1. Fəlsəfənin predmeti və sosial funksiyaları “Fəlsəfə



Yüklə 340,51 Kb.
səhifə81/115
tarix04.06.2022
ölçüsü340,51 Kb.
#60619
1   ...   77   78   79   80   81   82   83   84   ...   115
felsefeimtahansualları

Homo religiosus: mömin insan. Bu yanaşmada insan ilk növbədə “Allahın oxşarı və surətində” başa düşülür. Belə yanaşma Əhdi-ətiqdə əksini tapmış “Sonra Allah dedi: “Öz surətimizə və bənzərimizə görə insanı yaradaq”... Allah insanı Öz surətində yaratdı” kəlamlarından qaynaqlanır. Xristian təsəvvürlərinə görə insan xeyir və şər arasında seçim etməyə qadir olan azad vücuddur. İnsanın məqsədi və özünügerçəkləşdirməsi xeyirə, yəni Allaha doğru hərəkətdir. Deməli, insanın mahiyyəti inamda təzahür edir. İnamsızlıq və şər insanı öz mahiyyətindən uzaqlaşdıran yoldur.
Yuxarıda təsvir edilmiş insanın mahiyyət müəyyənlikləri ilə bərabər, digər populyar yanaşmalar da mövcuddur: “simvolik heyvan” (Ernst Kassirer),
“arzulayan insan” (Ernst Blox), “ünsiyyət quran insan” (Norbert Viner), “darıxan insan” (Martin Haydegger) və s.
İnsan mahiyyətinin uğurlu və uğursuz təsvirlərindən asılı olmayaraq, onun tam təyinini vermək mümkünsüzdür. İnsanın mahiyyəti və təbiəti o qədər dərin və çoxtərəflidir ki, onun prinsipial qeyri-müəyyənliyi və təyinolunmazlığı haqqında danışmaq olar. Bu mənada böyük rus yazıçısı F.M.Dostoyevskinin insanın mahiyyəti haqqında fikiri məqbul görsənir: “İnsan –sirrdir”.
5.Fərd, fərdiyyət, şəxsiyyət. İnsan haqqında fəlsəfi düşüncələrdə fərd, fərdiyyət və şəxsiyyət anlayışlarından geniş istifadə edilir. Bu anlayışların hər biri insan təbiəti və mahiyyətinin ən müxtəlif cəhətlərinə işıq salır.
Fərd insan nəslinin istənilən nümayəndəsidir. Qeyd etmək zəruridir ki, əksər Avropa dillərində, o cümlədən rus dilində bu anlayış “individ” adlanıb dilimizə “bölünməz” kimi tərcümə edilir. Yəni, əgər cəmiyyət bütöv sosial varlıq kimi götürüldükdə, fərd sosial varlığın atomları, ən kiçik zərrəciyidir. Fərd haqqında danışdıqda insanın ən ümumi səciyyəsi nəzərdə tutulur və onun xüsusiyyətləri nəzərə alınmır. Kütlənin belə, şəxssizləşdirilmiş nümayəndəsi kimi götürülən insan sosioloji sorğularda, iqtisadi nəzəriyyələrdə, insan orqanizminin bioloji xüsusiyyətləri haqqında düşüncələrdə iştirak edir.
İnsanının xüsusi, təkrarolunmaz xassələrini işarələmək üçün “fərdiyyət” anlayışından istifadə edilir. Fərdiyyət –bir insanı digərindən fərqləndirən

13


təkrarolunmaz xüsusiyyətlərin məcmusudur. Hansısa xüsusi keyfiyyəti sayəsində ümumi kütlədən fərqlənən, seçilən insanı da fərdiyyət adlandırmaq olar.
İnsanlar artıq bioloji səviyyədə bir-biriləriundən fərqlənirlər. Məsələn, barmaq izləri eyni olan iki insan tapmaq mümkün deyil. Hər bir insan onun fiziki və hətta psixoloji quruluşunun müəyyən xüsusiyyətlərini şərtləndirən genlərin xüsusi birləşməsinə malikdir. Psixi planda insanları bir-birindən onların temperamenti fərqləndirir. Artıq antik dövrdə insanları temperamentə görə dörd qrupa ayırmışlar: xolerik, melanxolok, fleqmatik, sanqvinik. Xoleriklər güclü və parlaq hisslərə malik olurlar. Onlar coşqun, həyəcanlı, daha çox əsəbi insan kimi səciyyələnirlər. Melanxoliklər isə əksinə, nadir hallarda həyəcanlanırlar, özünüdüşünməyə meyllidirlər. Fleqmatiklər sakit, astagəl, apatikdirlər. Sanqviniklər təmkinli, həyatsevər, dəyişkən hissli olub yeni şəraitə çətinliklə uyğunlaşırlar.

“Şəxsiyyət” anlayışı insanı sosial münasibətlərin fəal subyekti kimi səciyyələndirir. Bununla birlikdə hər bir insan fəaliyyətin təkcə subyekti yox, həm də obyekti, əmək bölgüsundən, fərqli ideologiya və psixologiyaya malik sinif və ya sosial qrupa məxsusluğundan irəli gələn rolların məcmusudur. Şəxsiyyətin sosial ətraf, tərbiyə və özünütərbiyə ilə formalaşan dünyagörüşü onun ən mühüm keyfiyyətidir. Dünyagörüşü şəxsiyyətin bütün sosial əhəmiyyətli qərar və davranışlarının yönümünü və xüsusiyyətlərini əhəmiyyətli dərəcədə öncədən müəyyənləşdirir.



Yüklə 340,51 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin