1. Fəlsəfənin predmeti və sosial funksiyaları “Fəlsəfə



Yüklə 340,51 Kb.
səhifə78/115
tarix04.06.2022
ölçüsü340,51 Kb.
#60619
1   ...   74   75   76   77   78   79   80   81   ...   115
felsefeimtahansualları

3.İnsanın mənşəyi. Müasir elmdə ən mübahisəli, hələ də dəqiq həllini tapmamış problemlərdən biri də insanın mənşəyi və yaxud antropogenez problemidir. Hal hazırda üç əsas antropogenez nəzəriyyəsi, yəni insanın mənşəyi haqqında üç nəzəriyyə mövcuddur: kreasionizm, təkamülçülük, kosmizm.
a)Kreasionizm ən qədim nəzəriyyədir. Bu nəzəriyyəyə görə insan fövqəltəbii mövcudluq tərəfindən yaradılıb. Kreasionizm mahiyyətcə dini təlimdir. Məsələn, xristianlığa görə insan Allah tərəfindən bir anda, “Allaha bənzər və Onun surətinə” əsasən yaradılıb.
b)Təkamül nəzəriyyəsinə görə insan qədim meymunabənzər əcdadlarından yaranıb. İnsanın yaranma prosesi irsiyyət, dəyişkənlik və təbii seçmə qanunlarının təsiri altında getmişdir. Təkamül nəzəriyyəsi genişləndirilmiş şəkildə Ç.Darvin tərəfindən hazırlanıb.
c)Kosmik nəzəriyyəyə görə insan özgə planetdən gəlmədir. İnsan ya yerdənkənar vücudların birbaşa nəslindəndir, ya da yerdənkənar zəkaların eksperimentlərinin məhsuludur.
İnsanın mənşəyi haqqında hər üç nəzəriyyənin sintezi kimi çıxış edən baxışlar da mövcuddur. Məsələn, bəzi dini əhval-ruhiyyəli alimlər fərz edirlər ki, təbii (təkamül) seçmə prosesində insan bədəni dəyişikliyə məruz qalmış, can (zəka,
əxlaq və s.) insana onun hansısa inkişaf mərhələsində verilmişdir. Mistik təlimlərdə insanın kosmik təkamül qanunlarının qarşılıqlı təsiri və “dünyəvi kosmik zəkanın” fəaliyyətinin nəticəsində inkişafı haqqında danışılır.
İnsanın bütöv obrazını yaradan fəlsəfə müxtəlif elmlərin verdiyi biliklərdən istifadə edir. Antropogenez probleminə baxışların müxtəlifliyinə baxmayaraq alimlərin çoxu bir sıra bioloji və arxeoloji məlumatlarla təsdiqlənən təkamül nəzəriyyəsinə üstünlük verirlər.
Biokimyəvi genetik tədqiqatlara əsaslanan alimlər insanın ulu əcdadı olan insanabənzər meymunların təqribən 5-10 mln. il əvvəl yaşadığını fərz edirlər. ((“Çadlı saxelantrop” (Sahelantropus tchadensis)
Avstralopitek (lat. australis –cənub və yun. pithekos -meymun)..

Yüklə 340,51 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin