mürəkkəb alətlər düzəltmiş və oddan istifadəni bacarmışdır. Onun beyninin həcmi müasir insan beyninin həcminə yaxındır.
Ağıllı insan (Homo Sapiens). Nəhayət yeni zəkalı insan, daha doğrusu müasir tipli insan təqribən 130 min il əvvəl (bəlkə də çox) Afrikada meydana gəlib. Zəkalı insan təqribən 10-15 min il əvvəl bütün Yer kürəsini məskunlaşdırıb. Tədricən onun həyat təcrübəsi artmış, əmək alətləri təkmilləşmiş, insanlar istehsaledici təsərrüfata (əkinçilik və maldarlıq) keçmişlər. Göstərilən dövrdə nəhəng yaşayış məskənləri yaranmış və bir çox regionlarda bəşəriyyət sivilizasiya dövrünə qədəm qoymuşdur. )
Bütövlükdə, əsas antropogenez amillər iki qrupa bölünür və aşağıdakı kimi müəyyənləşdirilir:
Bioloji amillər: düzyerimə, əllərin inkişaf etməsi, böyük beyin, nitq qabiliyyəti.
Fəaliyyət forması: əmək, kollektiv fəaliyyət, təfəkkür, dil və ünsiyyət, əxlaq.
Belə hesab edilir ki, insanın əmələgəlmə prosesində əmək digər amillərlə müqayisədə aparıcı rola malikdir. Əməyin timsalında digər bioloji və sosial amillərin qarşılıqlı əlaqəsi dəqiq aşkarlanır. Məsələn, düzyerimə əlləri əmək alətləri düzəldilməsi üçün azad edir. Əllərin quruluşu (inkişafdan geri qalan baş barmaq, çeviklik) ondan səmərəli istifadəyə şərait yaradır. Birgə əmək prosesi kollektiv üzvləri arasında sıx münasibətlərin yaranmasına gətirir ki, bu da öz növbəsində: fərdiyyətçiliyin cilovlanmasına, tayfa üzvlərinə qayğı ilə yanaşmağa (tabu və normalar sistemi), ünsiyyətin zəruriliyinə (nitqin yaranması) gətirmişdir.
4.İnsanın təbiəti və mahiyyəti. İnsanın təbiəti dedikdə onu digər canlılardan fərqləndirən xüsusiyyət və əlamətlərin məcmusu başa düşülür. Belə əlamət və xüsusiyyətlər çoxsaylı ola bilər. İnsanın mənşəyi haqqında danışdıqda onlardan əsas olanlarını artıq sadaladıq: zəka, əmək qabiliyyəti, kollektiv fəaliyyət, dil, əxlaq və s. Bir çox hallarda bu siyahıya yaradıcılıq, azadlıq, mənəviyyat, inam, təxəyyül və fantaziya, gülüş, öz faniliyinin dərki və bir sıra səciyyəvi insani xüsusiyyət və keyfiyyətlər əlavə edilir.
Bu keyfiyyətlər siyahısının səciyyəvi xüsusiyyəti:

Yüklə 340,51 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin