1. Fəlsəfənin predmeti və sosial funksiyaları “Fəlsəfə


Fəlsəfi fikir tarixində insan haqqında düşüncələr



Yüklə 340,51 Kb.
səhifə75/115
tarix04.06.2022
ölçüsü340,51 Kb.
#60619
1   ...   71   72   73   74   75   76   77   78   ...   115
felsefeimtahansualları

2.Fəlsəfi fikir tarixində insan haqqında düşüncələr. Fəlsəfə tarixinin hər bir mərhələsində toplanmış təcrübə və mədəni amillərin təsiri altında insanın özünəməxsus obrazı yaradılmışdır. Qədim yunan fəlsəfəsində insan öz-özlüyündə yox, mütləq nizam və kosmos kimi qavranılan müəyyən münasibətlər sistemində mövcud olur. O özünün təbii və sosial mühiti, qonşular və dövlətlə, canlı və cansız əşyalarla, heyvan və Tanrılarla birlikdə vahid və bölünməz dünyada yaşayır. Hətta kosmos daxilində mövcud olan Tanrılar insanlar üçün gerçək fəal şəxslərdir. Kosmos anlayışı insani məna kəsb edir, insan isə makrokosmos kimi götürülən kosmosun hissəsi kimi düşünülür: insan canlı orqanizm kimi başa düşülən makrokosmosu özündə əks etdirən mikrokosmosdur. Miletlilərin insan haqqında baxışları məhz belədir. Onlar hilozoistdirlər, yəni canlı və cansız arasında sərhədi inkar edir, universumun canlı olmasını fərz edirlər.
Sözün əsl mənasında fəlsəfi düşüncələrin mərkəzinə insanın gətirilməsi, yəni antropoloji çevriliş sofistlər Sokratın tənqidi və maarifçi fəaliyyəti ilə bağlıdır.

Sofistlərin insan haqqında şüarını Protaqor səsləndirib: “İnsan hər şeyin ölçüsüdür”. Sofistlərin insan konsepsiyası üç məqamla diqqəti cəlb edir:


1)fəzilət, xeyir və ədalət kimi əxlaqi fenomenlərin anlaşılmasında relyativizm və subyektivlik;
2)varlıq probleminin həllində fəal insan ön plana çəkilir;
3)sofistlər idrak prosesini ekzistensial məna ilə tamamlayır və həqiqətin ekzistensial səciyyəsini əsaslandırırlar.
Bununla belə fəlsəfədə antropoloji çevriliş məhz Sokrat tərəfindən gerçəkləşdirilir. Onun üçün insanın daxili aləmi, insanın qəlbi və fəzilətləri xüsusi maraq kəsb edir. Sokrat ilk dəfə etik rasionalizm prinsipini əsaslandırır: “fəzilət bilik deməkdir”. Ona görə ki, xeyir və ədalətin nə olduğunu dərk edən insan şər və ədalətsiz hərəkətlər etmir. İnsanın əsas vəzifəsi həqiqəti dərk etməklə əxlaqi kamilliyə can atmaqdır.
Sokratın şagirdi olmuş Platon can və bədənin antropoloji dualizmi mövqeyində durur. Lakin insanı insan edən substansiya məhz candır. Bədən isə cana qarşı duran materiyadır. Ona görə də insanın ümumi səciyyəsi, onun vəzifələri və sosial statusu canın keyfiyyətindən asılıdır. Canlar iyerarxiyasında birinci yerdə filosofun, sonuncu yerdə tiranın (zülmkar anlamında) canı dayanır. Çünki filosofun canı daha müdrik olub biliyi tez qavrayır. Bu həm də insanın mahiyyətinin əsas səciyyəsi və onun heyvandan fərqidir.
İnsan canı daim transendental ideyalar dünyasına istiqamətlidir. Can əbədi, bədən isə fanidir. İnsan xarakterinin ikili olması haqqında təlim orta əsrlərdə insana teoloji fəlsəfi baxışların formalaşmasına təsir göstərib. Platona görə can və bədənin vəhdəti və əksliyi insan mövcudluğunun əbədi faciəviliyinin səbəbidir. Bədən insanı heyvani dünyaya bərabər edir, can isə onu bu dünyanın fövqünə ucaldır.

Yüklə 340,51 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin